Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   12   13   14   15   16   17   18   19   ...   72

 
47 
Ölkəmizin torpaq eһtiyatları  təbii-tarixi xüsusiyyətlərinə  və istifadə 
xarakterinə görə, onların üzərində  təsbit edilmiş mülkiyyət formalarına, 
һəmçinin təyinatına müvafiq olaraq ayrı-ayrı torpaq növlərinə, qruplara
kateqoriyalara bölünür. 
Təbii-tarixi xüsusiyyətlərinə  və istifadə xarakterinə görə  fərqlənən 
torpaq eһtiyatlarına torpaq növləri (yerləri) deyilir. Bu təsnifata görə 
torpaq eһtiyatları 2 yerə bölünür: kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı 
torpaqları. 
Kənd təsərrüfatı  məһsullarının alınması üçün sistematik istifadə 
olunan torpaqlara kənd təsərrüfatı yerləri deyilir. Kənd təsərrüfatı 
yerlərinin tərkibinə  əkin, dincə qoyulmuş torpaqlar, çoxillik əkmələr, 
biçənək və örüşlər aiddir. 
Əkin-sistematik becərilən və  kənd təsərrüfatı bitkilərinin səpini 
altında istifadə edilən kənd təsərrüfatı yerləridir. Səpin altında istifadə 
edilən cərgələrarası bağ saһələri,  һabelə kökündən yaxşılaşdırma 
məqsədləri üçün şumlanmış və səpilmiş (2 ildən artıq olmayaraq) biçənək 
və örüş saһələri əkinə aid deyildir. 
Dincə qoyulmuş torpaqlara-əvvəlcə  əkin altında olmuş, amma 
payızdan başlayaraq bir ildən artıq kənd təsərrüfatı bitkilərinin səpini 
üçün istifadə edilməyən və һerik üçün һazırlanmamış saһələr aiddir. 
Biçənək-sistematik olaraq ot biçini altında istifadə edilən kənd 
təsərrüfatı torpaqlarıdır. 
Örüş-əsas istifadəsi  һeyvanların otarılması olan kənd təsərrüfatı 
torpaqlarıdır. 
Çoxillik  əkmələrə bağ, üzümlük, çay plantasiyaları, giləmeyvəliklər 
altında olan torpaq saһələri aiddir. 
Qeyri-kənd təsərrüfatı torpaqlarına dərələr, qobular, yarğanlar, qum-
luqlar, bataqlıqlar, kolluqlar, һabelə su, yol, tikinti, küçə, meydan altında 
olan torpaqlar, kənd təsərrüfatı məһsullarının istehsalı üçün yararsız olan 
digər saһələr aiddir. 
Azərbaycan Respublikası Dövlət Torpaq və  Xəritəçəkmə Komi-
təsinin, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar 
Cəmiyyətinin, Azərbaycan Ekologiya və  Təbii Sərvətlər Nazirliyinin, 
Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən ölkəmizin torpaq 
ehtiyatlarından istifadənin və onların mühafizəsinin müasir vəziyyətini 
araşdıraq. 
Respublikanın kənd təsərrüfatına yararlı torpaqlarının ümumi sahəsi 


 
48 
4 mln. 516 min 900 ha.-dır ki, bu da ölkəmizin  ümumi ərazisinin 
52,27%-ni təşkil edir. Kənd təsərrüfatına yararlı torpaqların ümumi 
sahədə belə böyük nisbi yükü  ilk baxışdan torpaq sahələrinin aktiv kənd 
təsərrüfatına cəlb edilməsi kimi də  dəyərləndirilə bilər. Lakin hərtərəfli 
təhlil heç də Azərbaycan Respublikasında torpaq ehtiyatlarımızın 
bolluğuna dəlalət etmir. Belə ki, ölkəmizin kənd təsərrüfatına yararlı 
torpaqlarının yarıdan çoxu (2 mln. 566 min 900 ha.-sı  və ya 56,82%-i) 
azməhsuldarlı örüşlərdən ibarətdir.  Ən dəyərli kənd təsərrüfatı torpaqları 
olan əkinin ümumi sahəsi isə cəmi 1 mln. 621 min 900 ha təşkil edir ki, 
bu da kənd təsərrüfatına yararlı torpaqların 35,9 %-ni təşkil edir. Yer 
səthinin relyefinin dağ xarakterli olması  səbəbindən respublikamız 
torpaqları azmənimsənilən ölkələrdəndir. Belə ki, Azərbaycanda hər bir 
nəfərə orta hesabla 0,22 ha əkin sahəsi, 0,58 ha kənd təsərrüfatına yararlı 
torpaq sahəsi düşür. Müqayisə üçün qeyd edək ki, Qazaxıstan Respublika-
sında bu göstəricilər müvafiq olaraq 1,65 ha və 14,0 ha təşkil edir. 
Azərbaycanın torpaq balansındakı gərginliyi göstərən göstəricilərdən biri 
də ölkənin hər kvadrat kilometrinə düşən  əhalinin sayıdır. Bü göstərici 
Rusiya Federasiyasında cəmi 9 adam təşkil edirsə  də, Azərbaycanda 1 
kvadrat kilometrə düşən adamların sayı 94 nəfər təşkil edir.  
Çox təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə bir nəfərə düşən 
kənd təsərrüfatı torpaqlarının və əkinin sahəsi ilbəil azalır. Hər bir nəfərə 
düşən kənd təsərrüfatı torpaqlarının və  əkinin sahələrinin azalmasının 
obyektiv səbəblərindən biri də qeyri-kənd təsərrüfatı  məqsədləri (resto-
ranların, şadlıq saraylarının, yanacaqdoldurma məntəqələrinin,  malikanə-
lərin və s. tikintisi) üçün yararlı sahələrin (əkinin, örüşün) ayrılmasıdır.  
Qeyri-dövlət və ictimai məqsədlər üçün torpaqayırmaları prosesi 
ciddi dövlət nəzarətinə götürülməli, kənd təsərrüfatı  təyinatlı torpaq-
danistifadələrin prioritetliyi prinsipinə ciddi ruayət edilməli, imkan 
daxilində torpaqayırmalarının həcmi miqdarında və ya daha çox yeni kənd 
təsərrüfatı torpaqlarının mənimsənilməsinə nail olunmalı, azmünbitli 
torpaq sahələri müxtəlif kompleks tədbirlər hesabına yaxşılaşdırılmalıdır.  
Azərbaycan Respublikasının torpaq ehtiyatları bu gün yüksək 
olmayan təbii münbitliyi, qeyri-qənaətbəxş  mədəni-texniki vəziyyəti, 
qeyri-səmərəli təbii-texnoloji xüsusiyyətləri ilə xarakterizə olunurlar. 
Uzun müddət  ərzində torpaqlarda gedən eroziya prosesi, qiymətli 
kənd təsərrüfatı torpaqlarının qeyri-kənd təsərrüfatı  məqsədləri üçün 
ayrılması nəticəsində, bir çox hallarda kənd təsərrüfatı dövriyyəsinə yeni 


 
49 
torpaq sahələrinin qatılmasına baxmayaraq kənd təsərrüfatı torpaqlarının 
və əkinin bir nəfərə düşən sahəsi bu gün də azalmaqda davam edir. 
Torpaq islaһatı  şəraitində  kənd təsərrüfatı  məqsədləri üçün yeni 
torpaqlardan istifadə edilməsi, çoxdan becərilən torpaqların keyfiyyətcə 
yaxşılaşdırılması,  һabelə  əkinçilik mədəniyyətini yüksəltmək yolu ilə 
torpaq fondlarından səmərəli istifadə olunması respublikanın aqrar-ərzaq 
kompleksi qarşısında duran başlıca vəzifələrdəndir. 
Azərbaycan mürəkkəb relyef və  təbii-iqlim  şəraitinə malik, qədim 
suvarma  əkinçiliyi diyarıdır. Ölkədə  kənd təsərrüfatı  məhsullarının 
istehsalı əsasən suvarılan torpaqlarda cəmləşmişdir. Respublikanın ümumi 
torpaq fondu 8641,5 min hektar olsa da, coğrafi şərait bunun hamısından 
istifadə etməyə imkan vermir. Belə ki, ölkənin ümumi torpaq fondunun 
təqribən 55 faizindən kənd təsərrüfatında istifadə edilir.  
Ölkənin kənd təsərrüfatına yararlı torpaqları isti iqlimi və az 
yağıntıları ilə səciyyələnən düzənlik- arid zonada yerləşdiyindən və yayın 
isti, qış aylarının azyağmurlu keçməsi torpaqda kifayət qədər nəmlik 
ehtiyatının yaranmasına imkan vermir. Burada əkinçiliyin yalnız süni su-
varmalar fonunda aparılması  və bu məqsədlə müvafiq meliorasiya və 
irriqasiya tədbirlərinin həyata keçirilməsi tələb olunur. Hazırda 
respublikamızda 1432,7 min hektar sahə suvarılır. Ölkədə istehsal olunan 
kənd təsərrüfatı məhsullarının 90-95 faizi bu torpaqlarda istehsal olunur. 
Pambıq, tütün, tərəvəz və  s.  kimi  gəlirli bitkilər tamamilə suvarılan 
torpaqlarda becərilir.  
Suvarılan torpaqlar yüksək texniki və mühəndisi səviyyədə inşa 
edilmiş meliorasiya və irriqasiya fondları ilə  təchiz olunmuşdur. Bu 
torpaqların 609 min hektarında kompleks meliorasiya işləri aparılmış, 288 
min hektar sahə açıq, 309 min hektar sahə örtülü, 13 min hektar sahə 
şaquli drenaj şəbəkələri ilə təchiz edilmişdir. Suvarılan sahələrdə 51,7 min 
kilometr suvarma kanalları, 29,6 min kilometr kollektor-drenaj şəbəkələri 
çəkilmiş, onların üzərində 118 min hidrotexniki qurğu, 821 nasos 
stansiyası inşa edilmişdir. 
Çaylarda axının qeyri-mütənasibliyinin qarşısını almaq və su 
ehtiyatlarından ölkə iqtisadiyyatında səmərəli istifadə etmək məqsədilə 
çaylar üzərində 135 su anbarı, 16 hidroqovşaq inşa edilmiş, yeraltı 
sulardan suvarma və məişət ehtiyaclarını ödəmək üçün 7119 subartezian 
quyusu qazılmışdır.  Əkin sahələrini və yaşayış  məntəqələrini çayların 
daşqın və sel sularından qorumaq məqsədilə 113 kilometr daş-beton və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə