Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   2   3   4   5   6   7   8   9   ...   72

 

FƏSİL I.  
TORPAQ HAQQINDA MÜASİR TƏLİM 
 
1.1. Torpaq təbii varlıqdır 
 
Torpaq və  cəmiyyət ayrılmaz varlıqlardırlar. Torpaqsız insan, 
cəmiyyət yoxdur. Bəşər övladının dünyaya gəlişinin və yaşamasının ilkin 
şərti də  məhz torpaq olmuşdur. Yer planeti ta qədimdən insanlara məs-
kunlaşmaları üçün məkan olmuş, yaşamaları üçün maddi və enerji mən-
bəyi rolunu oynamışdır.  İnsan və heyvanat aləmi torpağın istehlak 
xüsusiyyətlərini bilavasitə  mənimsəyən canlı orqanizmlərdirlər. Bəşəriy-
yətin ilkin dövrlərində insanlar tərəfindən bu xüsusiyyətlərin mənim-
sənilməsi ov, balıqtutma, təbii enerji mənbələrindən istifadə vasitəsi ilə 
həyata keçirilirdi. Bildiyimiz kimi torpağın istehlak xüsusiyyətləri onun 
yeraltı (qaz, neft, qızıl, civə və. s.) və yerüstü (dəniz, meşə və s.) sərvətləri 
ilə xarakterizə olunur. 
Təbii ki, təbiət (ilahi varlıq!) torpağın bu istehlak xüsusiyyətlərini 
yerin altında və üstündə  bərabər paylamamışdır. Ona görə  də, zaman 
keçdikcə torpaq və onunla bağlı olan sərvətlər insanların və insan 
cəmiyyətlərinin maraq obyektlərinə çevrilirdilər. Bu maraqlar həyat üçün 
daha əlverişli, münasib yerlərin axtarışından, habelə bu yerlərin digərləri 
tərəfindən qəsbindən qorumaqdan ibarət olub.  
Bəşəriyyətdə  əhalinin sayının durmadan artımı, istehlak üçün əlve-
rişli yerlərin zaman keçdikcə məhdudluğu ilk dövrlərdə insanları özlərinin 
yaşamaları naminə  fəth etdikləri  ərazilərin sərhədlərini çox sürətlə, bəzi 
hallarda hətta güc tətbiq etməklə-müharibələrlə genişləndirməyə vadar 
edirdi. Sonralar, zaman keçdikcə xammal şəklində olan təbii ehtiyatlar 
emal edilərək istehlak predmetlərinə çevrilirdilər ki, bütün bunlar da 
torpağın istehlak xüsusiyyətlərini genişləndirmiş olurdu. Bunlar isə 
müxtəlif istehsal sahələrinin zaman-zaman genişləndirilməsi ilə müşayiət 
olunurdu.  İstehsal prosesləri torpağın istehlak xüsusiyyətlərinin daha da 
genişləndirilməsi üçün təbii kompleksə  təsir edən mexanizmlərə çev-
rilirdi. 
İbtidai icma quruluşunda tayfa və qəbilələr torpaqlardan onları ayrı-
ayrı  fərdlər arasında bölmədən istifadə edirdilər. Sonralar torpaqların 
bölgüsü ilə torpaq-mülkiyyət münasibətlərinin formalaşması başlandı. 
Torpaq ilk öncə mülkiyyət obyekti və əmtəə, sonra isə sinfi mübarizələrin 


 

obyektinə çevrildi. Artıq ibtidai icma quruluşu mərhələsində cəmiyyətlər 
iki hissəyə bölünürdü: torpaq mülkiyyətçiləri və torpağı olmayan insanlar. 
Mülkiyyətçilərdə öz torpaq sahələrinə mülkiyyət hüququnu qorumaq hissi 
sonradan ayrı-ayrı dövlətlərin yaranmasına səbəb oldu. Belə ki, döv-
lətlərin ilkin dövrlərdə  əsas vəzifəsi öz sərhədləri daxilində torpaq 
mülkiyyətçilərinin maraqlarını qorumaqdan ibarət olub. Zaman keçdikcə 
torpaq və onunla bağlı (ilk dövrlərdə  əlbəttə ki, yerüstü təbii ehtiyatlar) 
sərvətlər  ən dəyərli mülkiyyət obyektlərinə çevrilirdilər. Təbii ehtiyatlar 
üzərində, o cümlədən torpaq üzərində hakimlik hərisliyi bəşər tarixində 
bütün müharibələrin yaranma səbəbləri olmuşdur.  
Torpaq cəmiyyətlərdə zaman keçdikcə var-dövlət, kübarlıq atributuna 
çevrilirdi.  Əksər zadəgan titulları insanlara məhz torpağa sahibliyə görə 
verilirdi. 
Torpaq əsrlər boyu müxtəlif cəmiyyətlərdə qiymətli daşınmaz əmlak 
kimi müxtəlif banklar tərəfindən kreditlərin verilməsi üçün girov qoyul-
muşdur və bu əqdlər bu gün də müasir iqtisadiyyatımızda tətbiq olunur.  
Tarixə  nəzər salsaq görərik ki, bütün ictimai-siyasi quruluşların 
kökündən dəyişdirilməsi (bir ictimai-siyasi formasiyadan digərinə keçid 
dövrü) zamanı torpaq münasibətlərinin müəyyənləşdirilməsi həmişə 
həllini tələb edən mərkəzi məsələ olmuşdur. Belə ki, şərqdə ilk demo-
kratik ölkə olan Azərbaycan Xalq Cümhuriyyətinin ilkin qərarlarından 
biri məhz torpaq haqqında olmuşdur. Bolşeviklərin Azərbaycan Demo-
kratik Respublikasını işğal etdikdən sonra ilk dekreti də torpaq haqqında 
oldu. XX əsrin 90-cı illərinin  əvvəlində çoxlu qanlar və canlar hesabına 
müstəqilliyini yenidən özünə qaytarmış müasir Azərbaycan dövlətinin də 
mərkəzi məsələsi torpaq məsələsi olmuşdur. İlk Konstitusiyamız respub-
likamızda torpaq üzərində dövlət inhisarına son qoymuş, torpaq üzərində 
3 mülkiyyət (dövlət, bələdiyyə, xüsusi) formasını müəyyənləşdirmişdir. 
 Ona görə də, torpaqlar Azərbaycan Respublikasında insan həyatının 
və fəaliyyətinin əsası kimi mühafizə olunmalı və istifadə edilməlidir. Bu, 
yerquruluşu üzrə mütəxəssislərin bir saylı vəzifəsi və müqəddəs borcudur. 
Torpaq istisnasız olaraq hər bir kəsə lazımdır. İnsan torpaq üzərində 
dünyaya gəlib, onun üzərində yaşayır və  təsərrüfat fəaliyyətini həyata 
keçirir. Torpaq vətəndaş  cəmiyyətinin fəaliyyət göstərməsi üçün məkan 
bazisidir, istehsal vasitələrinin yerləşdiyi  ərazidir, o, kənd və meşə 
təsərrüfatlarında əsas istehsal vasitəsidir. 
Günəş sisteminə daxil olan digər planetlərdən fərqli olaraq Yerdə 


 
10 
həyat vardır, burada bütün canlıların alisi – İNSAN yaşayır. 
Digər canlı orqanizmlərdən fərqli olaraq insan özünün maddi və 
mənəvi tələbatlarını ödəmək üçün təbii ehtiyatlardan (torpaq, yerin təki, 
su, meşə, bitki və heyvanat aləmi, atmosfer və s.) daha aktiv istifadə edir. 
Bununla da o, təbiətə, orada baş verən təbii proseslərə müdaxilə etməklə, 
ona müsbət və ya mənfi təsir göstərir. 
Torpağın insan həyatındakı  və  vətəndaş  cəmiyyətindəki müstəsna 
rolu ilə əlaqədar olaraq, o, bütün insanların torpaq ehtiyatlarından istifa-
dəsi, torpaqla bağlı sərəncam verməsi zamanı düzgün rəftarını tələb edir.  
Maraqlıdır ki, neçə minilliklərdən bəri, dünya əhalisinin sayı indi-
kindən yüz, min dəfələrlə az olanda, müasir sənaye sahələrinin və 
texnikanın olmadığı dövrlərdə belə  təbiətə,  ətraf mühitə, torpağa qayğı 
göstərilməsini insanlar zəruri hesab etmişlər. Məsələn, ta qədim 
zamanlardan bəşər övladına “İnsanlar, siz təbiətdən istifadə edərkən ona 
qarşı amansız olmayın” kimi çağırışlar gündəmdə olub. Hələ XIX əsrdə 
Y.B.Lamark bu müraciətlərə  məhəl qoymayanlara və  təbiətə amansız 
münasibətin nəticələrini dərk etməyənlərə belə xəbərdarlıq edirdi: “Sanki 
insanın  əsas məqsədi  əvvəlcə  təbiəti, sonra onunla birgə özünü məhv 
etməkdən ibarətdir”.  
Beləliklə, hələ çox qədimdən təbiətin, onun ayrılmaz tərkib hissəsi 
olan torpağın qorunması, təbiətdə ekoloji tarazlığın təmin edilməsi 
zərurətinin dərk edilməsinə baxmayaraq, bu gün planetimiz ekoloji 
təhlükə qarşısındadır. 
Əlbəttə, bu gün planetimizdə yaranan ekoloji təzadlar birdən-birə 
əmələ gəlməmişdir. 
Ehtimal olunur ki, bəşər adamı on min ildir ki, əkinçiliklə, hey-
vandarlıqla məşğuldur. Fərz etmək olar ki, insan məhz oturaq həyat tərzi-
nə alışandan sonra təbiətə, onun sərvətlərinə, ilk öncə torpağa antropogen 
təsir göstərmişdir. Dünya alimlərinin tədqiqatları göstərir ki, son yüz ildə 
insanların biosferə müdaxiləsi  əvvəlki yüzilliklərdəki birgə  təsirlərdən 
geniş olmuşdur. Belə ki, təbiətə xas olan “təbii sərvətlərdən qənaətlə 
istifadə” prinsipinə müasir insanlar tərəfindən riayət edilmədiyindən son 
bir milyard ildə yaranan təbii sərvətlər son 100-120 ildə insanlar tərə-
findən insafsızcasına istismar olunmuşdur. Bütün bunların acı  nəticəsi 
olaraq bəşəriyyət ekoloji böhranla üzləşmişdir. 
Akademik H.Ə.Əliyev Azərbaycanda torpağı mühafizə sahəsində 
tədqiqatların təşkilatçısı  və ekologiya elminin banisidir. H.Ə.Əliyev 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə