Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

 
158 
müəyyənləşdirilməsi üsullarını göstərmiş, istehsalatın təşkilində
ərazilərdə  və torpaq münasibətlərindəki dəyişikliklərin olması zamanı 
yerquruluşu işlərinin aparılmasının zəruriliyini isbat etmişdir.  
Professor V.Y.Zapletin “Yerquruluşu layihələşdirməsi”, “Yer-
quruluşunda geodeziya işləri”, “Kolxozların  ərazilərinin təşkili”, 
“Yerquruluşu layihələrinin iqtisadi səmərəliliyi”, “Rusiyanın Qaratorpaq 
zonasında torpaqlardan səmərəli istifadə yolları” və s. kimi onlarla 
dərsliklərin, dərs vəsaitlərinin müəllifi və  həmmüəllifi olmuşdur. Bu 
ədəbiyyatlar keçmiş SSRİ məkanının bütün ali təhsil ocaqları üçün dərslik 
və dərs vəsaiti kimi qəbul edilmişdir.  
“Zapletin yerquruluşu məktəbi”nin müdavimləri sonradan müasir 
müstəqil Azərbaycanımızda torpaq islahatının müvəffəqiyyətlə  həyata 
keçirilməsində yaxından iştirak etdilər. Onlar Azərbaycan Kənd 
Təsərrüfatı Akademiyasında, Azərbaycan Memarlıq və  İnşaat 
Mühəndisləri  İnstitutunda yerquruluşu və torpaq kadastrı
 
istiqaməti üzrə 
mütəxəssis hazırlığında, Azərbaycan Dövlət Torpaq və  Xəritəçəkmə 
Komitəsində, Ekologiya və Təbii sərvətlər Nazirliyində, Kənd Təsərrüfatı 
Nazirliyində, digər dövlət orqanlarında ölkəmizin təbii sərvətlərindən, o 
cümlədən torpaq ehtiyatlarından səmərəli istifadə edilməsinə, onların 
mühafizəsinə dair dövlət  əhəmiyyətli proqramların hazırlanmasının və 
həyata keçirilməsinin bilavasitə iştirakçıları oldular. 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik, 
kənd təsərrüfatı elmləri doktoru, professor Məmmədtağı  İbrahim oğlu 
Cəfərov Azərbaycanda yerquruluşu təhsilinin təşəbbüskarı  və 
təşkilatçısıdır. Aqillərdən biri deyib ki, xeyirxah bir işi ürəkdən tərifləmək 
həmin işdə müəyyən dərəcədə  iştirak etməyə  bərabərdir. Məhz bu aqil 
aforizminə istinad edərək, akademik M.İ. Cəfərovun yerquruluşu elminə, 
təhsilinə göstərdiyi xidmətlərin bir qismi barədə  gələcək yerquruluş-
çularının bilməsini zəruri hesab edirəm. 
Hələ keçən  əsrin 70-ci illərində torpaqşünas və aqrokimyaçı alim 
kimi professor M.İ. Cəfərov özünün çoxsaylı  əsərlərində respublikada 
ekoloji problemlərin günü-gündən kəskinləşdiyini, təbii sərvətlərdən, o 
cümlədən torpaq ehtiyatlarından ekstensiv yolla deyil, artıq intensiv 
yollarla istifadə edilməsinin zəruriliyini göstərirdi. M.İ.Cəfərov hələ o 
zamanlar, sivil bazar torpaq münasibətlərinin bərqərar olduğu Avropa 
ölkələrinin təcrübələrinə istinad edərək belə  qənaətə  gəlmişdi ki, 
ölkəmizdə torpaq ehtiyatlarından səmərəli istifadəyə, onların mühafi-


 
159
zəsinə dair aqrokimyaçı-torpaqşünas, aqronom, meliorator və s. 
mütəxəssislərin ayrı-ayrılıqdakı tövsiyələri öz əksini kompleks şəkildə 
elmi cəhətdən  əsaslandırılmış yerquruluşu layihə  və sxemlərində tap-
malıdır. Bütün bunların reallaşdırılması isə yerquruluşu üzrə ixtisaslaşmış 
mütəxəssis hazırlığını tələb edirdi. Belə mütəxəssislərin sayı respublikada 
o zamanlar həddindən artıq az idi (5-10 nəfər). 
Doğrudur, həmin illərdə ümummilli liderimiz H.Ə.  Əliyevin təşəb-
büsü ilə respublikamızdan kənarda (Voronej Kənd Təsərrüfatı 
İnstitutunda, Moskva Yerquruluşu Mühəndisləri  İnstitutunda və s.) 
yerquruluşu sahəsi üzrə ölkəmiz üçün mütəxəssis hazırlanırdı. Amma bu 
azsaylı kontingent ölkə qarşısında duran böyük bir problemi – təbii 
sərvətlərdən, o cümlədən torpaq ehtiyatlarından səmərəli istifadə etmək, 
onların mühafizəsinə dair kompleks tədbirlər sistemi hazırlamaq kimi 
qlobal problemləri tam həll etmək iqtidarında deyildi.  
Keçən  əsrin 70-ci illərində yaxın vaxtlarda Azərbaycanın ictimai-
siyasi həyatında radikal dəyişikliklərin olacağı  qənaətinə  gələn 
ziyalılarımız çox az idi. O dövrdə respublikamızın inkişafına dair uzaq-
görənliyi ilə  fərqlənən alimlərdən biri də o vaxtlar AKTİ-də 
“Torpaqşünaslıq və meliorasiya” kafedrasının müdiri işləyən professor 
M.İ. Cəfərov idi. Yaxın gələcəkdə torpaq məsələsinin siyasi məsələyə 
çevriləcəyini görən M.İ. Cəfərov Azərbaycan və SSRİ hökumətləri qarşı-
sında ölkəmizdə yerquruluşu ixtisası üzrə mütəxəssis hazırlığına 
başlanması üçün vəsatət qaldırılmasının zəruriliyi barədə məsələ qaldırdı. 
Qısa zaman kəsərində bu təşəbbüs bəyənildi və 1976-cı ildən başlayaraq 
AKTİ-də yerquruluşu ixtisası üzrə tələbə qəbuluna nail olundu. 
Yerquruluşu mütəxəssislərinin hazırlığı ilk illərdə professor 
M.İ.Cəfərovun rəhbərlik etdiyi “Torpaqşünaslıq, kənd təsərrüfatı 
meliorasiyası və yerquruluşu” kafedrasında aparılırdı. Zaman keçdikcə bu 
sahə üzrə mütəxəssis hazırlığı üçün ixtisas kafedrasının yaradılması 
zəruriliyini qabaqcadan görən professor M.İ. Cəfərov mütəxəssis 
hazırlığının ilk vaxtlarında bilavasitə istehsalatda yerquruluşu sahəsində 
çalışan mütəxəssisləri kafedraya dəvət edir, perspektivli gəncləri SSRİ-nin 
yerquruluşu elmi sahəsində uğurları ilə fərqlənən ali təhsil müəssislərinə 
aspiranturaya oxumağa göndərirdi. Sonralar AKTİ-yə rektor kimi 
rəhbərlik edən AMEA-nın müxbir üzvü, professor M.İ. Cəfərov 
səlahiyyətlərindən istifadə edərək öz təşəbbüsü ilə yaradılmış 
“Yerquruluşu və geodeziya”, sonralar “Yerquruluşu və torpaq müfəttiş-


 
160 
liyi” adlandırılan kafedranın maddi-texniki bazasının yaradılmasına, 
kafedranın elmi-pedaqoji potensialının möhkəmləndirilməsinə nail oldu. 
Akademik M.İ. Cəfərovun dos. R.M.Quliyevlə birgə yazdıqları “Torpaq 
fondu və ondan səmərəli istifadə” adlı  dərsliyi “Yerquruluşu və torpaq 
kadastrı” istiqaməti üzrə təhsil alan tələbələr üçün ixtisas fənnini öyrədən 
dərslikdir. 
Məhz akademik M.İ. Cəfərovun elmi rəhbərliyi ilə ‘‘Yerquruluşu və 
torpaq müfəttişliyi’’ kafedrasının  əməkdaşları R.M.Quliyev doktorluq 
dissertasiyasını, k.t.e.n. Ə.İ.Hüseynov namizədlik dissertasiyasını müdafiə 
etmişlər. 
Respublikadan kənara oxumağa göndərilən Azərbaycan gəncliyinin 
əksəriyyəti təhsillərini başa vurduqdan sonra doğma vətənlərinə 
mütəxəssis kimi işləmək arzusu ilə qayıdırdılar. İlk vaxtlarda onlar iş yeri 
tapmaq, məişət məsələlərini həll etmək və  s.  kimi  həyati problemlərlə 
üzləşirdilər. Onların vətənsevər ziyalı qayğılarına böyük ehtiyacları 
olurdu. Belə ziyalılardan biri də bu dərslik müəllifinin mütəxəssis
pedaqoq, alim və  təşkilatçı kimi formalaşmasında müstəsna rolu olmuş 
əsil vətəndaş-alim, AMEA-nın həqiqi üzvü, akademik, kənd təsərrüfatı 
elmləri doktoru, professor, uzun illər Azərbaycan Kənd Təsərrüfatı 
Akademiyasına rəhbərlik etmiş  Məmmədtağı  İbrahim oğlu Cəfərovdur. 
Mark Avreliy deyirdi: ‘‘Ən yüksək elm-müdriklikdir, ən yüksək 
müdriklik isə xeyirxahlıqdır’’. Akademik M.İ. Cəfərovun xeyirxahlıqları 
barədə yuxarıda göstərilənlər onun müdrikliyinə  dəlalət edir. Demək o, 
elmin ən yüksək zirvəsində dayanan şəxsiyyətdir. 
Müasir müstəqil Azərbaycanda yerquruluşu sisteminin for-
malaşdırılması 1997-ci ildən Dövlət Torpaq Komitəsinin, 2001-ci ildən 
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri kimi fəaliyyət göstərən 
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, akademik Qərib 
Şamil oğlu Məmmədovun adı ilə bağlıdır. Müasir Azərbaycanda Torpaq 
islahatı kimi müqəddəs, şərəfli və taleyüklü ümummilli tarixi aktın həyata 
keçirilməsinin metodiki və praktiki əsaslarının hazırlanmasının böyük 
qismi məhz bu Komitənin əməkdaşlarının, bilavasitə bu Komitənin sədri 
akademik     Q.Ş. Məmmədovun adı ilə bağlıdır.  
Akademik Q.Ş. Məmmədovun ‘‘Yerquruluşu və torpaq kadastrı’’ 
istiqaməti üzrə mütəxəssis hazırlığının təşkilində  də  əvəzsiz xidmətləri 
vardır. Belə ki, onun müəllif və həmmüəllif olduğu ‘‘Azərbaycanın torpaq 
ehtiyatları’’, ‘‘Azərbaycanda torpaq islahatı: hüquqi və elmi-metodiki 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə