Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə60/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

 
179
Relyefi bilmək şəhərləri layihələndirmək və şəhərsalma işində də çox 
vacibdir. Başqa təbii faktorlarla yanaşı, relyef haqqında məlumatlar 
şəhərin müxtəlif təsərrüfat obyektlərinin yerini, torpaq işlərinin həcmini, 
əsaslı binaların bünövrəsinin konstruksiyasını, sahənin möhkəmliyini 
müəyyən etməyə kömək edir. Bu məqsədlə  şəhərlər və onların ayrı-ayrı 
sahələri tikilməzdən  əvvəl relyefin ümumi xüsusiyyəti, relyef formaları, 
səthin meylliyi, ərazinin parçalanması  və s. öyrənilir, layihələndirmə 
işlərində nəzərə alınır.  
Relyef kənd təsərrüfatına, onun ərazi üzrə ixtisaslaşmasına və 
yerləşdirilməsinə, məhsuldarlığa bilavasitə  və dolayı yollarla təsir edir. 
Sahələrin  şumlanması, kənd təsərrüfatı maşınlarının istifadə edilməsi, 
sahəyə su çıxarılması, irriqasiya və meliorasiya işləri relyefin 
xüsusiyyətlərindən bilavasitə asılıdır. Bütün bu tədbirlərin həyata 
keçirilməsi üçün relyefin meyllik xüsusiyyətləri,  şaquli və üfüqi 
parçalanma dərəcəsi, yamacların səmti və uzunluğu, mikrorelyef və onu 
doğuran səbəblər mükəmməl öyrənilməlidir. Relyefin göstərilən 
xüsusiyyətləri iqlim və hava ilə birlikdə bitki və heyvanların ekoloji 
şəraitinin formalaşmasında fəal iştirak etdikləri kimi, kənd təsərrüfatı 
bitkilərinin becərilməsinə və mal-qaranın saxlanılmasına bütün istehsalat 
siklində  də  əhəmiyyətli dərəcədə  təsir göstərir və qoyulan vəsait və 
xərclərin kəmiyyətini müəyyən edir.  
Relyefin kənd təsərrüfatına dolayı  təsiri ondan ibarətdir ki, relyefə 
münasib olaraq iqlim, radiasiya və istilik balansı, rütubətlənmə  və 
işıqlanma  şəraiti formalaşır. Relyefin iqlim göstəricilərinə  təsiri xüsusilə 
səhralarda özünü daha qabarıq büruzə verir. Ümumiyyətlə, kənd 
təsərrüfatı üçün azəlverişli olan bu sahələrdə relyefin ümumi 
xüsusiyyətlərinə münasib olaraq ayrı-ayrı sahələrdə nisbətən  əlverişli 
şərait yarana bilər. Lakin relyefin bu cəhətdən kənd təsərrüfatındakı rolu 
ayrı-ayrı coğrafi enliklərdə müxtəlif olur.  
Torpaq fondunun qiymətləndirilməsini və  kənd təsərrüfatının ayrı-
ayrı sahələrinin düzgün və daha səmərəli yerləşdirilməsini təmin etmək 
üçün fiziki-coğrafi rayonlaşma sxemləri ilə yanaşı, geomorfoloji 
rayonlaşma sxemi də  zəruridir. Bu sxemlər müvafiq xəritələrlə  təmin 
edilir. Geomorfoloji xəritələrdə relyefin yüksəkliyə görə  ərazi üzrə 
diferensiasiyası, onun üfüqi və şaquli parçalanma dərəcəsi, meylliyi, çay 
şəbəkəsinin planı, eroziyaya, deflyasiyaya, bataqlılaşmaya və 


 
180 
şoranlaşmaya uğramış sahələr, qayalıqlar, meşə sahələri və s. əks etdirilir.  
Kənd təsərrüfatı  məqsədləri üçün respublikamızda irimiqyaslı 
geomorfoloji xəritələr, ayrı-ayrı relyefəmələgətirici proseslərin xüsusi 
xəritələri tərtib edilir. Relyef və ayrı-ayrı proseslər həm keyfiyyət, həm də 
kəmiyyət cəhətdən qiymətləndirilir. Bu məqsədlə relyef istilik və rütubəti 
tənzimləyən, eroziyanın xarakter və intensivliyini müəyyən edən bir amil 
kimi öyrənilir.  
Növbəli  əkin sisteminin daha səmərəli variantlarını seçmək üçün 
relyefin quruluş xüsusiyyətlərini bilmək və onu nəzərə almaq lazım gəlir. 
Ayrı-ayrı bitkilərin yerləşdirilməsi və onların məhsuldarlığını  təmin 
etmək üçün mikrorelyef formalarının öyrənilməsi və onların ekoloji 
obyekt kimi qiymətləndirilməsi vacibdir.  
Kənd təsərrüfatında zəruri məsələlərdən biri torpaqların təsər-
rüfatçılığa yararlığı baxımdan qiymətləndirilməsidir. Bu sahədə aparılan 
işlərdə məqsəd kənd təsərrüfatı istehsalı üçün yararlılığına görə eyni tipli 
torpaqların ayrılması  və  xəritələşdirilməsidir. Bu torpaq tiplərinin 
yayıldığı areallarda relyeflə yanaşı hansı torpaqların yayıldığı, su ilə 
təminat dərəcəsi, iqlim və hava xüsusiyyətləri, təbii bitki və heyvanat 
aləmi öyrənilir. Ona görə  də aparılan tədqiqat işləri kompleks xarakter 
daşımalıdır.  
Torpaqların relyef cəhətcə qiymətləndirilməsi işində ilk növbədə 
yüksəkliyin və  səthin parçalanmasının  ərazi üzrə necə paylanmasını 
öyrənmək lazımdır. Yüksəklik kənd təsərrüfatının ayrı-ayrı sahələrinin 
yerləşdirilməsində  əsas rol oynayır. Yüksəkliyə görə rütubət və istilik 
paylanır, səth və qrunt sularının rejimi formalaşır, torpaq və bitki örtüyü 
yaranır.  
Səthin parçalanması (xüsusilə  şaquli parçalanma) torpaqların 
aqroistehsalat xüsusiyyətlərini müəyyən edir. Kənd təsərrüfatı  və  təbii 
otlaq bitkilərinin sıxlığı  və  məhsuldarlığı da çox vaxt bununla müəyyən 
edilir. Kənd təsərrüfatı bitkilərini yerləşdirərkən bunu nəzərə almaq 
lazımdır ki, məsələn,  Şamaxı rayonunun bütün ərazisi (900 m-ə  qədər) 
dəmyə üzümçülüyü üçün çox əlverişli olduğu halda, qışı soyuq keçən 
illərdə dərə və çökəkliklərdə salınmış üzümlüklərin şaxta vurması halları 
müşahidə edilir. Üfüqi parçalanma kənd təsərrüfatı bitkilərinin 
yerləşdirilməsinə  və maşınların istismarına  əhəmiyyətli dərəcədə  təsir 
edir. Parçalanma nə qədər sıx olarsa sahələrin becərilməsi daha çox vəsait 


 
181
tələb edir, məhsulun maya dəyərini artırır.  
Yamacların quruluş xüsusiyyətləri bitkilərin vegetasiyasına, 
inkişafına, məhsulun keyfiyyət və kəmiyyətinə təsir göstərir. Ona görə də 
yamacların hərtərəfli öyrənilməsi lazım gəlir. Yamacların uzunluğu, 
formaların səthə açılıb-açılmaması, aşınma materiallarının əmələ gətirdiyi 
örtüyün olması, onun qalınlığı, xarakteri və tərkibi, qrunt və yeraltı suların 
miqdarı, hansı  dərinlikdə yerləşməsi və rejimi, meyllik, parçalanma 
dərəcəsi və s. kimi məlumatları bilmək kənd təsərrüfatı istehsalatının 
ərazicə təşkili üçün çox vacibdir.  
Kənd təsərrüfatı maşınlarının istismarı  və torpaqların rütubət rejimi 
yamacların meyllik və parçalanma dərəcəsindən asılıdır. Meylliyin 
öyrənilməsi və  xəritələşdirilməsi torpaqların yuyulmadan mühafizəsi və 
eroziya əleyhinə mübarizə tədbirlərinin görülməsi üçün də lazımdır.  
Torpağın yuyulması meylliyin 2-3
0
 olduğu yerdən başlayır. Meyllik 
artdıqca torpağın yuyulması və ümumiyyətlə, yamaclarda eroziya prosesi 
güclənir, torpağın və torpaqəmələgətirən süxurların rütubətliliyi azalır, 
kənd təsərrüfatı bitkilərinin və otlaqların inkişafı  zəifləyir, məhsuldarlıq 
aşağı düşür. Meyllik 3-4
0
 –yə çatanda torpaqların yuyulması daha da 
sürətlə gedir. Yamacların meylliyi 8-10
0
  və daha da çox olanda əkin 
sahələrinin şumlanması məsləhət görülmür.  
Yamacların uzunluğu da torpaqların yuyulmasında mühüm rol 
oynayır. Yamaclar uzunlaşdıqca eroziya da artır, xüsusilə bitki örtüyü 
seyrək olanda və yağışlar leysan xarakteri daşıyanda. 
Morfoloji xüsusiyyətinə görə yamaclar özlərinin köndələn kəsimində 
qabarıq, batıq, düz və mürəkkəb quruluşlu olur. Qabarıq yamaclarda 
aşağıya doğru istiqamətdə meyllik artdığına görə torpaqların yuyulması və 
eroziyası da artır. Bu cür yamacların aşağı hissəsində  səthin yuyulma 
sürəti suayırıcına yaxın sahələrə nisbətən 1,5 dəfə çoxdur.  
Batıq kəsimli yamaclar tarazlaşma profilini xatırladır. Ona görə də bu 
yamaclar çox zəif yuyulur. Meyllik bu yamaclarda suayırıcından 
başlayaraq yamacın orta və aşağılarına doğru tədricən azalır. Ona görə də 
burada ya zəif eroziya, ya da akkumulyasiya prosesləri gedir. Yamacın 
yuxarısında eroziya prosesi (torpağın yuyulması) nisbətən güclüdür.  
Düz yamaclarda suayırıcından başlayaraq aşağıya doğru səth axımı 
tədricən artır. Buna müvafiq olaraq eroziya prosesinin intensivliyi və 
torpağın yuyulma həcmi də bu istiqamətdə böyüyür. Belə yamacların ayrı-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə