Microsoft Word yerqurulushunun elmi esaslari doc



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/72
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10589
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

 
143
problemin qarşısını qabaqcadan almaqdan ibarətdir.  
Müstəqilliyin ilk illərində (1992-1993) hökumətin islahatlara 
yanaşması zamanı praktiki olaraq respublikada kənd təsərrüfatı üzrə 
siyasətin hazırlanmasında və problemlərin həllində insani dəyərlər nəzərə 
alınmır və ya onlara istinad passivliklə xarakterizə edilirdi. Burada 
problemin həllinə yanaşma “necə olursa olsun hakimiyyəti saxlamaq” 
prinsipləri ilə müəyyən olunurdu. İdarəetmə sisteminin nümayəndələri 
özlərinin əsas vəzifələrini hakimiyyətlərini saxlamaqda görürdülər.  
Belə yanaşma  şəraitində uzunmüddətli qərarların  əhəmiyyəti lazımi 
qədər qiymətləndirilmir, diqqət  əsasən qısamüddətli, cari tələbatlar 
üzərində cəmləşdirilirdi. Bu cür yanaşma strategiyasının tətbiqinin nəticə-
lərini heç kim əsaslı surətdə təhlil və müzakirə etmirdi. Buna görə də artıq 
həll olunmuş görünən problemlər yenidən və daha təhlükəli formada 
meydana çıxırdı. 
 Bu  dövrdə  zəif icra hakimiyyəti, mühafizəkar təsərrüfat rəhbərləri, 
ölkədəki qeyri-sabit siyasət, hökumətin  əsaslandırılmış sosial-iqtisadi 
siyasətinin olmamağı, inzibati-amirlik sistemi üçün xarakterik olan 
idarəetmə strukturlarının mövcudluğu, fiziki infrastruktura və  səriştəsiz 
qərarqəbuletmə aparatı Azərbaycanda kənd təsərrüfatını durğunluğa və 
tənəzzülə  gətirib çıxartmışdı. Bütövlükdə, hökumətin inzibati-amirlik 
iqtisadiyyatından azad bazar iqtisadiyyatına keçidi üçün elmi cəhətdən 
əsaslandırılmış proqramı yox idi. Buna görə də o dövrdə islahata cəhdlər 
bazar iqtisadiyyatının yaranmasına və iqtisadi artımın bərpa olunmasına 
köməklik etmirdi.  
 Ölkə iqtisadiyyatında dövlət sifariş sistemi fəaliyyət göstərirdi. 
Məlumdur ki, dövlət sifariş sistemi kənd təsərrüfatı əmtəələrinin dövlətə 
dünya bazar qiymətlərindən ucuz satılmasını  tələb edirdi. Eyni zamanda 
aqrar bölmədə əsas istehsal resurslarının qiymətlərinin liberallaşdırılması 
(sərbəstləşdirilməsi) həyata keçirilirdi. Bütün bu qərarlar kənd təsərrüfatı 
sahəsində ‘‘istehsal xərcləri-qiymət’’ göstəricisinə xeyli təsir göstərirdi. 
Belə bir şəraitdə dövlət  əvvəllər kənd təsərrüfatına böyük köməklik 
göstərən subsidiyaların  əsas hissəsini ləğv edir, eyni zamanda kənd 
təsərrüfatı məhsullarının daxili qiymətlərinin dünya bazar qiymətlərindən 
aşağı düşməsinə  şərait yaradır və bununla da ölkənin aqroərzaq 
kompleksini çıxılmaz vəziyyətə salırdı. Nəticədə ölkədə  işsizlər ordusu 
yaranır, kasıbçılıq artır,  əhalinin  ərzaq məhsulları ilə  təmin edilməsində 
ölkə getdikcə daha çox çətinliklərlə qarşılaşırdı.  


 
144 
Müstəqilliyin ilk illərində Azərbaycanda kənd təsərrüfatı istehsalının 
böhranını şərtləndirən səbəbləri aşağıdakı kimi sistemləşdirmək olar.  
İlk növbədə siyasi, hüquqi və iqtisadi sahədə  fəaliyyət göstərən 
cəmiyyət qruplarının aşağı peşəkarlıq və  səriştəsizlik səviyyəsini 
göstərmək lazımdır. Bu böhran əhalinin sosial, siyasi baxışlarına, iqtisadi 
durumlarına, həmçinin formalaşmış dünyagörüşlərinə görə təbəqələşməsi 
zəminində daha da dərinləşirdi. Bu dövrdə böyük həyat və  əmək təcrü-
bəsinə malik olan səriştəli mütəxəssislər keçmiş ideoloji mənsubiy-
yətlərinə görə idarəcilikdən uzaqlaşdırılırdılar. Başqa sözlə desək, 
kommunist bolşevikləri tərəfindən sosialist inqilabından sonra yazılan 
tarix təkrar olunurdu.  
İslahatlar başlanan zaman hüquq sahəsində olan kortəbiilik  əsas 
mənfi amilə çevrilmişdi. Qanunvericilik və normativ aktlar, fərmanlar 
əsaslandırılmamış prinsiplərlə  qəbul edilir və bu sənədlər “özfəaliyyət 
dərnəyinin zay məhsulu” təəssüratı bağışlayırdı.  İslahatçılıq ideyaları 
dövlətin inkişaf mərhələsinin xüsusiyyətlərini nəzərə almırdı. Guya bazar 
iqtisadiyyatı istiqamətində  fəaliyyət göstərən bu hökumətdə dövlət 
nəzarətinin zəiflədilməsi və  şəxsi təşəbbüslərin stimullaşdırılması 
istiqamətində heç bir hüquqi tədbirlər həyata keçirilmirdi.  
Qanunvericilikdə bir çox hallarda qanunauyğunluğa riayət edilmirdi. 
Qanunvericilik fəaliyyəti hüquqi aktların yaradılmasında tələsikliklərlə, 
onların məzmunlarının tez-tez dəyişdirilməsi, ciddi qanunçuluq sənəd-
lərinin hazırlanmasına səthi münasibətlərlə xarakterizə olunurdu. Qanun-
çuluqdakı xaos dövlət hakimiyyətinin qətiyyətsizliyinin, siyasətdəki 
qeyri-sabitliyin iqtisadi sahədə uyğunsuzluqlarının, mövcud idarəçilik 
formasının cəmiyyət tərəfindən dərk edilməməyinin ifadəsi idi.  
 Bu  illərdə Azərbaycanda torpaq məsələsi vətəndaşlar və hüquqi 
şəxslər tərəfindən qanunçuluğun  şüurlu surətdə pozulması, qanun-
vericiliyə zidd olan hüquqi aktların qəbulu ilə müşahidə olunurdu. 
Azərbaycan xalqının tələbi ilə Heydər  Əlirza oğlu  Əliyevin 
hakimiyyətə  gəlişindən sonrakı dövrdə respublikada islahatın layihə-
ləndirilməsinə yanaşmanın bir sıra aspektlərini nəzərdən keçirək.  
1994-cü ilin sonunda nisbətən sabit siyasi vəziyyətin yaranması 
hökumətə  kənd təsərrüfatı sahəsində islahat üzərində diqqətini cəm-
ləşdirməyə imkan verdi.  
Prezident H.Ə.  Əliyevin rəhbərliyi altında hazırlanmış müstəqil 
Azərbaycanın aqrar siyasəti onun gələcək inkişafına və dünya iqtisadi 


 
145
sisteminə inteqrasiyasına, xarici bazarlara geniş çeşiddə  və yüksək 
keyfiyyətli məhsulların çıxarılmasına imkan verən rəqabət qabiliyyətli 
iqtisadi sahələrin inkişaf etdirilməsinə yönəldilmişdi. Eyni zamanda ölkə 
iqtisadiyyatının bütün səviyyəsində balanslaşdırılmış inkişafa nail olmaq, 
aqrar sahənin bazar münasibətləri prinsipləri  əsasında qurulması, kənd 
təsərrüfatında xüsusi mülkiyyətə  əsaslanan iqtisadiyyatın formalaşdırıl-
ması ali məqsəd kimi qarşıya qoyulmuşdu.  
Aqrar bölmədə istehsal münasibətlərinin islahatı ilk növbələ torpaq 
münasibətlərinin radikal islahatını nəzərdə tutur.  
Azərbaycan Respublikası Prezidentinin 2 mart 1995-ci il tarixli 
fərmanı ilə sovxoz, kolxoz və digər kənd təsərrüfatı müəssisələrinin 
islahatını  həyata keçirmək məqsədilə Aqrar İslahat üzrə Dövlət 
Komissiyası yaradılmışdı. Bu komissiya tərəfindən aqrar islahat üzrə 
dövlət proqramı, təlimatlar, tövsiyələr, qanunların tətbiqi üçün zəruri olan 
digər sənədlər, dövlət mülkiyyətində saxlanılan obyektlərin siyahısı 
hazırlanmışdı.  
12 noyabr 1995-ci ildə ümumxalq referendumu ilə  qəbul edilmiş 
Azərbaycan Respublikasının Konstitusiyası torpaq üzərində dövlət inhi-
sarını  ləğv etməklə ölkədə dolğun torpaq islahatı keçirilməsi prosesinin 
başlanğıcını qoydu.  
Müstəqil dövlətin yeni Konstitusiyası  (Əsas Qanunu) qəbul edildik-
dən sonra Azərbaycan Respublikasının iqtisadiyyatında və aqrar-sənaye 
kompleksində köklü dəyişikliklər baş verməyə başladı. Respublikada 
aqrar islahatların aparılması  əvvəlcədən normativ-hüquqi bazanın – 
“Aqrar islahatın  əsasları haqqında”, “Sovxoz və kolxozların islahatı 
haqqında”, “Torpaq islahatı haqqında” qanunların yaradılması ilə baş-
landı. Bu qanunçuluq sənədləri əsasında Azərbaycan kəndinin problemləri 
müvəffəqiyyətlə  həll edilirdi. Bu dəyişikliklər kənd təsərrüfatı müəssi-
sələrinin təşkilati-hüquqi və  təşkilati-ərazi formalarını, torpaq üzərində 
mülkiyyət formalarını  və torpaq münasibətlərini  əhəmiyyətli dərəcədə 
dəyişdirdi.  
16 iyul 1996-cı ildə Azərbaycan Respublikasının “Torpaq islahatı 
haqqında” qanunu qəbul edildi. Torpaq-su resurslarının məhdudluğu, bir 
çox təbii-iqtisadi zonalarda əmək resurslarının artıqlığı, ölkə  ərazisinin 
özünəməxsus landşaft xüsusiyyətləri və respublika aqrar-sənaye 
kompleksinin inkişafının özünəməxsusluğu dövlətin torpaq siyasətinin 
məqsəd və məzmununu müəyyən etdi. İqtisadi azadlıq və sosial ədalətlilik 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə