Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   43   44   45   46   47   48   49   50   ...   72

 
140 
Sual olunur, əgər insan dünyaya gəlibsə, yaşaması üçün onun evi, 
yatacağı olmalıdırsa, niyə  kəndli bu tikintinin qeyri-qanuni aparılması 
yolunu seçməli idi? Çünki, o dövrdəki bürokratizm “torpaq dövlətindir” 
pərdəsi altında insanları qanunu pozmağa düçar edirdi. 
Torpağın müstəsna dövlət inhisarında olmasının bir acı  nəticəsi də 
var idi. Bağından bir alma, yaxud bir qarış torpaq oğurlayıb zəbt eləmək 
mümkün olmayan kolxoz və sovxoz rəhbərlərinin başçılıq etdikləri 
təsərrüfatların xırmanlarından tonlarla taxıl, ot, üzüm “oğurlanır”, ictimai 
torpaqlar zəbt edilirdi. 
Torpağın ayrı-ayrı adamlar tərəfindən zəbt edilməsi bir tərəfdən 
insanın torpağa can atması ilə bağlı olsa da, digər tərəfdən dövrün torpaq 
qanunlarına zidd idi. 
Tarix göstərdi ki, yalnız dövlət inhisarına  əsaslanan torpaq 
münasibətləri  şəraitində torpaqlardan tam, dolğun və  səmərəli istifadə 
mümkün deyildir. Bazar iqtisadiyyatına keçid dövründə formalaşan torpaq 
münasibətləri və yeni təsərrüfatçılıq formaları  şəraitində  təşəkkul tapan 
kəndli (fermer) təsərrüfatlarının özəl qurumlarının qısa zaman kəsiyində 
əldə etdikləri nailiyyətlər bunu əyani sübut etdi. Bəli, torpaqlardan 
səmərəli istifadə yalnız və yalnız çoxmülkiyyətli təsərrüfatçılıq şəraitində 
mövcuddur.  
1987-ci ildə “Dövlət müəssisələri (birlikləri) haqqında” SSRİ Qanunu 
qəbul edildi. Bu qanun dövlət müəssisələrinin hüquqlarını, onların 
təsərrüfat sərbəstliyini kəskin surətdə genişləndirdi. Lakin bu hüquqlar və 
sərbəstlik sosialist istehsal münasibətləri çərçivələrində hiss ediləcək 
nəticələr verə biləcək iqtidarda deyildi. 
1988-ci ildə “SSRİ-də kooperasiya haqqında” SSRİ Qanunu qəbul 
edildi. Bu qanun da istənildiyi kimi geniş fəaliyyət göstərə bilmədi. Səbəb 
həminki idi: xalq təsərrüfatı, qismən də  kənd təsərrüfatı idarəçiliyinin 
sosialist dövlətində mövcud olan inzibati-amirlik sistemi. 
Respublikanın  ən qabaqcıl təsərrüfatı – İsmayıllı rayonunun Nikitin 
adına kolxozu (keçmişdə onları “mayaklar” adlandırırdılar) ilə tanışlıq 
göstərir ki, kolxoz öz torpaqlarından istifadədə müqayisəyəgəlməz 
dərəcədə  sərbəstliyə malik olmuşdur. “Mayak” üçün yaradılan  əlahiddə 
şərait (kənd təsərrüfatı texnikasının bolluğu, yüksək keyfiyyətli elit 
toxumlarla ilk növbədə  təchizolunma, kənd təsərrüfatı  məhsullarının 
növbədənkənar alqısı, sərt (ağır) planların yoxluğu, rəhbər kadrların 
seçilməsi və təyin olunması üçün əlverişli şərait, dövlət büdcəsi hesabına 


 
141
təsərrüfatın infrastrukturunun yaxşılaşdırılmasına xüsusi diqqət və s. bu 
kimi) təsərrüfatın hər bir üzvünə  məhsuldar işləmək imkanı verirdi. 
Yuxarıdan diktata qarşı immunitet onlar tərəfindən qətiyyətli qarşı-
durmada əldə edilmişdir, onların sonrakı nailiyyətləri və rəhbərin nüfuzu 
nisbi müstəqilliyi qoruyub saxlamağa köməklik göstərirdi. Lakin bu 
subyektiv və obyektiv səbəblərin uğurlu uzlaşması sayəsində istisna idi. 
Elə buna görə  də, özəlləşdirilən torpaqlarda təsərrüfatçılıq formalarının 
könüllülük  əsasında seçilməsinə  zəmanət verən “Torpaq islahatı haq-
qında” Azərbaycan Respublikası Qanunu qüvvəyə mindikdən sonra Niki-
tin adına kolxozun kollektivi təsərrüfatçılığın mövcud formasını seçməyə 
üstünlük verdi. Təəssüflər olsun ki, Azərbaycanda sovet hakimiyyəti 
mövcudluğunun 70 ili ərzində belə təsərrüfat yeganəlik təşkil etdi. Bütün 
bunlar sosialist tipli kənd təsərrüfatı istehsalının təşkil edilməsi sahəsində 
kommunist ideyalarının məntiqi sonluğu (başa çatması) idi. 
Azərbaycanda sosialist torpaq münasibətlərinin təhlili aşağıdakı 
nəticələrə gətirir:  

 
istehsal vasitəsi kimi torpaq üzərində müstəsna dövlət mül-
kiyyətinin mövcudluğu, istehsal prosesinin nəticələrinə xüsusi mülkiyyət 
hüququnun olmamağı istehsalın səmərəliliyinin artımında və torpaqların 
məhsuldarlığının yüksəldilməsində  kənd təsərrüfatı  işçilərində iqtisadi 
maraq doğurmurdu;  

 
torpağın dövlətin müstəsna mülkiyyətində olduğu və ancaq 
istifadəyə verildiyi belə  şəraitdə, o maddi nemətlərin yaradılmasında 
layiqli rol oynaya, insan cəmiyyətinin var-dövlət mənbəyinə çevrilə 
bilməzdi; 

 
torpaq ehtiyatlarının idarə olunması prosesinin əməli olaraq dövlət 
hakimiyyətinin yuxarı səviyyələrində mütləq mərkəzləşdirilməsi, yerlərdə 
torpaqdan istifadənin vəziyyəti üzərində lazımi nəzarətin olmamağı torpaq 
məhsuldarlığının böyük surətlə aşağı düşməsinə gətirib çıxarırdı; 

 
dövlətin “insan-cəmiyyət-təbiət” sistemində harmonik inkişafa 
xidmət edən əsaslandırılmış torpaq siyasəti yox idi

 
yetərincə  səlahiyyət sahibi olmayan yerquruluşu xidməti 
torpaqların səmərəli istifadəsini təşkil etmək, obyektiv monitorinq 
aparmaq iqtidarında deyildi; 

 
torpaq münasibətlərini tənzimləyən lazımi mexanizm çatışmırdı, 
torpaqdan istifadə sahəsində dövlətin, ayrı-ayrı kollektivlərin, vətən-
daşların iqtisadi maraqları üst-üstə düşmürdü; 


 
142 

 
sosialist torpaq münasibətləri  şəraitində torpaqlardan tam, dolğun 
və  səmərəli istifadəyə dair yerquruluşu tədbirləri sisteminin əhəmiyyəti 
lazımi qədər dəyərləndirilmirdi və onlar həyata keçirilmirdi; 

 
sosialist istehsal münasibətləri çərçivəsində dövlət tərəfindən 
torpaqlardan tam, dolğun və  səmərəli istifadənin təşkili üzrə  tədbirlərin 
həyata keçirilməsində yerquruluşu layihələndirməsinin  əhəmiyyətinin 
lazımi qədər qiymətləndirilməməsi kənd təsərrüfatı torpaqlarının 
sahələrinin azalmasına, torpaqların keyfiyyət vəziyyətinin pisləşməsinə, 
sonda isə onların istehsalat prosesindən təcrid edilməsinə gətirib çıxarırdı. 
Bütün bu səbəblər torpaq islahatının aparılmasını, suveren 
Azərbaycan Respublikasında yeni torpaq münasibətləri və yerquruluşu 
sisteminin bərqərar olmasını zəruri edirdi.  
 
3.13. Müasir müstəqil Azərbaycanda bazar torpaq 
münasibətlərinin formalaşması və inkişaf qanunauyğunluqları 
 
Xalqımızın ümummilli lideri H.Ə.  Əliyev müdriklik göstərib xalqın 
tələbi ilə ikinci dəfə hakimiyyətə  gəldikdən sonra aqrar-sənaye 
kompleksimizin 80-ci illərdən başlayan tənəzzülü dayandırıldı. 
H.Ə.Əliyev hakimiyyətinin ilk dövründəcə respublikada bazar iqtisadi 
münasibətləri çərçivəsində iqtisadiyyatın formalaşdırılması, ölkənin dün-
ya təsərrüfat sisteminə inteqrasiyası istiqamətində “islahatın layihələn-
dirilməsinə dair yanaşmalara” başlandı.  
“İslahatın layihələndirilməsinə yanaşma” məfhumu problemin 
müəyyənləşdirilməsini, fəaliyyət planının tərtibini, qərarların qəbulu və 
islahatın həyata keçirilməsi üçün strategiyanın hazırlanması kimi fəaliyyət 
növlərini özündə cəmləşdirir. 
Dünya təcrübəsində islahatın layihələndirilməsinə müxtəlif yanaş-
malar mövcuddur. Bu yanaşmalar xüsusilə  cəmiyyət üzvlərinin baxışla-
rına istinad dərəcəsinə görə müxtəlifdirlər. Bu müxtəliflik siyasətin 
müəyyən edilməsi və  həyata keçirilməsi prosesinə insani dəyərlərin nə 
dərəcədə müdaxiləsi ilə  səciyyələnir. Müdaxilə  dərəcəsi öz növbəsində 
siyasi faktorlardan asılıdır ki, bununla da islahata yanaşmanın özünəməx-
susluğu acıqlanır.  
Yanaşmalar həmçinin problemin həlli və baş verən dəyişikliklərə 
münasibət amilinə görə  də  fərqlənirlər. Bu fərq passiv münasibətdən – 
yəni artıq peyda olmuş problemlə mübarizədən və aktiv hərəkətdən-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə