Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə95/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   91   92   93   94   95   96   97   98   ...   116

 
377
Kökünün  tərkibində  73,85%  su,  3,35%  protein,  23-32%  quru 
maddə, 13,3% azotsuz ekstraktiv maddə, 2,58% sellüloza, 4,5% 
zülal,  9,6%  şəkər  vardır.  Bundan  əlavə,  orqanizm  üçün  çox 
faydalı  sayılan  mineral  maddələrdən  natrium  (7,9%  mq%), 
kalium (579 mq%), kalsium (119 mq%), manqan (35,3 mq%), 
mis  (0,14  mq%),  fosfor  (70  mq%),  kükürd  (212  mq%),  xlor 
(18,8  mq%),  həmçinin,  yarpaq  və  kök  yumrusunun  tərkibində 
200 mq% C, kifayət qədər B vitaminləri, qlükozid və karotin də 
aşkar  edilmişdir.  Ədviyyə  məqsədilə  qurudulmuş,  yaxud  toz 
halına salınmış kökündən istifadə olunur. 
Siniqrin
  qlükozidi  mirozin  fermentinin  təsiri  ilə 
parçalanır, tünd ətirli və  yandırıcı xassəyə malik olan allil efir 
yağı ə
mələ gəlir. 
Qıtıqotunun  köklərindən  “Aşxana  qıtıqotu”su  hazırlanır 
və kulinariyada tamlı qatma kimi istifadə olunur. 
Qıtıqotunun  müalicəvi  xassələri.  Qıtıqotu  iştahanı 
artırır, bağırsaqların fəaliyyətini yaxşılaşdırır. Iştahanın artması 
üçün 1 çay qaşığı sürtgəcdən keçirilmiş qıtıqotunu bal və yaxud 
şə
kərlə yeməkdən qabaq qəbul etmək məsləhət görülür. Klinik 
təcrübədə müəyyən olunmuşdur ki, qıtıqotu şirəsi və onun sulu 
məhlulu  mədədə  duz  turşusunun  ifrazını  artırır  və  mədə  şirə-
sinin azlığı ilə müşayiət olunan qastritdə çox faydalıdır.  Lakin 
mədə-bağırsağın  digər  xəstəliklərində,  eləcə  də  qaraciyər  və 
böyrək  xəstəliklərində  qıtıqotundan  istifadə  etmək  arzuolun-
mazdır. 
Bir  çox  ölkələrin  xalq  təbabətində  qıtıqotu  daxilə  su 
yığıldıqda sidikqovucu vasitə kimi, sidik kisəsində daş olduqda, 
podaqrada və yel xəstəliyində tətbiq olunur. Belin xaçşəkilli yel 
xəstəliyində,  bel  və  kürək  əzələlərinin  ağrılarında  qıtıqotu 
kökündən hazırlanmış əzinti ilə ovuşdurmaq yaxşı səmərə verir. 
Xardal  kimi  qıtıqotundan  da  «plastr»  (məlhəm)  hazırlanır.  Bu 
məqsədlə  təzə  sürtgəcdən  keçirilmiş  qıtıqotu  əzintisi  parçaya 
yaxılıb xəstə yerlərə qoyulur. Bədənin soyuması və yaxud nəm 
yerdə  uzun  müddət  qaldıqda  soyuqdəymənin  qarşısını  almaq 
 
378
üçün  dabanlara  və  baldıra  qıtıqotu  əzintisindən  islatma 
qoyurlar.  Qıtıqotunun  mikroblara  da  öldürücü  təsiri  vardır. 
Qıtıqotu tinkturası və əzintisi irinli yaralarda və qulağın iltiha-
bında tətbiq olunur. 
Qıtıqotu  şirəsinə  su  qatıb  angina  və  ağız  boşluğunun 
selikli qişasının iltihabında ağızı və boğazı qarqara etmək üçün 
istifadə  edilir.  Belə  qarqara  ona  görə  xeyirlidir  ki,  qıtıqotunda 
bakterisid xassəli zülali maddə – lizosim vardır. Müasir dövrdə 
lizosimdən (onu sənayedə heyvan toxumalarından alırlar) mik-
roblara qarşı vasitə kimi istifadə olunan göz damcıları, islatma 
və  kompres  formasında  tətbiq  olunur.  Qıtıqotu  tinkturasından 
kosmetikada  dəri  çillərinə  və  piqmentli  ləkələrə  qarşı  istifadə 
olunur. 50 q qıtıqotu əzintisinə 250 ml aşxana sirkəsi əlavə edib 
qaranlıq və sərin yerdə 2 həftə saxlayır, süzüb 1,5 litr su əlavə 
edirlər. Alınmış məhlulla səhər və axşam üzün dərisini pambıq 
tamponla silirlər. 
Qıtıqotundan  tamlı  qatma  «Aşxana  qıtıqotu»  hazırlanır. 
Bunu hazırlamaq üçün onun köklərini seçir, yaxşı yuyur, çürü-
müş,  əzik,  bürüşmüş,  quruyub  bərkimiş  hissələrindən  təmiz-
ləyirlər.  Sonra  qıtıqotu  köklərini  1-2  saat  təmiz  soyuq  suda 
isladırlar.  Bundan  sonra  kökləri  küt  bıçaqla  qazımaqla  yaxşı 
təmizləyir, kənarlarındakı çıxıntılı və zədəli yerləri kəsib atırlar. 
Təmizlənmiş qıtıqotu yuyulur, ət maşınından və ya sürtgəcdən 
keçirilib  narın  xırdalanır.  Xırdalanmış  kütlə  eynicinsli,  sıyrım-
sız, zərif və  ağ olmalıdır. Kütlə qaralmasın deyə  onun üzərinə 
1:1  nisbətində  marinad  tökülür.  Marinad  sirkə,  duz,  şəkər  və 
sudan  hazırlanır.  «Aşxana  qıtıqotu»  üçün  marinad  aşağıdakı 
resept üzrə faizlə hazırlanır: 80%-li sirkə turşusu – 5,0; şəkər – 
14,0; duz – 4,8; su – 76,2. 
Bundan  başqa,  ona  müxtəlif  ədviyyələr  (darçın,  mixək, 
ə
tirli  istiot  və  s.)  əlavə  edilir.  Belə  hazırlanmış  qıtıqotu  ağzı 
möhkəm bağlana bilən və tutumu 50, 100, 125, 150, 250, 500 q 
olan  şüşə  bankalara  qablaşdırılır.  Qıtıqotu,  həmçinin,  ağzının 
diametri  9,5  mm-dən  az  olmayan  215  sm
3
  həcmli  alüminium 


 
379
tublara da qablaşdırılır. Aşxana qıtıqotunda 12 mq% C vitamini 
vardır. 
Marinad hazırladıqda 80%-li sirkə turşusunu biokimyəvi 
üsulla hazırlanmış 9%-li sirkə turşusu ilə əvəz etmək olar, lakin 
burada uyğun hesablama aparılmalıdır. 
«Çuğundur  şirəsi  ilə  qıtıqotu»,  «Yerkökü  ilə  qıtıqotu», 
«Mayonezlə  qıtıqotu»  hazırladıqda  marinada  əlavə  edilən  su 
uyğun olaraq çuğundur və yerkökü şirəsi, həmçinin, mayonezlə 
ə
vəz olunur. 
Qıtıqotu  ət,  balıq  xörəkləri  və  soyuq  qəlyanaltılar  üçün 
yaxşı  tamlı  qatma  hesab  olunur.  Qıtıqotundan  bəzi  sousların 
hazırlanmasında  da  istifadə  olunur.  Qıtıqotu  püreyəbənzər 
kütlədən ibarət olub, tünd dada və ətrə malik olur. Kənar iy və 
dad verməməlidir. 
Qablaşdırılmış  qıtıqotunu  quru,  havası  yaxşı  dəyişdirilə 
bilən  otaqlarda  10
0
C-də  saxlayırlar.  Saxlanılma  müddəti  yay 
vaxtı  13-30  gün,  qış  vaxtı  isə  30-45  gündür.  Soyuducuda  (0-
2
0
C-də) adi qabda 2,5-4 aya qədər, hermetik bağlı tarada isə 6 
aya qədər saxlamaq olar. Qıtıqotu toz halında da buraxılır. 
Qızılgül  –  Роза  эфирномасличная  –  Rosa  gallica  L. 
Gülçiçəklilər  (Rosaceae)  fəsilənsindən  olan  ətirli  bitkidir. 
Azərbaycanda isə 42 növü yayılmışdır. Qol-budaqlı, 15 sm-dən 
2  m-ə  qədər  hündürlükdə  olub,  növbə  ilə  düzülmüş  lələyə-
bənzər yarpaqları vardır. Gövdə və qol-budaqlarının üzəri xırda 
tikanlarla  örtülmüşdür.  Tək-tək  yerləşmiş  qırmızı,  qırmızı-bə-
növşəyi  və  nadir  hallarda  ağ  rəngli  çiçəkləri  son  dərəcə  xoşa-
gələn ətirli qoxuya malikdir. 
Qızılgül  Bolqarıstanda,  Fransada,  Türkiyədə,  Hindistan-
da  və  başqa  ölkələrdə  qızılgül  yağı  almaq  məqsədilə  becərilir. 
Qızılgül  Krımda,  Krasnodar  ölkəsində,  Ukrayna,  Moldova, 
Gürcüstan  və  Azərbaycanda  becərilir.  Azərbaycanda  qızılgül 
çox qədim vaxtdan becərilən ən qiymətli ətirli və şəfalı bitkidir. 
Hazırda  respublikada  Şəki-Zaqatala  zonasında  qızılgül  sənaye 
ə
həmiyyətli  bitki  kimi  becərilir.  Hər  kolda  800-1000  məxməri 
 
380
gül, hər güldə isə 80-ə qədər ləçək olur. Bir gülün çəkisi 3-4 q-
dır.  Hər  hektardan  25-30  s  gül  toplamaq  olar.  Çiçəkləri  sübh 
tezdən  toplayıb  həmin  gün  də  efir  yağı  zavoduna  göndərirlər. 
Burada  təzə  toplanmış  çiçəklərdən  efir  yağı  istehsal  edirlər. 
Qızılgüldə  0,1-0,2%-ə  qədər  efir  yağı  vardır.  1  t  qızılgül  ləçə-
yindən  0,8  kq  qızılgül  yağı  alınır.  Qızılgül  çiçəklərində  efir 
yağının  miqdarı  az  olsa  da,  bu  yağ  çox  qiymətlidir.  Qızılgül 
yağının  tərkibinin  çox  hissəsi  xoşətirli  alifatik  birləşmələrdən 
ibarətdir.  Bu  birləşmələrin  ən  mühümü  və  miqdarca  çoxu 
(60%) geraniol spirtidir. Bundan başqa, qızılgül yağında 30%-ə 
qədər  sitronellol,  1%-ə  qədər  fenil-etil  spirti,  sitral    evgenol 
vardır. Meyvəsinin tərkibində P və 15-18% C vitamini vardır. 
Qızılgül  yağı  ətriyyatda  ən  bahalı  ətirlərə,  odekalonlara, 
pomadalara,  əl-üz  sabunlarına  və  başqa  məmulatlara  əlavə 
edilir.  Qızılgül  yağından  qənnadı  və  likör-araq  sənayesində, 
eləcə də təbabətdə istifadə edilir. 
Qızılgül  likörü  və  qızılgül  spirtsiz  desert  içkisi  əsasən 
qızılgül  yağı  əlavə  edilməklə  hazırlanır.  Qənnadı  sənayesində 
qızılgül  yağı  ətirli  cövhərlərin  tərkibinə  daxil  olur.  «Meçta» 
karameli qızılgül yağı ilə ətirləndirilir. 
Ə
tirli  su  olan  qızılgül  suyu  (gülab)  xalq  təbabətində 
malyariya xəstəliyi zamanı dəriyə sürtmək üçün istifadə edilir. 
Qızılgül mürəbbəsi isə qanazlığında qüvvətləndirici və mədənin 
həzm prosesini yaxşılaşdırıcı vasitə kimi işlədilir. 
Qızılgül  ləçəklərindən  sənaye  miqyasında  (Zaqatala  və 
Ordubadda) mürəbbə də hazırlanır. Ən yaxşı mürəbbə kazanlıq 
qızılgülü  ləçəklərindən  alınır.  Ləçəklərin  aşağı  ağ  hissəsi  kə-
silib atılır, yuyulur və 5 dəqiqə qaynar suda pörtülür. Pörtülmək 
üçün  istifadə  olunan  suda  40%-li  şəkər  məhlulu  –  şərbət 
hazırlanır, ləçəklərin üstünə tökülür və bir dəfəyə hazır olunca 
bişirilir.  Hazır  olana  yaxın  limon  turşusu  əlavə  edilir.  Itburnu 
gülünün ləçəklərindən də mürəbbə bişirilir. 
Gülab  qızılgül  ləçəklərinin  su  buxarı  ilə  distilləsindən 
alınan ətirli sudur. Bir sıra spirtsiz içkilərin (əsasən, şərbətlərin) 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə