Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə106/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   102   103   104   105   106   107   108   109   ...   116

 
421
hemisellüloza aiddir. Çayda saxaroza və reduksiyaedici şəkərlər 
də  vardır.  Bunlar  aminturşlar  və  aşı  maddələri  ilə  birləşib 
müxtəlif aldehidlər əmələ gətirir. Bu da hazır çaya gül, meyvə, 
səməni, bal və başqa çalarlı ətirlər verir.  
Yaşıl çay  yarpağında quru maddəyə  görə 2 – 3% pektin 
maddəsi vardır. Pektinin miqdarı istehsal prosesi zamanı azalır. 
Ə
sas hissəsi suda həllolandır. Pektin çayın istehsalı zamanı ona 
yapışqanlıq,  hazır  çaya  şirintəhər  dad  və  hiqroskopik  xassəsi 
verir. 
Çayın  vitaminlilik  dəyəri,  ilk  növbədə,  çaydakı  polife-
nolların  P  vitamini  aktivliyində  olmasıdır.  P  vitamininin  miq-
darına  görə  çay  bütün  bitkilərdən  üstündür.  1  q  qara  məxməri 
çayda 100 mq, başqa sözlə 10%, yaşıl çayda isə 200 mq (20%) 
P vitamini aktivliyində maddələr vardır. 
Yaşıl  çay  yarpaqlarında  ən  çox  C  vitamini  vardır,  lakin 
bunun  çox  hissəsi  istehsal  prosesində  parçalanır.  100  q  quru 
çayın  tərkibində  10  –  134  mq  askorbin  turşusu  (C  vitamini), 
0,03 – 0,1 mq tiamin (B
1
), 0,6 – 1,0 mq riboflavin (B
2
), 1,4 – 
4,0  mq  pantoten  turşusu  (B
3
),  5,4  –  15,2  mq  nikotin  turşusu 
(PP), K, E vitaminləri və fol turşusu (B
9
) vardır. P vitamini C 
vitamini ilə birlikdə aterosklerozun profilaktikasında böyük rol 
oynayır.  Susuzluğu  daha  tez  yatırır.  Vitaminlik  dəyərinə  görə 
yaşıl məxməri çay daha qiymətlidir. 
Çayın  tərkibində  üç  qrup  qlükozidlər:  flavonollar,  anto-
sianlar
 və leykoantosianlar vardır. Çay flavonollarına kemferol, 
kversetin
 və miritsetin aiddir. Qara məxməri çay dəmində anto-
sianlardan  sianidin,  delfinidin  və  peonidin  tapılmışdır.  Çayda 
leykosianidin
 və leykodelfinidin də vardır. Çay katexini flavon-
lara  çevrildikdə  leykoantosianlar  aralıq  məhsul  kimi  əmələ 
gəlir. 
Çay  yarpağında  flavonlu  qlükozidlər  və  antosianlarla 
yanaşı  xlorofil  və  karotinoid  piqmentləri  vardır.  Xlorofil 
(C
20
H
39
OH) yaşıl çay yarpağında karotin və ksantofillə birlikdə 
 
422
olur.  Çayda,  həmçinin,  lyutein,  viloksantin  və  neoksantin 
karotinoidləri də vardır. 
Çayın tərkibində quru maddəyə görə 1% üzvi turşu olur. 
Çayda  turşəng,  limon,  alma,  kəhrəba,  fumar  və  fenol  təbiətli 
turşular  tapılmışdır.  Müəyyən  edilmişdir  ki,  çay  yarpağının 
emalı  nəticəsində  üzvi  turşular  spirtlərlə  reaksiyaya  girib 
mürəkkəb efirlər əmələ gətirir. 
Çay  yarpağının  tərkibində  quru  maddəyə  görə  zülali 
maddələrin miqdarı 24,9 – 29,11%-ə qədərdir. Ən çox qlütelin
nisbətən  az  isə  albumin  zülalı  vardır.  Zərif  çay  yarpaqlarında 
zülalın  miqdarı  kobud  yarpaqlardakından  çoxdur.  Çayda  16 
aminturşu  və  3  amid  tapılmışdır.  Bu  birləşmələr  çay  ətrinin, 
rənginin və eləcə də ekstraktın əmələ gəlməsində böyük rol oy-
nayır. Çayda aminturşulardan leysin, fenilalanin, valin, alanin, 
serin,  tirozin,  arqinin,  histidin,  lizin,  prolin,  izoleysin,  treonin, 
triptofan,  γ  –  amin  yağ  turşusu,  asparagin 
və  qlütamin 
turşuları; amidlərdən asparagin, qlütamin və teanin vardır. 
Minerallı  maddələrin  miqdarı  yaşıl  çay  yarpaqlar-ında 
quru maddəyə görə 4 – 5%, əmtəəlik çayda isə 5 – 6%-dir. Çay 
yarpağı  kobudlaşdıqca  minerallı  maddələrlə  zəngin-ləşir. 
Çaydakı  minerallı  maddələrin  üçdə  biri  suda  həllolur.  Çayın 
minerallı  maddələrinin  yarıya  qədərini  kalium  oksidləri  təşkil 
edir.  Makroelementlərdən  fosfor,  kalsium  və  maqnezium 
çoxluq  təşkil  edir.  Ümumiyyətlə  çay  külündə  20-yə  qədər 
müxtəlif kimyəvi elementlər – K,Ca, Mg, Fe, J, Si, Na, Al, Mn, 
Sr,  Ni,  Cu,  Zn,  Ba,  Ti,  Cr,  Sn,  Ag  və  s.  vardır.  Suda  həllolan 
külün miqdarı artdıqca çayın da keyfiyyəti yaxşılaşır. 
Çayda  əsas  fermentlərin  hamısı  rast  gəlinir.  Hidrolaza 
fermentlərindən  çayda  amilaza,  invertaza,  α  –  qlükozidaza
proteaza
  və  s.  vardır.  Oksid-reduktaza  fermentlərindən  çayda 
peroksidaza,
  polifenoloksidaza,  katalaza  və  s.  vardır.  Oksid-
ləşdirici  fermentlər  çay  istehsalı  zamanı  çayın  dadının,  ətrinin 
və  dəmin  rənginin  əmələ  gəlməsində  iştirak  edir.  Müəyyən 
edilmişdir  ki,  çay  yarpaqlarında  olan  invertaza,  amilaza, 


 
423
qlükozidaza,
  oksinitrilaza,  proteaza,  pektinaza  və  katalaza 
fermentləri daha yüksək aktivliyə malikdir. Bunların iştirakı ilə 
müxtəlif  maddələrdə  dəyişiklik  baş  verir  ki,  bu  da,  öz  növ-
bəsində, çayın dadının və rənginin formalaşmasına səbəb olur. 
Çayın  müalicəvi  xassələri.  Çayın  müalicəvi  xassələri, 
ə
sasən  tərkibindəki  kofeindən  asılıdır.  1  stəkan  tünd  çayda 
çayın  sortundan  və  dəmlənməsi  üsullarından  asılı  olaraq  0,02-
0,1 q kofein vardır. Kofein müalicəvi vasitə kimi mühüm əhə-
miyyət  kəsb  edir.  Tünd  çayın  tərkibindəki  kofeinin  əsəb  siste-
minə  qıcıqlandırıcı  və  orqanizmə  tonusqaldırıcı  təsir  etdiyin-
dən,  gərgin  əqli  fəallıqda,  gücdəndüşmə  və  yorğunluq  halla-
rında çox faydalıdır. 
Kofein  orqanizmə  kəskin  təsir  etdiyi  üçün  yuxusuzluq, 
ürək-damar  sistemi  xəstəlikləri,  ateroskleroz,  hipertoniya 
xəstəliklərində  və  yüksək  həyəcanlı  hallarda  tünd  çay  içmək 
məsləhət  görülmür.  Sağlam  insanlara  da  çox  tünd  çay  içmək 
olmaz.  Çünki  bu  zaman  ürəyin  döyüntüsü  artır,  əsəb  sistemi 
daha  da  həyəcanlı  olur  və  digər  xoşagəlməz  hallar  müşahidə 
olunur. 
Çayda teobromin alkaloidi də vardır. Xaricdə teobromini 
kakao  paxlasının  qabığından  alırlar.  Lakin  müasir  dövrdə 
teobromin sintetik yolla da alınır. Çayda olan teofillin alkaloidi 
də  sintez  yolu  ilə  alına  bilir.  Teofillin  ürək  çatışmazlığında, 
böyrək xəstəliklərində yaranan şişkinliklər zamanı sidikqovucu 
kimi istifadə olunur. Teofillin «eufillin» və «diprofillin» prepa-
ratlarının tərkibinə daxil olmaqla bronxial astma, ürək astması, 
beyin-qan dövranının pozulması və ürək xəstəliklərində istifadə 
olunur. Çayın hər üç alkaloidi bronxial astmada istifadə olunan 
teofedrinin 
tərkibinə daxildir. 
Kofein  preparatlarını  birincidərəcəli  yardım  kimi  zəhər-
lənmədə, əsəb sisteminin pozulmasında, ürəyin fəaliyyətinin və 
tənəffüsün zəifləməsində istifadə etmək məsləhət görülür. Çay 
C vitamininin – askorbin turşusunun mənimsənilməsinə müsbət 
təsir  edir.  Eksperimentlər  nəticəsində  müəyyən  edilmişdir  ki, 
 
424
çay katexinləri P vitamini fəallığına malikdir. Ona görə də çay 
qan  damarlarının  möhkəmliyini  və  keçiricilik  qabiliyyətini 
artırır. 
Çayda  tanin  çox  olduğundan,  o  qidanın  həzmini  yaxşı-
laşdırır və büzüşdürücü təsir göstərir. Ona görə də kəskin ishal 
və  bağırsağın  digər  pozuntularında  xəstələrə  tünd  çay  verilir. 
Bu zaman çay dəminin müalicəvi təsiri taninin bakterisid xassə-
lərindən də asılıdır. Çayın aşı maddələri ilə zülalların qarşılıqlı 
təsirindən  alınan  tealbindən  büzüşdürücü  vasitə  kimi  istifadə 
olunur.  Tealbin  mədə-bağırsaq  xəstəliklərində  dezinfeksiya-
edici  vasitə  kimi  tətbiq  olunan  «tesalben»  həbinin  tərkibinə 
daxildir. 
Tünd çay dəmindən xaricə sürtmək üçün də istifadə olu-
nur.  sti günəşli günlərdə havaya çıxmazdan qabaq çay dəmi ilə 
yuyunmaq  məsləhət  görülür.  Gün  yandırmalarında  hərarəti  və 
ağrını  azaltmaq  məqsədilə  tünd  çayla  kompres  etmək  yaxşı 
nəticə verir. 
Müasir  elmi-tədqiqatlar  göstərmişdir  ki,  orqanizmin 
bütün  fizioloji  proseslərinə  müsbət  təsirinə  görə  çay  əvəzsiz 
içkidir. Çay nəinki susuzluğun qarşısını alır, həm də orqanizmi 
gümrah vəziyyətdə saxlayır və onun iş qabiliyyətini artırır. Çay 
insanın  sinir  sisteminə  bərpaedici  təsir  edir,  onun  fəaliyyətini 
gücləndirir, yuxunu dağıdır. Spirtli içkilərin əksinə olaraq çayın 
sinir sisteminə bərpaedici təsiri nəticəsində insanda halsızlıq və 
zəifləmə halları müşahidə edilmir. Çay, eyni zamanda ən yaxşı 
tərlədici  vasitədir,  baş-  ağrısını  dayandırır,  qantəzyiqini  nor-
maya  salır.  Çayın  tərkibindəki  vitaminlər  orqanizmin  sinqa  və 
başqa  yoluxucu  xəstəliklərə  qarşı  müqavimətini  artırır.  Çayın 
vitaminləri  dərinin  qurumasının  qarşısını  alır,  onu  yumşaldır, 
rəngini açır. Gərgin fiziki və zehni əməkdən sonra  yaxşı dəm-
lənmiş  iki  stəkan  çayın  içilməsi  yorğunluğu  çıxarır,  iş  qa-
biliyyətini  bərpa  edir.  Son  illər  müəyyən  edilmişdir  ki,  çayın 
tərkibindəki  tanin  katexin  kompleksi  (çayın  aşı  maddələri) 
insan orqanizmində radioaktiv stronisini zərərsizləşdirir. Yapon 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə