Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   2   3   4   5   6   7   8   9   ...   72

 
14 
o, burada başlıca, əsas isteһsal vasitəsidir. 
Torpaq istənilən istehsalın mövcudluğu üçün vacib olan maddi 
şəraitdir. Ona görə  də, torpaq istehsal vasitəsi kimi təkcə  kənd təsər-
rüfatında deyil, eyni zamanda iqtisadiyyatın bütün sahələrində-sənayedə, 
nəqliyyatda, insanın maddi fəaliyyətinin digər sahələrində  də istehsal 
vasitəsi kimi çıxış edir. 
Təbii ki, istehsal vasitəsi kimi torpağın kənd təsərrüfatında rolu digər 
qeyri-kənd təsərrüfatı sahələrindəki rolundan fərqlidir. Emal sənayesində 
torpaq passiv rol oynayır. Burada o, yalınız əmək prosesinin baş tutması 
üçün zəruri olan obyektlərin yerləşməsində məkan bazisi rolunu oynayır. 
Həmin obyektlərin yerləşdiyi  ərazinin torpaq-texnoloji xüsusiyyətləri 
istehsalatın ixtisaslaşmasına, keyfiyyətinə, səmərəliliyinə təsir göstərmir. 
Mədən sənayesində isə torpaq artıq təkcə  məkan bazisi rolunu 
oynamır. Burada torpağın istehsalatdakı rolunda aktivlik artır. O, həm də 
özünəməxsus “faydalı  mədən”, “faydalı qazıntıların anbarı” rolunu 
oynayır. Torpaq mədən sənayesində  həmişə  əmək predmeti kimi çıxış 
edir. Belə ki, yeraltı  sərvətlərin  əldə edilməsi üçün torpağa daima insan 
əməyi təsir göstərir. (axtarış-qazma işləri və s.). Bu zaman torpağın 
xüsusiyyətlərindən (faydalı yataqların tərkibi, onların növləri, yataqların 
dərinliyi və s.) asılı olaraq fəaliyyətin istiqaməti, onun həyata keçirilməsi 
üçün zəruri olan maliyyə  xərclərinin həcmi və  səmərəliliyi müəyyən-
ləşdirilir. Amma torpağın ən ali xüsusiyyəti olan torpaq münbitliyi burada 
da istehsalatın inkişafına heç bir təsir göstərmir. 
Meşə təsərrüfatında torpaq üç funksiyada çıxış edir: ümumi istehsal 
vasitəsi kimi (meşələrin salınması, qurğuların yerləşdirilməsi üçün məkan 
rolunu oynayır);  əmək predmeti kimi (oduncaq tədarükündə  və 
meşəsalmada) və qismən əmək aləti kimi (torpaq örtüyünün köməkliyi ilə 
meşə  ağaclarının yetişdirilməsi təmin edilir). Bütün bu üç funksiyanı 
özündə birləşdirən torpaqlar meşə təsərrüfatında da istehsal vasitəsi kimi 
fəaliyyət göstərir. 
Torpaq kənd təsərrüfatında büsbütün başqa  əhəmiyyət kəsb edir. 
Torpaq burada başlıca istehsal vasitəsidir, istehsalatın aktiv və 
əvəzedilməz faktorudur. Kənd təsərrüfatında istehsalat prosesi bütövlükdə 
bilavasitə torpaqla, onun münbitliyi ilə, torpaqda gedən təbii-bioloji 
proseslərlə sıx surətdə bağlıdır. Kənd təsərrüfatında torpaq məkan bazisi 
funksiyasından əlavə, həm əmək predmeti (insan torpağı şumlayır, səpir, 
sulayır, torpağa bilavasitə təsir göstərməklə digər texnoloji əməliyyatları 


 
15 
yerinə yetirir) və istehsalın aləti (torpağa səpilmiş toxumlara torpaq öz 
təsirilə lazımi məhsulu yetişdirir) kimi çıxış edir. Məhz bu xüsusiy-
yətlərinə görə torpaq kənd təsərrüfatında müstəsna rola malikdir.  
Torpağın ən ali xüsusiyyəti münbitlik xüsusiyyətinə malik olmasıdır. 
Torpaq bitkilərin böyüməsi və inkişafı üçün zəruri olan su, qida və digər 
tələbatının ödəndiyi mənbədir. Torpağın münbitlik xüsusiyyəti onu digər 
istehsal vasitələrindən  əsaslı  şəkildə  fərqləndirir. Kənd təsərrüfatı 
bitkilərinin məhsuldarlığı bilavasitə torpağın münbitliyindən asılıdır və bu 
münbitlik insanın təsərrüfatçılıq fəaliyyətində böyük təsirlərə məruz qalır. 
Bu təsirin səviyyəsi ilk növbədə elmi-texniki tərəqqinin inkişaf səviyyəsi 
ilə ölçülür. Torpağa təsir elmi əsaslarla, təbiətin qanunlarına riayət 
etməklə baş verəndə torpağın münbitliyi artır,  əks təqdirdə, o, zaman 
keçdikcə münbitliyini azaldır və  ən nəhayət, istehsal prosesində  əsas 
istehsal vasitəsi kimi fəaliyyətini dayandırır. 
Torpağı başqa isteһsal vasitələrindən fərqləndirən xüsusiyyətlərə 
nəzər salaq. 
Bütün digər istehsal vasitələri insan əməyinin məhsuludur, torpaq isə 
(su da bu xüsusiyyətə malikdir!) özünün təbii vəziyyətində  təbiətin 
bəxşidir, onun əmələ gəlməsinə insan əməyi sərf edilməmişdir. 
Torpaq əvəzedilməzdir, başqa sözlə, onu hər hansı bir digər istehsal 
vasitəsi ilə əvəz etmək olmaz. 
Torpaq məkanca məhduddur, onun sahəsini genişləndirmək olmaz. 
Digər istehsal vasitələrinin isə (maşının, cihazların və s.) istehsal həcmini 
artırmaqla sayını artırmaq olar. Əlbəttə, ayrı-ayrı yerlərdə istifadəsiz 
torpaqları  kənd təsərrüfatı istehsalatı dövriyyəsinə  cəlb etməklə yararlı 
torpaq sahələrinin həcmini artırmaq olar. Amma bütövlükdə Yer pla-
netində torpaq təbiətdə resurs kimi məkanca məhduddur. 
Torpaq eyni istehsal prosesində  həm  əmək predmeti, həm də  əmək 
aləti kimi çıxış edə bilər. Digər istehsal vasitələri isə ayrı-ayrı funksiyaları 
yalnız ayrı-ayrı istehsal proseslərində yerinə yetirə bilər. Məsələn, bir 
istehsal prosesində əmək aləti, digərində isə əmək predmeti kimi çıxış edə 
bilər.  
Torpaq özünün yerləşmə  vəziyyətinin daimiliyi ilə xarakterizə 
olunur. Onu traktorlar, kombaynlar kimi bir yerdən başqa yerə köçürmək 
olmaz. 
Torpaq sahələri keyfiyyətinə görə eynicinsli deyildirlər. Onlar bir-
birindən münbitliyinə, relyefinə  və digər  əlamətlərinə görə  fərqlənirlər. 


 
16 
Bu müxtəlifliklər isə son nəticədə  məhsuldarlığa, ümumi məhsul çıxı-
mına, istehsalatın səmərəliliyinə təsir edir. Keyfiyyətcə yaxşı torpaqlarda 
əlavə  gəlir  əldə edilir, bu da öz növbəsində diferensial rentanın 
yaranmasına səbəb olur.  
Bütün digər istehsal vasitələri onlardan istifadə prosesində fiziki 
cəhətdən aşınırlar (qənaətlə, tələblər çərçivəsində istifadə etdikdə  də!), 
mənəvi baxımdan köhnəlirlər. Onlardan fərqli olaraq torpaqdan düzgün 
istifadə etdikdə o nəinki köhnəlmir, əksinə onun münbitliyi artır. 
Beləliklə, torpaq daimi olub, һeç bir isteһsal vasitəsi ilə əvəz edilmir. 
Torpaq eһtiyatları ən dəyərli təbii eһtiyatlardandır. 
Torpağın  əsas istehsal vasitəsi kimi fəaliyyətini tənzimləyən bəzi 
qanunlar ilə tanış olaq. 
İstehsal sferasına cəlb edilmiş  və onun əsas faktoruna çevrilmiş 
torpaq cəmiyyətdə formalaşmış  əsas iqtisadi qanunlara uyğun istifadə 
edilməlidir. 
İstehsal münasibətlərinin istehsal qüvvələrinin xarakterinə  və 
inkişaf səviyyəsinə uyğunluğu qanunu tələb edir ki, torpağın  əsas 
istehsal vasitəsi kimi təşkili torpaq münasibətləri sisteminə 
uyğunlaşdırılmalıdır. Bu qanun torpağın istehsal vasitəsi kimi keyfiyyətini 
və xüsusiyyətlərini dəyişdirən hərəkətverici qüvvələri müəyyənləşdirir. 
Torpağın istehsal vasitəsi kimi fəaliyyətini müəyyənləşdirən qanunlar 
sırasına əlavə dəyər (mənfəət) istehsalı qanunu aiddir.  
Bu qanun tələb edir ki, bazar iqtisadiyyatı  şəraitində torpaqlardan 
istifadənin  əsas məqsədi maksimum gəlir  əldə etməkdən ibarət oldu-
ğundan, ondan istifadənin təşkilində hər zaman torpaqların münbitliyinin 
artırılmasına, məsariflərin azaldılmasına çalışmaq lazımdır. 
İstehsalın silsiləli inkişafı qanunu istehsalın canlanma, yüksəliş, 
düşmə və depressiya fazalarından obyektiv keçidini əks etdirir. 
Canlanma fazasında torpaq ilk öncə istehlak predmetləri və ya 
xammal istehsal edən kənd təsərrüfatı, meşə  təsərrüfatı, tikinti, bir sıra 
mədən sahələrinə-istehsal sferasına cəlb olunur. Sonradan torpaq emal 
sahələrinə  cəlb edilir. Torpaqdan istifadənin miqyası artır, torpaq 
istehsalatda ehtiyat vəziyyətindən istehsal vasitəsinə çevrilir. İctimai 
istehsalda torpağın daha çox iştirakı yüksəliş fazasında qeyd olunur. 
İstehsalın enişinə ilk öncə istehlak predmetləri və xammal istehsal edən 
(kənd və meşə  təsərrüfatları, emal müəssisələrinin bəziləri) sahələr 
münasibət bildirirlər. Belə ki, həddindən artıq məhsul istehsalının 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə