Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   31   32   33   34   35   36   37   38   ...   72

 
104 
adamlara verilən icazə kağızına qəbalə deyilirdi. Xərac toplayan vergi 
məmurları mütəqəbbil və ya amil, maliyyə müfəttişləri isə mütəsərrif 
adlanırdılar. Amillər xərracı özbaşına artırırdılar və bəzən məhsulun yarısı 
kəndlinin  əlindən alınırdı. Xərac  əvvəllər  əsasən məhsulla alınırdı. 
Azərbaycan kəndliləri X-XI əsrlərdə  xəracın müəyyən hissəsini pulla 
ödəyirdilər. Bu, hələ o zaman Azərbaycanda  əmtəə-pul münasibətlərinin 
inkişaf etdiyini göstərir. IX əsr tarixçiləri Azərbaycandan ildə 4-4,5 
milyon dirhəm xərac toplandığını qeyd edirlər. 
Xəracdan başqa müsəlman ailəsi öz əmlakına görə  nəzir verirdi ki, 
buna da zəkat və ya sədəqə deyilirdi. Müsəlman olmayan əhalidən can 
vergisi-cizyə alınırdı. 
Böyük Səlcuq imperiyasının yaranması ilə torpaq mülkiyyəti və vergi 
sistemində ciddi dəyişikliklər baş verdi. 
Əhalidən ənənəvi vergilərdən əlavə səlcuq döyüşçüləri üçün silah və 
şərab tədarük etmək, onların atlarını nallamaq üçün mal-üs-silah, şərab 
bahası, nal bahası kimi vergi, şəhər sənətkarlarından isə onların 
hazırladığı  sənət məhsullarından pay alınmağa başlandı. Ümumiyyətlə, 
XI-XIII  əsrin  əvvəllərində  əhalinin müxtəlif təbəqələrinin xərac, üşr, 
cizyə, haqq, alaf, nüzl, avariz, qismət, təyyarət, dəraib və bir çox başqa 
vergi, rüsum və mükəlləfiyyətlər ödədiyi məlumdur. 
XIII-XIV  əsrlərdə Azərbaycan torpaqlarının çox böyük bir qismi 
monqol hakim dairələrinin  əlinə keçmişdi. Elxanın və sülalə üzvlərinin 
əlində olan torpaqlar ‘‘incu’’ adlanırdı. Bu dövrdə iqta institutu 
qüvvətlənmişdi. Torpaqların bir hissəsi kənd icmasının ixtiyarında qalırdı. 
Vergi verilməsində əvvəlki kimi ellik zəmanət mövcud idi. 
Monqol zülmü altında olan əhali dövlətə və feodallara 40 cür vergi və 
rüsum verirdi. Torpaq vergisi “xərac” natura ilə alınırdı və ilk Hülakülər 
dövründə taxıl məhsulunun 70%-ni təşkil edirdi. Can vergisi “qopçur” 
adlanırdı. Oturaq əhali bu vergini 1-7 dinaradək pulla, köçərilər isə mal-
qara ilə verirdilər. Monqol qoşunlarının saxlanması üçün əhali üzərinə 
xüsusi vergi-tacar qoyulmuşdu. 
Hökmdarlar  əhalidən bazar qiymətindən aşağı qiymətə müxtəlif 
istehlak malları alır və ya tacirləri bazar qiymətlərindən yuxarı qiymətə 
məhsul almağa məcbur edirdilər. Gömrükxanalarda bac alınırdı. Mövcud 
vergilər zəhmətkeşlərin gəlirinin 3/4 hissəsini aparırdı. 
Vergi toplamaqla ayrıca idarə-divan məşğul olurdu. Divan vergiləri 
ya dövlət darğaları vasitəsi ilə, ya da vergi yığmaq hüququnu icarəyə 


 
105
vermək (müqatiə) yolu ilə toplanırdı. Azərbaycanın cənub vilayətlərində 
toplanan vergi 210 tümənə (1 tümən-10 min dinar), şimal vilayətlərində 
toplanan vergi isə 54 tümənə çatırdı. Vergi verə bilməyənlərə icbari əmək 
müəyyən edilirdi. 
Xəzinə  gəlirinin azalması, kəndlilər arasında qaçqınçılıq və ixti-
şaşların artması ilə əlaqədar olaraq Keyxatu xan pul islahatı keçirdi: ölkə-
də kağız pullar tədavülə buraxıldı. 
Lakin bu tədbir səmərə vermədi, bazar qiymətləri artdı, ticarət 
dövriyyəsi azaldı. Qazan xan feodalların hakimiyyətini möhkəmlətmək, 
dövlət gəlirini artırmaq məqsədilə bir sıra qanunlar verdi. Divan torpaq-
larından əkin sahələri irsi iqta hüququ əsasında kəndlilərə paylandı. 
Qazan xan vergi sistemini qaydaya salmağa çalışaraq müqatiəni 
məhdudlaşdırdı.  İslahat müəyyən dərəcədə  kənd təsərrüfatı istehsalının 
yüksəlişinə, gəlirin artmasına və onun daha müntəzəm xəzinəyə 
yığılmasına səbəb oldu. 
XV  əsrdə Azərbaycanda Ağqoyunlu və Qaraqoyunlu dövlətlərinin 
mövcud olduğu bir dövrdə otuzdan çox adda vergi və mükəlləfiyyət 
mövcud idi və bu ağır vergi sistemi əhalini əzirdi. Məlcahət (və ya bəhrə) 
əsas vergi olmuşdu. Uzun Həsənin “Qanunnamə”sinə  əsasən bəhrə  əldə 
edilən məhsulun 1/5 hissəsini təşkil edirdi. Kəndlilər istifadə olunmuş 
suyun müqabilində  də  bəhrə vergisi ödəyirdilər. Hərbiçilərin, mülki və 
ruhani vəzifələr tutan şəxslərin xeyrinə toplanan vergilərin məcmusu 
ixracat adlanırdı. Qeyri-qanuni surətdə, özbaşına toplanan vergilər şiltaqat 
adlanırdı. Kəndlilər feodal ziyafətlərinin təşkilinin ağırlığını  çəkirdilər 
(şilənbəha, süfəbəha və b. mükəlləfiyyətlər). Yerli inzibati-polis məmu-
runun (dərucəki), vergiyığan məmurların (mümayizane), ruhani başçıların 
(rəsm  əl-vüzarə) xeyrinə toplanan vergilər mövcud idi. Maldarlardan 
çobanbəyi vergisi alınırdı. Məcburi bəxşişlər sistemi də mövcud idi. Bu 
bəxşişlər torpaq sahiblərinə,  şahın məmurlarına, xidmətçilərinə verilirdi 
(düşüllük, novruzi, peşkəş, eydi və s.). Dövlətin və feodalların xeyrinə 
toplanan vergilər yerinə yetirilməli olan mükəlləfiyyətlər (çərik, tərh, 
ulaq, ulam, biyar və s.) əhalini müflisləşdirdi. 
XVI-XVII  əsrlərdə  də Azərbaycan kəndlisi müxtəlif vergilər və 
mükəlləfiyyətlər ödəyirdi. Çobanbəyi, çöl pulu-örüşdə heyvanları otarmaq 
üçün alınırdı. Dəh-yek (onda bir)-iri feodal torpaqlarından götürülən 
gəlirlərin 10 faizi alınırdı. Cüftbaşı-torpağı  əkib-becərmək üçün bir cüt 
qoşqu vasitəsi olanlardan alınırdı. Dəzgahbaşı hər bir toxucu dəzgahından 


 
106 
istehsal edilən məhsuldan alınan vergi idi. İxracat – XVI əsrdə ümumi və 
müxtəlif vergilərin məcmusu mənasında işlənirdi və dövlət canişinlərinin, 
hərbi xidmətdə olanların və əyanların tələbatını ödəmək üçün alınırdı. 
Ot-alafa-yük heyvanları, atlar üçün alınırdı. Ulafa (ərzaq)-bir nəfərin 
(hərbçi, canişin və s.) yaşaması üçün alınan vergi idi. Bu iki vergi bəzən 
pulla da alınırdı. Konalqa-əyanların kəndlinin evində düşərgə salmaq 
hüququ idi. Kəndli  əyanı, onu müşayiət edənləri yataqla təmin etməli, 
yedirtməli, atlarını yemləməli idi. Təyin isə  şəhər və  kəndlərdə xarici 
dövlətlərin səfirlərinə  və onları müşayiət edənlərə qulluq etmək üçün 
əhalidən alınan məbləğ idi. Ulaq və ulam-kəndli  şah çaparlarının 
ixtiyarına minik, yük, qoşqu atları verməli idi. I Şah Abbasın  əmri ilə 
alafa, biyar, ulaq, peşkəş, salami, şiltaqat kimi əvvəlcədən nəzərdə 
tutulmamış, təsadüfi səciyyə daşıyan bütün töycü növləri “ixracat” və 
“əvazirat”a daxil edilmişdi. Rüsum – dövlət canişinləri və ruhanilər üçün 
natura ilə alınan vergi idi. Səvari-əhalinin hakim sülalənin üzvlərinə-
sərkərdələrə, yeni fəth edilmiş yerlərə  gələn tanınmış adamlara (Novruz 
bayramı münasibətilə) verdiyi hədiyyə idi. O, bəzən novruzi adlanırdı. 
Tərh dövlətə  və feodala məxsus olan malın bazar qiymətindən yuxarı 
zorla kəndliyə satılması  və yaxud, dövlətə  və feodala lazımi olan malın 
bazar qiymətə alınması idi. Dəstəndaz-aşağı  səviyyəli dövlət icraedici 
şəxslərin xidmətinə verilən vergi idi. Başpulu-yetkin kişi cinsinə mənsub 
şəxslərdən alınırdı. Otaqxərci (həmçinin yurtanə)-hər evdən, hər ailədən 
alınan vergi idi. Cizyə-xristianlardan alınırdı. Biyar-kəndlinin feodal və ya 
dövlət üçün zorla, pulsuz işləməsi idi. Bütün ailə üzvləri növbə ilə 2 
gündən 6 günə  qədər biyara getməli idi. Çərik – döyüşən orduya kənar 
vilayətlərdən göndərilənlərdən alınırdı. Bunlardan başqa tüstü pulu, alaçıq 
pulu və s. alınırdı. 
XVII  əsrdə vergi və mükəlləfiyyətlərin sayı 35-ə çatmışdı. Onların 
arasında natural səciyyə daşıyanlar üstünlük təşkil edirdi. Ölkədə əmtəə-
pul münasibətləri inkişaf edirdi. Dövlət xəzinəsinin müflisləşməsi ilə 
əlaqədar olaraq vergilərin məbləği kəskin surətdə artırılmışdı. 
1699–1702-ci illərdə  əhalinin yeni siyahıyaalınması keçirildi. Bu 
siyahıyaalınma zamanı vergilər 3 dəfə artırıldı. 
XVIII əsrin I yarısında vergi və mükəlləfiyyətlərin ağırlığı rəiyyət və 
elatların boynuna düşürdü. İranda mövcud olan vergilər Azərbaycanda da 
tətbiq olunurdu: torpaq vergiləri (malcəhət, uşr, çobanbəyi), adambaşına 
alınan vergi (sərşomari, cizyə), qoşunları saxlamaq üçün (ulufa, sursat, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə