Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   17   18   19   20   21   22   23   24   ...   72

 
62 
Bu “Qaydalar” Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə  və 
digər qanunvericilik aktlarına uyğun olaraq Azərbaycan Respublİkası 
ərazisində radioaktiv və kimyəvi çirklənməyə  məruz qalmış torpaqların 
təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi
sağlamlaşdırılması və istifadəsi qaydasını müəyyən edir. 
Radioaktiv və kimyəvi çirklənmiş torpaq sahələrinin müəyyən 
edilməsi ilkin elmi-texniki ekspertiza nəticələri  əsasında Ekologiya və 
Təbii Sərvətlər Nazirliyi, Dövlət Torpaq və  Xəritəçəkmə Komitəsi, 
Səhiyyə Nazirliyi və öz səlahiyyətləri daxilində digər əlaqədar təşkilatlar 
tərəfindən həyata keçirilir. 
Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələrinin 
çirklənmə  dərəcəsi, çirklənmə  mənşəyi, tərkibi,  əsas torpaq kütləsi ilə 
əlaqə forması, aqreqat, fiziki-kimyəvi xüsusiyyətləri, dərin qatlara və yer 
səthinə zərərli təsirin məsafədən asılılıq qanunauyğunluqlarının müəyyən 
edilməsi xüsusi yüksəkixtisaslı mütəxəssislər tərəfindən elmi-tədqiqat 
işləri nəticəsində həyata keçirilir. 
Radioaktiv və kimyəvi çirklənməyə  məruz qalmış torpaq sahələri 
çirklənmə dərəcəsi və xarakterinə görə aşağıdakı qruplara bölünür: 
a) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1,0÷2,0 misli 
qədər olan təhlükə ehtimallı sahələr. 
Bu sahələrdə canlı orqanizmlərin yaşaması  və  fəaliyyəti xüsusi 
sanitar və gigiyenik normativlərlə, həmçinin otlaq sahələrində  həmin 
maddələrin dövranını ev heyvanlarından alınan  ət və süd məhsullarının 
tərkibindəki miqdarı ilə müəyyənləşdirilir. Kənd təsərrüfatı üçün istifadəsi 
qeyri-mümkün olan torpaq sahələrini xüsusi çəpər və ya göstərici işarələr 
vasitəsi ilə izolə etmək lazımdır. 
b) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən 
çox olan təhlükəli torpaq sahələri. 
Bu sahələrdə  təmas yalnız xüsusi sanitar-gigiyenik normativlərlə 
məhdudlaşır. Belə sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir. 
Radioaktiv və kimyəvi çirklənməyə  məruz qalmış torpaqların 
təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, 
sağlamlaşdırılması  və onların bərpası mülkiyyət formasından asılı 
olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün məcburidir. 
Radioaktiv və kimyəvi çirklənməyə  məruz qalmış, insanların 
sağlamlığına təhlükə yarada bilən, habelə  məhsul istehsalı üçün sanitar 
tələblərə cavab verməyən torpaqlar müvafiq yerli icra hakİmiyyətlərinin 


 
63 
  bələdiyyələrin qərarı ilə  təsərrüfat dövriyyəsindən müvəqqəti 
çıxarılaraq, konservasiya olunur və  bərpa edilməsi üçün ehtiyat torpaq 
fonduna keçirilir. Sağlamlaşdırılan torpaq sahələri Dövlət Torpaq və 
Xəritəçəkmə Komitəsinin, Kənd Təsərrüfatı Nazirliyinin, Ekologiya və 
Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin və digər  əlaqədar 
təşkilatların mütəxəssislərindən ibarət ekspert qrupunun rəyinə  əsasən 
həmin torpaqları  təsərrüfat dövriyyəsindən çıxaran orqanların qərarı ilə 
əvvəlki istifadaçilərinə qaytarılır və təyinatına uyğun olaraq istifadə edilir. 
Radioaktiv elementlərlə çirklənmiş torpaq sahələrinin çirklənmə 
dərəcəsindən, torpaq qatının çirklənməsi dərinliyindən, torpağın tipi, 
növü, geomineraloji və  ətraf mühitin coğrafi xüsusiyyətlərindən asılı 
olaraq konservasiya və bərpa işləri aşağıdakı qaydada həyata keçirilir: 
a) təhlükə ehtimalı torpaq sahələrində çirklənməyə  təbii radioaktiv 
izotoplar səbəb olduqda, həmin sahələrdə  təsərrüfat fəaliyyəti və  təmas 
üçün xüsusi qaydalar müəyyən olunur. Bu sahələrdə radioaktiv 
maddələrin tərkibi, aqreqat halı, ionlaşdırıcı  şüaların mənşəyi və 
intensivliyi müəyyən edilir. İlk növbədə çirklənmə dərəcəsinin artmasının 
qarşısının alınması  və sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-
texniki işlər aparılır; 
b) təhlükəli torpaq sahələrində çirklənmə zonaları mütləq  ətraf 
mühitdən izolə edilməlidir. Çirklənmə  mənbəyinin xarakteri, tərkibi və 
şüa növü tədqiq olunaraq ətraf mühitə  təhlükə ehtimalını müvəqqəti 
azaltmaq üçün işçi planı hazırlanıb yerinə yetirilməlidir. Sonralar isə 
əsaslı  təmizləmə  və radioaktiv dezaktivasiya texnologiyası  əsasında 
tədbirlər planı yerinə yetirilməlidir. 
Radioaktiv və kimyəvi çirklənməyə məruzqalma təhlükəsi gözlənilən 
sənaye obyektlərində  həmin obyektlərin yerləşdiyi və qonşu torpaq 
sahələrində çirklənmə zonasının hüdudlarından asılı olaraq uzunmüddətli 
monitorinq müşahidə məntəqələri yaradılmalıdır. 
İstehsal prosesi zamanı torpaqda radioaktiv və kimyəvi çirklənmə 
halları müşahidə edildikdə  həmin torpaq sahələrində xüsusi cari 
sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu tədbirlərin tətbiqi müsbət 
nəticələr vermədikdə istehsal prosesi dayandırılır və torpaq sahələri 
təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir. 
İstehsal prosesi zamanı fiziki və hüquqi şəxslərin səhlənkarlığı 
nəticəsində radioaktiv və kimyəvi çirklənməyə  məruz qalmış torpaqların 
təsərrüfat dövriyyəsindən çıxarılması, konservasiya edilməsi və 


 
64 
sağlamlaşdırılması işlərinin dəyəri təqsirkar şəxslər tərəfindən ödənilir. 
Təbii fəlakət və fövqəladə hallar nəticəsində dövlət mülkiyyətində 
olan obyektlərdə baş verən qəza və eləcə də digər mənbələrin tullantıları 
ilə radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat 
dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, 
sağlamlaşdırılması  işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət 
büdcəsindən ödənilir. 
Torpağı çirkləndirən amillər sırasında avtomobillərdən çıxan işlənmiş 
qazları göstərmək olar. Müxtəlif tədqiqatlar nəticəsində müəyyən 
edilmişdir ki, һərəkət intensivliyi gündə 3000 avtomobil olan yollarda 
torpaqların çirklənmə zonası yoldan 200-300 m məsafəyə  qədər yayılır. 
Başqa sözlə, əgər təsərrüfatın ərazisindən keçən magistral yolun uzunluğu 
2 kilometrdirsə, onda çirklənmə zonası 40-60 һa olacaqdır. 
Torpaqlar һabelə sənaye müəssisələrinin tullantıları ilə də çirklənir. 
Çirklənmiş zonaların plan-kartoqrafik materiallarda ayrılması, 
onların saһələrinin  һesablanması, ayrı-ayrı torpaq yerlərinin və növbəli 
əkinlərin  ərazilərinin təşkili məsələlərinin elmi əsaslandırılmış  һəll 
edilməsi yerquruluşu layiһələrinin əsas elementlərindən olmalıdır. 
Avtomagistral yollarına yaxın saһələrdə tarlaçılıq və  tərəvəzçilik 
növbəli əkinlərinin yerləşdirilməsi daһa məqsədəuyğundur. Lakin buradan 
yığılan məһsullar ancaq emal olunmalıdır. Bu cür növbəli  əkinlərdə 
becərilmiş məһsullar mexaniki və digər sənaye emalına məruz qalır, yeyinti 
məһsullarında zəһərli tərkiblər tam ləğv edilir. Yem üçün toplanan 
məһsullar emala getmir. Belə  ərazilərdə  mədəni örüş saһələrinin, biçənək 
massivlərinin, һabelə yemçilik növbəli əkinlərinin yerləşdirilməsi təcrübə-
sindən imtina etmək lazımdır. Belə ki, avtomobildən çıxan işlənmiş qaz-
larda olan zəһərli maddələr yem saһələrinə çökür və yemlərlə birlikdə һey-
vanlar tərəfindən һəzm edilir, insan sağlamlığına zərər vura bilən yeni bir 
mənbə yaranır. Göstərilən ərazilərdə onların yerləşdirilməsi zərurəti ortaya 
çıxdıqda, yol boyunca iriyarpaqlı  ağaclardan ibarət olan meşə zolaqları 
salmaqla bərabər, һəm də yem saһələrinin məһsuldarlığını böyük miqyasda 
artıra bilən tədbirlərin  һəyata keçirilməsi vacibdir ki, bununla da zərərli 
maddələrin һeyvan yemlərindəki nisbi yükü minimuma endirilmiş olar. 
Torpaqların çirklənməsinin qarşısını müxtəlif üsullarla almaq 
mümkündür: çirklənmənin profilaktikası, yəni tullantıların azaldılması 
yolu ilə; torpaqların bilavasitə  təmizlənməsi ilə; çirkləndirmə  mənbələ-
rinin yerləşdirilməsi zamanı sanitar zonalara riayət etməklə; müһafizə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə