Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

 
152 
Azərbaycan Respublikasında torpaq bazarının formalaşması dövlətin 
bilavasitə iştirakı və nəzarəti altında həyata keçirilir və bu proses daha da 
təkmilləşdirilərək davam etdirilməlidir. Torpaqların  əsas hissəsi dövlətin 
mülkiyyətində saxlanılır. Buna görə də dövlət yalnız torpaq bazarında baş 
verən dəyişiklikləri tənzimləməməli,  əhəmiyyətli həcmdə kapital olan 
bütün torpaq fondunu idarə etməlidir. Müasir mərhələdə torpaq 
ehtiyatlarının idarə edilməsinə dair dövlətin gördüyü işlər torpaq 
potensialından dolğun və səmərəli istifadəyə tam cavab vermir.  
Ölkənin bir çox şəhərlərində (Bakı, Gəncə, Sumqayıt, Lənkəran, 
Əlibayramlı, Mingəçevir və s.) qeyri-adi vəziyyət yaranmışdır. Belə ki, 
işləməyən nəhəng zavodlar böyük əraziləri tuturlar və  əksər hallarda 
investorlar üçün cazibədar olan torpaq sahələri onlara məxsus olur. 
İqtisadi və inzibati-hüquqi mexanizmdən istifadə etməklə bu torpaqların 
səmərəli yenidənbölgüsünü aparmaq məqsədəuyğun olardı. 
Respublikada torpağın alqı-satqısı  və torpaqdan istifadə hüququ 
institutu tətbiq edildiyi vaxtdan rəsmiləşdirilmiş və qeydiyyatdan keçmiş 
sazişlərin sayı tədricən çoxalmağa başlamışdır. Bir sıra şəhərlərdə torpaq 
auksionları keçirilmişdir.  
Bu gün respublikada torpaqların icarəsi xüsusi əhəmiyyət kəsb edir. 
Mülki Məcəllədə icarə sazişinə izah verilir, onun predmeti və əsas şərtləri 
müəyyənləşdirilir, sazişin forması, onun dövlət qeydiyyatı, bağlanma 
müddəti,  əmlakın icarədara verilməsi qaydası üçün irəli sürülən tələblər 
dəqiqləşdirilir. Mülki Məcəllədə və “Torpağın icarəsi haqqında” qanunda 
icarədarların və icarəyəverənlərin hüquq və vəzifələri müəyyənləşdirilir.  
Bu gün Azərbaycanda torpaq icarə institutu kənd təsərrüfatı və digər 
sahə sahibkarlarına imkan verir ki, onlar bu və ya digər səbəblərdən 
torpaq sahəsini mülkiyyətlərinə götürə bilmirlərsə onda icarə torpaqları 
hesabına öz fəaliyyətlərini genişləndirmiş olsunlar. Məsələn, kəndli-
fermer kənd təsərrüfatı istehsalı ilə məşğul olmaq üçün dövlətdən pulsuz 
yalnız torpaq payı həcmində sahə alır. Bir qayda olaraq bu pay səmərəli 
istehsal qurmaq üçün kifayət etmir. Əkin sahələrini genişləndirmək, 
yaxud digər istehsal ehtiyaclarını ödəmək üçün əlavə torpaq almağa vəsait 
olmadıqda, onlar bu torpaqları haqla icarə hüququ çərçivəsində əldə edə 
bilərlər. Torpaq icarə institutu torpaq sahələrinin Azərbaycan 
vətəndaşlığında olmayan şəxslərə, xarici dövlətlərin fiziki və hüquqi 
şəxslərinə verilməsi üçün səmərəli hüquqi alətdir. Belə ki, bu institut 
dövlətə imkan verir ki, öz müstəqilliyinə  xələl gətirmədən, milli sərvət 


 
153
kimi torpaq mülkiyyəti ilə alver etmədən xarici sərmayədarlarla (investor-
larla) fəal əməkdaşlıq qursun. 
 Torpaq  icarə institutunun mənfi tərəfləri də vardır. Azərbaycan 
Respublikasında torpaqlar hüquqi və fiziki şəxslərə qısamüddətli (on beş 
ilə qədər) və uzunmüddətli (on beş ildən doxsan doqquz ilə qədər) icarəyə 
verilir. Lakin praktikada əksər hallarda torpaq payları 1-3 il müddətinə 
icarəyə verilir. Təbii ki, belə  qısamüddətli icarə zamanı elmi cəhətdən 
əsaslandırılmış növbəli  əkin sistemlərini tətbiq etmək mümkün deyildir. 
Qısamüddətli icarə icarədara torpaqdan səmərəli istifadə etməsinə, onun 
qorunmasına stimul yaratmır, baxmayaraq ki, qanunla bu vəzifələr onun 
üzərinə düşür.  
Torpaq münasibətlərinin inkişafını  və torpaq islahatının yeni 
mərhələsinin gedişatını təhlil edərkən onların yüksək səviyyəsini görmək 
olar. Yeni torpaq münasibətləri üçün hüquqi-normativ əsasların bütöv 
sistemi yaradılmışdır. Bu baza sivil bazarlara daxil olmağı təmin etməyə 
qadirdir və torpaq münasibətləri sahəsində dünya qanunçuluğu sisteminə 
əhəmiyyətli dərəcədə inteqrasiya olunmuşdur. Torpaq mülkiyyəti 
münasibətlərinə və torpaq üzrə sövdələşmələrə mülki-hüquqi institutların 
şamil edilməsi keçmiş illərin torpaq qanunçuluğunda özünə yer tapmış 
əsaslandırılmamış məhdudiyyətləri aradan qaldırır.  
Respublikada torpaq münasibətlərinin təkmilləşdirilməsi və torpaq 
islahatının dərinləşdirilməsi yaxın perspektivdə torpaq bazarının və 
torpaqdan istifadə hüququnun gələcək inkişafına zəmin yaradar, icarə 
münasibətlərini təkmilləşdirər, son nəticədə torpaqlardan səmərəli istifadə 
edilməsinə və onların qorunmasına xidmət etmiş olar. 


 
154 
FƏSİL IV.  
YERQURULUŞUNUN ELMİ  ƏSASLARI 
 
4.1. Azərbaycanda müasir yerquruluşu elminin və təhsilinin 
formalaşması tarixi 
 
Respublikamızda təbii sərvətlərdən səmərəli istifadənin təşkili, 
istehsalatın təşkilində ekoloji tələblərin nəzərə alınması  və s. bu kimi 
məsələlərin həllinə elmi əsaslarla, təbiətin qanunlarına ciddi riayət 
etməklə yanaşmalar XX əsrin ortalarından etibarən yerquruluşu, torpaq-
şünaslıq, ekologiya elmlərinin mərkəzi məsələlərindən birinə çevrilmişdi.  
Məhz həmin dövrdən başlayaraq Azərbaycanda müasir yerquruluşu, 
torpaqşünaslıq, ekologiya elmlərinin banisi Həsən  Əlirza oğlu  Əliyev 
təbii sərvətlərdən səmərəli istifadə, təbiəti mühafizə sahəsində elmi, 
maarifçilik və praktiki fəaliyyətə başlamışdır.  
Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Əməkdar Elm 
Xadimi, Azərbaycan Dövlət Mükafatı Laureatı, kənd təsərrüfatı elmləri 
doktoru, professor Həsən  Əlirza oğlu  Əliyev ömrünü Azərbaycan 
təbiətinin qorunmasına, inkişafına, ekoloji saflığa və bu sahədə yetərincə 
elmi kadrların hazırlanmasına sərf etmişdir.  
Akademik H. Əliyev bütün varlığı ilə torpağa bağlı insan olub. 
Torpağın mühafizəsini həmişə diqqət mərkəzində saxlayan alim yazırdı: 
“Təbiətin bizə  bəxş etdiyi ən dəyərli sərvət torpaqdır. Torpaq bizim 
“Çörək ağacımız” olmaqla bərabər həm də yaşayışımızın ibtidasını təşkil 
edir. Məhz buna görə  də torpaq bizim üçün əzizdir, doğma və 
müqəddəsdir… Torpaq vətən deməkdir”.  
Həsən Əliyev torpaq oğlu idi. O, göstərirdi ki, “İnsanın yaşayışı üçün 
zəruri olan bütün nemətlər torpaq üzərində  bərqərardır. Təbiət deyəndə 
öncə torpaq yada düşür. Buna görə  də, bəşər övladının bütün xidməti, 
fəaliyyəti torpağa məhəbbət üzərində köklənməlidir”. 
Bütün dövrlərdə  təbii proseslər nəticəsində, yaxud insan amilinin 
təsiri ilə  ətraf mühitdə  və onun tərkib hissəsi olan canlılar aləmində baş 
verən proseslər yerquruluşunun, torpaqşünaslığın, ekologiyanın 
problemləri kimi həmişə  öz  elmi  həllini axtarmışdır. Təbiətdə ekoloji 
tarazlığın saxlanılması,  ətraf mühitin qorunması, onun çirklənməsinin 
qarşısının alınması, ümumiyyətlə bütövlükdə  təbiət haqqında 
problemlərin həlli H.Ə.Əliyevin amalı, məqsədi olmuşdur.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə