Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə56/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

 
167

 
bələdiyyələrin və digər inzibati-ərazi vahidlərinin sərhədlərinin 
layihələndirilməsi və yerdə (naturada) bərkidilməsi,  şəhərlərin və digər 
yaşayış  məntəqələrinin sərhədlərinin (cizgilərinin) naturada müəyyənləş-
dirilməsi; 

 
Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları, həmçi-
nin AR-in subyektləri, yerli özünüidarəetmə orqanları  tərəfindən torpaq 
ehtiyatlarının idarəedilməsinə dair qərarların qəbulu üçün müvafiq 
yerquruluşu sənədlərinin hazırlanması; 

 
təbii ehtiyatların mühafizəsi və yaxşılaşdırılması, torpaq münbitli-
yinin bərpası və artırılması, korlanmış torpaqların rekultivasiyası, torpaq-
ların eroziyadan, səhralaşmadan, sellərdən və digər mənfi təsirlərdən 
qorunması üçün kompleks tədbirlər sisteminin hazırlanması; 

 
yerquruluşu obyektlərinin (kənd təsərrüfatı  təyinatlı torpaq-
danistifadələrin) səmərəli fəaliyyətini təmin edəcək  ərazi  şəraitlərinin 
yaradılması məqsədilə təsərrüfatdaxili yerquruluşu işlərinin aparılması; 
– yerquruluşu sənədlərinin işlənməsi üçün, habelə dövlət torpaq və 
digər kadastrların, torpaq monitorinqinin, torpaqlardan istifadəyə  və 
onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi və torpaq 
ehtiyatlarının dövlət idarəetməsinə dair digər funksiyaların reallaş-
dırılması üçün torpaqların kəmiyyət və keyfiyyətcə xarakteristikasına dair 
məlumatların hazırlanması. 
Yerquruluşu bir-biri ilə  sıx  əlaqədə olan bir sıra fənlər (Yerqu-
ruluşunun elmi əsasları, Torpaq bazarı  və torpaq ehtiyatlarının idarə 
edilməsi, Yerquruluşu layihələşdirməsi və s.) vasitəsi ilə öyrənilir. 
“Yerquruluşunun elmi əsasları” fənni gələcək yerquruluşçularına 
torpaq haqqında müasir təlimi açıqlayır, torpaq ehtiyatlarından səmərəli 
istifadənin və onların mühafizəsinin elmi-metodiki əsaslarını öyrədir. Bu 
fənn vasitəsi ilə Azərbaycanda torpaq münasibətlərinin formalaşması  və 
inkişaf qanunauyğunluqları  tədqiq edilir, yerquruluşu elminin nəzəri 
əsasları öyrədilir, müasir yerquruluşunun növü və formaları verilir. Fənn 
Azərbaycanda torpaqlardan istifadəyə  və onların mühafizəsinə  nəzarət 
edən dövlət orqanlarının quruluşunu,  əsas vəzifələrini, funksiyalarını, 
hüquqlarnı  şərh edir, xarici ölkələrdəki yerquruluşu sisteminin məzmun 
və mahiyyətini açıqlayır. 
‘‘Torpaq bazarı və torpaq ehtiyatlarının idarə edilməsi’’ fənni vasitəsi 
ilə sivil dünya iqtisadiyyatının qanunları ilə yaşayan Azərbaycanda 


 
168 
formalaşmış yeni bazar torpaq münasibətlərinin normativ-hüquqi əsasları 
şərh edilir, torpaq bazarında mövcud olan əqdlərin həyata keçirilməsi 
mexanizmləri tədqiq olunur. Bu fənn vasitəsi ilə habelə torpaq bazarı 
şəraitində ölkəmizdə torpaq ehtiyatlarının idarə edilməsinin konseptual 
əsasları verilir, torpaq-mülkiyyət münasibətlərinin dövlət tənzimlən-
məsinin üsulları öyrədilir. 
‘‘Yerquruluşu layihələşdirməsi’’ (Təsərrüfatlararası yerquruluşu 
layihələşdirməsi, Təsərrüfatdaxili yerquruluşu layihələşdirməsi) fənni 
‘‘Yerquruluşu və torpaq kadastrı’’ istiqaməti üzrə mütəxəssis hazırlığında 
daha böyük əhəmiyyət kəsb edir. Belə ki, yerquruluşu layihələşdirməsində 
cəmiyyətin iqtisadi qanunlarını  və torpağın  əsas istehsal vasitəsi kimi 
xüsusiyyətlərini,  ərazinin ekoloji-landşaft  şəraitlərini nəzərə almaqla 
iqtisadiyyatın bütün sahələrində, ilk öncə  kənd təsərrüfatında, ayrı-ayrı 
kənd təsərrüfatı  təyinatlı torpaqdanistifadələr sistemində torpaq 
ehtiyatlarından tam, dolğun və  səmərəli istifadənin nəzəriyyəsi və 
metodiki əsasları hazırlanır. 
“Yerquruluşu layihələşdirməsi” fənni həmçinin torpaqların mün-
bitliyinin artırılması,  əməyin düzgün təşkili, vahid sahədən maksimum 
ekoloji təmiz məhsul istehsalı  tələbləri çərçivəsində torpaqlardan tam, 
dolğun və  səmərəli istifadəni təmin edəcək  ərazinin təşkilinin (landşaft 
quruculuğunun) üsullarını öyrədir. 
“Yerquruluşu layihələşdirməsi” çərçivəsində yerquruluşu sxem-
lərinin, təsərrüfatlararası  və  təsərrüfatdaxili yerquruluşu layihələrinin 
tərtibinin  əsaslandırılmasının və  həyata keçirilməsinin metodiki əsasları 
da işlənilir. 
Yerquruluşu elmi müxtəlif elmlərlə  sıx  əlaqədə  fəaliyyət göstərir. 
Yerquruluşuna dair layihə  həllərinin keyfiyyətinə  təsir edən amillərdən 
biri də torpaqları xarakterizə edən kadastr göstəricilərinin yerquruluşu 
istehsalat prosesində  nəzərə alınması  şərtidir. Belə ki, məhz  torpaq 
kadastrı  işləri nəticəsində  hər bir torpaq sahəsini digərlərindən fərqlən-
dirən xüsusiyyətlər tədqiq olunurlar ki, bunlar da yerquruluşu layihə  və 
sxemlərində obyektin (torpaq massivinin) özünəməxsusluğunu, onunla 
bağlı layihə həllərinin hazırlanması istiqamətlərini müəyyənləşdirir. 
Torpaq kadastrı  məlumatları yerquruluşunda torpaqayırmaları, 
torpaqla bağlı müxtəlif  əqdlərin həyata keçirilməsi proseslərində 
bilavasitə informasiya bazisi rolunu oynayırlar. 


 
169
Yerquruluşu və torpaq kadastrı istehsalat prosesləri ilə, daşınmaz 
əmlaka (torpağa) hüququn dövlət qeydiyyatı  hərəkətləri ilə torpaqis-
tifadəçiləri, sahibkarlar torpaq sahələrində istifadəyə, onlar üzərində 
sərəncamverməyə hüquq verən sənədləri əldə etməyə nail olurlar. 
Yerquruluşunun istehsalat prosesi həmçinin torpaq kadastrının tərkib 
hissəsi olan torpaqların iqtisadi qiymətləndirilməsi  işləri ilə  də  sıx 
əlaqəlidir. Torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili və 
palanlaşdırılması  işləri torpaqların iqtisadi cəhətdən qiymətləndirilməsi 
materiallarına istinad etmədən mümkün deyildir.  
Yerquruluşu layihə  və sxemlərində istehsalatın yerləşdirilməsi və 
ərazicə  təşkilinə dair qərarların qəbulu zamanı torpaqların iqtisadi 
potensialını və torpaq münbitliyini xarakterizə edən göstəricilərin nəzərə 
alınması əsaslandırılmış layihə həllərinin hazırlanmasına şərait yaradır. 
Yerquruluşu həllərinin qəbulu zamanı iqtisadi qiymətləndirmənin 
nəticələrindən istifadə layihə həllərinin iqtisadi cəhətdən əsaslandırılması, 
mümkün variantlardan ən yaxşısının seçilməsinə imkan verir. 
Yerquruluşunun istehsalat prosesini topoqrafiya, geodeziya, 
kartoqrafiya, fotoplanaalma və digər planaalma işlərsiz təsəvvür etmək 
olmaz. Bu işlər adətən yerquruluşu  əməliyyatlarını qabaqlayır. Belə ki, 
yerquruluşu işləri məhz geodeziya və sair planaalma proseslərində 
hazırlanmış planlar üzərində aparılır. 
Azərbaycan suvarma əkinçiliyi ölkəsidir. Genişhəcmli  meliorasiya 
respublikamızın torpaqlarının fiziki-kimyəvi, bioloji xüsusiyyətlərinin 
yaxşılaşdırılmasına yönəlmiş  tədbirlər kompleksidir. Yalnız yerquruluşu 
və meliorativ tədbirlərin kompleks vəhdətində torpaq ehtiyatlarının 
səmərəli istifadəsinin və mühafizəsinin təşkilinə nail olmaq olar. 
Kənd təsərrüfatı müəssisələrində istehsalatın təşkilinə dair bütün 
məsələlərin mərkəzində torpaqlardan istifadə durur. Ona görə  də, kənd 
təsərrüfatı müəssisələrində istehsalatın təşkili məsələlərini yerquruluşunu 
inkar etməklə aparmaq heç cür mümkün deyildir. 
Son zamanlar inkişaf etmiş ölkələrdə olduğu kimi bizim respub-
likamızda da təbiətdənistifadənin idarəedilməsi praktikasında  coğrafi 
informasiya sistemləri və torpaq-informasiya sistemləri geniş istifadə 
olunur. Müstəqil respublikamızda hal-hazırda torpaq informatikasının 
konseptual elmi əsasları  işlənib hazırlanmışdır. Müasir elektron 
avadanlıqlar və proqram vasitələrindən geniş istifadə etməklə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə