80
oğula keçirdi. Lakin torpaqların özgəninkiləşdirilməsinə qanunla icazə
verilmirdi. Hərbi xidməti buraxıb mülki xidmətə keçən hərbçilərdən
iqtalar geri alınırdı.
3.5. XV əsrdə Azərbaycanda torpaq münasibətləri
XV əsrdə Azərbaycan dövlətlərində monqolların hakimiyyəti
dövründə olan feodal üsul-idarəsi inkişaf etməkdə idi. Hakim feodal sinfi
əsasən 4 qrupa bölünürdü: birincisi qədim yerli oturaq əyanlardan
(məliklər), ikincisi, köçəri tayfaların hərbi əyanlarından (əmirlər),
üçüncüsü, ali mülki bürokratiyadan ibarət məmurlardan və dördüncüsü,
ali müsəlman ruhanilərdən ibarət idi.
XV əsrdə Azərbaycan feodal dövlətlərində XIII-XIV əsrlərdə tətbiq
edilən feodal torpaq mülkiyyəti formaları saxlanılmışdı. Bu dövrdə dövlət
torpağı-divan, dövlət başçılarının və ailə üzvlərinin xüsusi torpağı-xassə,
feodalların torpağı isə-mülk adlanırdı. Mülkədar torpaqları irsi olmaqla
nəsildən-nəslə keçirdi. Dini idarələrə məxsus vəqf yerləri və torpaqları
vəqflərə aid idi. Kənd icmalarının istifadəsində olan torpaqlara
çəmənliklər, meşələr, otlaqlar, biçənəklər və s. aid idi
XV əsrdə əvvəllər mövcud olan “iqta” torpaq mülkiyyəti soyurqalla
əvəz edilir. Monqollar dövründə yaranan soyurqal ilk vaxtlar elxana yaxın
olan adamlara bəxşiş kimi verilirdi. Dövlət soyurqal adı ilə müəyyən
adamlara torpaq bağışlayırdı. Burada “soyurqal” hökmdarın rəiyyətinə
verdiyi hər cür “hədiyyə” mənasında işlənirdi. Soyurqalın Azərbaycanda
hökmdar tərəfindən irsi olaraq hərbi xidmətdə olanlara verilən mülk
mənasında işlədilməsinə ilk dəfə XIV əsrin son rübündə rast gəlinir, XV
əsrdə Qaraqoyunlu və Ağqoyunlu padşahları soyurqal verir, bəzi keçmiş
soyurqalları isə yenidən təsdiq edirdilər.
Soyurqal da iqta kimi irsi olaraq nəsildən-nəslə keçən mülk idi. Qeyd
etmək lazımdır ki, 1408-ci ildə Qaraqoyunlu Qara Yusifteymurilər
üzərində qəti qələbə çaldıqdan sonra bir çox əmirlərə, o cümlədən
Şəmsəddin Ruzəkiyə verdiyi soyurqal hüququ haqqındakı fərmanla ona
verilən soyurqal, sonralar o, xəyanətdə ittiham edilərək edam edilsə də,
bütün XV əsrdə onun nəslinin əlində qaldı. Lakin kütləvi şəkildə
paylanılan soyurqallar mərkəzi hakimiyyəti zəiflədirdi.
İqta üsulunda olduğu kimi, soyurqal sahibinə də maaf, yəni vergi
imtiyazı (güzəşt) verilirdi. İmtiyazı olan soyurqal sahibinin rəiyyətləri
81
tərəfındən keçmişdə xəzinəyə (divana) verilən vergilər ləğv edilmirdi,
lakin bu vergilərin toplanması hüququ soyurqal sahibinin ixtiyarına
keçirdi.
Soyurqal sahibləri iqta sahiblərinə nisbətən daha artıq hüquqa malik
idilər. Bir çox hallarda soyurqal sahəsinin geniş olması onu iqtalardan
fərqləndirirdi. Soyurqal torpağında mövcud mənsəb sahibləri soyurqal
sahibinə tabe idi. Hətta mərkəzi idarələrin məmurlarına belə, soyurqal
torpağına daxil olmaq qadağan edilmişdi.
XV əsrdə Azərbaycanın ən qüdrətli dövlətləri Şirvanşahlar,
Qaraqoyunlu və Ağqoyunlu dövlətləri olmuşdur. Həmin dövrdə hüququn
inkişafında hökmdar fərmanları və qanunvericilik aktları, xüsusilə də
Ağqoyunlu padşahları Uzun Həsənin “Qanunnaməsi” və Gödək Əhmədin
islahatları hüququn mənbəyi kimi təqdirə layiqdir.
Digər tərəfdən XIV əsrin sonları-XV əsrin əvvəllərində Azərbaycanı
işğal edərək öz hakimlərini buraya təyin etmiş Əmir Teymurun “Tüzükat-
i Teymuri” (“Teyrnur Qanunnaməsi”) adlı qanunnaməsi bütün imperiya
ərazisində, o cümlədən Azərbaycanda da hüquqi qüvvəyə malik olmuşdur.
3.6. XVI-XVII əsrlərdə Azərbaycanda torpaq münasibətləri
Səfəvilər sülaləsinin nümayəndəsi olan İsmayıl Şirvanşah Fərrux
Yassarı və Ağqoyunluları məğlub edərək vahid Azərbaycan-Səfəvilər
dövlətini yaratdı (150l-l736-cı illər). Bu dövrlərdə Səfəvilər dövlətində
müsəlman hüququ ictimai münasibətləri, o cümlədən torpaq
münasibətlərini tənzimləyən əsas mənbə idi. Hüququn digər mənbəyi kimi
şah fərmanları ilə yanaşı, Şah I Təhmasibin “Dəstur-əl-əməl şah
Təhmasib”, I Şah Abbasın islahatları, I Şah Hüseynin vergi siyasəti böyük
rol oynamışdır, Səfəvilər dövründə hakim feodal sinfi beş qrupdan ibarət
idi: 1) Səfəvi şahları və sülalənin üzvləri; 2) şah qvardiyasından olan
qızılbaş tayfalarının hərbi əyanları; 3) iri torpaq sahələri və vəqf
mülkiyyəti olan ali şiə ruhaniləri; 4) mərkəzi və yerli bürokratiyanın yuxarı
təbəqəsi; 5) oturaq əyanlar.
Feodal iyerarxiyasının ən yuxarı pilləsini təşkil edən Səfəvi şahları ən
iri torpaq mülkiyyətçiləri idilər. Şah və onun sülaləsinin üzvləri ən
məhsuldar və gəlirli torpaqların sahibləri olmaqla, Səfəvilərin əski
zamanlardan Ərdəbildə və onun ətrafındakı iri torpaq mülklərinə malik
olmuşdular. Əkinçilik və ticarətlə məşğul olan Səfəvi sülaləsi qədim
82
oturaq feodal əyanlarına mənsub idilər.
Səfəvilər dövlətində o dövrə qədər formalaşmış torpaq mülkiyyəti
kiçik dəyişikliklərlə olduğu kimi qalmaqalda idi: 1) dövlət xəzinəsinə
malik torpaqlar (əraziyi divani); 2) şah və onun sülaləsinə məxsus mülklər
(əraziyi xassə); 3) hərbi və ya mülki xidmət müqabilində verilən torpaqlar
(soyurqal, tiyul); 4) xüsusi mülkiyyətdə olan torpaqlar (mülklər); 5) dini
idarələrin mülkiyyəti (vəqf torpaqları); 6) kənd icmalarının mülkiyyətində
olan torpaqlar (camaatideh).
Səfəvilər dövləti mərkəzləşmiş feodal dövləti olduğundan onun
dövlət torpaq mülkiyyəti fondu xeyli böyük idi. Şirvan və Şəki torpaqları
da dövlətin mülkiyyətinə qatılmışdı. Xəzinə torpaqlarından gələn gəlir
dövlət xərclərinin ödənilməsinə sərf edilirdi. Xassə torpaqlarından şəxsən
şahın adında olan mülkiyyətin gəliri də xəzinəyə daxil olurdu və şahın
sərəncamı ilə sülalənin üzvlərinə verilirdi. Şah ölkənin ən münbit
torpaqlarını divan və xassə mülkiyyətinə qatmışdı. Üçüncü kateqoriyaya
daxil olan torpaqlar dövlət fondundan hərbi və mülki bürokratiya üçün
ayrılırdı. Torpaq sahiblərinə mülkiyyət hüququ müvəqqəti, həmişəlik və
vərəsəlik əsasında verilirdi. Şəraitdən asılı olaraq belə torpaqlar soyurqal,
tiyul və bəzən də iqta adlanırdı.
İlk Səfəvilər dövründə şərti torpaq mülkiyyətinin daha bir formasının
– tiyulun meydana gəlməsi və XVI-XVI1 əsrlərdə geniş yayılması feodal
torpaq sahibliyinin inkişafında əhəmiyyətli rol oynayırdı. Soyurqal
Azərbaycanda XV əsrdə mövcud olduğu şəkildə irsi mülk sayılırdı və
vergi, inzibati məhkəmə toxunulmazlığını nəzərdə tuturdu. Yeni
yaradılmış tiyul torpaq sahibliyi isə soyurqalı əvəz etməklə
mərkəzləşdirmə siyasətinin mənafeyinə xidmət edirdi.
Tiyulun ilkin iqtaya da uyğunluğu bildirilirdi. Belə ki, Səfəvilər
dövründə tiyulun inkişafı onların dövlət torpaq sahiblərinə və bu
torpaqlarda işləyən kəndlilərin dövlət aparatının köməyi ilə istismar
olunması sisteminə yardım etmək siyasəti ilə bağlı idi. Bu sistem yeni
idarəetmə sistemi əsasında qurulsa da, əvvəlki əsrlərdə mövcud olmuş iqta
torpaq sahibliyinin ilkin inkişaf pilləsinə yaxın idi. Tiyul sahibi (tiyuldar)
ilk dövrlərdə idarəetmə işinə qarışmayıb torpaqdan alınan vergilərin
hesabına yaşayıb dövlət siyasətinə uyğun hərəkət edirdisə, sonralar
tiyuldarlar mərkəzləşmə siyasətini heç də həmişə aparmırdılar.
Səfəvilər dövlətində bəylərbəylik inzibati ərazi quruluşu yarandıqdan
sonra bəylərbəylərinə də geniş səlahiyyət verilmişdi. Belə ki,
Dostları ilə paylaş: |