Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   2   3   4   5   6   7   8   9   10   ...   72

 
20 
Torpaq, bazarda əmtəə kimi təklif və  tələbə malikdir. Təklif 
istehsalın inkişaf səviyyəsindən, bu inkişafın böyük və ya kiçik tsikilli 
olmasından asılıdır.  İstehsalın canlanması,  əsasən də yüksəlişi zamanı 
torpağa tələbat artır, istehsalın azalması  və depressiyası zamanı isə 
torpağa tələbat azalır. Təklifin həcmi istehsal tsikilləri ilə bağlıdır və bu 
təklifin həcmi  əsasən torpaqların mənimsənilmə  dərəcəsindən asılıdır. 
Belə ki, torpaqların mənimsənilmə dərəcəsinin yüksək olduğu rayonlarda 
təklifin həcmi adətən böyük olmur, bu da torpaq üzərində böyük dəyərin 
formalaşmasına səbəb olur. Torpaqları az mənimsənilən  ərazi vahid-
lərində torpağa tələb az, təklif isə böyük olduğundan torpağın dəyər 
səviyyəsi aşağı düşür. Amma nəzərə almaq lazımdır ki, az mənimsənilən 
rayonlarda belə, torpaqların unikal xüsusiyyətlərə malik olması  və ya 
yüksək istehlak dəyəri şəraitində torpağa tələb böyük ola bilər. Ona görə 
də, torpağa qiymət torpaq bazarında  əsasən iki faktoru nəzərə almaqla 
formalaşır: bazarda tələb və  təklifin səviyyəsi ilə  və torpağın 
mənimsənilən xüsusiyyətlərinə görə. 
Torpaq  əmtəə kimi digər  əmtəələrdən bir sıra xüsusiyyətlərinə görə 
fərqlənir. Bu fərqlərə nəzər salaq. 
Torpaq daşınmaz  əmtəədir, yəni alıcının arzusu ilə onun yerini 
dəyişmək mümkün deyildir. O, olduğu yerdə satılır və istifadə olunur. 
Torpaq-çoxfunksiyalı, çoxtəyinatlı  əmtəədir və sahibkarlıq fəa-
liyyətinin bütün növləri tərəfindən ona tələb vardır. 
Torpaq istehsal prosesində insan əməyinin fəaliyyəti nəticəsində 
deyil, ilahi varlıq tərəfindən yaradıldığından, o, ilkin başlanğıcdan 
istehlak dəyərinə malik deyildir. Torpağın ilkin təbii istehlak dəyəri 
landşaftların tarixi inkişaf prosesi nəticəsində formalaşır. 
Torpaqların ilkin təbii istehlak dəyəri tədricən torpaqlardan istifadə 
prosesində istehsalatın istehlak dəyəri ilə əvəz olunurlar ki, bu dəyərin də 
həcmi istehsal qüvvələrinin inkişaf səviyyəsi ilə müəyyənləşdirilir. Qeyd 
etmək lazımdır ki, bu istehlak dəyərinin formalaşması xüsusiyyətlərinə 
digər  əmtəələrin istehlak dəyərlərinin formalaşması  bərabər tutul-
mamalıdır. Belə ki, torpaqların istehlak dəyərinin yaranmasına, forma-
laşmasına və  dəyişməsinə  təbii faktorların təsiri daimidir, bu amillər 
təsirlərini heç vaxt dayandırmırlar. Bu da torpaqlarda faktiki (real) 
istehlak dəyərinin formalaşmasının özünəməxsus xüsusiyyətlərini müəy-
yənləşdirir.  
Torpaq istehlak vasitəsi kimi əvəzedilməz olduğundan, mənəvi 


 
21 
cəhətdən köhnəlməyə, aşınmaya məruz qalmadığından o, daimi istehlak 
dəyərinə malikdir.  
Müxtəlif torpaq sahələri müxtəlif istehlak xüsusiyyətlərinə malik-
dirlər. Ona görə  də, torpaq sahələrinin bir-birindən fərqli təbii-coğrafi, 
sosial-iqtisadi  şəraitləri hər bir sahədə müxtəlif istehlak dəyərlərinin 
formalaşmasına səbəb olur. 
Bu fəsildə torpağın özünəməxsus xüsusiyyətlərini cəmləşdirərək 
yekunda onun fərqli cəhətlərini aşağıdakı kimi göstərmək olar: 
təyinati – çoxfunksiyalı: ekoloji, sosial, siyasi, iqtisadi (istehsal 
vasitəsi, əmək aləti, istənilən biznes fəaliyyəti üçün məkan bazisi); 
mənşəyi,  əmələ  gəlməsi – istehsal edilməyən, insanların arzu və 
istəyindən asılı olmayıb mövcud olan təbii varlıq; 
qarşiliqlı əvəzedilməsi
 
– digər heç bir sərvətlə əvəz edilə bilməz
istehsalatda dövriyyə müddəti – müddətsiz (daimi) istifadə; 
istifadə prosesində  aşınması – düzgün istifadə edildikdə  aşınmır, 
özünün istehlak xüsusiyyətlərini itirmir, hətta artırır; 
istehlak dəyərinin formalaşması – minilliklər  ərzində  təbii 
qüvvələrin təsiri ilə, habelə əmək və kapital qoyuluşu ilə həyata keçirilir; 
istifadə prosesində istehlak formasının vəziyyəti – bütün istifadə 
müddətində və istifadə edilmədikdə torpağın natural forması saxlanılır; 
sayı (sahəsi) – daimidir; 
keyfiyyəti – münbitliyinə, relyef xüsusiyyətlərinə, yerləşmə  və-
ziyyətinə görə müəyyənləşdirilir; 
hərəkət dərəcəsi – mütləq daşınmazdır. Dəyərinə  təsir edən  ən 
böyük faktorlardan biri yerləşmə vəziyyətidir; 
zamana görə dəyərin dəyişməsi – zaman keçdikcə defisit, inflyasiya 
və digər faktorlara görə torpağın potensial dəyəri azalmır, əksinə, artır;  
bazarda dövriyyə qabiliyyətliyi – bəzi torpaq sahələrinin dövriyyəsi 
ya məhdudlaşdırılıb, ya da dövriyyədən çıxarılıb. 


 
22 
FƏSİL II.  
TORPAQ EHTİYATLARINDAN SƏMƏRƏLİ İSTİFADƏNİN VƏ 
ONLARIN MÜHAFİZƏSİNİN ELMİ–METODİKİ ƏSASLARI 
 
 
2.1. Azərbaycanın torpaq fondunun təyinat funksiyasına görə 
kateqoriyalara bölgüsü və xarakteristikası 
 
Azərbaycan torpaqları təyinatına görə 7 kateqoriyaya ayrılır: 

 
kənd təsərrüfatı təyinatlı torpaqlar; 

 
yaşayış məntəqələrinin (şəһər, şəһər tipli qəsəbələrin, kənd yaşayış 
məntəqələrinin) torpaqları; 

 
sənaye, nəqliyyat, rabitə, müdafiə və qeyri-kənd təsərrüfatı təyinatlı 
torpaqlar; 

 
təbiəti müһafizə, sağlamlaşdırma, rekreasiya və tarix-mədəniyyət 
təyinatlı torpaqlar; 

 
meşə fondu torpaqları; 

 
su fondu torpaqları; 

 
eһtiyat fondu torpaqları. 
Birinci kateqoriyaya kənd təsərrüfatının eһtiyacları üçün 
verilmiş və ya bu məqsədlər üçün nəzərdə tutulmuş torpaqlar aiddir.  
Kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakılara verilir: 

 
Azərbaycan Respublikasının vətəndaşlarına-şəxsi yardımçı  təs-
ərrüfat, fərdi və kollektiv bağçılıq, bostançılıq, tərəvəzçilik və 
һeyvandarlıq ilə məşğul olmaq üçün; 

 
Azərbaycan Respublikasında daimi yaşayan Azərbaycan Respub-
likası  vətəndaşlarına, dövlət kənd təsərrüfatı müəssisələrinə, kəndli 
(fermer) təsərrüfatlarına, birgə kooperativ və digər kənd təsərrüfatı müəs-
sisələrinə və təşkilatlarına – əmtəəlik kənd təsərrüfatı məһsulları isteһsalı 
üçün; 

 
elmi-tədqiqat və  tədris kənd təsərrüfatı müəssisələrinə, kənd 
texniki-peşə  və ümumtəһsil məktəblərinə-tədqiqat, tədris məqsədləri, 
qabaqcıl təcrübənin təbliği və kənd təsərrüfatı ilə məşğul olmaq üçün; 

 
qeyri-kənd təsərrüfatı müəssisələrinə, idarələrinə və təşkilatlarına – 
ictimai birliklərə və dini təşkilatlara yardımçı kənd təsərrüfatı ilə məşğul 
olmaq üçün. 
İkinci kateqoriyaya-yaşayış  məntəqələrinin torpaqları,  şə-
һərlərin,  şəһər tipli qəsəbələrin və  kənd yaşayış  məntəqələrinin 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə