Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   2   3   4   5   6   7   8   9   ...   72

 
17 
qarşısının alınması üçün istehsalın həcminə məhdudiyyət (kvota) qoyulur. 
Torpaq, əsasən də azməhsuldar sahələr, istehsalatdan ehtiyat vəziyyətinə 
keçir. Bu proses tədricən istehsalın digər sahələrini də  əhatə edir. 
İstehsalın depressiyası  mərhələsində istehsal aşağı  səviyyədə müəyyən-
ləşdirilir, istehsal sferasında torpağın azmiqdarlı iştirakı müşahidə olunur. 
Bu qanunauyğunluqlar konkret zamanın tapşırıqlarını formalaşdırır, 
perspektiv üçün proqnozlar verir. 
İstehsal vasitələrinin istehsalının istehlak predmetlərinin is-
tehsalına nisbətən üstün artması qanunu tələb edir ki, vəsaitlərin 
əksəriyyəti ilk növbədə torpaqların istehsal xüsusiyyətlərinin inkişafına, 
sonra isə istehlak və rekreasiya xüsusiyyətlərinin inkişafına 
yönəldilməlidir.  
Əmək məhsuldarlığının durmadan artımı qanunu torpaqların 
iqtisadi münbitliyinin, istehsalatın texnoloji xərclərinin durmadan 
artırılmasını  tələb edir. Bu qanuna riayət etməyən istehsalçı iqtisadi 
yarışmada geridə qalmaq, iflasa uğramaq kimi problemlərlə rastlaşa bilər. 
Qanun torpağa əmək predmeti kimi təsirlərdə yeni texnologiyaların tətbiq 
edilməsini diktə edir, habelə daima torpağın  əmək aləti kimi onun 
xüsusiyyətlərinin yaxşılaşdırılmasını tələb edir. 
Yığım qanunu torpaq ehtiyatlarının daima azsaylı istehsalçılarda 
təmərküzləşməsi meylini tələb edir ki, bu da istehsalın rəqabətqabiliyyətli, 
böyük səmərəli olması üçün zəmin yaratmış olur. 
Bir sıra qanunlar torpaqdan istifadənin səmərəliliyini nizamlayır. 
Əməyə  qənaət qanunu göstərir ki, torpaqlardan istifadə prosesində 
bütün müsbət dəyişikliklər canlı  və maddiləşmiş  əməyə  qənaətə  səbəb 
olur. 
Dəyər qanunu göstərir ki, əmtəələrin dəyişdirilməsi (satışı) dəyərlər 
əsasında həyata keçirilir ki, bunlar da öz növbəsində canlı və maddiləşmiş 
əməyin sərfi ilə ölçülür. Ona görə  də, qeyd etmək lazımdır ki, torpağın 
istehsal vasitəsi kimi fəaliyyəti ilə bağlı xərclər kənd təsərrüfatı istehsalı 
sferasında  əsas xərclərdəndir. Onların azaldılması  əmtəə  dəyərinin 
azaldılmasını,  əməyə  qənaətə,  əlavə  dəyərin (mənfəətin) həcminin 
artırılmasına yönəldilmiş tədbirdir. 
Mənfəət normasının azalması meyli qanunu göstərir ki, hər bir 
sonrakı kapital qoyuluşu bərabər şərtlər daxilində az gəlir (mənfəət) artımı 
gətirir. Buradan belə  nəticəyə  gəlinir ki, ilbəil vəsait qoyuluşundan 
torpağın mənfəət qaytarması qabiliyyəti azalır. Torpaqların iqtisadi 


 
18 
münbitliyinin sonrakı artımı daha böyük ictimai məsariflərlə təmin edilir. 
Özünün fəaliyyət prosesində torpaq daima digər istehsal vasitələri ilə 
əlaqədə olur və bu qarşılıqlı təsirdən torpağın özünəməxsus xüsusiyyətləri 
dəyişikliklərə məruz qalır. Torpaqla əlaqə dərəcəsinə görə bütün istehsal 
vasitələrini 3 qrupa bölmək olar. 
Birinci qrupa torpaqla bilavasitə bağlı olan istehsal vasitələrini aid 
etmək olar. Bu qrupa aid olan istehsal vasitələrinin fəaliyyəti bilavasitə 
ətrafdakı torpaqlardan istifadə ilə əlaqədardır. Onlara yollar, meşə zolaq-
ları, kanallar, digər qurğular aiddirlər. Belə ki, yaxşı örtüklü, əlverişli 
yerləşmiş yol şəbəkəsi bitkiçilik məhsullarının maya dəyərini aşağı sal-
mağa imkan verir. Əksinə, yüksəkməhsuldarlı sahələr yolların fəaliyyətini 
intensivləşdirir. Bu istehsal vasitələri torpaqla birlikdə istehsal proses-
lərinin  əsasını  təşkil etməklə, daşınmaz (hərəkətsiz) istehsal vasitələrinə 
aiddirlər. 
İkinci qrupa aid  olan  istehsal vasitələri torpağa münasibətdə  əmək 
aləti rolunu oynayırlar. Bunlara maşınlar, mexanizmlər, müxtəlif texnoloji 
alətlər, cisimlər aiddirlər. 
Onlar torpağa təsir göstərməklə torpağı ümumi istehsal vasitəsi və ya 
əmək aləti kimi istifadələr üçün yararlı  vəziyyətə  gətirir. Tətbiq olunan 
alətlərin keyfiyyəti torpağın xüsusiyyətlərini, bu xüsusiyyətlərin təsir 
dərəcəsini və  səmərəliliyini müəyyənləşdirir. Ona görə  də, torpağa təsir 
üçün bu əmək alətlərinin və onların işçi orqanlarının ixtisaslaşması 
aparılır. Digər tərəfdən torpaqların keyfiyyəti öz növbəsində maşın və 
aqreqatların məhsuldarlığına təsir göstərən  əsas faktorlardandır. 
Torpaqdan istifadənin səmərəliliyi ilə texniki vasitələrdən istifadənin 
səmərəliliyi arasında yaranmış ziddiyyət bütövlükdə bütün istehsalda 
səmərəliliyi təmin etmək nəticəsində aradan qalxır. 
Üçüncü qrupa nəqliyyat vasitələri kimi istehsal vasitələri daxildirlər. 
Bu qrupdan olan istehsal vasitələri torpaqdan məkan-əməliyyat bazisi 
kimi istifadə edirlər. Onların fəaliyyətləri digər  əmək obyektlərinə 
yönəldiyindən, torpaqların keyfiyyət göstəriciləri onların məhsuldarlığına 
təsir göstərmir. 
 İlk iki qrupdan olan istehsal vasitələrini birləşdirən cəhətlər ondan 
ibarətdir ki, onların fəaliyyətlərinin səmərəliliyi bilavasitə torpağın 
keyfiyyətindən asılıdır. Bu, belə qənaətə gəlməyə imkan verir ki, torpağın 
fəaliyyətinin səmərəlilik dərəcəsini təkcə onun istifadə sferasında deyil, 
eyni zamanda digər istehsal vasitələrinin istifadə sferasında da axtarmaq 


 
19 
lazımdır. Ona görə  də, torpaqlardan istifadənin təşkilində  məqsəd təkcə 
istehsalatın başlıca tələblərinin təmin edilməsi deyil, həm də digər istehsal 
vasitələrindən səmərəli istifadə üçün müvafiq əlverişli  şəraitlərin 
yaradılmasından ibarət olmalıdır. 
 
1.3. Torpaq-bazar iqtisadi münasibətləri şəraitində əmtəədir 
 
Bazar iqtisadiyyatı  şəraitində  təkcə istehlak predmetləri deyil
həmçinin istehsal vasitələri də, torpaq üzərində xüsusi mülkiyyətçilik 
şəraitində torpaq da əmtəə kimi çıxış edir. Torpaq əmtəə kimi ümumi və 
özünəməxsus xüsusiyyətləri ilə xarakterizə olunur. Digər  əmtəələr kimi, 
torpaq da istehlak və mübadilə dəyərlərinə malikdir. Torpağın öz xassələri 
ilə  cəmiyyətin müəyyən tələblərinin ödənilməsi qabiliyyətinə malik 
olması onda istehlak dəyərini formalaşdırır. Torpaq bir sıra istehlak 
xüsusiyyətlərinə malikdir: obyektlərin və fəaliyyət növlərinin yerləşdiril-
məsi üçün vacib olan məkan (yer) xüsusiyyəti; bitkiçilik məhsullarının 
yetişdirilməsi üçün vacib olan torpağın münbitlik xüsusiyyəti. Bu 
xüsusiyyətlərin istehlak dəyərinin qiymətləndirilməsi torpaq kadastrı işləri 
prosesində aparılır.  Ərazinin məkan  şəraitləri (xüsusiyyətləri) sahənin 
xarici və daxili iqtisadi mərkəzlərdən uzaqlığına nisbətən yerləşmə 
vəziyyətinə, onun konfiqurasiyasına, konturluğuna, yamacların mailliyinə 
və ekspozisiyalarına, dəniz səviyyəsindən hündürlüyünə  və s. görə 
qiymətləndirilir. Torpaqların münbitliyi isə bonitirovka prosesində qiy-
mətləndirilir və burada torpaqların təbii münbitliyini müəyyənləşdirən 
(torpağın mexaniki tərkibi, humus, udulmuş  əsasların miqdarı, turşuluq, 
şum qatının dərinliyi və s. kimi) torpağın xüsusiyyətləri qiymətləndirilir. 
Bitkiçilik – məhsuldarlığına görə, su sərvətləri – su ehtiyatlarının 
həcminə, biokimyəvi tərkibinə, yatım dərinliklərinə görə qiymətləndirilir. 
Torpaqların istehlak dəyərinə  təsir edən xüsusiyyətlərdən biri də faydalı 
qazıntıların mövcudluğu , ehtiyatı, gücü və dərinliyidir.  
Mübadilə dəyəri özündə torpağın istehsal vasitəsi və istehlak vasitəsi 
kimi fəaliyyətinin təmin edilməsi üçün zəruri olan elementlərin 
məcmusunu birləşdirir.  İstehsal prosesinə artıq  əvvəllər cəlb edilmiş 
torpaq sahəsinə mühəndis və sosial infrastrukturların, qurğuların, 
meliorasiya obyektlərinin çəkilişi ilə  əraziyə kapital qoyuluşuna nail 
olunmuşdursa, bu zaman dəyərin qiymətləndirilməsi pul formasında 
həyata keçirilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə