122
Bu dekretə görə Azərbaycan SSR-in inqilabi hökuməti elan edirdi:
“…Azərbaycan Sovet Sosialist Respublikasında şəxsi mülkiyyət
həmişəlik ləğv edilir. Xanların, bəylərin, mülkədarların, eləcə də
monastır, kilsə, vəqf və məscid torpaqları bütün canlı və cansız inventarı
ilə birlikdə heç bir alqı (aşkar və ya gizli) olmadan bərabərləşdirici torpaq
istifadəsi əsasında əməkçi xalqa verilir…”.
Dekretin həyata keçirilməsi üçün yerlərdə qəza və kənd komitələri
yaradılırdı. 5 may 1920-ci il tarixli “Torpaq haqqinda dekret”ə görə
nəzərdə tutulurdu ki, “… Dekretin keçirilməsinə maneçilik törədən hər bir
kəs əməkçi xalqın açıq düşməni sayılmalı və Azərbaycan SSR
qanunlarından kənar elan olunmalıdır”.
İnqilab komitəsinin 12 may 1920-ci il tarixli dekretinə görə bütün
meşələr, sular və yerin təki Azərbaycan SSR-in sərvəti elan edilirdi.
Əhəmiyyətindən asılı olaraq meşələr, sular və yerin təki, təbiətin canlı
qüvvələri üzərində sərəncam vermək qəza, quberniya şuralarına və
mərkəzi sovet hakimiyyətinə həvalə edilirdi
Bu dekretdən sonra hər hansı şəxs və özəl qurumların yer təkinə olan
hüquqları haqqında bütün akt və müqavilələr qüvvəsini itirmiş sayılırdı.
Torpaq əmlakına, həmçinin meşələrə, sulara və yerin təkinə girovqoyma
və ya başqa əmlak hüququnun müəyyən edilməsi və yaxud keçməsi,
həmçinin yuxarıda göstərilən əmlaklara kütləvi hərracların aparılması
haqqında sövdələşmələrlə bağlı təhkimçilik və ya digər aktların
rəsmiləşdirilməsi qadağan edilirdi.
Torpağın, meşələrin, suların və yer təkinin milliləşdirilməsi
ideyalarını tətbiq etmək məqsədilə Azərbaycan İnqilab Komitəsi 1 iyun
1920-ci ildə “Qızıl ordu hissələrində müvəqqəti torpaq komissiyaları
haqqında Əsasnamə və onlar tərəfindən 5 və 12 may 1920-ci il
Dekretlərinin həyata keçirilməsinə dair təlimatı” təsdiq etdi
Müvəqqəti torpaq komissiyaları Xalq Torpaq Komissarlığının
təyinatı ilə inqilab komitələrinin tövsiyəsi nəzərə alınmaqla, ordu siyasi
şöbəsinin və yerli sakinlərin nümayəndələrinin kooptasiya olunması
hüququ ilə üç şəxs tərkibində yaradılırdı. Müvəqqəti torpaq
komissiyasının elanına görə “bütün mülkədar, kilsə, monastır, məscid və
vəqf torpaqları bütün canlı və cansız inventarı, kənd təsərrüfatı məhsulları
ehtiyatı və bütün təsərrüfat təyinatlı yaşayış və qeyri-yaşayış tikililəri ilə
birgə dərhal əməkçi xalqa verilirdi”. Çoxillik əkmələrdən ibarət olan
(bağlar, üzümlüklər, şitilliklər və s.) mülklər bütün canlı və cansız
123
inventarı ilə müvəqqəti torpaq komissiyası tərəfindən uçota götürülür və
sovet təsərrüfatları təşkil etmək üçün Xalq Torpaq Komissarlığının
sərəncamına verilirdi.
Meşələrin siyahıya alınması və qəbul edilməsi üçün müvəqqəti
torpaq komissiyalarının tərkibinə yerli meşəbəyilər və torpaq komi-
tələrinin üzvləri cəlb olunurdu.
Sudan istifadəni düzgün normalaşdırmaq və su qurğularını mühafizə
etmək üçün komissiya tərəfindən bütün iri su obyektləri (kanallar,
kəhrizlər, arxlar) üzərində bir müdirdən və əməkdaşların – cuvarların
lazımi sayından ibarət nəzarət təsis edilirdi.
Bu “Əsasnamə”yə görə şəxsi mülklərdən özgəninkiləşdirilmiş
torpaqlarda yerləşən və əvvəlki qeyri-əməkçi icarədarlar tərəfindən
istehlak-əmək normasından artıq səpilmiş bütün əkin sahələri torpaqsız və
aztorpaqlı kəndlilər arasında bölüşdürülürdü.
Azərbaycan SSR hökuməti siyasi, ərzaq və torpaq proqramının
həyata keçirilməsi məqsədilə 23 sentyabr 1920-ci il tarixli qərar ilə
Azərbaycan İnqilab Komitəsi tərəfindən kəndli yoxsulluq komitələrinin
təsis olunması haqqında dekret qəbul edildi. Dekretə görə kənd inqilab
komitələri ləğv olunurdu. Kənd yoxsulluq komitəsi (“kombed”) öz
səlahiyyətləri çərçivəsində ali hakimiyyət orqanı sayılmaqla, onun bütün
qərarları sözügedən ərazidə yaşayan əhalinin icraatı üçün məcburi idi.
Kənd yoxsulluq komitələrinin üzvləri seçki yolu ilə təyin edilirdi.
Ancaq kəndin yoxsul təbəqəsinə və hər iki cinsdən olan ortabab kəndlilərə
mənsub 18 yaşından cavan olmayan və seçki anına sözügedən ərazidə
yaşayan şəxslər kənd yoxsulluq komitələrinə seçə və seçilə bilərdilər.
Kənd yoxsulluq komitəsinin üzvlərindən biri torpaq işlərinə rəhbərlik
edirdi.
Taxıl və digər ərzaq məhsulları artığına malik tanınmış qolçomaqlar,
qoçular, ticarət və sənaye müəssisələrinin sahibkarları, daima muzdlu
əməkdən yararlanan və zəhmətlə qazanılmamış gəlirlərlə, əmlakdan
daxilolmalarla və kapitaldan faizlərlə yaşayan şəxslər, eləcə də keçmiş
polis işçiləri, jandarmlar və inqilab məhkəmələri tərəfindən məhkum
edilmiş şəxslər kənd yoxsulluq komitələrinin seçkilərinə buraxılmırdılar.
Bununla da qolçomaq sinfi sosialist dövlətinin iqtisadi-siyasi həyatından
kənarlaşdırılırdı.
27 sentyabr 1920-ci il tarixli “Kənd yoxsulluq komitələri haqqında
Əsasnamə” yerquruluşu sahəsində kənd yoxsulluq komitələrinin
124
vəzifələrini aşağıdakı kimi müəyyən edirdi:
–
torpaq şöbələri və Xalq Torpaq Komissarlığının qərarlarına
müvafiq olaraq kəndli təsərrüfatlarının, kənd təsərrüfatı artellərinin və
torpaqdanistifadənin digər yoldaşlıq formalarının təşkil olunmasına
yardım göstərmək;
–
sosialist yerquruluşunun və yerquruluşçularına həvalə edilmiş
tapşırıqların həyata keçirilməsi üzrə kənd əhalisinin üzərinə düşən natural
mükəlləfiyyətin gerçəkləşdirilməsini yerinə yetirmək;
–
respublikanın kənd əhalisi tərəfindən yerquruluşu və torpaqdan
istifadə məsələləri üzrə qanunçuluğa və sərəncamlara tam riayət
olunmasına nəzarət etmək;
–
aidiyyəti təşkilatlara torpaq sahələrinin uçota alınmasında yardım
göstərmək.
Kənd Yoxsulluq Komitələrinin köməkliyi ilə şəxsi mülkiyyətçilərdən
onların torpağa, meşələrə və yerin təkinə olan hüquqlarını təsbit edən
planlar və sərhəd sənədləri alınırdı. Əllərində plan və sərhəd sənədləri
saxlayan keçmiş mülkiyyətçilər onları dərhal Xalq Torpaq
Komissarlığının torpaq şöbəsinə verməyə borclu idi. Eləcə də girovqoyma
və yaxud digər hallarda torpağa şəxsi mülkiyyət sənədləri və planları olan
müəssisə və şəxslər də onları Xalq Torpaq Komissarlığına təqdim etməli
idilər. Dekretin şəxsi mülkiyyətçilərdən plan və sərhəd sənədlərinin
götürülməsinə dair tələblərini yerinə yetirməyən şəxslər onlara məxsus
olmayan əmlakın mənimsənilməsinə görə məsuliyyətə cəlb olunurdular.
Şəxsi mülkiyyətdə olan torpaqların müsadirə edilməsi və onların
bərabərləşdirici əsasda bölüşdürülməsi üzrə işlər çox vaxt qeyri-peşəkar
səviyyədə aparılırdı. Bu halın səbəbi mürəkkəb sosial-siyasi şərait, dürüst
hüquqi-normativ bazanın olmamağı idi. Torpaqdan istifadə edilməsində
mövcud olan xeyli miqdarda nöqsan və çatışmazlıqlar nəinki yuxarıda
göstərilən səbəblərlə, həm də geodezik alətlərin, yerölçən kadrların
çatışmazlığı və sonuncuların peşəkarlığının aşağı səviyyədə olması ilə
şərtlənirdi.
Torpaq haqqında dekretin həyata keçirilməsi məqsədilə Azərbaycan
İnqilab Komitəsi Xalq Torpaq Komissarlığı ilə birlikdə 30 sentyabr 1920-
ci ildə yerölçən-texniklərin uçotu və səfərbərliyə alınması barədə dekret
qəbul etdilər. Bu dekretdə geodeziyaçılara, yerölçənlərə və hərbi
topoqraflara, yerölçən köməkçisi vəzifələri tutan yerölçmə işi
praktikantlarına, xəritə çəkənlərə və yerölçmə cizgiçilərinə cinsinə fərq
Dostları ilə paylaş: |