Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə107/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   103   104   105   106   107   108   109   110   ...   116

 
425
alimləri  müəyyən  etmişlər  ki,  orqanizmin  radioaktiv  çökün-
tülərdən  olan  stronsi-90  ilə  zəhərlənməsində  çay  ən  yaxşı  əks 
təsir götərir. 
Belə  ki,  Xirosima  şəhərində  atom  bombası  nəticəsində 
yaranan  fəlakətlər  zamanı  yüksək  şüalanmaya  düçar  olan 
xəstələrdən çaya meylini salanlar arasında ölüm hadisəsi çox az 
müşahidə  edilmişdir.  Çayın  orqanizmə  bu  cür  təsiri  ekspe-
riment yolla da təsdiq edilmişdir. 
Çay  qidanın  həzminə,  qan  damarları  və  sinir  sisteminə 
müsbət  təsir  edir,  qantəzyiqini  nizamlayır.  Çay  dişlərin  xarab 
olmasının  qarşısını  alır.  Çayın  çox  miqdarda,  lakin  şəkərsiz 
içilməsi məsləhətdir, çünki şəkər dişlərin xarab olmasına səbəb 
olur. Hazırda çay katexinlərindən hazırlanan preparatlardan bir 
çox xəstəliklərin müalicəsində istifadə olunur. 
Çində,  Orta  Asiyada  əhali  daha  çox  yaşıl  məxməri  çay 
içir.  Bu  çay  qara  məxməri  çaydan  fərqli  olaraq  fermentləş-
dirilməmiş çay yarpaqlarından hazırlanır. Yaşıl çayın ətri azdır, 
lakin fizioloji cəhətdən daha fəaldır.  
lin  isti  vaxtlarında  yaşıl  çayın  içilməsi  susuzluğu  daha 
tez  yatırdığı üçün qəbul  edilən mayenin miqdarı  kəskin azalır. 
Yaşıl  çay  dəmləmək  üçün  1  litr  qaynanmış  suya  1,5  q  quru 
yaşıl  çay  götürülür.  Yaşıl  çaya  A,  C  və  B  qrupu  vitaminləri 
ə
lavə  etdikdə  orqanizmin  istiliyini  nizamlayır  və  iş  qabiliyyə-
tini artırır. 
Eksperimentlər zamanı müəyyən edilmişdir ki, digər dər-
manlarla  kompleks  şəkildə  istifadə  olunan  yaşıl  çay  qanın  və 
qaraciyərdə  protrombinin  əmələ  gəlməsini  sürətləndirir,  oksid-
ləşmə-bərpaedici  prosesləri  yaxşılaşdırır,  orqanizmdə  su-duz 
mübadiləsini nizamlayır, ürək əzələlərini tonuslandırır, qan da-
marlarının  divarlarının  keçiriciliyini  və  elastikliyini  artırır. 
Bununla  belə,  yaşıl  çay  ilk  mərhələdə  qantəzyiqini  aşağı  salır, 
qanda xolesterinin miqdarını azaldır və aterosklerozda xəstənin 
ə
hvalını yaxşılaşdırır.  
 
426
Yaşıl çay revmatizm və xroniki hepatit xəstəliklərində də 
faydalıdır.  Digər  dərmanlarla  kompleks  şəkildə  yaşıl  çaydan 
istifadə  etdikdə,  o  öz  sərbəst  əhəmiyyətini  saxlayır.  Məsləhət 
görülür ki, gündə üç dəfə 60-80 ml tünd yaşıl çay dəmi içilsin. 
Belə çayı hazırlamaq üçün 1 çay qaşığı quru yaşıl çay ½ stəkan 
qaynanmış suda 10 dəq dəmlənir və süzülüb içilir. 
Yaşıl çayın güclü antimikrob xassəsi də vardır. Ona görə 
də  yaşıl  çay  həlimindən  dizenteriyada  istifadə  etmək  məs-
ləhətdir.  Bu  məqsədlə  100  q  quru  yaşıl  çay  2  litr  suda  30  dəq 
saxlanılır, 1 saat fasiləsiz qarışdırmaqla qaynadılır, 2-3 qat cu-
nadan süzülür. Alınmış cecəyə yenidən 1 litr su əlavə edilib, 90 
dəq  qaynadılır  və  süzülür.  Hər  iki  filtrat  (süzülmüş  çay  məh-
lulu)  qarışdırılır  və  şüşə  butulkalarda  sterilləşdirilir.  Alınmış 
yaşıl çay həlimini otaq temperaturunda 3 ay, soyuducuda 6 ay 
saxlamaq olar. Həmin çay həlimini gündə 4 dəfə yeməkdən 20-
30 dəq qabaq 1-2 xörək qaşığı (körpələrə çay qaşığı, 1 yaşdan 
yuxarı  uşaqlara  desert  qaşığı)  içirlər.  Kəskin  dizenteriyada 
müalicə 5-10 gün, xroniki halda isə 15-20 gün davam etməlidir. 
Çayın  istifadə  olunmayan  yarpaqları,  zoğları  və  digər  tullantı-
larından  çay  boyaları  alınır  və  yeyinti  sənayesində  istifadə 
olunur. 
 
Çay boyalarının alınması 
 
Qənnadı məmulatını sarı və narıncı rəngə boyamaq üçün 
flavonlardan,  flavonollardan,  auronlardan  və  kimyəvi  təbiətcə 
antosianlara yaxın birləşmələrdən istifadə olunur. Onları yerkö-
kündən, pomidordan, kurkumadan, saflordan, çay  tullantıların-
dan  və  s.  alırlar.  Bu  maddələr  suda,  spirtdə  və  onların  qarışı-
ğ
ında həll ola bilir. 
Çay boyalarını almaq üçün, kobudlaşmış çay  yarpağı və 
çayın  digər  tullantıları  xüsusi  emaldan  keçirilir.  Yaşıl,  sarı, 
qəhvəyi və qırmızı çay boyaları fərqlənir. 


 
427
Yaşıl  çay  boyası  almaq  üçün  fermentləşdirilməmiş  quru 
xammal  qaynar  suda  ekstraksiya  edilir.  Bu  boya  flavonlar  və 
karotinoidlərlə zəngindir. 
Qəhvəyi  çay  boyasını  almaq  üçün  əvvəlcədən  termiki 
emaldan keçirilmiş və ya fermentləşdirilmiş çay xammalı su ilə 
ekstraksiya  edilir.  Xammalın  fermentləşdirilməsindən  və  qız-
dırılmasından  sonra  ekstrakta  çoxlu  miqdarda  qəhvəyi  və  qır-
mızı  rəngli  piqmentlər  (tanin-katexin  kompleksinin  oksidləş-
məsi məhsulları) keçir. Ekstraktı qurutmaqla kofeinli və ya ko-
feinsiz qəhvəyi rəngli toz alınır. Yaşıl, sarı və qəhvəyi rənglər-
dən  süd  turşusunun  dəmir  duzu  əlavə  etməklə  qara  boya  əldə 
olunur.  
Qırmızı çay boyasını almaq üçün, qırmızı aşxana çuğun-
duru şirəsi, sarı çay rəngi ilə qarışdırılır. Müxtəlif nisbətdə sarı 
çay boyasından istifadə etməklə, müxtəlif intensivlikdə qırmızı 
boya  almaq  olur.  Enin  boyasından  fərqli  olaraq,  bu  boyalar 
marmelad,  pastila  kimi  məhsullarda  öz  rəngini  dəyişmir  və 
davamlıdır. 
 
Çayın dəmlənməsi qaydası 
 
Hər  bir  xalqın  çayın  dəmlənməsi  və  içilməsində  özünə-
məxsus  ənənəsi  vardır.  Lakin  bütün  hallarda  çayın  daha  dadlı 
və  ətirli  olması  suyun  keyfiyyətindən  çox  asılıdır.  Çay  dəm-
lənəcək suda mineral maddələr nisbətən az olmalıdır. Bulaq və 
dağ çaylarının suyunda çay daha yaxşı dəm alır. Xlorlaşdırılmış 
suda dəmlənmiş çayın dadı və ətri yaxşı olmur. Odur ki, şəhər 
yerində  su  kranından  axan  xlorlaşdırılmış  suyu  5-6  saat  ağzı 
açıq  qabda  saxlayıb  sonra  çay  dəmləmək  üçün  qaynatmaq 
lazımdır. 
Su qaynayan kimi çay dəmlənməlidir. Suyu uzun müddət 
qaynatmaq məsləhət deyil. Çünki bu zaman su qismən ionlaşır. 
Təkrar qaynadılmış sudan və bir neçə gün əvvəldən qaynadılıb 
 
428
soyudulmuş sudan çay dəmləmək üçün istifadə etmək məsləhət 
görülmür. 
Ə
tirli və dadlı çay hazırlamaq üçün bəzi qaydalara ciddi 
ə
məl olunmalıdır. Çayı dəmlədikdə əvvəlcə çaynik qaynayan su 
ilə iki dəfə  yaxalanır. Sonra 1 stəkan suya 2 çay  qaşığı hesabı 
ilə dəm çaynikinə quru çay töküb, üzərinə həcminin 1/3-i qədər 
qaynayan  su  əlavə  edilir.  Çaynik  5-8  dəqiqə  dəsmala  bükülüb 
isti halda saxlanıldıqdan sonra istifadə edilir.  
Stəkana onun həcminin  1/3 və  ya 1/4 hissəsi qədər dəm 
töküb üzərinə qaynanmış su əlavə edilir. Dəmlənmiş çayı qay-
natmaq,  yaxud  onu  uzun  müddət  isti  plitə  üstündə  saxlamaq 
olmaz.  Çay  az  miqdarda,  sərf  olunduqca  dəmlənməlidir.  Yük-
səkkeyfiyyətli Final və Məryəm markalı çayların dəmi qızılgül 
ə
tri,  yasəmən  ətri,  bal  ətri,  sitrus  meyvələrinin  ətrini  verir. 
Ə
tirləndirilmiş  çaylar  təbii  nanə,  berqamut  və  limon  ətrini 
verməlidir. 
Çay  dəmləndikdən  sonra  ən  uzağı  20-30  dəq  ərzində 
içilməlidir. Uzun müddət saxlanılmış çay dəminin ətri itir. Çay 
dəmi  20-30
o
C  temperaturdan  aşağı  istilikdə  öz  dadını  itirir. 
Məhz,  buna  görə  də  çayı  soyutmadan  isti-isti  içmək  lazımdır. 
Çay armudu stəkanda və ya kiçik fincanda aramla, udum-udum 
içilməlidir.  Susuzluğun  daha  tez  yatırdılması  və  yeyilən  yağlı 
qidanın  yaxşı  həzm  olunub  mənimsənilməsi  üçün  təzə  dəm-
lənmiş çayı şəkərsiz içmək məsləhət görülür. Orta yaşlı adamın 
gündə 5-6 stəkan,  yeniyetmələrin 2-3 stəkan, uşaqların isə 1-2 
stəkan  çay  içməsi  normal  sayılır.  Hər  bir  adam  gündə  azı  2  q 
quru çay istehlak etməlidir. 
 
Çay dəminin soyuduqdan sonra 
bulanıqlaşmasının mahiyyəti 
 
Çayın  rənginin  əmələ  gəlməsinə  və  intensivliyinə  onun 
tərkibindəki aşı maddələri, o cümlədən tanin, katexin, kofein və 
digər maddələr təsir göstərir. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə