95
mülkiyyətinə verilməsi barədə öz təkliflərini baxılmaq üçün I Dövlət
Dumasının müzakirəsinə vermişdi. Lakin Duma buraxıldığından icma
kəndli torpaq sahibliyindən xüsusi torpaq sahibliyinə keçmək haqqında
qanun 1906-cı il noyabrın 9-da Dövlət Dumasında müzakirə olunmadan
elan edildi. Həmin qanuna əsasən, icma torpaqlarına sahib olan hər bir
kəndliyə icma torpağından ona düşən payı xüsusi mülkiyyət kimi almaq
hüququ verilirdi. 24 il ərzində torpaqların yenidən dövraşırı bölünmədiyi
kəndli icmalarında kəndlilər bu vaxta qədər istifadə etdikləri torpaq
sahələrinin mülkiyyətçisi ola bilərdi. Fərman mülkiyyətçi kəndlilərə
köhnə yerdə yaşamaqda davam etmək və ya onlara mülkiyyət kimi
ayrılmış torpaq sahəsinə keçmək hüququ verirdi. Birinci halda onlar
oturaq kəndlilər, ikinci halda isə xutor sahibləri adlanırdı.
Aqrar islahat həm zadəganları, həm də burjuaziyanı tamamilə təmin
edirdi. Onlar əsas kəndli kütləsini yenidən qarət etmək platformasında
birləşdilər. Çünki, Stolıpin islahatı kəndlilərə bir qarış da olsun mülkədar
torpağı vermirdi. Hökumət bir şeyə ümid edirdi ki, kəndlilərin xeyli
hissəsi və ən əvvəl yoxsullar qəti surətdə var-yoxdan çıxacaq və öz
torpaqlarını qolçomaqlara satacaqlar. Beləliklə də, qolçomaqlar torpağı
alaraq, xüsusi torpaq sahiblərinə çevriləcək, mülkədarların labüd müt-
təfiqləri olacaq və inqilabi kəndli hərəkatına qarşı bir növ səddə çevri-
ləcəkdir. Hökumət qolçomaqlara açıq surətdə belə bir çağırışla müraciət
etdi: “Var1anın, icmanı qarət edin, xüsusi mülkiyyəti möhkəmləndirin”.
14 iyun 1910-cu ildə II Nikolay Dumanın və Dövlət Şurasının qəbul
etdiyi “Kəndli torpaq sahibliyinə dair” qanun layihəsini təsdiq etdi. Yeni
aqrar qanun 1906-cı il 9 noyabr tarixli fərmanın prinsiplərini bərqərar edir
və icma torpaq sahibliyinin ləğv edilməsi üçün daha böyük imkanlar
yaradırdı. 1910-cu il qanunu ilə artıq məcburi qaydada bütün icmaçı
kəndlilər, əgər onların yaşadığı icmalarda ödəncə keçildiyi vaxtdan icma
torpağı yenidən dövraşırı bölünməyibsə, xüsusi mülkiyyətçilər
vəziyyətinə keçirilirdilər. 19 may 1911-ci il tarixli qanuna görə kəndlilərin
icmadan çıxması üçün kəndli yığıncağının razılığını almaq işi də xeyli
asanlaşırdı.
Kəndlilər çar aqrar qanununa qarşı qətiyyətlə mübarizə aparırdılar.
Onlar öz nümayəndələrini yerquruluşu komissiyalarina göndərməkdən
imtina edir, kəndlilərin icmadan ayrılması üçün cəmiyyətin razılığını
vermir, torpağın öz xüsusi mülkiyyətinə keçirilməsi barədə ərizə verən
kəndliləri təqib edir və onları öz ərazilərindən imtina etməyə məcbur edir,
96
xutor1ara və ortabablara ayrılan qolçomaq kəndlilərlə mübarizə apa-
rırdılar.
Stolıpin aqrar qanunvericiliyinə qarşı yönəldilmiş belə açıq-aşkar
kəndli “hökumətləri” çox idi. Kəndlilər Stolıpinin yerquruluşuna dair
işlərini bəyənmirdilər və qətiyyətlə rədd edirdilər. Stolıpinin aqrar siyasəti
bütövlükdə hökumətin və mülkədarların gözlədikləri nəticələri vermədi.
Qolçomaqlığın bir qədər artması, mülkədar təsərrüfatında burjua
münasibətlərinin güclənməsi, bazarın və onunla əlaqədar olaraq kənd
təsərrüfatının genişlənməsi bütövlükdə ölkənin iqtisadi inkişafının əsas
ziddiyyətini-inkişaf edən kapitalizmlə saxlanmaqda olan feodalizm
qalıqları arasında ziddiyyəti aradan qaldıra bilmədi.
Mülkədarlarla kəndlilər arasında torpaq uğrunda mübarizə Stolıpinin
aqrar siyasəti nəticəsində nəinki zəifləmədi, əksinə daha da gücləndi.
Rusiyada mülkədarın siyasi hökmranlığı və kənd təsərrüfatında həlledici
iqtisadi mövqelərin onların əlində saxlanması ictimai inkişafın əsas
tələbləri ilə bir araya sığmırdı. Sinfi mübarizənin güclənməsi göstərdi ki,
Stolıpin öz vəzifələrini yerinə yetirmədi. Çünki, 1910-cu ildən 1914-cü
ilədək bütün Rusiyanı kəndli çıxışları bürümüşdü. Mülkədar torpaq
sahibliyinin tərəfdarı olan partiyalar (eserlər) öz liderlərindən məyus
oldular. “Yuxarı təbəqələrdə” Stolıpini dəyişdirmək haqqında danışmağa
başladılar.
I Dünya müharibəsi illərində də kəndli-torpaq məsələsi həmişə
gündəlikdə olmuş Rusiyanın aqrar quruluşunun doğurduğu bütün sinfi
ziddiyyətlər davam etmişdir. Bununla birlikdə Stolıpinçiliklə əlaqədar
olaraq kəndlilər arasında artan ictimai təbəqələşmə yoxsullarla
qolçomaqlar arasında toqquşmanı labüd edirdi.
3.9. Azərbaycan Demokratik Respublikasında (1918-1920-ci
illərdə) torpaq münasibətləri
XIX əsrin əvvəllərindən Rusiya imperiyasının tərkibinə qatılmış
Şimali Azərbaycan 1918-ci il mayın 28-də öz müstəqilliyini elan edərək
Şərqdə ilk demokratik respublikanı yaratdı. ADR-in yaranmasının bir sıra
siyasi və hüquqi əsasları mövcud olmuşdur. Xalqın milli mənlik şüurunun
artması, müstəmləkə əsarətindən qurtulmaq, öz milli dövlətini yaratmaq,
demokratik respublika idarəçilik formasına üstünlük vermək, az vaxt
ərzində dövlət mexanizmini, qanunvericilik, idarəetmə və hüquq
97
institutlarını təşkil etmək Azərbaycan xalqının XX əsrin əvvəllərində əldə
etdiyi ən böyük nailiyyəti idi.
Azərbaycan Cümhuriyyəti hökuməti son dərəcə mürəkkəb bir dövrdə
bəzi vacib tədbirləri həyata keçirdi. İlk növbədə daxili asayişi bərpa edə
bildi, yerli idarəetmə orqanlarının fəaliyyəti üçün şərait təmin edildi. Qısa
zaman kəsiyində dağılmış təsərrüfat bərpa edildi, poçt, rabitə, maliyyə
işləri sahmana salındı. Əhalinin yoxsul təbəqəsinə, işsizlərə, eləcə də
erməni-daşnak zülmündən qurtulan insanlara yardım edildi.
ADR-in ərazisi təxminən 114 min kv. km olmuşdur. Respublikanın
ərazisi-inzibati quruluşunda əvvəlki kimi çar Rusiyası dövründə mövcud
olmuş ərazi vahidləri qalmaqda davam edirdi-quberniya, qəza, dairə və
nahiyə bölgüsü saxlanılmışdı. Bakı, Gəncə və İrəvan quberniyaları,
Zaqatala dairəsi ən iri inzibati vahidlər idi.
1919-cu ilin əvvəllərinə qədər Dərbənd şəhəri və onun ətraf rayonları
Azərbaycan hökumətinin qərar və sərəncamları ilə işləyirdi. Azərbaycanın
ayrılmaz tərkib hissəsi olmuş Dərbənd əyaləti Denikinin qoşunları
tərəfindən işğal edildi. Azərbaycan hökuməti işğal barədə Paris Sülh
Konfransına məlumat göndərmiş və zəbt edilmiş ərazinin geri
qaytarılması barədə tədbirlər görülməsini tələb etmişdi.
Cənub-Qərbi Azərbaycan qubernatorluğunun ərazisi keçmiş çar
inzibati ərazi bölgüsünə əsasən İrəvan quberniyasına daxil edilmişdi.
1918-ci il noyabrın sonlarında müvəqqəti müstəqilliyini elan etmiş Araz
Respublikası (paytaxtı Kəmərli, sonra isə Naxçıvan) yaradıldı. Onun
ərazisinə Cənub-Qərbi Azərbaycanın müsəlmanlar yaşayan Naxçıvan,
Şərur, Dərələyəz, Sərdarabad, Vedibasar, Mehri, Kəmərli və s. bölgələri
daxil edilmişdi. 1918-ci ilin dekabrında daha bir yeni Respublika-Cənub-
Qərbi Qafqaz Demokratik Respublikası (paytaxtı Qars şəhəri idi)
yaradıldıqdan sonra Araz Respublikası yeni qurumun tərkibinə daxil olur.
Azərbaycan hökuməti Cənub-Qərbi Azərbaycan əhalisinin idarəsinə
uyğun olaraq, bu ərazilərin özünün ayrılmaz tərkib hissəsi olduğunu
bildirdi.
ADR-in ərazi bütövlüyü üçün digər təhlükə Cənub-Şərqi Azərbaycan
ərazisində rusların və erməni daşnaklarının əli ilə yaradılmış və Muğanda
sovet hakimiyyətini qurmağa çalışan oyuncaq qurumun yaradılması oldu.
1919-cu il mayın 15-də Lənkəranda kəndli deputatları Sovetinin qurultayı
Sovet hakimiyyətini elan etdi. Lakin 1919-cu il iyulun 16-da Azərbaycan
hökuməti ərazi bütövlüyünü bərpa edərək yerli idarəetmə orqanlarının
Dostları ilə paylaş: |