Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə26/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   22   23   24   25   26   27   28   29   ...   72

 
77 
Mülk torpaqlarını alıb-satmaq, özgəninkiləşdirmək və irsən vermək 
olardı. Bu torpaqların sahibi hərbi xidmətdən azad edilirdi.  
Vəqf torpaqları  torpaq mülkiyyətinin  əsas növlərindən biridir. Vəqf 
torpaqları dedikdə, dini təsisatlara təhkim edilən torpaq mülkləri nəzərdə 
tutulur. Bu torpaqlar müqəddəs yerlər (Məkkə və Mədinə) üçün – məscid 
və qalalar tikmək və başqa ehtiyaclar üçün ayrılırdı. Bu torpaqlar 
içərisində zorla tutulanlar, yəni  əvvəlki sahiblərindən müsadirə edilən, 
habelə dinc yolla əldə edilmiş torpaqlar da var idi.  
Sülh müqaviləsi  əsasında  əldə edilən vilayətlərdən, habelə silah 
gücünə tutulanlardan əhali üçün saxlanılan torpaqlar nə desyatin, nə  də 
xərac alınan torpaqlara məxsus deyildi. Bunlar dövlət torpaqları  (ərzu 
malikiyyə), ya da xəzinə torpaqları  (ərzu  əmiriyyə) adlanır və  əhalinin 
mülkiyyətinə verilməyərək, beyt ül-mal (xəzinə) üçün saxlanılaraq 
qanunsuz icarə yolu ilə icarəyə verilirdi ki, torpaq sahibləri bunları 
becərib xərac (müqasimə) versinlər. Bu kimi torpaqlar onların sahibinin 
mülkiyyətini təşkil etmir: onlar bu torpaqları nə sata bilər, nə ala bilər, nə 
bağışlaya bilər, nə  də  vəqf edə bilərdilər, yalnız sultan (xəlifə) torpaq 
sahibinə mülkiyyət hüququ verə bilərdi. Torpaq sahiblərindən biri 
öldükdə onun oğlu atasının yerini tutur və torpaqdan istifadə edir, əks 
təqdirdə həmin torpaq beytül-mala qaytarılırdı. Vergi verilən torpaqlardan 
istifadə edən şəxs onu üç il və ya daha artıq müddətdə becərməzsə, torpaq 
ondan alınıb başqasına verilirdi. Torpaq sahibi öz torpağını başqasına 
vermək istəsə, bu arzusunu yalnız sultanın icazəsi ilə edə bilərdi.  
İcma torpaqları  kəndlərdə  əhaliyə  məxsus torpaqlar, otlaqlar, 
biçənəklər, çəmənliklər, örüşlər, meşələr, suvarma arxları, qəbiristanlıq və 
s. icma torpaqları idi. İcmanın hər bir üzvünün bu torpaqlar üzərində 
ümumi mülkiyyət hüququ var idi.  
X-XII  əsrlərdə feodal münasibətləri daha sürətlə inkişaf etmiş, 
müstəqil feodal dövlətlərin sülalələri hakim feodal sinfinin ən yuxarı 
pilləsini təşkil etmişdir. Feodal iyerarxiyası nərdivanının orta pilləsində iri 
feodalların dehqanlar və azatlar deyilən vassalları dayanırdı. Məhsuldar 
torpaqlar onların əlində cəmləşmişdi.  
Cəmiyyətin  ən böyük sinfi olan kəndlilər iki təbəqədən ibarət idi. 
Onlardan birincisi uluc adlanan asılı kəndlilər, ikincisi azad kəndlilər idi. 
Uluclar  əhalinin  əksəriyyətini təşkil edirdilər. Kəndlilər dövlətə  və 
feodallara məxsus olan torpaqlarda çalışırdılar. Torpaq payı olmayıb, 
istehsal alətlərindən məhrum olan, torpaq sahibinin təsərrüfatında 


 
78 
işləməyə məcbur olan kəndlilər əkər adlanırdı.  
X-Xll  əsrlərdə Azərbaycan  ərazisindəki feodal dövlətlərində 
(Şirvanşahlar, Sacilər, Salarilər,  Şəddadilər, Rəvvadilər, Atabəylər) 
hüququn əsas mənbəyi müsəlman hüququ olaraq qalırdı.  
Burada mülkiyyət hüququ münasibətlərinə xeyli diqqət yetirilmişdi. 
İri feodalların təbii sərvətlər, tapıntılar üzərində mülkiyyət hüququ təsbit 
olunurdu. Alban knyazlarının və hökmdarlarının torpaqlar üzərində qeyd-
şərtsiz mülkiyyət hüququna əsasən təbii sərvətlər – mis, qalay, dəmir 
filizi, duz, neft və torpaqdan çıxarılan digər faydalı qazıntılar onlara 
məxsus idi 
 
3.4. XIII-XIV əsrlərdə Azərbaycanda torpaq münasibətləri  
 
XIII  əsrin birinci yarısında iki dəfə hücum edərək (1221-1222 və 
1239-cu illər) monqollar Azərbaycanı tamamilə işğal etdilər.  
Monqolların torpaq və vergi siyasəti  əsasən yerli feodalların torpaq 
sahələrini zəbt etmək və rəiyyətin istismarı nəticəsində əldə olunan gəlirin 
mənimsənilməsinə xidmət edirdi. Təkcə feodal və icma torpaqları deyil, 
vəqf torpaqları da zəbt edilirdi. Bütpərəst monqollar bu torpaqları incu və 
divan torpaqlarına çevirirdilər.  
Qazan xanın (1295-1304-cü illər) torpaq siyasəti divan torpaq-
larından  əkin sahələrinin irsi iqta hüququ əsasında səxavətlə paylanması 
ilə  səciyyələnirdi. Monqol feodallarına  əkin yerləri və otlaqlarla yanaşı, 
həmin torpaqlarda sakin olan kəndlilərə su və suvarma qurğuları birlikdə 
verilirdi. Qazan xan nəinki sərkərdələrə, həm də bütöv qoşun hissələrinə 
iqta bağışlayırdı. Bu mülkiyyət onminbaşılar, minbaşılar, yüzbaşılar və 
onbaşılar arasında bölüşdürülürdü, onlar isə öz növbəsində siravi əsgərlər 
üçün pay ayırırdılar. İqta sahibləri dövlətə heç bir vergi vermirdilər, onlar 
xüsusi mülklər idarəsinə (xass) yalnız bir qədər taxıl təhvil verməli idilər.  
Qazan xan feodalların mənafeyi naminə kütləvi qaçqınlığa son 
qoymaq məqsədi ilə l303-cü ildə  kəndlilərin torpaqlara təhkim edilməsi 
haqqında yarlık (fərman) verdi. Keçən 30 il müddətində öz iqtidarlarını 
qoyub qaçan rəiyyət zorla əvvəlki yaşayış yerinə qaytarılırdı. Heç bir 
torpaq sahibinin qaçqınları  qəbul edib gizlətməyə ixtiyarı yox idi. Bu 
fərman ilk dəfə olaraq rəsmi  şəkildə  kəndliləri torpağa təhkim edirdi. 
Onlara bir yerdən başqa yerə köçməyi qadağan edirdilər. Bununla yanaşı 
olaraq elxanın fərmanında deyilirdi ki, iqtidarlar rəiyyətə öz qulları kimi 


 
79 
baxmamalıdırlar. Fərmanda həmçinin o da göstərilirdi ki, rəiyyəti öldürə, 
onların əmlakını alıb şəxsən feodal üçün işləməyə məcbur edə bilməzlər.  
Qazan xanın geniş  həcmdə iqta paylaması xüsusi iri torpaq sa-
hiblərinin artmasına kömək etdi, lakin bu tədbir nəticəsində  mərkəzi 
dövlət hakimiyyəti zəifləmiş oldu.  
XIII-XIV  əsrlərdə hüququn inkişafında Qazan xanın torpaq, vergi, 
pul, hərbi, din və rabitə islahatlarının mühüm rolu olmuşdur. Hülakülər 
dövlətində vahid hüquq normaları ilə  tənzimlənən iqtisadiyyat vergilərin 
vaxtında toplanmasına xidmət edirdi.  
Qazan xanın hakimiyyəti illərində iqta torpaq mülkiyyəti yeni 
inkişafını tapır. Onun hakimiyyətinə qədər olan dövrdə monqollarda iqta 
institutu inkişaf etməmişdir. Orduda hərbçilərin maddi vəziyyətini 
yaxşılaşdırmaq məqsədi ilə Qazan xan 1303-cü ildə verdiyi fərmanla 
onlara iqta paylanmasını əmrləşdirir. Fərmanda göstərilirdi ki, “qoşunların 
keçdiyi yollar” üzərində yerləşən torpaqlardan hərbçilər üçün iqta 
torpaqları ayrılsın. Xüsusilə, sərhəd ərazilərdə belə torpaqlar paylanılırdı. 
Qızıl Orda xanlarının tez-tez sərhəd  ərazilərinə basqın etmələrini nəzərə 
alaraq Qazan xan ilk növbədə bu bölgələrdəki torpaqları iqta kimi 
paylayırdı. 
Qazan xanın fərmanında qeyd edilirdi ki, iqta sahibi torpaqlardan 
vergi toplamaqda, kəndliləri müəyyən mükəlləfiyyətlər yerinə yetirməyə 
məcbur etməkdə tam iqtidar sahibidirlər. Lakin iqta torpaqları  mərkəzi 
dövlət aparatının tabeliyinə daxil idi. Mərkəzi hərbi divanın məmuru 
(bitikçi ariz) hər il iqta torpaqlarını  təftiş etmək hüququnu özündə 
saxlayırdı.  
Qazan xanın fərmanına  əsasən, iqta torpaqları püşkatma yolu ilə 
yüzlüklər və onluqlar arasında bölüşdürülürdü.  İqta almış  hər bir hərbçi 
nəinki torpağın, hətta orda yerləşən suvarma sisteminin, otlaqların və 
nəhayət, kəndlilərin sahibinə çevrilirdilər. Xüsusi olaraq qeyd edilirdi ki, 
“incu” və “divan” torpaqlarında çoxdan yaşayan, qonçur və digər 
mükəlləfiyyətləri yerinə yetirən kəndlilər yeni sahiblərinə-hərbi iqta almış 
torpaq sahiblərinə eyni ilə həmin vergi və mükəlləfiyyətləri ödəməlidirlər. 
İqta sahibi isə öz növbəsində 50 man Təbriz qiyaləsi həcmində dövlətə 
vergi verməli idi.  
Fərmana  əsasən, hərbçilər mülk sahiblərinə (malik) və  vəqorlara 
məxsus torpaq və suvarma sistemini və ondan gələn gəlirləri mənimsəyə 
bilməzdilər. Xidmət müqabilində verilmiş iqta vərəsəlik yolu ilə atadan 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə