Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə104/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   100   101   102   103   104   105   106   107   ...   116

 
413
TONUSQALDIRICI B TK LƏ
 
 
Bu  qrupa  daxil  edilən  bitkilər  insan  orqanizminə  tonus-
qaldırıcı  təsir  göstərir.  Bu  bitkilərin  meyvələrində  və  digər 
orqanlarında  daha  çox  toplanan  tonusqaldırıcı  maddələrdən, 
ə
sasən  tonusqaldırıcı  içkilər  hazırlanır.  Bu  içkilərdən  bütün 
dünya  ölkələrinin  əhalisi  istifadə  edir.  Belə  içkilər  stimullaş-
dırıcı xassələrinə görə həmin içkilərdən müvafiq olaraq pəhrizi 
qidalanmada  da  istifadə  olunur.  Əksər  hallarda  tonusqaldırıcı 
içkilər  müalicəvi  məqsədlə  müxtəlif  xəstəliklərin  kompleks 
müalicəsində  istifadə  olunur.  Bundan  əlavə,  tonusqaldırıcı  bit-
kilərin  meyvəsindən  və  ya  yarpağından  xüsusi  preparatlar  ha-
zırlanıb,  müəyyən  istiqamətdə  dərman  vasitəsi  kimi  də  ap-
teklərdə  satılır.  Çayın,  qəhvənin,  kakaonun  və  kolanın  tərki-
bindəki  təsiredici  kofein  qrupuna  aid  olan  alkaloidlərdən  tibbi 
preparatlar hazırlanıb tibbdə geniş miqyasda tətbiq olunur. 
Biz  bu  bölmədə  çay,  çin  limonu,  kakao,  kola  və  qəhvə 
haqqında məlumat veririk.  
Çay  –  Чай  –  Thea.  Çay  (Theaceae)  fəsiləsinə  aid 
çoxillik həmişəyaşıl bitkidir. Bu fəsilənin Yer kürəsinin tropik 
və  subtropiklərində  yetişən  23  cinsi  və  380  növü  məlumdur. 
Çay bitkisinin vətəni Çindir. Lakin  yabanı halda bitən çay bit-
kisi Hindistan, Vyetnam və Birma meşələrində də tapılmışdır.  
Çay  istehsalı  üçün  Thea  cinsinə  aid  bitkilərdən  istifadə 
olunur. Çayın növ adı ilk dəfə 1753-cü ildə yunan ilahəsi Tea-
nın şərəfinə məşhur botanik Karl Linney tərəfindən verilmişdir. 
Çayın bu cinsinin iki növü vardır və bunlar formalarının bioloji 
və morfoloji xüsusiyyətlərinə görə fərqlənir. 
1.  Çin  çayı  – T.  sinensis,  buraya  Yapon,  Çin  və  iriyar-
paqlı Çin çayının növmüxtəliflikləri aiddir. 
2.  Hindistan  çayı  –  T.  assamica,  buraya  yerli  Assam, 
Luşay,  Nahahill,  Manipur,  Sinqlo,  Birma,  Şan,  Seylon  hib-
ridinin növmüxtəliflikləri aiddir. 
 
414
Azərbaycan  şəraitində  çayın  Çin  növmüxtəlifliyi  yayıl-
mışdır.  Bu  həm  12-14
0
C  şaxtaya  dözümlü,  həm  də  quraqlığa, 
zərərverici və xəstəliklərə qarşı davamlıdır. Bunların yarpaqları 
orta irilikdədir. 
Çay yarpağının ilkin emalı nəticəsində çayın fabrik sort-
ları, onların çayçəkici fabriklərdə kupaj edilməsindən isə çayın 
ticarət sortları əldə edilir. Yer kürəsinin bütün qitələrində işlə-
dilən  çaylar  istər  rənginə,  ətrinə  və  tamına,  istərsə  də  ema-
lolunma  üsullarına  görə  bir-birindən  fərqlənir.  Ona  görə  də 
dünya bazarına aşağıdakı tip və növmüxtəlifliyində çaylar daxil 
olur. 
1. Məxməri çaylar: 
1.1. Qara məxməri çay; 
1.2. Yaşıl məxməri çay; 
1.3. Sarı məxməri çay; 
1.4. Qırmızı çay (oolonq). 
2. Preslənmiş çaylar: 
2.1. Yaşıl-kərpic çay; 
2.2. Qara plitka çayı; 
2.3. Yaşıl plitka çayı; 
2.4. Qara və əlavəli həbşəkilli çaylar. 
3. Ekstraksiyaolunmuş çaylar: 
3.1. Qara və yaşıl maye çay ekstraktı; 
3.2. Qara və yaşıl tozvarı (tez həllolan) çay ekstraktı. 
Yuxarıda  göstərilən  çaylar,  istər  emalın  texnoloji  reji-
minə  və  istərsə  də  öz  xassəsinə,  kimyəvi  tərkibinə  və  key-
fiyyətinə görə biri digərindən fərqlənir. 
Çay  bitkisi  dünyanın  30-dan  çox  ölkəsində  becərilir  və 
emal edilir.  
Ə
sas  çay  istehsal  və  ixrac  edən  ölkələr  Asiyada  –  Hin-
distan,  Çin,  Şri-Lanka,  Yaponiya,  ndoneziya,  Türkiyə,  Ban-
qladeş,  Vyetnam,  Tayvan,  Iran;  Afrikada  –  Keniya,  Malavi, 
Tanzaniya,  Zimbabve,  Ruanda,  Mozambik,  Mavriki,  Zair, 
Uqanda; Cənubi Amerikada – əsasən Argentina və Braziliyadır. 


 
415
Rusiyada  çay  ilə  ilk  dəfə  Sibir  əhalisi  tanış  olmuşdur. 
1638-ci  ildə  Altın  xan  (Monqolustan)  Moskvaya  qayıdan  rus 
səfiri Vasili Starkov vasitəsilə çara (Mixail Fyodoroviçə)  gön-
dərdiyi  hədiyyənin  içərisində  200  paçka  (4  pud)  çay  da  ol-
muşdur.  
Moskvada hazırlanmış çay saray əyanlarının xoşuna gəlir 
və  sonralar  boyarlar  tərəfindən  ölkədə  yayılmağa  başlayır. 
1679-cu  ildə  Çin  ilə  Rusiya  arasında  bağlanan  müqaviləyə 
ə
sasən ölkəyə Çindən çay gətirilməyə başlanır. 
Nümunə  üçün  çay  kolu  ilk  dəfə  1814-cü  ildə  Krımda, 
Nikitin  botanika  bağında  əkilmişdir.  Rusiyada  çay  bitkisi 
sənaye  məqsədilə  Çindən  gətirilən  şitillərlə  (1833-cü  il)  əkil-
məyə başlanmışdır.  
Gürcüstan və Azərbaycan respublikalarında,  kinci Dün-
ya  müharibəsindən  sonra  isə  Krasnodar  diyarında  da  sənaye 
ə
həmiyyətli sahələrdə çay becərilirdi. 
Azərbaycanda  çay  bitkisinin  becərilməsinin  elmi  əsaslar 
üzrə öyrənilməsinə 1929-cu ildən başlanmışdır. 
1929-cu  ildə  Lənkəran  dayaq  məntəqəsilə,  eyni  vaxtda 
Zaqatala  təcrübə  stansiyasında  Prof.  A.D.Rəcəbli  çay  tum-
larının səpinini aparmış və uğurlu nəticə əldə etmişdir. 
Çay  bitkisi  ilə  təcrübələr  eyni  zamanda,  1931-1932-ci 
illərdə  Lənkəran  rayonunda  sabiq  Ümumittifaq  Elmi-Tədqiqat 
Çay  nstitutunun  və  «Çay  Qruziya»  trestinin  Lənkərandakı 
dayaq məntəqəsində də aparılmışdır. 
1934-cü ildə ilk dəfə kolxozlarda da sənaye miqyaslı çay 
plantasiyalarının salınmasına başlanılmışdır.  
Azərbaycanda çay ilk dəfə 1896-cı ildə Lənkəranda əkil-
məsinə başlanmışdir. Inkişaf etməkdə olan çay sənayesinə rəh-
bərlik etmək üçün 1937-ci ildə sərbəst «Azərbaycan Çay» tresti 
təşkil  edilmişdir.  Bu  trest  Azərbaycan  Yeyinti  Sənayesi  Xalq 
Komissarlığının  nəzdində  yaradılaraq  respublikada  çayçılığın 
möhkəmlənməsində  mühüm  rol  oynamışdır.  O  vaxt  ilk  çay 
emal  edən  fabrik  tikilib  istifadəyə  verilmiş  və  1937-ci  ildə  ilk 
 
416
dəfə  2750  kq  Azərbaycanın  «qara  məxməri  çay»-ının  bura-
xılmasına müvəffəq olmuşdular. 
Azərbaycanda  1980-cı  illərin  sonunda  baş  verən  məlum 
hadisələr  kənd  təsərrüfatının  digər  sahələrində  olduğu  kimi 
çayçılığa  da  öz  mənfi  təsirini  göstərdi.  Bazar  iqtisadiyyatına 
keçid ərəfəsində çay becərilməsi və çay emalı ilə məşğul olan-
lar maddi texniki və təşkilati cəhətdən bir sıra çətinliklərlə üz-
ləşdilər  ki,  bu  səbəbdən  də  çay  plantasiyalarında  aqrotexniki 
xidmət  işləri  dayandırıldı  və  baxımsızlıq  ucbatından  külli 
miqdarda çay kolları quruyub sıradan çıxdı. 
XX  əsrin  80-90-cı  illərində  Azərbaycanın  çay  fabrik-
lərində  istifadə  olunan  texnika  və  texnologiya  artıq  köhnəl-
mişdi.  Ona  görə  də  istehsal  olunan  çayların  keyfiyyəti  Dövlət 
standartlarının tələbinə tam dolğunluğu ilə cavab vermirdi. Bu 
sahədə  yeniliyi  1996-cı  ildə  fəaliyyətə  başlayan  «Sun  Tea 
Azerbaycan» Çay Paketləmə Fabriki həyata keçirdi. Bu fabrik 
Müstəqil  Dövlətlər  Birliyində  böyük  istehsal  gücü  ilə  işə 
başlayan Azərbaycandakı ilk çay paketləşdirici fabrikidir. 
«Sun Tea Azərbaycan» çay paketləmə fabrikində Azər-
baycan  Dövlət  Standartı,  Azərbaycan  Respublikası  Səhiyyə 
Nazirliyinin  gigiyenik  sertifikatı  və  Azərbaycan  Respubli-
kasında istehsal olunan məhsulların ştrixkod nömrələrinə uyğun 
50 q, 100 q, 250 q və 500 q kütlədə qutulara qara məxməri çay-
lar paketlənir. 
Fabrikdə,  əsasən  Seylon  və  Hindistan  xam  çaylarının 
qarışığı  olan  «Final»  və  «Maryam»  markalı  çaylar  istehsal 
edilir.  Bunlardan  başqa  Azərbaycanın  Lənkəran-Astara  bölgə-
sində  becərilib  ilkin  emal  edilən  xam  çayların  əsasında  Azər-
çay,  Blendo  Áåðãàìóò,  Blendo  Ekonomy,  Qız  qalası,  Pür-
rəngi (kəklikotu ilə), Pürrəngi və Tudor çayları da paketlənir. 
Eyni  zamanda,  Beta  şirkətinin  istehsal  etdiyi  «Beta» 
markalı,  «Bayce»  markalı,  «Çempion»  markalı  çayları,  Kas-
pian  şirkəti  tərəfindən  çəkilib-bükülən  «Lipton»,  «Pərviz» 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə