83
bəylərbəyləri hətta tiyul bağışlamaq səlahiyyətinə malik idilər ki, bu da
son olaraq mərkəzləşdirmə siyasətinə mənfi təsir göstərirdi.
XVI əsrin ortalarından başlayaraq tiyul paylanması o qədər də böyük
əhəmiyyət kəsb etmirdi. Belə ki, böyük tiyullarla yanaşı, kiçik bir kəndin
də tiyula verilməsi bəxşiş hüququna verilməsi kimi idi. Həm də yeni
bağışlamalar həmin ərazidən yığılan vergi məbləğinin müvəqqəti
mənimsənilməsini bildirirdi.
Torpaq sahibliyi və mülkiyyət əsasında formalaşmış mülk (mülk
hüququ), daşınmaz əmlaklar üzərində, məsələn, bağlar, üzümlüklər,
həyətyanı sahələr, dəyirmanlar, suvarma kanalları və s. üzərində sahibliyi
bildirirdi. Bu mülkiyyət sahibləri mülkdən istifadəyə görə dövlət
xidmətində olmağa məcbur edilə bilməzdilər. Mülk sahibinə (malik və
yaxud mülkədara) əmlakdan istifadəyə görə kəndlilər tərəfindən renta
ödənilirdi. Tiyul və soyurqallardan fərqli olaraq mülk əmlakı sərbəst
satıla, bağışlana, başqasına varislik əsasında verilə bilərdi. Mülkədar
torpaqlarından yığılan məhsulun renta vergisi 10%-dən 20%-ə qədər təşkil
edirdi. Mülk təkcə torpaq deyil, suvarma sistemləri də ola bilərdi. Fiziki
şəxs feodal tərəfindən çəkilmiş kanaldan istifadəyə görə, mülk sahibinə
isə mülkiyyətdən istifadəyə görə renta verməli idi.
Səfəvilər dövlətində vəqf torpaq sahibliyi və vəqf mülkiyyəti çox
geniş yayılmış feodal-ruhani mülkiyyəti forması idi. Səfəvilər sülaləsi
hakimiyyətə gəlməmişdən əvvəl onların Ərdəbil, Marağa, Muğan və Talış
ərazilərində iri vəqf mülkləri olmuşdur. Əmir Teymur vəfat etməmişdən
əvvəl Səfəvilər nəslinə vəqf olaraq müəyyən əmlak və torpaq vəsiyyət
etmişdi. Vəqf təsisatı Səfəvilər hakimiyyətə gəldikdən sonra xüsusilə
geniş yayıldı. Şiəliyi dövlət dini elan edən Səfəvilər sülaləsindən olan
şahlar onun hər yerdə genişləndirilməsində maraqlı idilər. Buna görə də
onlar ruhaniləri öz tərəflərinə çəkməyi zəruri sayır, ruhanilərə sərəncam
verdikləri vəqflər bağışlayırdılar.
Vəqflər, adətən, vergi və inzibati toxunulmazlıq hüququndan istifadə
edir, çox nadir hallarda müsadirəyə məruz qalırdılar. Bəzən feodallar bu
yolla öz mülkiyyətlərini şiə ruhanilərinin etibarlı mühafizəsi altına keçirir
və öz soyadının ardınca mütevəlli (vəqf işləri müdiri) vəzifəsini
yazdırmaqla xəzinəyə ödəyəcəyi vergilərdən yayınırdılar.
Kənd icmasının-camaatın istifadə etdiyi torpaq camaat torpağı
adlanırdı. İcmanın başçısı ağsaqqal hesab olunurdu.
O, vergiləri bölüşdürür, toplayır, əvəzində məhsulun müəyyən
84
hissəsini alırdı. İcmada əkinçiliklə yanaşı, sənətkarlıq da müəyyən yer
tuturdu. XVI əsrdə natural təsərrüfatın hökm sürdüyü şəraitdə icma
kəndlilərin ehtiyaclarını pulsuz ödəmək üçün sənətkarları icma kollektivi
hesabına saxlayırdı. İcma kənd təsərrüfatında əmək alətlərinin geriliyinə
səbəb olur, daha da mütərəqqi ictimai münasibətlərin inkişafına əngəl
törədirdi.
XVI-XVII əsrlərdə Azərbaycan əhalisinin əsas məşğuliyyəti, əvvəllər
olduğu kimi, əkinçilik idi. Kəndlilərin əsas hissəsi dövlətdən, feodallardan
və digər torpaq mülkiyyətçilərindən ağır şərtlərlə icarəyə götürdükləri
torpaqlarda yaşayır və onu becərirdilər. Yalnız torpaqlar deyil, suvarma
kanalları və su ehtiyatları da feodalların mülkiyyəti sayılırdı.
Kəndlilərin bir neçə kateqoriyası mövcud idi. Birinci kateqoriyaya
varlı kəndliləri aid etmək olar. Əvvəllər icma üzvləri olan bu təbəqə
tədricən varlanaraq kiçik torpaq mülkiyyətçilərinə çevrilmişdilər.
Həmçinin kəndlə şəhər arasında kənd təsərrüfatı məhsulları ilə ticarət
edən, sələmçiliklə məşğul olan, kənddə kiçik inzibati vəzifələr tutan və öz
həmkəndlilərini istismar edən kəndliləri də bu kateqoriyaya daxil etmək
olar.
Kəndlilərin ikinci kateqoriyasını icma üzvü olan azad kəndlilər təşkil
edirdi. İri feodallardan asılı olan azad kəndlilər torpaq rentası və xəzinəyə
vergi ödəyirdilər. Lakin birinci və ikinci kateqoriyaya aid kəndlilərin sayı
Səfəvilər dövründə xeyli azalmışdı.
Kənd əhalisinin əsas hissəsini isə yarıdar kəndlilər təşkil edirdi. Onlar
feodal torpaqlarında çoxsaylı mükəlləfiyyətlər yerinə yetirirdilər.
Yarıdarlar kateqoriyası aztorpaqlı və torpaqsız kəndlilərdən ibarət idi. Bu
kateqoriyadan olan kəndlilər “rəiyyət” adlanırdılar.
Yarıdar kəndlilər öz növbəsində müxtəlif təbəqələrə ayrılırdılar.
Əkinçilik texnikası və iş heyvanları olan və özünəməxsus əmək alətləri ilə
feodalın verdiyi torpaq payını əkib-becərən kəndlilər hampa adlanırdı.
Hampanın ən azı cüt adlanan iki öküzə və avadanlığa malik olmağı vacib
idi. Cütlərinin saylarından asılı olaraq hampalar böyük və kiçik təbəqələrə
ayrılırdılar.
Yarıdar kəndlilərin ikinci kateqoriyasını təşkil edən, əmək alətləri
olmayan və yalnız feodalın verdiyi avadanlıqlarla torpağı becərən,
əvəzində isə cüzi miqdarda məhsul payı olan kəndliləri rəncbərlər
adlandırırdılar.
Yoxsul kəndlilərin digər kateqoriyasını (qarovulçular, çobanlar,
85
bağbanlar, qulluqçular) yardımçı kənd təsərrüfatı işləri ilə məşğul olan və
qara, bekar, qərib, xoşnişin adlanan kəndlilər təşkil edirdi. Bəzən ümumi
əkər adı ilə tanınan bu kateqoriyadan olan yoxsullar məhsulun yalnız
30%-ni ala bilərdilər.
Səfəvilər dövründə kəndlilərin torpağa təhkim edilməsi barədə
qaynaqlarda yalnız bir sənəd var. l6l2-ci ildə I Şah Abbasın ramazan
ayında (7 noyabr-7 dekabr) verdiyi fərmanda qeyd edilirdi ki, bundan
sonra kəndlilər 12 il müddətinə torpağa təhkim edilə bilərlər.
Kənd əhalisinin daha bir kateqoriyasını yarımköçəri həyat keçirən
maldar elatlar təşkil edirdilər. Elatlar şah ordusuna hərbi xidmətə
çağırılırdılar. Lakin oturaq əhaliyə nisbətən elatlardan vergi və
mükəlləfiyyət çox az miqdarda alınırdı.
3.7. XVIII əsrdə Azərbaycanda torpaq münasibətləri
Hələ l700-ci ildən rus çarı I Pyotr Cənubi Qafqazla maraqlanmağa
başlamış, l7l6-cı ildə xüsusi ekspedisiyanın vasitəsi ilə Xəzərsahili
vilayətlərin ətraflı təsvirini xəritəyə köçürtdürmüş, bu yerlərə yürüş
etməyə gizli hazırlıq görürdü.
l722-ci ilin yazında I Pyotr böyük bir qoşunla Həştərxandan yürüşə
başlayır. O, Azərbaycan dilində “Manifest” nəşr etdirərək Şirvana və
Xəzərsahili vilayətlərə göndərir. l723-cü ildə Dərbəndin, Bakının,
Salyanın və Rəştin tutulması ilə Xəzərsahili vilayətlərin Rusiyaya
birləşdirilməsinin birinci mərhələsi başa çatır.
Lakin həmin əsrin 20-30-cu illərində Azərbaycan əhalisinin güclü
müqavimətinə rast gələn Rusiyanın bu işğalçılıq niyyəti düz bir əsr
ləngidildi.
l723-cü ilin yazında Türk ordusu Kartli və Kaxetiyanı tutub, Gəncə,
Şamaxı və Bakı üzərinə hərəkət etdi. Bu Rus dövlətinin mənafeyi üçün
ciddi təhlükə yaratdığından, l724-cü ilin iyunun 12-də Rus hökuməti
Türkiyə ilə sülh imzalamaqla, 1723-cü il 12 sentyabr Peterburq
müqaviləsinin şərtlərini təsdiq etdi. Həmin müqavilə ilə Rusiya Dərbənd,
Bakı, Salyan, Lənkəran, Rəşt, Ənzəli və s. ərazilərin ona ilhaq edilməsi
faktının qəbul olunmasına nail oldu.
Tarixdən məlum olduğu kimi, 1724-cü ilin avqustunda türk qoşunları
Naxçıvanı, 1725-ci ilin iyulunda Təbrizi, həmin ilin dekabrında Ərdəbili
ələ keçirib. Azərbaycanın bu torpaqlarında türk inzibati idarələri yaradılır,
Dostları ilə paylaş: |