Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   34   35   36   37   38   39   40   41   ...   72

 
113
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə  və torpaq 
vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec 
olmayaraq hesablamaları vergi orqanına verirlər.  
Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq 
vergisi hesablanılır və  tədiyyə bildirişləri avqustun l-dən gec olmayaraq 
onlara çatdırılır.  
Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində  və ya 
istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün 
ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə 
mütənasib surətdə hesablanır.  
Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr 
tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın  əvvəlki 
sahibi tərəfindən ödənilmədiyi halda, vergi bu maddə ilə müəyyən edilmiş 
ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.  
Müəssisələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin vergisi 
isə yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir. 
Kənd təsərrüfatı məhsulları istehsalçıları üçün son illər əlverişli vergi 
mühiti yaradılması üzrə bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. 
‘‘Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin 
verilməsi haqqında’’ Azərbaycan Respublikasının Qanununa əsasən onlar 
1 yanvar 2001-ci ildən 3 il müddətinə  əmlak və digər vergilərdən azad 
edilmişlər və yalnız torpaq vergisi ödəyirdilər. Həmin qanunun müddəti 
Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2003-cü il tarixli 
fərmanına  əsasən 5 ilədək uzadılmışdır. Bundan başqa, kənd təsərrüfatı 
istehsalı ilə  məşğul olan müəyyən kateqoriyadan olan şəxslərə torpaq 
vergisi üzrə də güzəştlər edilir. 
Azərbaycan Respublikasında fiziki şəxslər  əmlak vergisini ödə-
yərkən, onlara məxsus tikililərin inventarlaşdırılmış  dəyərindən vergini 
hesablayır. Həmin tikililərin altındakı torpaq sahələrinə görə isə ayrıca 
torpaq vergisi ödəyirlər. Burada onu da qeyd etmək lazımdır ki, binaların 
və tikililərin inventarlaşdırılmış dəyəri, torpaqların coğrafi yerləşməsi və 
keyfiyyət qruplarına görə şərti bonitet balları əsasında müəyyənləşdirilən 
qiymətləri, bir çox hallarda, həmin tikililərin və torpaqların real bazar 
qiymətlərini əks etdirmir. Bunun nəticəsində də hər il dövlət və bələdiyyə 
büdcələri xeyli miqdarda vəsait itirirlər. 
Səmərəli vergi sisteminin qurulması  əhəmiyyətli dərəcədə torpaq 


 
114 
vergisinin düzgün təşkilindən, bu isə, öz növbəsində torpaq sahələrinin 
dəyərinin düzgün müəyyən edilməsindən, yaxud qiymətləndirilməsindən 
asılıdır. Torpağın bir neçə  səviyyədə düzgün qiymətləndirilməsi mühüm 
əhəmiyyət kəsb edir. İlk növbədə düzgün qiymətləndirmə torpaq vergisi 
üzrə büdcəyə daxilolmaların həcminə  təsir göstərir.  İkincisi, torpağın 
düzgün qiyməti torpaqla bağlı bazar əməliyyatlarının (alqı-satqı, girov, 
özəlləşdirmə və s.) düzgün aparılmasına təsir edir. Üçüncüsü isə torpağın 
qiymətinin düzgün müəyyən edilməsi torpaqdan istifadə üzrə qərarlara və 
torpaqdan səmərəli istifadəyə əhəmiyyətli təsir göstərir. 
Torpağın qiymətləndirilməsinin ümumi müddəaları Azərbaycan 
Respublikasının Torpaq Məcəlləsinin 94-cü maddəsi (Torpağın qiy-
mətləndirilməsi) ilə müəyyənləşdirilmişdir. 
Torpaq alınıb satıldıqda, girov qoyulduqda, irsən verildikdə, onun 
barəsində digər  əqdlər bağlandıqda torpağın qiyməti bazar qiyməti ilə, 
lakin normativ qiymətdən az olmamaq şərti ilə müəyyən edilir. 
Torpağın qiymətləndirilməsinin səmərəli sisteminin təşkilindən onun 
nəticələri bilavasitə asılıdır. Bu məqsədə nail olmaq üçün qiymətləndirmə 
sisteminə bir sıra tələblər irəli sürülür. İlk növbədə qiymətləndirmə 
sistemi lazımi səviyyədə planlaşdırılmalı  və  tənzimlənməlidir. 
Qiymətləndirmənin ən müasir və uyğun metodları seçilib tətbiq edilməli, 
səmərəli qiymətləndirmə siyasəti hazırlanmalı, bazarın vəziyyəti daimi 
izlənilməli və qiymətləndirmənin dəqiq aparılmasına şərait yaradılmalıdır. 
Təhlil göstərir ki, Azərbaycan Respublikasında torpaq vergisi üzrə 
büdcəyə daxilolmalar ildən-ilə artır. Belə ki, 1996-2005-ci ildə 
daxilolmaların məbləği 11 dəfədən çox artmışdır. Onu da qeyd edək ki, 
həmin dövr ərzində torpaq vergisi üzrə daxilolmaların artım tempi ümumi 
vergi daxilolmalarını  əhəmiyyətli dərəcədə qabaqlamışdır. Bunun 
nəticəsində torpaq vergisinin vergi daxilolmalarında xüsusi çəkisi 4-5 dəfə 
artmışdır. 2005-ci ildə torpaq vergisinin xüsusi çəkisi ümumi vergi 
daxilolmalarında 0,9 % təşkil etmişdir, halbuki, 1996-cı ildə bu göstərici 
0,2 %-ə bərabər idi. 
Vergitutma məqsədləri üçün qiymətləndirmə  işinin müasir vəziy-
yətinin öyrənilməsi, torpağın qiymətləndirilməsinin mövcud təcrübəsi 
göstərir ki, Azərbaycan Respublikasında torpaqların qiy-
mətləndirilməsinin daha yaxşı təşkili və təkmilləşdirilməsi üçün çevik və 
səmərəli qiymətləndirmə sistemi fəaliyyət göstərməlidir. 


 
115
3.11. İslamda torpaq münasibətləri və onları tənzimləyən şəriət 
hökmləri 
 
İslamda ictimai münasibətləri, o cümlədən torpaq münasibətlərini 
tənzimləyən ən ali istinad mənbəyi-Allah-təalanın bəşəriyyət üçün hidayət 
çırağı olaraq göndərdiyi Qurani-Kərimdir.  
Allah-təala bəşər övladını torpaqdan yaratdığını deyir. Belə ki, 
Qurani-Kərimin Taha surəsinin 55-ci ayəsində oxuyuruq. “Sizi (ulu 
babanız Adəmi) də ondan (o torpaqdan) yaratdıq. Sizi (öləndən sonra) ora 
qaytaracaq və (qiyamət günü) bir daha oradan (dirildib) çıxardacağıq”. Və 
ya Ali-İmran (İmran ailəsi) surəsinin 59-cu ayəsində oxuyuruq: ‘‘Allah 
yanında İsa da (İsanın atasız dünyaya gəlişi də) Adəm kimidir. Allah onu 
(Adəmi) torpaqdan yaratdı. Sonra ona ‘‘Bəşər ol!-dedi, o da oldu’’. 
Yaxud da Əl-Muminun surəsinin 12-ci ayəsində buyrulur: ‘‘Biz, 
həqiqətən, insanı  tərtəmiz (süzülmüş) palçıqdan yaratdıq. (Biz Adəmi 
torpaqdan, Adəm övladını isə süzülmüş xalis palçıqdan nüftədən xəlq 
etdik)’’.  
Xəmiri torpaqdan yoğrulmuş insanın torpağı qorumaq, ona qayğı ilə 
yanaşması,  ən müqəddəs varlıq kimi ona səcdə etməsi bəşər övladının 
Allah-təala qarşısındakı ən böyük borcudur, müqəddəs vəzifəsidir.  
Qurani-Kərimin bir çox surələrində, Məhəmməd Peyğəmbərin 
kəlamlarında torpağın becərilməsi və bir ağacın əkilməsi sadağa və ehsan 
hesab edilir, ölü və xam torpağı dirildən adamın öz əməyinin haqqını 
alacağı bildirilir.  
Əl-Bəqərə (inək) surəsinin 267-ci ayəsində göstərilir: ‘‘Ey iman 
gətirənlər! Qazandığınız və Sizin üçün torpaqdan yetişdirdiyimiz şeylərin 
(ən pak, halal və) yaxşılarından (Allah yolunda) sərf edin’’. Bu surədə 
torpaq ən pak, halal nemətlərin mənbəyi kimi təqdim edilir.  
Həmin surənin 264-cü ayəsində  bəşər övladını düz yola qaytarmaq 
məqsədilə, malı ilə özünü xalqa göstərmək istəyən insanların halı belə 
izah olunur: “…üzərində bir az torpaq olan qayaya bənzər ki, şiddətli bir 
yağış o torpağı (yuyub) aparar və qayanı  çılpaq bir daş halına salar…”. 
Əməlisaleh insanlar isə həmin surənin 265-ci ayəsində “…təpənin üstündə 
olan bir bağa bənzərlər ki, ora düşən bol yağış onun meyvələrini ikiqat 
artırar.  Əgər bol yağış yağmasa, az bir şəbnəm (şeh də ona kifayət 
edər)…” və ya buradaca, 266-cı ayədə yazılır: “…içində xurma ağacları, 
üzümlüklər, (ağaclar) altından arxlar axan və cürbəcür meyvələr olan bir 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə