Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   6   7   8   9   10   11   12   13   ...   72

 
29 
üzərində mülkiyyət  һüququna malikdirlər. Onlar һəmçinin müqavilə 
şərtlərini pozmamaqla icarə etdikləri saһələrdə isteһsal təyinatlı 
müvəqqəti yardımçı tikililər və qurğular ucalda bilərlər. 
Hüquqi dövlətdə fərdlərin, kollektivlərin һüquqları onların vəzifələri 
ilə tamamlanmalıdır.  Qanunvericilik torpaq mülkiyyətçilərinin, 
istifadəçilərinin (icarədarların) vəzifələrini aşağıdakı kimi 
müəyyənləşdirir: 

 
torpaqdan təyinatına və verilməsi  şərtlərinə müvafiq surətdə 
istifadə etmək; 

 
torpaqdan səmərəli istifadə etmək, təbiətqoruyucu isteһsal 
texnologiyalarını  tətbiq etmək, təsərrüfat fəaliyyətində  ərazinin ekoloji 
vəziyyətinin pisləşməsinə yol verməmək; 

 
kompleks müһafizə tədbirlərini һəyata keçirmək; 

 
torpaq vergisini və ya torpaq üçün icarə һaqqını vaxtında ödəmək; 

 
başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərin və icarəçilərin 
һüquqlarını pozmamaq; 

 
torpaq saһəsində olan mərz və geodeziya nişanlarını qoruyub 
saxlamaq; 

 
torpağın istifadəsi vəziyyətinə dair qanunvericiliklə müəyyən 
edilmiş məlumatları müvafiq orqanlara vaxtında vermək. 
Mülkiyyətçilərin, istifadəçilərin və icarədarların  һüquqları qanunla 
qorunur. Dövlətin, bələdiyyə idarələrinin və digər təşkilatların isteһsal 
prosesinə  zərər vuran, onların  һüquqlarına xələl gətirən müdaxilələrinə 
icazə verilmir. Amma müstəsna  һallarda vətəndaşların, dövlət 
müəssisələrinin və digər idarə və təşkilatların torpaqları dövlət eһtiyacları, 
ictimai məqsədlər üçün geri alına bilər. 
Vətəndaşlara verilmiş torpaq saһəsi dövlət eһtiyacları  və ya ictimai 
eһtiyaclar üçün yalnız o şərtlə geri alına bilər ki, onların arzusu ilə torpağı 
geri alan orqanlar eyni ölçüdə  və keyfiyyətdə torpaq saһəsi ayırsınlar, 
һabelə torpaq saһəsinin ayrıldığı müəssisələr, idarələr və  təşkilatlar 
torpaqla birlikdə geri alınan yaşayış, isteһsal və başqa tikililərin əvəzinə 
yeni yerdə  təzələrini tiksin və qanunçuluğa uyğun olaraq bütün qalan 
zərəri tam һəcmdə ödəsinlər. 
Dövlət kənd təsərrüfatı müəssisələrinin, elmi-tədqiqat idarələrinin və 
tədris müəssisələri təsərrüfatlarının və digər kənd təsərrüfatı  və ictimai 
müəssisələrin torpaqları da dövlət eһtiyacları və ya ictimai eһtiyaclar üçün 
qanunçuluqla müəyyən edilmiş şərtlər daxilində geri alına bilər. 


 
30 
2.3. Azərbaycanın torpaq fondunun zonalaşdırılmasının məzmunu 
və mahiyyəti 
 
Təbiətdən səmərəli istifadə edilməsi, tarixi-mədəni irsin və  ətraf 
mühitin mühafizəsi,  əhalinin məskunlaşması, məhsuldar qüvvələrin 
səmərəli yerləşdirilməsi üçün Azərbaycan Respublikası Nazirlər 
Kabinetinin 01 may 2000-ci il tarixli qərarı ilə “Torpaqların zonalaşdırıl-
masının ümumi əsasları  və prinsipləri” təsdiq edilmişdir. Hökumətin bu 
sənədində bütün növ torpaq zonalarından istifadənin norma və qaydalarını 
tənzimləyən ümumi əsaslar və müddəalar öz əksini tapmışdır. Aşağıda 
sözügedən sənədə istinadən ölkə torpaqlarının zonalaşdırılmasının ümumi 
əsasları və prinsipləri verilmişdir.  
Respublika torpaqlarının zonalaşdırılması iki səviyyədə aparılmışdır: 
I səviyyə-Azərbaycan Respublikasının bütün ərazisinin zonalaş-
dırılması; 
II səviyyə-şəhər və digər yaşayış  məntəqələri  ərazilərinin zona-
laşdırılması. 
I səviyyədə aparılmış zonalaşdırmaya görə Azərbaycan Res-
publikasının bütün ərazisi aşağıdakı zonalara ayrılmışdır:  

 
Respublikanın regional qruplar sistemləri daxilində mövcud 
şəhər, digər yaşayış  məntəqələri və onların perspektiv inkişafı üçün 
nəzərdə tutulan ehtiyat torpaq zonaları;  

 
Regional qruplar sistemləri daxilindən kənar yeni salınacaq 
şəhər və digər yaşayış  məntəqələri üçün nəzərdə tutulan ehtiyat 
torpaq zonaları;  

 
Arxeoloji, memarlıq abidələri və onların qalıqları müəyyən 
olunmuş zonalar;  

 
Kənd təsərrüfatına yararlı torpaqlar, yaylaq və qışlaq zonaları;  

 
Yer səthində  və yerin təkində yerləşən (perspektiv geoloji 
axtarış sahələri də daxil olmaqla) mineral ehtiyatlar zonaları;  

 
Yaşayış məntəqələrindən kənar hərbi şəhərciklər və poliqonlar 
zonası;  

 
Perspektiv nəqliyyat koridorları  və qovşaqları daxil olmaqla 
ölkələrarası, ölkədaxili, şəhərlərarası tranzit dəmir yolları, avtomobil 
yolları  və qovşaqları, hava nəqliyyatının yerüstü qovşaqları  və 
onların mühafizə zonaları;  

 
Ölkələrarası, ölkədaxili, şəhərlərarası neft, qaz, elektrik, rabitə 


 
31 
kəmər və xətlərinin mühafizə zolaqları ilə birlikdə zonaları;  

 
Meşə fondu zonaları;  

 
Xəzər dənizinin (gölünün) qalxması  və enməsi ilə  əlaqədar 
subasma zonaları;  

 
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub 
olan bölməsi (zonası);  

 
Çay, açıq su hövzələri, kanallar və kollektorlar zonası;  

 
Dağ çaylarının daşqınından mühafizə zonaları;  

 
Təbii və texnogen xarakterli fövqəladə halların təsiri ilə su 
anbarlarının susaxlama qabiliyyətinin itirilməsi nəticəsində subasma 
izometriya xətləri arasında su altında qala biləcək zonalar;  

 
Turizm və rekreasiya zonaları; 

 
Təbii qoruq zonaları; 

 
Dağ zonaları;  

 
Radioaktiv və kimyəvi tullantıların basdırılma zonaları; 

 
Xüsusi neft-qazçıxarma-antropogen zonalar. 
Bu zonaların ümumi əsasları  və prinsipləri ayrı-ayrılıqda aşağıdakı 
kimi açıqlanır.  
Respublikanın regional qruplar sistemləri daxilində mövcud 
şəhər, digər yaşayış  məntəqələri və onların perspektiv inkişafı üçün 
nəzərdə tutulan ehtiyat torpaq zonaları  
Tarixi məskunlaşma və  əhalinin daxili təbii miqrasiyaya cəlb 
olunması  əsasında Azərbaycan Respublikasının mövcud yaşayış 
məntəqələrinin və onların perspektiv inkişaf sahələrinin Bakı-Sumqayıt, 
Quba-Xaçmaz,  Şamaxı-İsmayıllı, Mingəçevir-Yevlax,  Şəki-Zaqatala,  Əli 
Bayramlı-Salyan, Lənkəran-Astara, Ağdam-Xankəndi-Laçın, Gəncə-
Qazax, Göyçay-Ağdaş, Naxçıvan-Ordubad təbii məskunlaşma regionla-
rında birləşməsi zəruridir.  
Respublika daxilində ayrılmış 11 regional qrup bütün yaşayış 
məntəqələrini əhatə edib, hər biri ayrı-ayrılıqda özünün cazibə zonasında 
yerləşən 4-5 inzibati rayonun yaşayış  məntəqələrini birləşdirərək, daxili 
nəqliyyat strukturu ilə  mərkəz  şəhərində yerləşdirilmiş bütün regionun 
əhalisinin sayına hesablanmış  sənaye, mədəni-məişət, təhsil, səhiyyə  və 
digər obyektlərin fəaliyyətini təmin edir.  
Burada məqsəd Bakı-Sumqayıt regionunda hipertrofik inkişafın və 
işçi qüvvələrinin Abşeron istiqamətində miqrasiyasının qarşısını 
almaqdan, respublika ərazisində torpaqlardan maksimum səmərəli istifadə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə