Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə92/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   88   89   90   91   92   93   94   95   ...   116

 
365
ki, keşniş efir yağı orqanizmdə ödqovucu, ağrıkəsici, antiseptik, 
yarasağaldıcı,  babasilə  qarşı  və  həzm  vəzilərinin  fəaliyyətini 
yaxşılaşdırıcı vasitə kimi əhəmiyyətlidir. 
Haşiyə:  Keşnişin  müalicəvi  xassəsi  haqqında  1954-cü 
ildə şahidi olduğum bir əhvalatı oxucuların nəzərinə çatdırmaq 
maraqlı  olar.  Bir  dəfə  qonşumuz  Maral  bacı  qızı  Ruqiyyəni 
nənəmin yanına gətirib sağ qıçındakı yaranı göstərdi və dedi: 
-  Ay  Şəkər  bacı  bu  qızın  ayağındakı  yaranı  həkimlə
sağalda bilmir. Bəlkə sən bir dava-dərman edəsən.  
Nənəm məni çağırıb dedi: 
-  Cabir,  oğlum,  get  kürəklə  su  arxının  palçığını  alt-üst 
elə  və  oradakı  soğulcanlardan  20-25  ədəd  xəlbirə  yığ.  Sonra 
onların palçığını axar su altında yuyub mənə gətir. Nənəm özü 
isə  bıçağı  götürüb  həyətdəki  keşniş  göyərtisi  olan  ləkə  yaxın-
laşdı  və  bir  qədər  keşniş  biçdi.  Keşnişi  axar  su  altında  təmiz 
yuyub  iri  mis  badyada  soğulcanlarla  birlikdə  döyüb  əzişdirdi. 
Həmin əzintini təmiz ağ parçaya yaxdı və Ruqiyyənin yarasının 
üstünə qoyub möhkəm sarıdı. Anasına dedi ki, 7 gün bu sarğını 
bağlı  saxlayıb  su  vurmasınlar.  7  gündən  sonra  paltar  sabunu 
ilə vanna edib, sarıq yumşaldıqdan sonra açıb yusunlar. 
Təxminən  8-10  gündən  sonra  qonşumuz  Maral  bacı  Nə-
nəmin  yanına  gəlib  təşəkkürünü  bildirdi  və  qızının  ayağındakı 
yaradan heç bir əlamət  qalmadığını söylədi. Mən o vaxtlar 12 
yaşında  kiçik  oğlan  uşağı  idim  və  nənəmin  gördüyü  bu  işlərin 
hamısını təfərrüatı ilə yadımda saxlaya bilməmişəm. Indi fikir-
ləşirəm  ki,  həmin  soğulcanların  tərkibindəki  canlı  fermentlər, 
amin turşuları, keşniş göyərtisindəki vitaminlər, efir yağları və 
digər bioloji fəal maddələr birlikdə həmin yaranın sağalmasına 
səbəb olmuşdur. 
Kəklikotu,  kəkotu  –  Тимьян  ползучий,  Чабрец  – 
Thymus  serpyelum  L.  Dodaqçiçəklilər  (Labiatae)  fəsiləsinin 
yerlə sürünən gövdəyə malik kol bitkisidir.  400-ə qədər növün 
Azərbaycanın  müxtəlif  rayonlarında  20  növünə  təsadüf  edilir. 
 
366
Bunlardan ən  çox  yayılanı Qafqaz, Qaraməryəm, Seyrəkçiçək, 
Ziyarət və Hacıyev kəkliotlarıdır. Əsasən yabanı halda bitir. 
Yerlə  sürünən  yerüstü  gövdəyə  malikdir.  Gövdəsinin 
aşağı  hissəsi  qırmızı-qonur  rəngli  qabıqla  örtülmüşdür.  Qarşı-
qarşıya  düzülmüş  ovalşəkilli,  kənarı  bütöv  yarpaqları  vardır. 
Qırmızı-bənövşəyi  rəngli  xırda  çiçəkləri  dəstə-dəstə  yerləş-
mişdir.  Bitkinin  xoşagələn  ətirli  iyi  olur.  Kəklikotu  bütün  yay 
fəsli  çiçək  açır.  Bu  bitki  yabanı  halda  Avropada  quru  səhra-
larda, şam ağacı meşələrində və qumlu-torpaqlı yerlərdə yayıl-
mışdır. Buna Zaqafqaziyada, xüsusən Azərbaycanda da çox rast 
gəlinir. Kəklikotunun qarşı-qarşıya düzülmüş ovalşəkilli, kənarı 
bütöv  yarpaqları  vardır.  Qırmızı-bənövşəyi  rəngli  xırda  çiçək-
ləri dəstə-dəstə yerləşir. 
Dərman  məqsədilə  kəklikotunun  bütün  yerüstü  hissəsi 
iyun-iyul  aylarında  bitki  çiçək  açan  dövrdə  toplanılır,  sonra 
kölgəli  açıq  havada  tez  qurudulub  efir  yağı  istehsal  edən 
zavodlara  təhvil  verilir.  Kəklikotunun  yerüstü  hissəsində  0,5-
1%-ə qədər efir yağı olur. Bu yağın da tərkibində 1-3%-ə qədər 
timol, karvakrol, borneol 
və terpinen adlı ətirli maddələr vardır. 
Kəklikotu  efir  yağının  əsas  hissəsini  simol  təşkil  edir.  Tərki-
bində  aşı  maddəsi,  kamedlər,  flavanoidlər,  ursol  və  oleanol 
turşusu vardır. 
Qurudulmuş kəklikotu toz halında az miqdarda ət və tərə-
vəz  şorbalarına,  bir  qədər  çox  miqdarda  isə  balıq  xörəklərinə 
qatılır.  Balığı  qızardarkən  kəklikotu  tozunu  un  ilə  1:2  nisbə-
tində  qarışdırırlar  və  balığı  həmin  qarışıqda  urvalayırlar.  Ev 
şə
raitində  pendir  hazırladıqda  ona  kəklikotu  əlavə  edilir. 
Kəklikotu qurusundan çay dəmləmək üçün də istifadə edilir.  
Kəklikotunun  müalicəvi  xassələri.  Təbabətdə  kəklik-
otundan  mədə-bağırsaq  xəstəliklərində,  tənəffüs  yollarının  ilti-
habında,  diş  ağrılarında,  dezinfeksiyaedici,  eləcə  də  qurdsalıcı 
dərman kimi geniş istifadə olunur. 
Bundan əlavə, kəklikotu öskürəyə, xüsusən göy öskürəyə 
qarşı  «pertusin»  adlı  mürəkkəb  preparatın  tərkibində  verilir. 


 
367
Efir  yağından  zəif  konsentrasiyalı  spirtli  məhlul  şəklində 
qarqara etmək üçün, eləcə də dəri xəstəliklərində xarici dezin-
feksiyaedici  sürtmə  dərmanı  kimi  istifadə  edilir.  Vanna  qəbul 
etdikdə  kəklikotundan  ətirli  vasitə  kimi  istifadə  olunur.  Res-
publikamızda  yayılmış  kəkliotunun  elmi  cəhətdən  öyrənilməsi 
və tibbi məqsəd üçün istifadə edilməsi zəruridir. 
Kəklikotu  efir  yağında  olan  timol  yandırıcı  dada,  xüsusi 
ə
trə  və  güclü  antiseptik  təsirə  malikdir.  Tibdə  timoldan  ağızın 
və  boğazın  selikli  qişasının  dezinfeksiyası  üçün,  dərinin 
göbələk  xəstəliklərində,  qurdqovucu  vasitə  kimi  və  bağırsaq-
lardakı  qıcqırma  proseslərini  (meteorizmi)  yatırmaq  üçün 
istifadə olunur. Kəklikotunda efir yağından (0,6%) başqa acı və 
aşı  maddələri,  saponinlər,  flavanoidlər,  kamedlər,  qatranvarı 
maddələr, mineral duzlar və üzvi turşular vardır. 
Kəklikotu  yarpaqlarından hazırlanan duru ekstrakt öskü-
rək tutmasını və onu yumşaldan pertussin preparatının tərkibinə 
daxildir.  Bunu  göy  öskürək  və  bronxitdə  gündə  3-4  dəfə  1 
xörək qaşığı, uşaqlara isə 1/2 çay qaşığından 1 desert qaşığına 
qədər  (yaşdan  asılı  olaraq)  verirlər.  Bronxit,  bronxoektaz  və 
ağciyərin iltihabında bəlğəmgətirici və dezinfeksiyaedici vasitə 
kimi  gündə  4-6  dəfə  1  xörək  qaşığı  qəbul  etmək  məsləhət 
görülür. Bu nastoy və həlimlər 15-20 q kəklikotundan 1 stəkan 
suda hazırlanır.  
Xalq təbabətində kəklikotu dəmləməsini qidanın həzmini 
yaxşılaşdıran  və  bağırsaqlarda  yaranan  köp  zamanı  yeməkdən 
qabaq  qəbul  edirlər.  Tərgətirici  vasitə  kimi  birdəfəyə  2  stəkan 
qaynar  kəklikotu  dəmləməsi  içmək  məsləhət  görülür.  Başağ-
rılarına, yuxusuzluğa, radikulit və əsəbə qarşı gündə 3-4 dəfə 1 
xörək  qaşığı  kəklikotu  dəmləməsi  içmək  məsləhət  görülür. 
Radikulit,  miozit  və  artritdə  tünd  kəklikotu  tinkturası  (1:3)  və 
ya  buxarlandırılmış  kəklikotu  həlimi  ilə  günəbaxan  yağı  (1:4) 
qarışığından  hazırlanmış  məlhəmdən  qıcıqlandırıcı  və  ağrı-
kəsici vasitə kimi istifadə olunur. 
 
368
Kəklikotu dəmləməsi və həlimi ilə ağız boşluğu  qarqara 
edilir,  dəridəki  yaralara  islatma  qoyulur.  Revmatizm  və 
dəridəki  səpkilərə  qarşı  kəklikotu  dəmləməsindən  vanna  qəbul 
olunur. Bu məqsədlə 10 litr suya 50 q quru kəklikotu götürülür. 
Kərəviz  –  Сельдерей  –  Apium  graveolens.  Çətir-
çiçəklilər (Umbelliferae) fəsiləsindən olan ikiillik ot bitkisidir
Birinci ili kök və  yarpaq əmələ gətirir, ikinci ili isə gül sütun-
cuğu  inkişaf  edir,  çiçəkləyir  və  toxum  verir.  Kərəvizin  yaşıl 
yarpaqları kulinariyada xörəklərin dad və ətrini yaxşılaşdırmaq 
üçün və eləcə də konservləşdirmədə istifadə edilir. 
Bitkinin müxtəlif hissələrindən təzə və qurudulmuş halda 
istifadə edilir. Kərəvizin 3 növü (kök, yarpaq və salat) bitir. Kə-
rəvizin  müxtəlif  sortlarının  mövcud  olması  onun  bütün  ilboyu 
becərilməsinə  imkan  verir.  Kərəviz  bişmiş  və  ya  çiy  halda 
müxtəlif  xörəklərə  qatqı  kimi  əlavə  edilir.  Saxlanılmağa  da-
vamlı olduğundan qış mövsümündə əsas göyərti hesab edilir. 
Kök  kərəvizin  tərkibində  1,3%  azotlu  maddə  vardır.  Az 
miqdarda  mannit  spirti  və  apinin  qlükozidi  tapılmışdır.  Kö-
kündə 75 mq% C vitamini, yarpaqlarında isə C vitamini ilə ya-
naşı 7 mq% karotin (provitamin A) vardır.  Kərəviz  yalnız xoş 
iyi  ilə  yox,  tərkibindəki  vitaminlərin,  mineral  duzların  və 
şə
kərlərin  olması  ilə  də  fərqlənir.  Kərəvizin  yarpaqlarında 
0,1%,  kökündə  0,09%,  toxumunda  isə  2,4-3,0%  efir  yağı  var-
dır.  Efir  yağının  əsas  komponentləri  d-limonen  (77-78%),  d-
selinen 
(12-13%),  spirt  və  efir  qarışığı  (5%),  sedanolid,  se-
danon turşusu, palmitin turşusu
 və fenoldan ibarətdir. Toxum-
larda,  həmçinin,  18%-ə  qədər  piyəbənzər  yağ  vardır.  Yağın 
tərkibində 26-41% petrozelin, petrozelaidin, 26-30% olein, 10-
13%  linol  turşusu  vardır.  Kərəviz  yarpaqlarında  asparagin  və 
tirozin
 aminturşuları da vardır. 
Kərəvizin  müalicəvi  xassələri.  Kərəvizin  kökümsovun-
da  efir  yağından  başqa  furokumarinlər,  flavanoidlər,  askorbin 
turşusu, B
1
, B
2
, K, E, PP vitaminləri, selikli maddələr, mineral 
maddələr, xolin spirti, yarpaqlarında 117-240 mq% C vitamini, 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə