164
layihə sənədlərinə istinadən səmərəli torpaqdanistifadələr sistemi
yaratmaq mümkündür.
İctimai və istehsal münasibətlərinin inkişaf səviyyəsindən asılı
olmayaraq bütün dövrlərdə yerquruluşunun məqsədi iqtisadiyyatın bütün
sahələrində torpaqlardan səmərəli istifadəni və onların mühafizəsini təşkil
etməkdən, ərazinin və istehsalatın təşkilini iqtisadi münasibətlərin tələb-
lərinə uyğunlaşdırmaqdan ibarət olub. Yerquruluşu prosesində torpaqlar-
dan səmərəli istifadə edilməsi və mühafizəsi üçün optimal şəraitlər
yaradılır, ekoloji-iqtisadi cəhətdən davamlı torpaqdanistifadələr sisteminin
təşkili problemləri həll edilir.
Ölkəmizdə dövlət yeni torpaq münasibətlərinin formalaşdırılmasına
dair islahatları yerquruluşu sistemi vasitəsi ilə həyata keçirdiyindən
yerquruluşu dövlət xarakteri daşıyır.
Yerquruluşu dövlət funksiyalarından əlavə, həm də sahələrarası,
ərazilərarası (təsərrüfatlararası) və təsərrüfatdaxili funksiyaları yerinə
yetirir.
Dövlət səviyyəsindəki funksiyaları ilə yerquruluşu ölkədə torpaq
islahatının həyata keçirilməsini təmin edir, torpaqlardan istifadənin
perspektivlərini proqnozlaşdırır, torpaqlardan istifadənin və onların
mühafizəsinin əsas təyinatını müəyyənləşdirir, Respublikanın, Muxtar
Respublikanın, rayonların, bələdiyyələrin yerquruluşu sxemlərinin tərtibi
ilə torpaqlardan istifadəyə, onların mühafizəsinə, səmərəli torpaqdan-
istifadələr və torpağa sahibkarlıq sistemlərinin formalaşdırılmasına nail
olur. Yerquruluşu sənədləri dövlət və yerli özünüidarəetmə orqanları
tərəfindən torpaq ehtiyatlarının idarəedilməsinə dair qərarların çıxarılması
üçün əsas rolunu oynayır.
Sahələrarası yerquruluşunun funksiyalarına iqtisadi sahənin xarak-
terindən, ixtisaslaşmasından və istehsalatın xüsusiyyətlərindən asılı olaraq
aşağıdakıları aid etmək olar:
–
kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı sahələrində səmərəli
təsərrüfatçılıq fəaliyyəti üçün müvafiq təşkilati-ərazi şəraitlərinin
yaradılması;
–
mövcud torpaqdanistifadələr sistemlərinin təkmilləşdirilməsi,
yenilərinin təşkili;
–
sahələrarası davamlı və optimal iqtisadi əlaqələri təmin edəcək
torpaqdanistifadələr sistemini qurmaq məqsədilə torpaq sahələrinin təmər-
165
küzləşməsi və yığcam yerləşməsi üçün ərazi şəraitlərinin yaradılması.
Sahələrarası yerquruluşunun funksiyalarına həmçinin qeyri-kənd
təsərrüfatı istehsalatının (sənayenin, nəqliyyatın, tikintinin və s.)
ehtiyacları üçün torpaq sahələrinin ayrılması da aid edilir.
Təsərrüfatlararası (ərazilərarası) yerquruluşunda iqtisadiyyatın bütün
sahələrinin normal fəaliyyətləri üçün müvafiq şəraitlər yaradılır, kənd
təsərrüfatı və qeyri-kənd təsərrüfatı təyinatlı davamlı torpaqdanistifa-
dələrin səmərəli sisteminin formalaşdırılması həyata keçirilir. Təsərrüfat-
lararası yerquruluşu vasitəsi ilə həmçinin vətəndaşlar və hüquqi şəxslərə
verilməsi üçün torpaq sahələrinin formalaşdırılması həyata keçirilir,
habelə bələdiyyə və digər inzibati-ərazi vahidlərinin təyinatına görə
müxtəlif olan torpaq kateqoriyalarının yerdə (naturada) sərhədləri
bərkidilir.
Təsərrüfatdaxili yerquruluşu işləri konkret kənd təsərrüfatı mü-
əssisələrinin (ailə təsərrüfatlarının, kəndli (fermer) təsərrüfatlarının,
assosiasiyaların, birliklərin, kooperativlərin və s.) sərhədləri daxilində
aparılır. Məqsəd-ərazinin ekoloji-landşaft xüsusiyyətlərini nəzərə almaqla
aqrar istehsalatın fəaliyyətini təmin edəcək təşkilati-ərazi şəraitlərin
yaradılmasından ibarətdir. Təsərrüfatdaxili yerquruluşunda obyektin
sərhədləri daxilində təbii landşaftı yaxşılaşdıracaq, torpaq ehtiyatlarından
səmərəli istifadəni təmin edəcək torpaqqoruyucu, təbiəti mühafizə,
meliorativ və s. tədbirlər layihələndirilir.
Yerquruluşu işlərinin yerinə yetirilməsi zamanı aşağıdakı əsas
prinsiplərə (müddəalara) riayət edilməlidir:
–
yerquruluşu işləri aparılan ərazilərdə yaşayan vətəndaşların və
torpağa hüququ olan subyektlərin qanuni maraqlarının təmin edilməsi;
–
müxtəlif təsərrüfatçılıq formalarının və iqtisadiyyatın bütün sahə-
lərinin inkişafı üçün bərabər təşkilati və ərazi şəraitlərinin yaradılması;
–
bələdiyyə və digər inzibati-ərazi vahidlərinin ərazilərinin
perspektiv və kompleks inkişaflarının nəzərə alınması;
–
torpaq ehtiyatlarının və təbii landşaftların mühafizəsi və səmərəli
istifadəsi;
–
torpaqdanistifadələrin formalaşdırılması zamanı onların sahə və
məkan yerləşmələrinə görə optimallığının, yığcamlığının təmin edilməsi;
–
torpaqdanistifadələrin dayanıqlığının təmin edilməsi, torpaq
sahələrinin ekoloji-landşaft baxımından məqsədəuyğun olmayan kiçiköl-
166
çülü paylara parçalanmamağının zəruriliyi;
–
torpaq, meşə, su qanunvericiliyinin və ətraf mühitin mühafizəsinə
dair qanunvericiliyin tələblərinin yerinə yetirilməsi;
–
ilk növbədə təbiəti mühafizə məsələlərinin həlli, başqa sözlə ətraf
mühitə ziyan vura biləcək hər hansı bir ərazinin təşkili variantlarının
baxılmasının mümkünsüzlüyü;
–
kənd təsərrüfatı müəssisələrinin yenidən təşkili zamanı ərazinin
təbii, ekoloji-təsərrüfat xüsusiyyətlərinin nəzərə alınması;
–
ərazinin təşkilinin dayanıqlı və aqroekoloji cəhətdən düzgün
yerləşmiş elementlərinin saxlanmasının təmin edilməsi;
–
yerquruluşu layihələri əsasında ərazinin aqroekoloji qiymətləndiril-
məsi və ərazinin zonalaşdırılmasının ekoloji-texnoloji prinsiplərinin təmin
edilməsi;
–
çirklənmiş, zəhərlənmiş və deqradasiyaya uğramış torpaq
sahələrinin kənd təsərrüfatı istifadəsindən çıxarılması, konservasiya
edilməsi və bölüşdürmə fonduna daxil edilməsinə dair tələblərin yerinə
yetirilməsi.
Ekoloji tələblərin həyata keçirilməsinin təmin edilməsi üçün yerqu-
ruluşu işləri kompleks şəkildə ekoloji-landşaft yanaşmalardan istifadə
etməklə həyata keçirilməlidir. Bunun üçün ilk öncə inzibati rayonun
(bələdiyyənin) yerquruluşu sxemi tərtib edilməli, sonra yerquruluşu
layihəsi hazırlanmalı və ən nəhayət, sonda işçi layihəsi tərtib edilməlidir.
Bazar torpaq münasibətləri müasir yerquruluşu qarşısında yeni
vəzifələr qoyur:
–
dövlətin yeni torpaq siyasətinin həyata keçirilməsi: mülkiyyət
formalarına və torpaq üzərində hüquqi subyektlərə görə iqtisadi və ekoloji
tələbləri nəzərə almaqla torpaq bölgüsü, səmərəli torpaqdanistifadələr
sisteminin formalaşdırılması, torpaqların yenidən bölüşdürülməsində
sosial ədalətin təmin edilməsi, torpaq üzərində konstitusion hüquqların
təminatı;
–
mülkiyyət formalarından asılı olmayaraq bütün kateqoriyadan olan
torpaqlardan bütün səviyyələrdə – Respublika, Muxtar respublika, rayon,
bələdiyyə, özəl qurumlar səviyyəsində səmərəli istifadəni təmin edəcək
tədbirlərin hazırlanması, kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı
sahələrində səmərəli təsərrüfatçılıq üçün müvafiq təşkilati-ərazi şəraitlərin
yaradılması;
Dostları ilə paylaş: |