Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   19   20   21   22   23   24   25   26   ...   72

 
68 
məhsuldar qüvvələrin inkişafına böyük təsir göstərməklə, istehsal prose-
sini ya sürətləndirir və yaxud da ləngidir. 
Digər tərəfdən, torpaq münasibətləri istehsal münasibətləri sisteminin 
tərkib hissəsi olmaqla onun xarakteri məhsuldar qüvvələrin inkişaf 
səviyyəsi ilə müəyyən edilir. Məhsuldar qüvvələr inkişaf etdikcə, torpaq 
münasibətləri də təkmilləşir, yeni formalar alır. 
Torpaq münasibətlərinin məcmusunu, onların xarakterini bu və ya 
digər cəmiyyətin torpaq rejimi adlandırmaq olar. 
Torpaq rejiminin xarakteri ictimai münasibətlərin digər növlərinə 
təsir göstərməklə, cəmiyyətdə mənəvi-psixoloji mühiti formalaşdıran əsas 
amillərdən birinə çevrilir. Torpaq rejimi (quruculuğu) cəmiyyətdə sosial 
ziddiyyətləri səngidə və ya sərtləşdirə bilər, əmtəə istehsalçılarının ticarət 
və təsərrüfat fəaliyyətini artıra və ya məhdudlaşdıra bilər. Bu rejim elmi-
texniki tərəqqinin nailiyyətlərinin istehsalata tətbiqini stimullaşdırmaq və 
ya ləngitmək iqtidarındadır. Kənd təsərrüfatında və iqtisadiyyatın digər 
torpaqtutumlu sferalarında torpaq münasibətlərinin xarakteri ictimai 
münasibətlərin digər tərkib hissələrinin, məsələn, aqrar münasibətlərin 
faktiki forma və məzmununu müəyyənləşdirir. 
Əsrlər boyu sosial münaqişələrin mənbəyi kimi torpaq rejiminin 
qeyri-optimallığı olub. Dünyada gedən demək olar ki, bütün mühari-
bələrin kökündə dövlətlərin bir-birinə  ərazi iddiaları olub. (məsələn, 
erməni faşistlərinin Azərbaycanın  ərazi bütövlüyünə  təcavüzü və s.). 
Dünya əhalisinin artımı, elmi-texniki tərəqqinin inkişafı torpaq ehtiyatları 
ilə bağlı ekoloji problemləri gündəmə  gətirir. Bundan əlavə,  əhalinin 
böyük sürətlə artımı  və  kənd təsərrüfatı  məhsullarının istehsalı üçün 
ərazilərin məhdudluğu problemi də bütün bəşəriyyət qarşısında duran 
problemlərdəndir. Deməli, torpaq ehtiyatları və onlarla bağlı olan torpaq 
münasibətləri üzərində  nəzarət elə istehsal prosesləri (təkcə  kənd təsər-
rüfatında yox, digər sahələrdə də), demoqrafik vəziyyət, ekoloji vəziyyət 
üzərində  nəzarət deməkdir. Son nəticədə torpaq-hakimiyyətdir. Onu 
demək kifayətdir ki, tarixin bütün inkişaf mərhələlərində ictimai-siyasi 
quruluşların dəyişməsi zamanı yeni hakimiyyətin ilk sərəncamları, 
dekretləri torpaq haqqında olub. 
Ona görə  də, bəşəriyyətin bütün zamanlarında torpaq münasi-
bətlərinin qaydaya salınmasına, nizamlanmasına cəhdlər olmuşdur. 
Göründüyü kimi, torpaq münasibətlərinin iqtisadi və hüquqi tərəfləri 
vardır. Torpaq münasibətlərinin optimallaşdırılması üçün onların 


 
69 
təkmilləşdirilməsinə  və nizamlanmasına dair müəyyən tədbirlər həyata 
keçirilməlidir. 
Ona görə də, torpaq münasibətlərinin dövlət nizamlanması sferasına 
aşağıdakı tədbirlərin məcmusu kimi baxmaq olar: 1)qarşılıqlı əlaqədə olan 
qaydalarla (qanunların və digər aktların qəbulu ilə); 2) torpaq üzərində 
mülkiyyət, sərəncamvermə  və istifadə hüquqlarına malik subyektlərin 
torpaq münasibətləri proseslərinin idarə edilməsinə dövlət müdaxiləsi ilə.  
Torpaq münasibətlərinin nizamlanmasına dair tədbirlər sisteminin 
mərkəzində yerquruluşu durur. 
Torpaq münasibətləri sisteminin əsas elementləri aşağıdakılardır: 1) 
torpaq münasibətlərinin obyekti-torpaq ; 2) bu münasibətlərin subyektləri-
vətəndaşlar; 3) torpağa mülkiyyət münasibətləri; 4) torpaqların istifadəyə, 
icarəyə verilməsi, servitutların müəyyənləşdirilməsi zamanı meydana 
çıxan mülki-hüquqi münasibətlər; 5) torpaq istifadəsindən, o cümlədən 
torpaq satışından  əldə edilmiş  gəlirlərin mənimsənilməsi və ya 
bölüşdürülməsi ilə bağlı münasibətlər; 6) torpaqların təsərrüfat məqsədləri 
üçün istifadəsi zamanı yaranan münasibətlər; 7) torpaq münasibətlərinin 
nizamlanmasının üsul və metodları. 
Torpaq münasibətlərinin ictimai münasibətlərin digər növlərindən 
fərqi bu münasibətlərin obyekti olan torpağın özünəməxsus xüsusiyyətləri 
ilə izah olunur: torpağın münbitlik xüsusiyyətinə malik olması; onun insan 
əməyinin tətbiqi ilə təkrar istehsalının mümkünsüzlüyü; torpağın təbiətin 
verdiyi ölçülərindən kənara genişləndirilməsinin mümkünsüzlüyü; 
torpağa ehtiyacın daimiliyi, mənəvi aşınmaya məruz qalmamağı və s. 
Torpaq münasibətləri  şüurlu tənzimlənmə olmadan kortəbii  şəkildə 
inkişaf edə bilməz. Hal-hazırda bütün cəmiyyətlərdə torpaqdan istifadənin 
səmərəli üsullarının müəyyənləşdirilməsinə dair axtarışlar aparılır, insanla 
torpaq arasında daha harmonik qarşılıqlı  əlaqənin bərqərar olmasına 
imkan yaradan iqtisadi, təşkilati-texniki, hüquqi və digər mexanizmlər 
işlənir. 
Torpaq münasibətlərinin formalaşdığı  və  təşəkkül tapdığı bütün 
dövrlər  ərzində dünya təcrübəsində torpaq rejiminin müxtəlif modelləri 
bərqərar olmuşdur. Konkret olaraq bu və ya digər ölkədə torpaq rejiminin 
formalarına həmin ölkənin tarixi, sosial-iqtisadi, etnomədəni, təbii-
təsərrüfat və digər xüsusiyyətləri güclü təsir göstərmişdir.  
Azərbaycanda feodal və kapitalist aqrar və torpaq münasibətlərinin 


 
70 
tədqiqi çoxillik tarixə malikdir. Azərbaycan alimləri və  əcnəbi tədqiqat-
çıların  əsərlərində  Cənubi Qafqaz dövlətlərində feodalist və kapitalist 
aqrar-torpaq münasibətlərinin bir sıra aspektləri işıqlandırılır. Bu əsərlərdə 
torpaq münasibətləri problemləri müəlliflər tərəfindən  əsasən feodal və 
kapitalist dövlətlərinin sosial-iqtisadi həyatlarının öyrənilməsi ilə əlaqədar 
olaraq qaldırılır. 
Azərbaycan alimləri A.A. Əlizadə, S.B. Aşurbəyli, Z.M. Bünyadov, 
İ.M. Həsənov, M.A. İsmayılov, T. Musəvi, Ə.S. Sumbatzadə, M.X. Şərifli 
öz  əsərlərində antik Azərbaycan, gürcü, ərəb, fars, türk, rus və  Qərbi 
Avropa mənbələrinin məlumatları  əsasında Zaqafqaziyanın orta əsrlər 
dövrünün mürəkkəb və  zəngin hadisələri, region dövlətlərinin aqrar 
münasibətləri haqqında qiymətli məlumatlar verirlər. Bu alimlərin 
diqqətini torpaq münasibətlərinin təkamülü məsələləri daha çox cəlb 
etmişdir. 
VI-XVI  əsrlərdə Azərbaycanda aqrar münasibətlərə dair yuxarıda 
göstərilən və digər tədqiqatçıların fikirlərinin hərtərəfli təhlili, xüsusilə də 
mülkiyyət hüquqları  və torpağa sahiblik məsələləri S.B.Aşurbəylinin 
“Şirvanşahlar dövləti (VI-XVI əsrlər)” monoqrafiyasında öz əksini 
tapmışdır. 
Akademik Z.M.Bünyadovun əsərlərində feodal Azərbaycanda aqrar 
və torpaq münasibətlərinin əsas məsələləri hərtərəfli işıqlandırılır. 
İ.P. Petruşevskinin çoxsaylı  əsərləri XV-XVI əsrin  əvvəlində 
Zaqafqaziyada feodal münasibətlərinin tədqiqinə  həsr edilmişdir. Onun 
əsərlərində Zaqafqaziyada kənd təsərrüfatı istehsalının  şəraiti və 
xüsusiyyətləri, kəndlilərin iqtisadi və hüquqi vəziyyəti, onların istismar 
formaları müfəssəl tədqiq edilmişdir. 
Azərbaycanda feodal münasibətlərinin öyrənilməsi üçün T.Mu-
səvinin əsərləri böyük maraq doğurur. 
Ədəbiyyat mənbələrinə, eləcə də görkəmli şərqşünasların tədqiqatlarının 
nəticələrindən istifadə etməklə, tərəfimizdən Azərbaycanda feodalizm
kapitalizm, sosializm dövrləri üçün feodal, kapitalist və sosialist, habelə 
müasir bazar torpaq münasibətləri, torpaq mülkiyyətinin formaları  və 
kənd təsərrüfatı vergilərinin növləri şərh edilir. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə