Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə31/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   27   28   29   30   31   32   33   34   ...   72

 
92 
idilər. Kiçik kəndlər canişinin icazəsi ilə bir kənd cəmiyyətində və yaxud 
daha da böyük kənd cəmiyyətlərində birləşirdilər. Bütövlükdə Bakı 
quberniyasında 423, Yelizavetpol quberniyasında isə 335 kənd cəmiyyəti 
yaradılmışdı. Müxtəlif sosial qruplardan olan kəndlilərin bir cəmiyyətdə 
birləşdirilməsi, onların inzibati-məhkəmə vahidindən asılı edirdi. Polis 
dövlətin maliyyə ehtiyaclarını ödəmək üçün kəndliləri asanlıqla 
mükəlləfiyyətə cəlb edə bilirdi.  
Kəndli cəmiyyətlərinin idarəetmə orqanları kənd yığıncaqlarından və 
kənd ağsaqqallarından ibarət idi. “Əsasnamə”yə uyğun olaraq kəndlilərin 
ümumi yığıncağında yeniyetmə yaşında olan hər bir ailə başçısı  iştirak 
etmək hüququna malik idi. “Əsasnamə” ciddi şəkildə  kənd 
yığıncaqlarında baxılacaq məsələlərin tərkibini müəyyən edirdi. Əlbəttə, 
kəndli cəmiyyətinin yığıncaqlarının keçirilməsi Azərbaycan kəndlilərinin 
problemlərini heç də həll etmirdi.  
Zaqafqaziyada kəndli islahatını hazırlamaq məqsədilə 1861-ci ildə 
Zaqafqaziya Mərkəzi İslahat Komitəsi yaradıldı. İslahatı hazırlamaq üçün 
əvvəlcə dövlət sahibkar torpaqlarının və  kəndlilərin pay torpaqlarının 
sərhədləri dəqiq müəyyənləşdirilməli idi. Bu məqsədlə 1861-ci il iyunun 
29-da Zaqafqaziya ölkəsinin mərzləşdirilməsi haqqında Əsasnamə təsdiq 
edilmiş  və 1862-ci il yanvarın 1-dən torpaqların bilavasitə  mərzləş-
dirilməsi işinə başlanmışdı. İslahatın hazırlanması yolunda ikinci mühüm 
addım 1866-cı ildə Qafqaz Canişini Baş İdarəsi Şurasının qərarı ilə Bakı, 
Şuşa, Tiflis və  İrəvan bəy Komissiyalarının yaradılması oldu. Həmin 
Komissiyalar Azərbaycanın ali müsəlman silkinin tərkibini və hüququnu 
müəyyən etməli idi. Onların işi Azərbaycanda 1188 irsi və  şəxsi bəy 
nəslinin, 3 xan nəslinin-Şirvan, Bakı, Talış xan nəsillərinin imtiyazlarını 
tanımaq, 1048 ailənin isə iddialarını rədd etməklə başa çatdı. Əslində, çar 
hökuməti “kəndli islahatı”na hazırlıq adı altında yerli mülkədarların 
mənafeyini qabaqcadan “həll etmişdi”.  
Azərbaycanda “kəndli islahatı” çarın imzaladığı 14 may 1870-ci il 
tarixli  Əsasnaməsi üzrə  tənzimlənirdi.  İslahat keçmiş xan nəslindən 
olanların, bəylərin və ağaların 6 dekabr 1846-cı il, 20 aprel 1847-ci il, 28 
dekabr 1847-ci il və 8 iyun 1851-ci il tarixli fərmanlarına müvafiq olaraq 
onların torpaq üzərindəki mülkiyyət hüququnu bir daha təsbit edirdi. 
Digər tərəfdən, ali silkdən olanlar pay torpağı almaq hüququnu 
saxlayırdılar. Kəndlilərin istifadəsində olan pay torpaqları üzərində 
mülkiyyət hüququ mülkədarların hüququ kimi təsbit edilirdi.  


 
93 
Əsasnaməyə görə hər bir malikanədə adları olan istər ailələrin, istərsə 
də subay kəndlilərin həmin malikanədə pay torpağı almaq hüququ təsbit 
edilirdi. 5 desyatindən artıq kəndli pay torpağından sahibkar kəsim tələb 
etmək hüququna malik idi. Lakin ümumən kəndli icmasının pay torpağı 
hər bir kəndli kişi üçün 5 desyatindən az olarsa, onda kəndli cəmiyyətinin 
sahibkardan torpağın çatışmayan hissəsini tələb etmək hüququ var idi və 
sahibkar çatışmayan torpağı  kəsib verməyə borclu idi. Meşələr bəylərin 
mülkiyyəti kimi təsbit olunur və  kəndlilər  əvvəllər birgə, elliklə istifadə 
etdikləri meşələr üçün indi ayrıca pul verməli idilər.  
Kəndlilər üçün pay torpağı kimi müəyyən edilmiş torpaqlar kəndlilər 
tərəfindən mükəlləfiyyətlər icra edilib qurtardıqdan sonra kəndlinin daimi 
istifadəsinə (mülkiyyətinə yox) verilirdi. Kəndlinin evi, həyətyanı sahəsi 
həmin tüstülərin (evin) irsi istifadəsində qalırdı. Kəndli  əkin sahəsinin 
irsən keçməsi qaydası  və onların bölünməsi yerli adət hüququ əsasında 
aparılırdı. Kəndli həyətyanı torpağını  və  əkin yerini kənd cəmiyyətinə 
mənsub olan kəndliyə verə bilərdi. Bağları isə hətta kənar şəxsə vermək 
hüququna malik idi. Kəndli başqa silkə keçdikdə  tərk etdiyi icmanın 
torpağından istifadə hüququnu itirirdi.  
1870-ci il kəndli islahatı  kəndlilərin  əksəriyyətini təşkil edən dövlət 
kəndlilərinə şamil edilmirdi. İslahatın əhatə etdiyi sahibkar kəndliləri isə 
Azərbaycan kəndlərinin yalnız beşdə bir hissəsindən bir qədər artığını 
təşkil edirdi. Bununla belə, ümumilikdə bütün kəndlilərin  şəxsən azad 
edilməsi, torpaqların alqı-satqısı  kənddə kapitalist münasibətlərinin 
inkişafına zəmin yaradırdı.  
XIX yüzilliyin sonlarında Azərbaycan kəndinin siması xeyli 
dəyişmiş, artıq kənd  əhalisi yeni – kapitalist cəmiyyətinin siniflərinə 
parçalanmışdı. Bu siniflərdən biri torpaqların xeyli hissəsini  əllərində 
cəmləşdirmiş  kənd varlıları, öz torpaqlarını muzdlu əmək tətbiq etməklə 
becərən qolçomaqlar, həmçinin təsərrüfatla məşğul olub, bu təsərrüfatda 
muzdlu  əmək tətbiq etməklə kapitalistə çevrilmiş  bəylər idi. Digər sinfi 
isə torpaqsız və ya aztorpaqlı kəndlilər təşkil edirdilər.  
XX  əsrin  əvvəllərindən Azərbaycanda kapitalist münasibətləri daha 
sürətlə inkişaf etməyə başladı. Bu dövrdə kəndlilərin vəziyyəti daha ağır 
idi. Onlar torpaqsızlıqdan və aztorpaqlılıqdan daha böyük əziyyət çə-
kirdilər. Torpaqların 3/4 hissəsindən çoxu xəzinənin (dövlətin) ixtiyarında 
idi. Ümumi əhalinin 80%-i kəndlərdə yaşayırdı. Onların isə 70%-ni 
xəzinə torpaqlarında yaşayan dövlət və xanədan kəndliləri təşkil edirdi. 


 
94 
Kəndli  şəxsən azad olmaqla öz pay torpağından istifadəyə görə dövlətə 
töycü verirdi. Dövlət kəndliləri nisbətən geniş hüquqlara malik idi.  
Şəxsən azad olan kəndli pay torpaqlarından istifadəyə görə dövlətə 
töycü verib, bu torpağı sata, bağışlaya, icarəyə verə bilərdi. Ümumi 
vətəndaşlıq hüquqları  əldə etmiş  kəndli, hüquqi şəxs kimi çıxış etmək-
saziş bağlamaq, iddia irəli sürmək, daşınar və daşınmaz  əmlaka sahib 
olmaq hüququna malik idi.  
Kəndlilərin ikinci böyük qrupunu bəy, mülkədar və yaranmaqda olan 
qolçomaq torpaqlarında yaşayan sahibkar kəndliləri təşkil edirdi. İqtisadi 
cəhətdən mülkədarlardan asılı olan kəndli ödənc müqaviləsi bağlanana 
qədər hələ  də müvəqqəti mükəlləfiyyətli hesab olunurdu. Sahibkar 
kəndliləri dövlət kəndlilərinə nisbətən torpaqla pis təmin olunmuş, əsasən 
az məhsuldar torpaqlara malik idilər.  
Bu dövrdə torpağin daimi mülkiyyətçisi olmuş icma kəndliləri 
arasında təbəqələşmə getdikcə qüvvətlənirdi.  İcmada vergi verməkdə, 
dövlət və mülkədar mükəlləfiyyətlərini yerinə yetirməkdə elliklə zəmanət 
saxlanılırdı. Tədricən icma torpaqlarının çox hissəsini  ələ keçirmiş 
qolçomaqlar və varlı kəndlilər pay torpaqlarının vaxtaşırı bölüşdürülməsi 
qaydasını daim pozurdular.  
1 yanvar 1901-ci ildən qüvvəyə minmiş yeni torpaq qanunu bütün 
kateqoriyalardan olan kəndlilərin dövlət və sahibkar qarşısında vergi və 
mükəlləfiyyətlərini dəqiq müəyyən edirdi. Belə ki, dövlət kəndliləri 
özlərinin həmişəlik istifadəsində olan pay torpaqlarına görə  xəzinəyə 
həyətbaşı (tüstü) adlanan vergi əvəzinə, gəlirin l0-12%-ni təşkil edən 
dövlət töycüsü, istifadə etdiyi digər torpaqlara görə torpaq vergisi və 
bütün kateqoriyalardan olan torpaqlara aid olunan zemski rüsumu ödəməli 
idilər.
 
Zemski rüsumu yerli xərclərin – təhsil, səhiyyə, baytarlıq, əsasən də 
yerli inzibati idarəetmə aparatının saxlanılması üçün alınırdı.  
 Mülkədar kəndliləri öz ağasının xeyrinə mükəlləfiyyətlər yerinə 
yetirir, malcəhət, yaxud bəhrə, qışlaqda saxlanılan heyvanlar üçün ot pulu
tüstü pulu, bağ pulu və s. ödəyirdilər.  
XX əsrin əvvəllərində Şimali Azərbaycan artıq tərkibinə daxil olduğu 
Rusiya imperiyasının qanunları ilə idarə edilirdi. İnqilabi yüksəliş 
illərində çar hökuməti qanunvericilikdə bir sıra yeniliklər etməyə məcbur 
olmuşdu.  
1906-cı ilin iyununda çar hökuməti kəndli icmasının ləğv edilməsi, 
icma torpaqlarının ləğv edilməsi və icma torpaqlarının kəndlilərin  şəxsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə