Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

 
149
sovxozlar mövcud olduğu dövrdən saxlanılmış doqquz növ vergi və 
ödənclər verirdilər. Bu səbəbdən  əksər hallarda kənd təsərrüfatı  məh-
sulları istehsalı ziyanla başa gəlirdi. Nəticədə bir sıra kənd təsərrüfatı 
məhsullarının istehsalının azalması müşahidə olunmuş, kənd  əhalisi 
arasında işsizlik yüksəlmişdi.  
22 mart 1999-cu ildə Azərbaycan Respublikası Prezidentinin “Aqrar 
bölmədə islahatın sürətləndirilməsinə dair bəzi tədbirlər” adlı  fərmanı 
verildi. 
Bu fərman qəbul edildikdən sonra mövcud problemlərin elmi təhlili 
aparılmış  və islahatın ikinci mərhələsini təmin etmək üçün proqram 
hazırlanmışdır. Bu proqram aqrar bölmə üçün planlaşdırılmış maliyyə və 
kreditin müdafiəsinə, bank fəaliyyətinə, vergilərə  və daxili bazar 
qiymətlərinə dair tədbirlərdən ibarət olmuşdur. 
Bu fərmandan sonra Azərbaycan Respublikasının Milli Məclisi kənd 
təsərrüfatı məhsulları istehsalçılarını 5 il müddətinə, torpaq vergisi istisna 
olmaqla, bütün vergilərdən azad etdi və bu vergilər üzrə keçmiş borclarını 
ləğv etdi. Aqrar sektorun, xüsusilə fermer təsərrüfatlarının inkişafını 
təmin etmək üçün buraya əlavə kredit resursları yönəldildi. Kənd 
təsərrüfatı  məhsulları istehsalçılarına neft məhsullarının güzəştli satışı 
təşkil olundu. Aqrar islahatların gələcəkdə dərinləşməsinin əsas istiqamə-
tini müəyyən etmək, sahibkarlığın inkişafı və onların iqtisadi maraqlarının 
müdafiəsi mexanizminin formalaşması  məqsədilə “1999-2000 –ci illərdə 
Azərbaycan Respublikasının kənd təsərrüfatında aqrar islahatların 
dərinləşməsinə  və sahibkarlığın inkişafına kömək göstərmək haqqında 
Dövlət proqramı” qəbul edildi. Proqram ölkədə aqrar islahatların dərin-
ləşməsi üçün dövlət himayəçiliyinin aşağıdakı əsas istiqamətlərini nəzərdə 
tuturdu: aqrar bölmədə əmlakın özəlləşdirilməsini başa çatdırmaq; torpaq 
islahatını yekunlaşdırmaq; meliorasiya və su təsərrüfatı sahəsində islahatı 
sürətləndirmək; aqrar bölmədə sahibkarlığın inkişafına dövlət yardımı; 
aqrar sahədə idarəetmə sisteminin islahatı; kəndin sosial inkişafı; aqrar 
bölmənin elmi, normativ-hüquqi təminatı və kadr hazırlığı; aqrar sahənin 
məlumat təminatı.  
Respublikada bütünlüklə torpaq münasibətlərini, həmçinin onunla 
bağlı olan mülkiyyət münasibətlərini tənzimləyən yeni Torpaq Kodeksi 
qəbul olundu. Azərbaycan Respublikasının yeni Torpaq Kodeksi torpaq 
sahələri ilə mülki qanunçuluğun mümkün saydığı hər cür əqdlərin həyata 
keçirilməsinə icazə verir. Buraya alqı-satqı, bağışlama, dəyişmə, girov, 


 
150 
icarə, irsi ötürmə daxildir. Bu hüquqi rejim kənd təsərrüfatı müəssisələ-
rinin yeni təşkilati formalara çevrilməsi zamanı  əldə edilən torpaq 
paylarına da şamil edilir. Azərbaycan Respublikasının Torpaq Kodeksi 
konsepsiyası onu nəzərə alır ki, torpaq kənd təsərrüfatında  əsas istehsal 
vasitəsi olmaqla yanaşı, həmçinin mülkiyyət obyektidir. Eyni zamanda 
Kodeksdə qeyd edilir ki, bu mülkiyyət dövriyyəyə daxil edilir və 
daşınmaz  əmlakın xüsusi növüdür. Daşınmaz  əmlakın digər növlərindən 
fərqli olaraq xüsusi mülkiyyətçilər tərəfindən torpaq sahələri alınan zaman 
onun miqdarına (sahəsinə) məhdudiyyətlər qoyulur. Daşınmaz  əmlakın 
digər növləri üçün bu məhdudiyyət nəzərdə tutulmayıb.  
Xaricilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəl-
xalq birliklər və  təşkilatlar, həmçinin xarici dövlətlər Azərbaycan 
Respublikası qanunçuluğunda nəzərdə tutulmuş qaydada dövlət 
müəssisələrini özəlləşdirmək hüququna malikdirlər. Bu hüquqi və fiziki 
şəxslər torpaq sahələrini yalnız icarə hüququ əsasında  əldə edə bilərlər. 
“Özəlləşdirilən dövlət müəssisə  və obyektlərinin yerləşdiyi torpaq 
sahələrinin satışı qaydaları haqqında”  Əsasnamədə göstərilir ki, 
vətəndaşlığı olmayan xarici fiziki və hüquqi şəxslər tərəfindən dövlət 
müəssisə  və obyektləri özəlləşdirilən zaman onların yerləşdiyi torpaq 
sahələri dövlətin və yaxud müvafiq bələdiyyələrin mülkiyyətində qalır, 
qanunda göstərilmiş qaydada həmin  şəxslərə almaq hüququ olmadan 
icarəyə verilir.  
Kənd təsərrüfatında torpaqların gələcək mülkiyyətçilərindən peşəkar 
hazırlıqların olması  tələb olunur, hansı ki, digər daşınmaz  əmlak üzrə 
əqdlər zamanı bu tələb olunmur. Azərbaycan Respublikasının “Kəndli 
(fermer) təsərrüfatı haqqında” Qanununun 4-cü maddəsində göstərilir ki, 
kəndli təsərrüfatı yaratmaq üçün torpaq sahəsinin alınmasında üstünlük 
hüququ ilk növbədə bu ərazidə daim yaşayan, kənd təsərrüfatı  işlərində 
peşəkarlığa və üç ildən artıq təcrübəyə malik olan vətəndaşlara verilir.  
 Digər mülki-hüquqi əqdlərdən fərqli olaraq burada kənd təsərrüfatı 
torpaqlarının onların təyinatlarına uyğun istifadə olunmasının mütləq 
tələbi mövcuddur.  
 Bazar torpaq münasibətlərinin tənzimlənməsində dövlətin rolu kifa-
yət qədər yüksək olaraq qalır. Ona görə ki, dövlət torpaqların səmərəli 
istifadəsində maraqlıdır. Bu səbəbdən kənd təsərrüfatı torpaqlarının 
istifadəsinin səmərəliliyi dövlət tərəfindən daima nəzarət altında 
saxlanılmalıdır. Torpaqlardan səmərəli istifadə qaydalarının pozulması 


 
151
mülkiyyətçinin, sahibkarın, istifadəçinin yaxud icarəçinin  əlindən torpaq 
sahəsinin alınması üçün əsas ola bilər.  
Torpaq üzərində xüsusi mülkiyyət hüququnun yaranması  və torpaq 
mülkiyyətinin müxtəlif formalarının mövcudluğu, həmçinin torpaq 
üzərində müxtəlif əqdlərin aparılmasının mümkünlüyü torpaq münasibət-
lərinin dəyişdirilməsinin başlanğıcını qoydu və respublikada torpaq 
bazarının yaranmasına səbəb oldu.  
7 may 1999-cu il tarixdə qəbul edilmiş Azərbaycan Respublikasının 
“Torpaq bazarı haqqında” qanununda torpaq-bazar münasibətlərinin bütün 
aspektləri-torpaq bazarı haqqında qanunçuluğun məqsəd və  məzmunu, 
torpaq bazarının təşkili və  tənzimlənməsi, torpaq bazarında yaranan 
hüquqi  əqdlərin rəsmiləşdirilməsi, qanunçuluğun pozulmasına görə 
məsuliyyət, münasibətlərin həlli və s. suallar öz əksini tapmışdır.  
Hüquqi  şəxslər və Azərbaycan Respublikasının vətəndaşları qanuna 
görə torpaq bazarında mülkiyyətçilər, istifadəçilər, icarədarlar, girovqo-
yanlar, girovsaxlayanlar, həmçinin alqı-satqı və digər əqdlərin iştirakçıları 
kimi çıxış edə bilərlər. 
Yeni ictimai münasibətlər  şəraitində  təşkil olunmuş torpaq bazarı 
torpaq ehtiyatlarının daha səmərəli istifadə edən subyektlərin  əlinə 
keçməsinə şərait yaradır. Torpaq bazarını təşkil etməklə ölkə iqtisadiyyatı 
yalnız torpağın satışından, torpaq vergisindən və digər torpaqla bağlı 
əməliyyatlardan vəsait  əldə etmir, hər  şeydən  əvvəl o, torpağın  əsl 
sahibinin tapılmasına şərait yaradır.  
 Xaricilər, vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, bey-
nəlxalq birliklər, təşkilatlar və xarici dövlətlər öz səlahiyyətləri 
çərçivəsində qanunla müəyyən edilmiş qaydada, torpaq bazarında tor-
pağın xüsusi mülkiyyətə alınması  əqdləri istisna olmaqla digər  əqdlərdə 
iştirak edə bilərlər.  
İcra hakimiyyəti və  bələdiyyələrin müvafiq orqanları qanunçuluqla 
onlara verilmiş hüquqlar çərçivəsində torpaq bazarında iştirak edirlər. 
Ölkənin yeni torpaq siyasətinin ilkin nəticələri göstərir ki, Azərbaycanda 
normal fəaliyyət göstərən torpaq bazarı  təşkil etməklə ölkə 
iqtisadiyyatının sabit və davamlı inkişafına nail olunmuş, həmçinin kənd 
təsərrüfatı istehsalına investisiya qoyuluşu güclənmişdir.  
Respublikada hər yerdə torpaq sahələrinin alqı-satqısı üzrə 
əməliyyatlar həyata keçirilir. Bu proses şəhərlərdə  və digər yaşayış 
məntəqələrində daha intensiv, aqrar sahədə isə zəif həyata keçirilir.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə