Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   35   36   37   38   39   40   41   42   ...   72

 
116 
bağçası olsun…”.  
Sözügedən ayələrdə həm eroziyadan (ayə 264), həm yamaclarda ayrı-
ayrı torpaq növlərinin səmərəli nisbətlərindən – qayalarda bitkilərin yox
bağların salınmasından (ayə 265), eyni zamanda isti ölkələrdə  ağacların 
suvarılması üçün arxların çəkilməsindən (ayə 266) söhbət gedir.  
Qurani-Kərim nazil olandan islam dünyasında torpaq üzərində 
müxtəlif əqdlərə icazə verilmişdir.  
Müasir Azərbaycanın yeni bazar torpaq münasibətləri üçün xarak-
terik olan torpaq bazarı  əqdlərinin formaları islam torpaq münasibətləri 
üçün də xarakterikdir: torpaq sahələrinin alqı-satqısı (müamilə), torpaq 
sahəsinin girovu-ipotekası (rəhn), torpaq sahəsinin bağışlanması (vəqf), 
torpaq sahəsinin vərəsəlik qaydasında başqasına keçməsi (vəsiyyət, irsən), 
torpaq sahəsinin istifadə və icarə hüquqlarının başqasına keçməsi (ariyə, 
musaqat, müzariə, icarə).  
İslamda torpaq münasibətlərini tənzimləyən  şəriət hökmləri bir çox 
müctehidlər tərəfindən izahlanmışdır. Dərslikdə bu məsələləri tədqiq 
etmək üçün Ayətullahül-Üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkaraninin 
Risaləsindən (izahından) istifadə edilmişdir.  
Torpaq icarəsinin təşkilinə dair şəriət hökmlərinə nəzər salaq.  
Şəriət hökmünə görə torpağı icarəyə verən (icarəyəverən) və torpağı 
icarəyə alan (icarəçi)  şəxslər mükəlləf (həddi-buluğa çatmış) və aqil 
(ağıllı) olmalıdırlar. Torpaq sahibi (icarəyəverən) və ya icarəyə torpaq 
götürən şəxs sözügedən məsələ ilə bağlı başqasını vəkil tutarsa, bağlanmış 
müqavilə islamda qanuni sayılır.  
Torpaq sahibi (icarəyəverən) “öz torpağımı  sənə icarəyə verdim”, 
icarəçi də “qəbul etdim” desə, icarə siyğəsi (müqaviləsi) baş tutmuş hesab 
edilir. Danışa bilməyən bir şəxs işarə ilə torpağı icarəyə verməyi, yaxud 
icarəni qəbul edən icarəni qubul etməyi başa salsa, müqavilə bağlanmış 
hesab olunur.  
İcarəyəverən icarəçiyə torpaqdan yalnız onun özünün istifadə etməsi 
şərtini bildiribsə, icarəçi torpağı başqasına (subicarəyə) verə bilməz.  
Torpaq icarəyə götürən  şəxs torpaq sahəsi (mal) haqqında müfəssəl 
məlumatlara malik olmalıdır:  

 
torpaq sahəsinin konturları, sərhədləri, sahəsi məlum olmalıdır. 
İcarəyəverənin “100 ha sahəmdən 20 ha-nı  sənə icarəyə verdim” şərti 
qəbuledilməzdir;  

 
icarəçi torpaq sahəsini ya görməlidir, ya da icarəyəverən torpaq 


 
117
haqqında elə müfəssəl izah verməlidir ki, burada heç bir anlaşılmazlıq 
olmasın; 

 
icarəyə verilən torpaq sahəsi icarəçinin tələblərinə (icarəyə 
götürənin təyinatı) məqsədinə uyğun gəlməlidir. Belə ki, əgər məqsəd 
torpağı  əkib-becərməkdirsə, bu torpaq da əkinə yararsızdırsa, onda 
müqavilə əsassızdır;  

 
icarəyə verilən torpaq sahəsi təyinat məqsədinə görə istifadə üçün 
yararlı olmalıdır: sahədə  məhsul yetişdirmək üçün suvarma suyunun 
olması  zəruridirsə, deməli bu şərt ödənməlidir,  əks təqdirdə müqavilə 
düzgün deyil; 

 
icarəyə verilən sahə icarəyə vermək istəyənin ya öz mülkü 
olmalıdır, ya da buna vəkillik etməyə onun haqqı olmalıdır. 
Şəriət icarəyə verilən maldan (torpaqdan) istifadənin 4 şərtini 
buyurur:  

 
torpaq halal iş üçün ayrılmalıdır.  Əgər torpaq sahəsi narkotik və 
digər zəhərli və zərərli bitkilər əkmək, şərab emalı və ya saxlamağı üçün 
obyekt altına verilirsə, bu, islamda haramdır (yolverilməzdir); 

 
icarəyə torpaqgötürənin torpaq sahəsinə olan mümkün tələbləri 
ödənməlidir; 

 
icarəçi tərəfindən torpaqdan istifadənin təyinatı  (əkin-biçin üçün, 
mal-qaranın otarılması üçün və s.) bəyan edilməlidir;  

 
tərəflər icarənin müddətini müəyyənləşdirməlidir. Adətən icarə 
müddətinin son həddi məhsul yığımının sonunadək müəyyənləşdirilir. 
Vacib  şərtlərdən biri də ondan ibarətdir ki, icarə haqqı  və onun 
ödənilməsi qaydaları  əvvəlcədən müəyyənləşdirilməlidir.  
Təbii ki, torpaq hələ icarəyə verilməyibsə, ona haqq tələb etmək 
olmaz. Digər tərəfdən,  əgər icarəçi müqavilədən sonra torpaq sahəsini 
təhvil almazsa və ya torpağı icarə müddətinin sonuna qədər  əkib-
becərməsə belə, o icarə haqqını ödəməyə borcludur.  
İcarəyə götürülmüş torpaq sahəsi icarə müddətində icarəçinin 
səhlənkarlığı üzündən deyil, ondan asılı olmayan səbəblərdən (təbii 
fəlakət-daşqın, uçqun və s.) yararsız hala düşərsə, bunun üçün icarəçi heç 
bir məsuliyyət daşımır. Digər tərəfdən icarəçinin səhvi üzündən korlanmış 
(suvarmanın düzgün aparılmaması, torpağın çirklənməsi, torpağın 
keyfiyyətinin aşağı düşməsi və s.) torpaq sahəsinə görə  şəriət icarəçinin 
məsuliyyətli olduğunu göstərir.  
Əgər icarə müddətinin başlanğıcına kimi torpaq sahəsi təyinat 


 
118 
məqsədinə görə istifadəyə yararsız hala düşərsə, yaxud şərtləşdikləri kimi 
istifadə edilə bilməyən tərzdə korlanarsa, torpaq sahəsinə görə icarəçinin 
əvvəlcədən verdiyi pul geri alınmalıdır.  
İslamda torpaq münasibətlərini tənzimləmə üsullarından biri də 
müzariədir.  
Müzariə-torpaq sahibi tərəfindən torpaq sahəsinin bir hissəsinin 
əkinçinin ixtiyarına gələcək məhsulun müqabilində istifadəyə verilməsi 
halıdır.  
Müzariənin baş tutmasının bir neçə şərti vardır:  

 
yerin sahibi əkinçiyə “torpağı sənə həvalə etdim”, əkinçi də “qəbul 
etdim” desin, yaxud heç nə danışmadan yer sahibi torpağı ona təhvil 
versin, əkinçi də onu təhvil alsın;  

 
yerin sahibi və əkinçi – hər ikisi mükəlləf (həddi-buluğa çatmış) və 
aqil olmalı, müzariəni yerinə yetirmək iqtidarında olmalıdırlar;  

 
bu sahədə yetişdirilən məhsul həm yerin sahibinə, həm də əkinçiyə 
məxsus olmalıdır;  

 
məhsul yığımından sonra bu iki tərəfin hər birinin payı muşa 
şəklində (ümumi məhsuldan) ayrılmalıdır və bu payların bölgü nisbəti 
əvvəlcədən məlum olmalıdır. Yerin bir hissəsinin məhsulunun bir tərəfə
digər sahənin məhsulunun isə digər tərəfə çatacağı barədə tərəflər qərara 
gəlsələr müzariə düzgün deyil. Həmçinin  əgər mülk sahibi əkinçiyə “bu 
yerdə əkin ək, hər nə istəsən mənə verərsən” desə – bu halda da müzariə 
düzgün deyil; 

 
yerin  əkinçinin ixtiyarında olacağı müddət də  əvvəlcədən 
müzariədə  tərəflər arasında razılaşdırılmalıdır. Müzariənin axırı adətən 
məhsul tədarükünün sonu götürülür;  

 
müzariə obyekti əkin-biçin üçün yararlı olmalıdır;  

 
əkiləcək kənd təsərrüfatı bitkisinin növü məlum olmalıdır. Əgər bu 
məmləkətdə yalnız və yalnız hər hansı bir bitki becərilirsə, bu halda 
bitkinin müzariədə açıqlanmasına ehtiyac yoxdur;  

 
yerin sahibi hansı torpağı verdiyini, əkinçi isə hansını becərəcəyini 
bilməlidir, əks təqdirdə müzariə batildir.  
Müzariədə həmçinin hər kəsin hansı xərci çəkəcəyi bilinməlidir.  
Əgər müzariənin müddəti qurtarsa, amma qeyri-əlverişli təbii 
şəraitlər (suvarma suyunun azlığı, həddindən artıq quraqlıq, yağıntıların 
normadan artıq olması və s.) ucbatından məhsulun çox az hissəsi alınıbsa, 
miqdar qərara uyğun olaraq hər ikisinin malıdır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə