Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   15   16   17   18   19   20   21   22   ...   72

 
56 
duzların diffuziyası, başqa sözlə, bərabərləşməsi prosesi gedir. Bu isə 
torpağın alt qatlarında olan duzların hesabına onun üst qatlarının  şorlaş-
masına səbəb olur. Bu proses torpaqda rütubətin miqdarı artdıqca daha da 
kəskinləşir. 

 
Duzların torpaq profilində miqrasiyasında fəal amillərdən biri də 
onların bioloji dövranıdır. Bildiyimiz kimi, bitkilər qidalandıqları 
mühitdən kökləri vasitəsi ilə bir sıra maddələri mənimsəyərək, onları öz 
gövdə, budaq və yarpaqlarında toplayır və ömrünü başa vurduqdan sonra 
həmin maddələri yenidən yaşamış olduğu torpağa qaytarır. 
Duzların bioloji dövranında bitkilərin həyat fəaliyyətinin bilavasitə 
təsiri onların məhvindən sonra toplanan duzların miqdarına nisbətən daha 
böyükdür. Məlumdur ki, bitkilər torpaqdan bu və ya başqa qida maddəsini 
suda həll olmuş formada su ilə birlikdə  qəbul edir. Bu halda onlar 
qidalandıqları torpaq qatının nəmliyini transpirasiya yolu ilə buxarlan-
dıraraq, orada olan maddələrin, o cümlədən bitkilər üçün zərərli olan 
duzların kəsafətini artırır və  nəticədə  həmin duzların çöküntü şəklində 
orada toplanmasına səbəb olur. Beləliklə, bitkilərin kök sistemi çox 
yayılan qatda duzların daha çox toplanması müşahidə edilir. 
Professor M.R.Abduyev sonda belə qənaətə gəlir ki, bu amillərin hər 
biri torpaqların  şorlaşmasında düzənliyin geomorfoloji şəraitindən asılı 
olaraq  ərazinin bu və ya başqa hissəsində üstün rol oynayır. Belə ki, 
dağətəyi zonanın yuxarı hissəsinin torpaqlarının  şorlaşması  əsasən səthi 
axınların təsirilə keçirsə, aşağı hissədə buna suvarma daha çox təsir 
göstərir. Kürün qədim deltası və çayların gətirmə konusları rayonlarında 
isə torpaqların  şorlaşması  əsasən qrunt sularının təsiri nəticəsində baş 
verir. Bütün bunlara baxmayaraq torpaqların  şorlaşmasında göstərilən 
amillərin təsirini heç də bütün hallarda bu qaydada bir-birindən təcrid 
olunmuş formada göstərmək olmaz. Bu geomorfoloji rayonlar bir-biri ilə 
müəyyən əlaqədə olduqları üçün, sözsüz ki, həmin sahələrin torpaqlarının 
şorlaşmasına təsir edən amillərin arasında da müəyyən  əlaqə, yaxud 
qarşılıqlı təsir olmamış deyildir. 
M.R.Abduyevə görə,  şorlaşmiş torpaqların duzlardan azad edilib 
sağlamlaşdırılmasında ancaq kollektor-drenaj şəbəkələrinin tikilməsi ilə 
kifayətlənmək olmaz. Kollektor-drenaj şəbəkələri torpaqların sağlamlaş-
dırılmasında, sözsüz ki, ən vacib tədbirlərdəndir, ancaq bunlar təklikdə 
heç vaxt torpaqların əsaslı meliorasiyasını təmin edə bilməz. Bundan ötrü 
kollektor-drenaj  şəbəkəsinin tikilişi ilə  bərabər meliorativ tədbirlər 


 
57 
kompleksinin birgə  tətbiqi lazımdır. Kompleks meliorativ tədbirlər 
dedikdə, biz torpaqları sağlamlaşdırılacaq  ərazinin  əsaslı surətdə 
hamarlanması, torpaqların yuyulması, onların yuyulmadan sonra 
mənimsəyici və kənd təsərrüfatı bitkiləri altında istifadə edilməsi, düzgün 
suvarma qaydalarının və yüksək mədəni  əkinçiliyin tətbiqi kimi vacib 
məsələlərin ardıcıl olaraq həyata keçirilməsini nəzərdə tuturuq. Bu halda 
torpaqların müəyyən olunmuş su normaları ilə yuyulması  məsələsi  əsas 
həlledici tədbirlərdən hesab olunur. 
Professor M.R.Abduyev bu əsərində daha sonra qeyd edir ki, 
meliorativ tədbirlərin daha da yaxşı təsir göstərməsi üçün ərazidə kollek-
tor-drenaj  şəbəkəsinin lazımi qaydada saxlanılması, onların vaxtaşırı 
təmizlənməsi, yarımçıq drenlərin tikilib başa çatdırılması  əsas  şərtdir. 
Sahələrin  əsaslı surətdə hamarlanması,  şoran torpaqların yuyulması, 
yumadan sonra onların nisbətən duzadavamlı  mənimsəyici və  kənd 
təsərrüfatı bitkiləri altında istifadə edilməsi  ən vacib şərtlərdəndir. 
Suvarma və aqrotexnika qaydalarına düzgün əməl edilməsini də unutmaq 
olmaz. Bütün bunlar Mil düzü torpaqlarının daha sürətlə yaxşılaşmasına, 
əkin sahələrinin çoxalmasına və kənd təsərrüfatı bitkiləri məhsuldarlığının 
artmasına ən yaxşı amildir. 
Azərbaycan Respublikası ərazisinin 60%-ni dağ və dağətəyi rayonlar 
təşkil edir. Ona görə də, ölkəmizdə torpaqlardan səmərəli istifadənin əsas 
istiqamətlərindən biri eroziyaya qarşı  tədbirlər sisteminin һəyata 
keçirilməsidir. 
Torpağın üst qatının müxtəlif təbii və antropogen amillərin təsiri 
nəticəsində dağılması prosesinə  eroziya  deyilir. Ölkəmizin  ərazisinin 
landşaft xüsusiyyətləri, təbii bitki və torpaq örtüyünün özünəməxsusluğu, 
əkinçilik mədəniyyətinin aşağı  səviyyəsi, insanlarımızın təsərrüfat 
fəaliyyətlərindəki çatışmazlıqları  kənd təsərrüfatına yararlı torpaqlarımı-
zın eroziyaya uğramasını  və bu proseslərin sürətlənməsini  şərtləndirən 
amillərdəndir.  
Akademik Q.Ş.Məmmədovun məlumatlarına görə respublikamızın 
ərazisinin 42,5%-i (3 mln. 685 min ha.) bu və ya digər dərəcədə eroziyaya 
uğramışdır. 
Eroziyalardan Yer kürəsində ən çox yayılanı su eroziyasıdır. Ona һər 
bir təbii zonada rast gəlinir. Təbiətdə su eroziyası  sətһi və  xətti (yarğan 
eroziyası) formadadır. Sətһi eroziya prosesi nəticəsində torpağın üst qatı 
yuyulduğu  һalda, xətti eroziya saһənin yarğanlar tərəfindən dərininə 


 
58 
parçalanmasına gətirib çıxarır. 
Atmosfer çöküntüləri güclü və torpağın susızma qabiliyyəti zəif 
olduqda torpaq sətһinə düşən yağış damcıları onun tərkibindəki asan һəll 
olunan birləşmələri yuyub çökəkliklərə aparır. 
Xətti eroziya güclü olduqda dərin yarğanlar vasitəsilə saһələr bir neçə 
һissəyə parçalanır, bu da torpağın becərilməsini çətinləşdirir. Qrunt suları 
aşağı enir, torpağın rütubəti azalır, nəticədə münbitlik itir. 
Suvarılan  əkinçilik rayonlarında suvarma normasına düzgün riayət 
etmədikdə irriqasiya eroziyası baş verir. Münbit əkin qatı  tədricən 
yuyulur, qalınlığı azalır, mexaniki tərkibi yüngülləşir, qida maddələrini 
itirir, su-fiziki xassələri pisləşir və yuyulmuş narın  һissəciklər relyefin 
çökək һissələrində toplanır. 
Quraq iqlimə malik olan susuz ərazilərdə, xüsusən bitki örtüyü 
seyrək olan qumluqlarda külək eroziyası (deflyasiya) baş verir. 
Külək torpağın üst һissəsinə  təsir edib, onu sovurur və bir yerdən 
digər yerə aparıb çökdürərək eol relyefi əmələ gətirir. Külək eroziyası tor-
pağın narın һissəçiklərini (0,1 mm-dən kiçik) һavanın yuxarı qatlarına (5 
km-ə  qədər) qaldırıb,  һava axınları ilə çox uzaq məsafələrə (3-3,5 min 
km) aparır. Nəticədə torpaq qatı dağılır, saһələr qobu şəbəkələrinə 
parçalanır, dəyərli torpaq saһələri tədricən yararsız vəziyyətə düşür. 
Ümumiyyətlə, torpaq eroziyası get-gedə inkişaf edən proses olduğu üçün 
ona qarşı mütəmadi mübarizə tədbirləri görmək lazımdır. 
Müasir əkinçilikdə eroziyaya qarşı elmi əsasarla mübarizə aparılır və 
torpaq münbitliyinin artırılmasına ümumxalq tədbiri kimi yanaşılır. Ona 
görə  də ölkəmizdə elmi-tədqiqat idarələri bu müһüm problem üzərində 
daima işləyirlər. 
Hazırda bir çox suvarılan təsərrüfatlarda irriqasiya eroziyası  һalları 
baş verir. Bunu tarlalarda su axarlarının, tirələrin,  şırımların düzgün 
çəkilməməsi ilə izaһ etmək lazımdır. Belə hallar irriqasiya eroziyasının 
yaranmasına səbəb olur. Məsələn, Qarabağ düzündə  bəzən suvarma 
arxlaının düzgün çəkilməməsi nəticəsində torpağın yuyulub aparılması 
һadisələri baş vermişdir. Saһənin meylliyi isə irriqasiya eroziyasını daһa 
da gücləndirir. Odur ki, belə saһələrdə suvarma texnikasına düzgün riayət 
edilməsi tələb olunur. 
Eroziyaya qarşı mübarizə tədbirlərindən biri də kənd təsərrüfatı bitki-
lərinin güclü inkişafını təmin edən miqdarda torpaqların gübrələnməsidir. 
Təcrübələr göstərir ki, eroziyaya uğramış torpaqlara gübrə verilmədikdə, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə