Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə34/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   30   31   32   33   34   35   36   37   ...   72

 
101
vergisi” mənasında işlənilirdi.  Əvvəllər, ümumiyyətlə, vergi mənasında 
olan “xaraq” termini də elə həmin dövrdə (III-IV əsrlər) torpaq vergisinə 
aid edilirdi. 
Vergilərin başçısı olan xarqbed – Sasani dövlətinin idarə aparatında 
yüksək mövqe tuturdu. 
I Xosrovun dövründə üzərinə vergi qoyulmuş torpaqlar siyahıya 
alınırdı. Torpaq siyahısı  hələ Kavadın dövründə tutulmağa başlanmış, 
oğlu I Xosrovun zamanında başa çatdırılmışdır. Vergi vahidi 1/10 hektara 
bərabər olan qarilə sayılmağa başladı. Torpaq vergisinin miqdarı  əkilən 
bitkinin xarakterindən asılı olaraq müxtəlif idi. Məsələn, bir qarilə buğda 
və ya arpa sahəsindən bir drahma, bir qarilə üzümlükdən 8 drahma, bir 
qarilə qarayonca sahəsindən 7 drahma alınırdı. Dörd xurma palmasından 
və altı zeytun ağacından isə 1 drahma vergi tutulurdu. 
I Xosrovun dövründə  əmlakın qədərindən asılı olaraq 20-50 yaşlı 
kişilərdən 12, 8, 6 və 4 drahma can vergisi müəyyən edilmişdi. Kübar 
nəsillər,  əyanlar, döyüşçülər, katiblər, kahinlər və  məmurlar can 
vergisindən azad idilər. Vergilərin ödənilməsi çətin olduğundan dörd 
aydan bir, ildə üç dəfə alınırdı. Torpaq və can vergisi ilə yanaşı əhalidən 
başqa vergilər də tutulurdu. 
Yerli feodal cəmiyyəti üzərində hakim mövqe tutan Xilafət üsul 
idarəsi VII əsrdə  ərəblərin işğalı dairəsinə düşmüş bütün becərilən 
torpaqları müsəlman icmasının mülkiyyəti elan etdi. Bu torpaqlar, əsasən, 
öz rəiyyətlərinə qarşı münasibətdə bütün hüquq və imtiyazlarını qorumuş 
əvvəlki sahiblərinin ixtiyarında saxlanılır,  ərəblər isə bu sahibkarların 
müsəlman icması  xəzinəsinə (beytülmala)  boyun olduqları vergilərlə 
kifayətlənirdilər. 
Əsasən silah gücünə  ələ keçirilmiş  şimallı-cənublu Azərbaycanın 
tabe edilmiş  əhalisi ilə qarşılıqlı münasibətlər işğalçılarla yerli əhali 
arasında bağlanmış müqavilələrlə  tənzimlənirdi. Hər bir belə müqavilə 
başqa  şərtlərlə yanaşı, birdəfəlik və illik vergilərin ödənilməsi təəhhüdü 
haqqında maddəni də nəzərdə tutur, yerli əhaliyə məxsus torpaqları onun 
ixtiyarında saxlayırdı. Zimmi, yəni başqa dinə  mənsub yerli adam 
statusunu qazanmış bu sahibkarlar müsəlman icmasının himayəsində 
qalır, torpaq vergisi-xəracla yanaşı, qeyri-müsəlmanların verdiyi can 
vergisi-cizyəni də ödəyirdilər. 
Müsəlman qanunvericiliyinə – şəriətə görə cizyə  hər il ancaq 
kişilərdən, özü də onların sənət və ticarətdən əldə etdikləri qazancdan asılı 


 
102 
olaraq alınırdı. Varlılar 48, ortabablar 24, yoxsullar isə 12 dirhəm ödə-
yirdilər.  Əgər can vergisi-cizyə ancaq qeyri-müsəlmanlardan alınırdısa, 
torpaq vergisi-xərac həm müsəlmanlardan, həm də başqa dinlərə etiqad 
edənlərdən alınırdı, ancaq qeyri-müsəlmanlar bu vergini ikiqat həcmdə 
ödəyirdilər. 
Xəlifə Huşam dövründə (724-743) ərəblərin Azərbaycan və 
Arrandakı vergi siyasəti köklü dəyişikliyə  məruz qaldı: buradakı  Əməvi 
hakimləri cizyəni xəzinəyə böyük gəlir gətirən vergilərdən biri kimi 
fərqləndirməyə başladılar. 
725-726-cı illərdə Hişamın sərəncamına görə, Azərbaycanda  əhali, 
torpaq, mal-qara və hər cür başqa əmlakın yeni siyahıyaalınması keçirildi. 
Bu məqsədlə o öz sərkərdəsi Haris ibn Əmri Arrana göndərdi. Moisey 
Kalankatlının məlumatına görə, ağır vergi qoyulmasına səbəb olan bu 
yeni siyahıyaalma əhalinin vəziyyətini daha da ağırlaşdırdı. 
Bu siyahıyaalmadan sonra tətbiq edilən yeni vergi sistemi vergiverən 
əhali ilə yanaşı rahiblərdən də vergi alınmasını nəzərdə tuturdu. Əhalinin 
üzərinə  sənətkarlığa, kəbinə görə yeni əlavə vergilər qoyuldu. Ölkənin 
cənubunda xəlifə II Ömər zamanı  ləğv edilmiş  əvvəlki Sasani vergiləri 
‘‘Novruz və Mihrican hədiyyələri’’ bərpa edildi. Belə vergi sistemi təkcə 
yoxsulları deyil, hətta bir çox əyan və varlıları da səfalətə düçar etdi. 
Əgər Əməvilər dövründə natura ilə ödənc vergilərin mühüm hissəsini 
təşkil edirdisə, Abbasilər dövründə vergilərin ancaq bir hissəsi natura ilə 
ödənilirdi. Özü də bu natura içərisində zinət şeyləri və ərəblərdə aztapılan 
mallar üstünlük təşkil edirdi. Bu sistem II Abbasi xəlifəsi  əl-Mənsurun 
dövründə (754-775) xüsusən geniş  tətbiq edilməyə başlanmışdı. Onun 
dövründə misahə adlanan xərac  əkilib-əkilməməsindən asılı olmayaraq 
torpaq sahəsinə görə pulla, yəni hələ Ömər ibn əl-Xəttabın qoyduğu 
qaydalar üzrə alınırdı. 
Əl-Mənsurun varisi xəlifə  əl-Mehdinin dövründə (775-785), onun 
sərəncamına görə  xəracalma sistemi dəyişildi. Misahə  xəracı-torpağın 
sahəsinə görə alınan vergi əvəzinə müqasəmə xəracı-məhsula görə alınan 
vergi qoyuldu: suvarılan torpaqlardan məhsulun yarısı, dəliyə və kirbə ilə 
suvarılan torpaqlardan məhsulun 1/3-i, duləblə  suvarılan torpaqlardan 
məhsulun 1/4-i alınırdı.  Əl-Mehdinin dövründə meyvə  ağaclarına, zeytun 
və üzüm bağlarına xərac qoyuldu. 
Torpaq vergisi və can vergisindən  əlavə  aşağıdakı vergilər alınırdı: 
xüms-mülkiyyətdən və əmlakdan alınan, gəlirin 1/5-nə bərabər olan vergi; 


 
103
zəkat-yoxsulların xeyrinə varlı müsəlmanların  əmlakından tutulan vergi; 
zəkat  əl-fitr-orucluğun başa çatması münasibətilə verilən pay-fitrə; 
sədəqə-yoxsullara verilən ianə; uşr-məhsulun 1/10-nə bərabər vergi. 
Xüms-pul və ya natura şəklində dinc yolla ələ keçirilmiş əmlakdan, 
əmək haqqından, mədən və  dəfinələrdən, kafir və ya zimminin 
müsəlmandan satın aldığı torpaqdan, əsirlər də daxil olmaqla hərbi 
qənimətlərdən alınırdı. Dəyəri ailənin illik xərcindən artıq olan əmlak 
satın alındıqda və ya müxtəlif peşə sahiblərinin gəlirləri illik məxaricdən 
çox olanda xüms ödənilməli idi. 
Zəkat-ildə bir dəfə alınırdı. Bu vergi dənli bitkilər (düyü və lobyadan 
başqa), giləmeyvələr, daş-qaş və ev heyvanları üzərinə qoyulurdu. Buğda 
və arpadan zəkat yetişəndən sonra alınır, üzüm üçün isə qora dövründə 
müəyyənləşdirilirdi. 
Zəkat əl-fitrə-ildə bir dəfə, orucluq ayının başa çatması münasibətilə 
varlı müsəlman ailəsinin yetkinlik yaşına çatmış  hər bir üzvünə görə 
ödənilirdi. Fitrə  məhsul və ya pulla ödənilə bilərdi. Onun qədəri 3 kq 
buğdaya, arpaya və ya çəltiyə, xurmaya, kişmişə, qarğıdalıya və başqa 
məhsullara bərabər idi. 
Uşr-hər il əkinçilik, heyvandarlıq, balıqçılıq məhsullarından satış 
üçün nəzərdə tutulan və qiyməti 200 dirhəmdən artıq olan başqa 
məhsullardan natura ilə alınan vergi növü idi və bu verginin həcmi 
məhsulun 1/10-nə bərabər idi. 
Şirvanda (Bakıda) bunlardan başqa neft və duz mənbələri üzərinə də 
vergi qoyulmuşdu. 
IX-XI  əsrlərdə Azərbaycanda feodal münasibətləri inkişaf etmişdi. 
Torpaq mülkiyyəti forması olan mülk (və ya əmlak torpaqları) xüsusi 
mülkiyyət olub, onu almaq, satmaq, irs vermək, bağışlamaq, girov 
qoymaq olurdu. Mülk sahibi (malik) və ya mülkədar dövlətə xərac, yəni 
yeni torpaq vergisi verirdi. 
Dövlətə məxsus, yəni gəliri birbaşa xəzinəyə gələn torpaqlara divani 
deyilirdi. Bu dövrdə şərti torpaq mülkləri-iqta sistemi inkişaf etməkdə idi. 
Zaman keçdikcə iqta torpaqları iqtidarların xüsusi mülkiyyətinə çevrildi. 
Bu dövrdə icma torpaqları da mövcud idi. İcma torpaqları dövlətin 
mülkiyyətində idi. Buna görə də həmin torpaqlardan elliklə istifadə edən 
camaat bunun müqabilində dövlətə torpaq vergisi-xərac verirdi. 
Torpaqdan istifadə müqabilində kəndlidən alınan vergi uşr və ya üşur 
(onda bir), sonralar isə  xərac adlanırdı. Xərac toplamaq üçün ayrı-ayrı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə