Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

 
128 
normasına görə ilk növbədə onlara verilməsində təkid edirdilər. 
Qolçomaqlar isə öz növbəsində qoşqu heyvanın, inventarın və digər 
istehsal vasitələrinin, alətlərin miqdarına görə bölüşdürülməsinə  tərəfdar 
idilər. 1920-ci ilin payızında bu ziddiyyətlər qolçomaqları sovet 
hakimiyyətinin qatı düşmənlərinə çevirdi. Mülkədar təsərrüfatlarının ləğv 
edilməsi, dövlət və kollektiv təsərrüfatların tam yerbəyer olmamağı ilə 
əlaqədar kənd təsərrüfatı  məhsullarının  əsas tədarükçüsü qolçomaq sinfi 
idi. Ümumiyyətlə o vaxt qolçomaq sinfi yetərincə güclü siyasi və iqtisadi 
təsirə malik idi. 
Gəlirlərin yenidən bölüşdürülməsinin, yığım proseslərinin tən-
zimlənməsi məqsədilə Azərbaycanda sovet hakimiyyəti vasitə kimi vergi 
sistemindən yararlanırdı. Belə ki, vergi siyasətinə münasibətdə AK(b)P-
nin V qurultayı göstərir ki, o (vergi siyasəti) fəhlə sinfi ilə  kəndlilərin 
ittifaqının möhkəmləndirilməsi prinsipindən irəli gəlməli və elə 
aparılmalıdır ki, kənddə vergi tutumunun əsas ağırlığı qolçomaq 
ünsürlərinin üzərinə düşsün. 
1923-cü ilin sentyabrında Zaqafqaziya Mərkəzi  İcraiyyə Komitəsi 
(Zaq. MİK) və Zaqafqaziya xalq komissarları şurası birlikdə vahid kənd 
təsərrüfatı vergisi haqqında dekret qəbul etdilər. 
Kənd təsərrüfatı sahələrinin ayrı-ayrı növlərinə vergilərin miqdarı 
onları şərti olaraq zəmiyə çevirdikdən sonra təyin edilirdi. Zaqafqaziyanın 
müxtəlif respublikalarında, eləcə  də respublika daxilində ayrı-ayrı 
qəzalarda bu əmsallar fərqli idilər. Azərbaycan SSR-də vergilərin 
miqdarının təyin olunması üzrə rayonlaşdırma respublika vergi 
komissiyası tərəfindən aparılmış və Xalq Komissarları Şurası və AzMİK 
tərəfindən təsdiq edilmişdi. Belə ki, Azərbaycanda biçənəklərin desyatini 
zəmi desyatininin yarısına bərabər tutulurdu. Meyvə bağları  və qoz 
plantasiyalarının bir desyatini iki zəmi desyatininə  bərabər götürülürdü. 
Üzümlüklərin bir desyatini Gəncə, Şamxor, Qazax və Şamaxı qəzalarında 
üç, qalanlarında isə iki zəmi desyatininə bərabər sayılırdı. 
Vergi tutulması pulla olduğu kimi natural şəkildə də ödənilirdi. Pullu 
tutum rayonlarında vergi qeyd-şərtsiz olaraq müəyyən edilmiş 
müddətlərdə Xalq Ərzaq Komissarlığı  və Xalq Maliyyə Komissarlığı 
tərəfindən müəyyənləşdirilmiş bir pud buğdanın dəyəri hesabı ilə 
ödənilməli idi, çünki bütün vergi buğda vahidləri ilə ifadə olunurdu. 
Natural vergi rayonlarında vergi ödəyicisinə vergini ya natura ilə və 
yaxud da pulla, eləcə  də  sərfəliliyindən asılı olaraq qismən natura ilə, 


 
129
qismən də pulla ödəmək hüququ verilirdi. 
Qolçomaq zümrəsinə  təsərrüfat siyasətinin bütün istiqamətləri üzrə 
edilən basqı ona gətirib çıxartdı ki, əkinçilik rayonlarında istehsal 
vasitələrinin, xüsusilə də mal-qaranın miqdarı azalmağa başladı. Əmlakın 
satılması (hərraca qoyulması),  əsas istehsal fondlarının pul ifadəsinə, 
ehtiyatlara və s. keçirilməsi istehsalın kəskin surətdə azalmasına gətirib 
çıxartdı. 
Dövlətin düşünülməmiş vergi siyasəti nəticəsində minlərlə möhkəm 
ortabab təsərrüfatları dağılaraq müflisləşirdi. Belə ki, 1927-ci ildə bütün 
kəndli təsərrüfatlarının ümumi sayından 17,3%-i mal-qarasız, 43,0%-i 
inventarsız və 15,9%-i səpinsiz qalmışdı. Kolxoz quruculuğunun vüsət 
alması  ərəfəsində (1927-ci ildə) Azərbaycanda 41,8% yoxsul, 51,4% 
ortabab və 6,8% qolçomaq təsərrüfatları mövcud idi. O dövrün ən geniş 
yayılmış  səhvi ortabab kəndlilərin qolçomaq zümrəsinə aid edilməsi və 
onlara məxsus mal-qaranın alınması şəklində onlara qarşı ölçünün tətbiq 
edilməsi idi. 
A. Skaçko AK(b)P-nin II qurultayındakı çıxışında xəbərdarlıq edirdi: 
“… Öz sərvətləri ilə bölüşməyən və saysız miqdarda bir neçə onlarca 
üzvlərini dolandıran çoxsaylı ailələri qolçomaqlara aid etmək böyük səhv 
olardı… Adətən belə ailələr hədsiz dərəcədə varlı, çox güclüdürlər; bunun 
sayəsində onlar mehriban ailələrdir, birlikdə çalışmış  və buna görə  də 
sərvətlərini bir yerdə saxlaya bilmişlər. Onlar böyük miqdarda canlı  və 
cansız inventara malikdirlər, lakin onlar öz əməkləri ilə yaşayaraq, 
başqalarının muzdlu əməyini istismar etmirlər və buna görə də qolçomaq 
ailələri siyahısına aid edilə bilməzlər. Belə ailələrin sayı böyük miqdarda 
olduğuna görə biz onlarla hesablaşmalı və onları qolçomaqların siyahısına 
salmamalıyıq, çünki onlara dəyən zərbə ortabab kəndlilərə dəymiş zərbə 
olacaqdır… onlar nəinki ailə, nəinki ideoloji, eləcə  də  təsərrüfat 
vahidləridir”. 
“Aqrar inqilab”ın aparılması  nəticəsində 1921-ci ildə ölkədə bütün 
kənd təsərrüfatı bitkilərinin əkin sahələri 1913-cü ilə nisbətən 361,9 min 
ha və yaxud 38%, dənli və paxlalı bitkilərin əkin sahələri 264,1 min ha və 
yaxud 32%, pambıq əkinləri isə 1913-cü ildəki 103,2 min ha-dan 1921-ci 
ildə qeydə alınan 5,2 min ha-dək azaldı. 1921-ci ildə iribuynuzlu mal-
qaranın sayı 1916-cı ilə qarşı 417 min baş  və yaxud 30%, qoyun və 
keçilərin sayı isə 1,3 milyon başdan artıq və yaxud 2 dəfədən çox azaldı.  
Respublikada sovet hakimiyyətinin ilk illərində sahələrin səpil-


 
130 
məməyinin səbəbləri müxtəlif cür izah olunurdu. Ehtimallardan birinə 
görə bu dini mövhumatla bağlı idi. Belə ki, kəndlilər arasında belə bir 
fikir mövcud idi ki, şəriət özgənin əmlakını mənimsəməyə qadağa qoyur. 
Belə baxışları aradan götürmək məqsədilə dövlət xalqın dini etiqad 
(inanc) yerlərini məhv etməyə, kilsə, vəqf və  məscid torpaqlarını  zəbt 
etməyə başladı. Digər bir ehtimala görə  şumlanmış torpaqların  əkil-
məməyi onunla izah edilirdi ki, kəndlilər gələcəkdə intiqamdan çəkinərək, 
bəylərin, ağaların, xanların torpaqlarına yaxın düşmürdülər. Zənnimizlə, 
ən başlıca səbəb suvarma əkinçiliyinin mühüm komponentlərindən biri 
sayılan suyun çatışmazlığı idi. Bu vaxta qədər Azərbaycan SSR suvar-
manın aşağıdakı  mənbələrinə malik idi: iri magistral kanallar – 5000 
verst, kiçik suvarma şəbəkəsi – 12000 verst. Bundan əlavə, kəhrizlər – 
400 ədəd. Suvarmanın mürəkkəb üsullarından biri istil üsulu idi. Bu üsul 
Lənkəran rayonunda çəltik sahələrini suvarmaq üçün tətbiq edilirdi. Belə 
istil (anbar) bütün il ərzində dağ çaylarından 300000 kubmetrədək su yığır 
və sonra suvarma dövründə ehtiyacına görə bir dəfəyə bir neçə  kənd bu 
sudan istifadə edirdi. Bəylər, xanlar, ağalar üçün su həmişə ola bilərdi, 
ona görə ki, onların sərəncamında suvurma məntəqələri, kəhrizlər,  ən 
yaxşı su mənbələri və yaxşı suvarılan torpaqlar vardı. Hakimiyyətin 
proletariatın əlinə keçməsi ilə Kür çayı və onun axmazlarının üzərindəki 
126 suvurma məntəqəsi işə salınmamışdı. Vaxtilə isə bu 126 suvurma 
məntəqəsi 40000 desyatin torpağı suvarmağa qadir idi. Bu baxımdan su 
məsələsi Azərbaycan hökuməti qarşısında çox kəskin dayanırdı. Məhz 
buna görə  də AK(b)P-nin II qurultayı sudan istifadənin tənzimlənməsi 
üzrə tövsiyələr hazırlanmasını və suvarılan torpaqların sahəsini mümkün 
qədər genişləndirməyi Xalq Torpaq Komissarlığının  əsas vəzifələrindən 
biri kimi müəyyənləşdirmişdi.  
Əgər Inqilab Komitəsinin düzgün olmayan iqtisadi siyasəti milyon 
baş miqdarında heyvanların azalmasına gətirib çıxarırdısa, o vaxt bir ata 
görə insanı ən ağır cəzaya məhkum edirdilər. AzFK-nın 20 sentyabr 1921-
ci il tarixli məlumatında yazılırdı: “AzFK-nin kollegiyası özünün 5 və 13 
sentyabr tarixli iclaslarında …şəxslərin təqsirləndirilməsinə dair işlərə 
baxaraq, aşağıdakı  qərarı  çıxartdı: Samoylov Fyodor Spiridonoviç, 26 
yaşlı, Sibir qəzası Penza quberniyasının Polyanı  kənd sakini, bitərəf, 
savadlı, oğurlanmış atı satdığına görə  ən ağır cəzaya – güllələnməyə 
məhkum edilsin”.  
İnqilabçı-islahatçılar “dövlət mülkiyyətini belə qoruyurdular”. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə