Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

 
170 
Azərbaycanda torpaq tədqiqatlarının operativ, obyektiv və riyazi əsaslarla 
aparılmasını təmin edən informasiya sistemi yaradılmışdır. 
Çox təəssüflər olsun ki, hələ də bəzi alimlərimiz torpaqdan səmərəli 
istifadənin təşkili probleminə primitiv yanaşaraq ‘‘problemin həlli yalnız 
mənlikdir’’ təkəbbüründən çıxış edirlər. Biz problemin həllinə belə bəsit 
yanaşmalarla onun həllinə nail ola bilmərik. Problemin həlli yalnız və 
yalnız kompleks yanaşmadadır.  
Torpaqdan səmərəli istifadənin təşkili probleminə ictimai-siyasi 
münasibətlər, bu münasibətlərin tərkib hissəsi olan torpaq münasibətləri, 
istehsalatın təşkili, iqtisadiyyatı, idarə edilməsi, torpaqlardan istifadənin 
ərazicə kompleks təşkili kontekstindən yanaşmalıyıq.  Əks təqdirdə ana 
təbiət, torpaq lüzumsuz laboratoriya analizlərinin nəticələri ilə, bir çox 
hallarda xeyrindən çox ziyanı olan mineral gübrələrlə üzbəüz qalar. 
Torpaq torpaqşünasla, aqrokimyaçı ilə, məhəndis-mexaniklə, 
yerquruluşçusuyla, iqtisadçıyla ayrı-ayrılıqda danışmaq istəmir.  
Yerquruluşu bir “bulaq”dır. Bu “bulağ”ın “göz”ləri torpaqşünaslıq, 
aqrokimya,  əkinçilik, meliorasiya, sahə iqtisadiyyatı, kompüter 
texnologiyası və s. kimi elmlərdir. Bu “göz”lərdən süzülmüş təklif, tədbir 
dolu “damcı”lar yerquruluşu layihə  və sxemlərində birləşib “saf bulaq 
suyu”nu – kompleks yerquruluşu tədbirlər sistemini əmələ gətirirlər.  
   
4.3. Yerquruluşu istehsalat prosesinin iştirakçıları  
 
Yerquruluşu  əməliyyatları prosesində yaranan münasibətlərin 
iştirakçıları yerquruluşu işlərinin aparılmasını sifariş edənlərdən, 
yerquruluşu işlərinin podratçılarından və yerquruluşu işləri yerinə 
yetirilərkən hüquqlarına və qanuni maraqlarına toxunulan şəxslərdən və 
ya qüvvədə olan qanunvericiliyə uyğun olaraq bu münasibətlərdə  iştirak 
edən orqanlar və şəxslərdən ibarətdir. 
Yerquruluşu sənədlərinin sifarişçisi kimi yerquruluşu işlərinin 
görülməsi barədə  qərar qəbul etmiş  və ya vəsatət qaldırmış  şəxslər 
(hüquqi və fiziki) çıxış edə bilərlər. Bütövlükdə yerquruluşu sənədlərinin 
sifarişçiləri siyahısına aşağıdakıları aid etmək olar: 

 
icra hakimiyyəti orqanları; 

 
Azərbaycan Respublikası subyektlərinin icra hakimiyyəti orqanları; 

 
yerli özünüidarəetmə orqanları; 


 
171

 
torpaq sahəsinin alınmasına iddialı olan vətəndaşlar və hüquqi 
şəxslər; 

 
torpaq sahəsi ilə bağlı  əqdlər bağlanarkən və ya torpağa hüququn 
dövlət qeydiyyatı zamanı yerquruluşu işlərinin yerinə yetirilməsi barədə 
qərarlar qəbul etmiş torpaq üzərində hüquqa malik vətəndaşlar və hüquqi 
şəxslər. 
Yerquruluşu işlərinin aparılmasına başlanması barədə  əsas verən 
hallar aşağıdakılar ola bilər: 

 
mərkəzi dövlət hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası 
subyektlərinin dövlət hakimiyyəti orqanlarının, habelə yerli 
özünüidarəetmə orqanlarının müvafiq qərarları; 

 
vətəndaşlar, hüquqi şəxslər və yerquruluşu işlərini həyata keçirəcək 
strukturlar arasında yerquruluşu işlərinin aparılması barədə bağlanmış 
müqavilələr; 

 
hüquqi qüvvəyə minmiş məhkəmə qərarları. 
Yerquruluşu işlərinin podratçısı qismində bu işlərin aparılmasına 
səlahiyyəti və lisenziyası olan fiziki və hüquqi şəxslər çıxış edə bilərlər. 
Hal-hazırda yerquruluşu işlərinin aparılması üzrə  əsas podratçı 
təşkilat kimi Azərbaycan Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsi 
strukturuna daxil olan dövlət unitar yerquruluşu müəssisələri çıxış edirlər. 
Belə  təşkilat kimi Azərbaycan Dövlət Yerquruluşu Layihə  İnstitutu 
çıxış edir. Bu İnstitutunun respublikamızın regionlarında idarələri də 
fəaliyyət göstərir. 
Yerquruluşuna dair böyükhəcmli (aerofotogeodezik, topoqrafik və 
digər planaalmalar) işlər həmçinin Aerogeodeziya və Kadastr İstehsalat 
Birliyi tərəfindən həyata keçirilir. 
Yerquruluşu sənədlərinin hazırlanmasının təkmilləşdirilməsi, görülən 
işlərin keyfiyyətinin yaxşılaşdırılması, görülən işlərin keyfiyyətinin 
standartlara uyğunlaşdırılması 
məqsədilə yerquruluşu işlərinin 
podratçısının borcudur ki: 

 
yerquruluşu sənədlərinin hazırlanması və həyata keçirilməsinə dair 
təlimatların, normativ-texniki sənədlərin tələblərini, habelə Azərbaycan 
Respublikasının qanunlarını və digər hüquq normalarını rəhbər tutsun; 

 
yerquruluşu prosesində  mənafelərinə toxunula biləcək  şəxslərin 
hüquq və qanuni maraqlarına riayət etsin; 

 
maraqlı  tərəfləri yerquruluşuna dair işlərin aparılacağı barədə 


 
172 
məlumatlandırsın; 

 
yerquruluşuna dair işlərin aparılması ilə bağlı  əldə etdiyi məlu-
matlara münasibətdə dövlət sirri barədə qanunçuluğun tələblərinə riayət 
etsin. 
Yerquruluşu işlərinin podratçısı yerquruluşu sənədlərində  nəzərdə 
tutulmuş  işlərin dəqiqliyinə, keyfiyyət və ekoloji təhlükəsizliyinə görə 
tam məsuliyyət daşıyır. 
Yerquruluşu zamanı yaranmış münasibətlərin iştirakçısı kimi, 
yuxarıda göstərilən sifarişçidən və podratçıdan başqa, yerquruluşu prosesi 
həyata keçirilərkən hüquqlarına və qanuni maraqlarına toxunula bilən 
üçüncü şəxs də ola bilər. 
Bu kateqoriyaya yerquruluşunun sifarişçiləri olmayan, amma 
yerquruluşu aparılan  ərazilərə bitişik və ya onların sərhədləri daxilində 
yerləşən torpaqların sahibləri – fiziki və hüquqi şəxslər ola bilərlər. 
Yerquruluşu iştirakçılarının tərkibinə  həmçinin torpaq sahələri 
olmayan, amma bu işlərlə əlaqədar mənafelərinə toxunulacaq vətəndaşlar, 
ictimai təşkilatlar və digər hüquqi şəxslər də ola bilərlər. 
Yerquruluşu prosesi iştirakçılarının hüquqları aşağıdakılardır: 

 
yerquruluşunun aparılması vəziyyəti və nəticələri barədə ödənişsiz 
informasiya almaq; 

 
qanunçuluğa müvafiq olaraq yerquruluşu aparılarkən iştirakçının 
qanuni hüquqları pozulduğu halda hüquqa zidd hərəkətlər barədə şikayət 
etmək. 
Eyni zamanda yerquruluşu prosesi iştirakçılarının vəzifələri də 
müəyyənləşdirilib: 

 
yerquruluşu prosesi iştirakçıları  tərəfindən torpaq münasibətlərinə 
və yerquruluşuna dair Azərbaycan Respublikasının qanunvericiliyinə, 
normativ - hüquqi aktlarına, yerli özünüidarəetmə orqanlarının normativ - 
hüquqi aktlarına riayət edilməsi; 

 
torpaq ehtiyatlarından istifadəyə  və onların mühafizəsinə  nəzarət 
edən orqanların səlahiyyətləri çərçivəsində  iştirakçıdan iddia etdikləri 
tələblərin yerinə yetirilməsi; 

 
təsdiq edilmiş yerquruluşu sənədlərinin həyata keçirilməsinə dair 
dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının qərarlarına riayət 
edilməsi; 

 
yerquruluşu işləri görülərkən yerquruluşunun maraq dairəsindəki  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə