98
təşkil olunmasına başladı.
ADR-də hüququn mənbələri Milli Şuranın qərarları, Azərbaycan
parlamentinin qanunları, Nazirlər Kabinetinin qanun qüvvəli aktları, qərar
və sərəncamları, Bakı Soveti və çar Rusiyası dövründə qəbul edilmiş
qanun, qərar, sərəncam və müxtəlif məcəllələrin yeni şəraitə uyğun-
laşdırılmış formaları olmuşdur.
Azərbaycan hökuməti torpaq islahatlarına xüsusi diqqət verirdi. O,
1918-ci il iyunun 22-də Zaqafqaziya seyminin torpaq islahatları haqqında
qəbul etdiyi qanunun icra olunmasını dayandırdı. Qərara görə,
Müəssisələr Məclisi çağırılana qədər torpaq islahatları keçirilmirdi. Qərar
verilənə qədər tutulmuş torpaqlar müvafiq strukturlara qaytarılırdı.
Əkinçilik Naziri X. Sultanova Müəssisələr Məclisinin müzakirəsinə
çıxarılacaq aqrar məsələlərlə bağlı materialları toplamaq, torpaq
komitələrinin yenidən qurulması və ya ləğv edilməsi təkliflərini
hazırlamaq tapşırıldı.
24 fevral 1919-cu ildə hökumət Əkinçilik Nazirliyində aqrar
islahatlar və su təsərrüfatı üzrə şöbənin yaradılması barədə qərar qəbul
etdi. Eyni zamanda hökumət aqrar islahatları sürətləndirmək məqsədi ilə
həmin ilin iyunun 6-da Əkinçilik Nazirliyinə hərtərəfli yardım
göstərilməsi barədə qərar verdi, Əkinçilik Nazirliyinə iyunun sonlarına
qədər aqrar layihəni Nazirlər Kabinetinin müzakirəsinə çıxarmaq tapşırığı
verildi.
Parlamentin ən böyük fraksiyalarından olan “Müsavat” partiyası
aqrar islahatlar “Əsasnaməsi”nin layihəsini hazırlayıb parlamentə təqdim
etmişdi. Layihəyə görə hüquqi və fiziki şəxslər üçün müəyyən edilmiş
normadan artıq olan torpaq sahələri alınaraq dövlət xəzinəsi fonduna daxil
edilirdi.
Torpaqsız və aztorpaqlı oturaq əhaliyə, həmçinin onlara bərabər fiziki
və hüquqi şəxslərə dövlət xəzinəsi fondu hesabından müəyyən edilmiş
normaya uyğun torpaq ayrılırdı.
Əsasnamənin layihəsində respublikanın maldarlıqla məşğul olan
köçəri əhalisinə veriləcək torpaq payları da tənzimlənirdi.
Dövlət tərəfindən normadan artıq torpaq mülkü olan fiziki və hüquqi
şəxslərdən kəsilib götürülmüş fonddan torpaqsız və ya aztorpaqlı əhaliyə
verilmiş ərazilərin yeraltı sərvətləri (yerin təki) yalnız dövlətə məxsus
hesab edilirdi.
Respublikada su ehtiyatlarından istifadə, suvarma sistemləri, qurğular
99
və s. kimi problemlərin hüquqi nizamlanmasının əsasları yeni qanun-
vericilik qəbul edilənə qədər əvvəlki qaydada saxlanılırdı. Əsasnaməyə
görə respublika əhalisi üçün ayrılan torpaq fonduna həm kənd, həm də
şəhərətrafı yaşayış yerlərinin sahələri daxil edilirdi. Şəhər ətrafında
yerləşən, lakin şəhər mülkiyyətinə daxil edilməyən torpaqlardan istifadəyə
icazə verilirdi.
Torpaq islahatına görə, bu vaxta qədər fiziki və hüquqi şəxslərə
məxsus olmuş normadan artıq torpaqlar, həmçinin digər fondlardan
kəsilib götürülən və aşağıda göstərilən torpaqlar yenidən bölüşdürül-
məyərək həmişəlik dövlət xəzinəsinə daxil edilirdi: a) meşələr; b)
yaylaqlar və qışlaqlar; c) meliorasiya və digər texniki üsullardan istifadə
etməklə qurudulan, habelə yararsız olan torpaqlar; ç) məscid və kilsəyə
məxsus vəqf torpaq mülkiyyəti; d) aqrokimyəvi idarələrin istifadəsində
olan torpaqlar, həmçinin təhsil müəssisələrinə, mədəni-maarif, xeyriyyə,
xəstəxana, hərbi idarələr və digər ümumdövlət əhəmiyyəti kəsb edən
ictimai təşkilatlara məxsus torpaqlar; e) dağ-mədən sənayesi üçün istifadə
edilən torpaqlar; ə) mineral sular və müalicə əhəmiyyətli torpaqlar (belə
ərazilərin sanitariya cəhətdən qorunması üçün və kurort təsərrüfatının
yaradılması məqsədilə ətraf ərazilərə məxsus olan torpaqlarla birlikdə); f)
təbiət və qoruq abidələrinə daxil olan torpaqlar; g) tarixi və arxeoloji
əhəmiyyətli şəhər məskənləri, yaşayış yerləri, qazıntı aparılan sahələr,
məscid, kilsə və digər abidələrə yaxın ərazilər, qalalar və onlara bərabər
tarixi abidələrin əraziləri, kənd təsərrüfatı təcrübəsi aparmaq və digər
ictimai əhəmiyyət kəsb edən torpaqlar.
Fərdi sahibkara məxsus həyətyanı sahələri və bağların aşağıda
göstərilən normalardan çox olan hissələri dövlət tərəfindən özgənin-
kiləşdirilirdi: kənd yerləri üçün 25 desyatindən 75 desyatinə qədər olan
bağlar və həyətyanı sahələr, şəhər ərazilərində isə 5 desyatindən 7,5
desyatinə qədər olan sahələr.
Sahibkarlar üçün saxlanılmış torpaqların ölçüləri qəza komissiyaları
tərəfindən müəyyən edilir və təsdiq edilmək üçün Əkinçilik Nazirliyi
nəzdindəki şuraya göndərilirdi.
Aqrar islahatın həyata keçirilməsi Əkinçilik və Əmlak Nazirliyinə və
onların yerlərdə təşkil etdikləri qəza və rayon komissiyalarına həvalə
edilirdi. Qəza komissiyaları qəza idarə orqanları tərəfindən, hər kənd
cəmiyyətindən iki nəfər olmaq şərtilə, çağırılan qəza yığıncağında
seçilmiş 10 nəfərdən ibarət tərkibdə olurdu. Rayon komissiyalarının
100
tərkibi isə Əkinçilik Nazirliyi tərəfindən müəyyən edilmiş ərazilər üzrə
bölüşdürülərək hər birindən bir nəfər olmaq şərtilə kəndlərdən seçilirdi.
Bu komissiyanın tərkibinə rayon üzrə keçirilmiş yığıncaqda seçilən 6
nəfər nümayəndə də daxil edilirdi.
Parlamentin aqrar komissiyasının qərarı ilə Zaqafqaziya Komis-
sarlığının 16 dekabr 1917-ci il tarixli Əsasnaməsində nəzərdə tutulan
xəzinə, xanədan, kilsə, monastır, həmçinin hüquqi şəxslər və sahibkarlara
məxsus torpaqların torpaq komitələrinə verilməsi və Zaqafqaziya
Seyminin 7 mart 1918-ci il tarixli torpaq normalarının müəyyən edilməsi
haqqında islahat proqramının icra edilməsi Azərbaycan Respublikası
ərazisində dayandırılırdı.
3.10. Azərbaycanda vergi və mükəlləfiyyətlər tarixinə ekskurs
Vergilər müəyyən edilmiş qanun çərçivəsində təsərrüfat sub-
yektlərindən və əhalidən dövlət tərəfindən alınan icbari ödənişlərdir.
Vergilər dövlətin yarandığı gündən cəmiyyətdə iqtisadi münasibətlərin
zəruri həlqəsini təşkil edir. Vergilərin mövcudluğu ilkin ictimai istehlak
ilə əlaqədardır. Dövlət quruluşunun inkişafı və dəyişməsi ilə əlaqədar
olaraq vergi sistemində də dəyişikliklər baş verir. Müasir sivilizasiyalı
cəmiyyətdə vergilər dövlət gəlirlərinin əsas formasını təşkil edir. Vergi
mexanizmindən dövlətin cəmiyyətə iqtisadi təsiri üçün istifadə edilir.
Alimlərimizdən Z.M.Bünyadovun, T.T.Mustafazadənin, T.Ə.Əzizo-
vun, A.A.Əlizadənin, R.Məhərrəmovun, R.M.Quliyevin tədqiqat işlərinin
materiallarına istinadən tarixi keçmişimizə nəzər salıb, Azərbaycan
dövlətinin vergi sistemini və müxtəlif dövrlərdə mövcud olmuş vergi və
mükəlləfiyyətlərin dövlət xəzinəsinə və əhalinin həyat səviyyəsinə təsirini
təhlil edək.
III-IV əsrin I yarısında bütün Sasani dövlətində olduğu kimi
Adurbadaqanda da (Azərbaycan nəzərdə tutulur) əhali sinfi strukturuna
görə dörd zümrəyə bölünürdü: 1) kahinlər, 2) döyüşçülər, 3) katiblər, 4)
vergiverənlər.
Vergiverənlər zümrəsi özündə bütün zəhmətkeş əhalini- əkinçiləri,
sənətkarları, eləcə də ticarətlə məşğul olanları birləşdirirdi. Bütün
vergiverən zümrənin başında vastarioşansalar dururdu.
Vergi və mükəlləfiyyətlər içərisində ən mühümü qazidağ, maraq və
xaraq idi. I Xosrovun vergi islahatından sonra qazidağ termini “can
Dostları ilə paylaş: |