Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

 
38 
sahələrinə bölünür. Bu sahələrin qısa xarakteristikasına nəzər salaq.  
a) Tikintiyə yararlı torpaq sahələri  
Yer təkinin geoloji quruluşu, seysmoloji vəziyyəti tədqiqatlar və 
uzunmüddətli proqnozlaşdırmalar  əsasında müəyyənləşdirməklə 100 ildə 
bir dəfə (1% təminatla) 4-5 bal gücündə baş verən yeraltı  təkanlar 
nəticəsində yer qabığının çatlaması baş verən, vulkan və karstlar 
gözlənilməyən, bataqlıq olmayan, torpaq sürüşməsi, dağ uçurumu və qar 
sürüşmələrinə tamamilə məruz qalmayan, su hövzələrinin təsirindən uzaq 
olan, dərinliyi 3 metrədək, kənarları maili, genişlənmə prosesinə  məruz 
qalmayan yarğan və  dərəli, 100 ildə bir dəfə subasmaya məruz qalan, 
mailliyi 0,5%-dən 10%-ə qədər və torpağa buraxıla bilən gərginliyi ən azı 
1,5 kq/kv.sm. olan, habelə təzyiqsiz qrunt suları torpaq səthindən 3 metr 
dərinlikdə yerləşən, qrunt sularından qorunmaq üçün izolyasiyası  tələb 
olunmayan sahələr yaşayış zonalarının tikintiləri üçün yararlı hesab 
olunur.  
b) tikintiyə azyararlı torpaq sahələri.  
100 ildə bir dəfə (1% təminatla) 5-7 bal və 25 ildə bir dəfə (4% 
təminatla) 4-5 bal gücündə baş verən yeraltı  təkanlar nəticəsində yer 
qabığının çatlaması baş verən, karst və vulkanlar proqnozlaşdırılmayan, 
bataqlıq sahələrinin qurudulması üçün xüsusi tədbirlər görülməsinə böyük 
vəsait tələb olunan, dağ uçurumundan, torpaq və qar sürüşməsindən 
qorunmaq üçün təbii və süni mühafizə qurğularının yaradılması iqtisadi 
cəhətdən  əlverişli olmayan, su hövzələrinə yaxın bir sıra yerlərdə 
sahillərin yuyulması və aşılanması baş verən, kiçik sahələrdə dərinliyi 10 
metrə qədər olan yarğan və ya dərələr əmələgəlməsi prosesi az miqdarda 
olan, yamaclarının bərkidilməsi tələb olunan, sönmüş vulkan və karstların 
az miqdarda olduğu, palçıq püskürməsinin təkrarı gözlənilən, 25 ildən 100 
ilədək olan müddətə subasmaya məruz qalan, mailliyi 0,5%-dən az və 10-
20%-ə  qədər (dağ rayonlarında 30%-ə  qədər) və torpağa buraxıla bilən 
gərginliyi 1,0-1,5 kq/kv. sm. olan, qrunt sularının səviyyəsi torpaq 
səthindən 1-3 m. dərinlikdə yerləşən, qrunt suları  səviyyəsinin aşağı 
salınması vacib olan və mürəkkəb hidroizolyasiya tələb edən sahələr 
tikinti üçün azyararlı sahələr hesab olunur.  
Bu sahələrdə  əlavə  xərclər tələb edən müvafiq tədbirlər nəzərə 
alınmaqla tikinti işləri aparıla bilər.  
c) Tikintiyə tam yararsız torpaq sahələri.  
100 ildə bir dəfə (1 % təminatla) 7 bal gücündən çox və 25 ildə bir 


 
39 
dəfə 4-5 bal gücündə baş verən yeraltı təkanların gözlənilməsi, yer qabı-
ğının çatlaması, karst və vulkanların fəaliyyət hallarının birinin 
gözlənilməsinin proqnozlaşdırması mümkün olan, çox miqdarda aktiv 
karstları, yeraltı boşluqları olan, hədsiz miqdarda bataqlaşmaya məruz 
qalan və qurudulmasına böyük vəsait tələb olunan, aktiv torpaq 
sürüşməsi, dağ uçurumu və qar sürüşmələrinin təsir zonalarında yerləşən, 
dərinliyi 10 metrdən çox, yamacları  kəskin mailli, sıldırım, intensiv 
yarğan və  dərəəmələgəlmə prosesinə  və sürüşməyə  məruz qalan, çoxlu 
miqdarda yamaclarının bərkidilməyə ehtiyacı olan, 25 ildə bir dəfə subas-
maya məruz qalan, su hövzələrindən aşağı  səviyyədə yerləşən, mailliyi 
20%-dən çox olan, axan və mikroməsaməli olan, qrunt suları torpaq 
səthindən 1 metrə qədər dərinlikdə yerləşən torpaq sahələri tikintiyə tam 
yararsız hesab olunur.  
Ümumşəhər ictimai mərkəz zonası.  
Burada inzibati-təsərrüfat obyektləri, mehmanxanalar, parklar, 
bulvar, bağ və bağçalar, irihəcmli avtomobil dayanacaqları, həmin zonanı 
təmin edən küçə və meydançalar yerləşdirilir. Bu zonalarda həmçinin ayn-
ayrı yaşayış binalarının yerli mədəni-məişət müəssisələrinin (yaşayış 
zonası varsa), minik maşınları üçün qarajların, iri idman meydança və 
qurğularının yerləşdirilməsinə icazə verilir.  
Sənaye zonaları.  
Sənaye zonaları şəhər və digər yaşayış məntəqələrinin içində olmaqla 
yaşayış zonalarından kənarda yerləşdirilir. Sənaye və yaşayış zonaları ara-
sında yerləşən sanitar-mühafizə zonasının eni sənayenin ekoloji təmizli-
yindən, onun atmosferi çirkləndirmə  dərəcəsindən, küləyin istiqaməti və 
gücündən asılı olaraq müəyyənləşdirilir.  
Bu zonada sənaye obyektləri və yalnız sənayenin fəaliyyətini təmin 
edən qeyri-yaşayış obyektləri, o cümlədən dəmir yolu qanadları, avtomo-
bil yolları  və meydançaları, digər nəqliyyat obyektləri, sənaye zonasına 
aid olan mədəni-məişət obyektləri, işçilərin dincəlməsi üçün yaşıllıq 
zonaları, habelə sanitar yaşıllıq-mühafizə zonaları yerləşdirilə bilər. Bura-
da sənaye prosesinə birbaşa aidiyyəti olmayan anbarların, kommunal və 
nəqliyyat qurğularının yerləşdirilməsinə müstəsna hallarda icazə verilə 
bilər.  
Sənaye zonasının  ərazisi sənaye obyektlərinin həcm-fəza həlli ilə 
yanaşı, torpaq sahələrinin təbii və sanitariya cəhətləri nəzərə alınmaqla 
planlaşdırılır.  


 
40 
Bu baxımdan  ərazi yararlı, azyararlı, tam yararsız torpaq sahələrinə 
bölünür.  
a) Tikintiyə yararlı torpaq sahələri-nisbətən düzənlik və mailliyi 
0,3%-dən 5%-dək olan, qruntu birtərkibli geoloji quruluşlu, torpağa 
buraxıla bilən gərginliyi 1,5 kq./kv.sm-dən az olmayan, bina və qurğuların 
özüllərinin gücləndirilməsinə ehtiyac olmayan, təzyiqsiz horizont su 
qatları yer səthindən 7 metr dərinlikdə olan, təzyiqli horizont su qatları 15 
metrdən artıq dərində olan, torpaq sahələrinin az vəsait tələb edən sadə 
metodla qurudulması mümkün olan, bataqlığın, yarğanların, sürüşmələrin, 
karstların, subasma və aşılanmanın tam olmamağı təminatlı olan torpaqlar 
sənaye obyektlərinin tikintisi üçün yararlı hesab olunur.  
b) Tikintiyə azyararlı torpaq sahələri-təpə və çökəkliyi olan, mailliyi 
8%-dən artıq, 0,3%-dən aşağı olan, qruntunun birtərkibli geoloji quruluşu 
pozulan, torpağa buraxıla bilən gərginliyi 1,0-1,5 kq/kv. sm. olan, 
təzyiqsiz horizont su qatları 7 metrdən 3 metrədək dərinlikdə olan, təzyiq-
li horizont su qatları 15 metrdən 10 metrədək olan, torpaq suları  səviy-
yəsinin aşağı salınmasına və özüllərin hidroizolyasiyasına ehtiyac olan, 
cüzi bataqlıq əmələgəlmə prosesinə məruz qalan, dərinliyi 3 metrədək və 
divarları  bərkimiş yarğanları olan, sürüşməyə  məruz qalan və sadə 
mühəndis qurğuları ilə binaların qarşısının alınması mümkün olan, köhnə 
karstları kiçik sahəni  əhatə edən və az vəsait tələb edən sadə mühəndis 
qurğuları ilə bunun qarşısının alınması mümkün olan torpaqlar sənaye 
obyektlərinin tikintisi üçün azyararlı hesab olunur.  
Bu sahələrdə  əlavə  xərclər tələb edən müvafiq tədbirlər nəzərə 
alınmaqla tikinti işləri aparıla bilər.  
c) Tikintiyə tam yararsız torpaq sahələri-çoxlu təpəliyi olan, ümumi 
mailliyi 5%-dən artıq və ya tamamilə mailliyi olmayan, qruntu çoxtərkibli 
geoloji quruluşa malik olan, torpağa buraxıla bilən gərginliyi 1,0 
kq/kv.sm.-dən az olan, təzyiqsiz horizont su qatları 10 metrdən az olan, 
qrunt sularından bataqlıq  əmələ  gələn, aktiv sürüşməyə  məruz qalan, 
dərinliyi 3 metrə qədər olan divarları bərkimiş və doldurulması mümkün 
olmayan yarğanlar olan, subasması və aşılanması təsadüf olan zolağın eni 
10 metrdən artıq olan və çoxlu miqdarda aktiv karstlar olan torpaq 
sahələri tikintiyə tam yararsız hesab olunur.  
Mühəndis, şəhərdaxili və şəhərdənkənar nəqliyyat infrastrukturu 
zonası.  
Burada yaşayış zonası daxilində  əsasən,  şəhərdənkənar istiqamətdə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə