Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə98/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   94   95   96   97   98   99   100   101   ...   116

 
389
Qvineyada yabanı halda bitir. Muskat ağacı mədəni surətdə ən 
çox  Penanq,  Sumatra,  Yava,  Seylon,  Malay  adalarında, 
Hindistanda, Sinqapurda, Braziliyada əkilib yetişdirilir. 
Muskat  cövüzünü  əldə  etmək  üçün  yetişmiş  meyvələri 
dərib  içərisindən  bərk  qabıqlı  toxumu  çıxarırlar.  Ayrılmış 
toxumları mülayim istilikdə qurutduqdan sonra üzərindəki ətlik 
toxum qişasını – «arillusı» parçalayıb qurudaraq «muskat çiçə-
yi» adı ilə bir ədviyyə kimi satışa buraxırlar. Ayrılmış ləpələri 
isə  saxladıqda  göyərməsin  deyə  və  ziyanvericilər  tərəfindən 
zədələnməmək  üçün  əhəng  suyunda  bir  neçə  dəqiqə  saxla-
dıqdan sonra qurudurlar. Muskat cövüzü müxtəlif formalarda – 
yuvarlaq,  oval,  uzunsov  –  sarımtıl,  qəhvəyi,  boztəhər  olur. 
Muskat  cövüzünün  bərk  olmasına  baxmayaraq  bıçaqla  da  kə-
silir.  Kimyəvi  tərkibi  faizlə  aşağıdakı  kimidir:  su  –  12;  azotlu 
maddələr – 7-8; yağ – 20-35; efir yağları – 7-15; nişasta – 20-
25;  pentozanlar  –  2,4-2,5;  pektin  –  0,6-0,7;  sellüloza  –  4,5-7; 
kül  –  2,5.  Cövüzün  ətirli  və  acı  tamlı  olması  tərkibindəki  efir 
yağlarından  asılıdır.  Muskat  cövüzündə  olan  efir  yağlarının 
80%-ni  pinen  və  kamfen,  8%-ni  dipenten,  6%-ni  linalol,  ter-
pineol
 və geraniol təşkil edir. 
Muskat  cövüzü  müxtəlif  xörəklərin,  unlu  şirniyyat,  kol-
basa  məmulatlarının,  konserv  və  likörlərin  dadını  və  ətrini 
yaxşılaşdırmaq üçün, eləcə də müxtəlif növ ətriyyatların isteh-
salında  lazım  olan  muskat  efir  yağlarının  alınmasında  istifadə 
edilir. 
Muskat  cövüzü  nə  qədər  böyük  olarsa,  onun  keyfiyyəti 
də  bir  o  qədər  yüksək  hesab  edilir.  1  kq  1-ci  sort  muskat 
cövüzündə  150-200  ədəd,  2-ci  sortda  isə  280-400  ədəd  cövüz 
olur. 
Muskat  cövüzü  xarici  görünüşcə  tamamilə  zədəsiz,  oval 
formalı,  üzü  dərin  şırımlı  olmalı,  boz  və  ya  bozumtul-qəhvəyi 
rəngli, bəzən əhəngli suda isladıldığı üçün üzərində ağ ərp olur. 
Nəmliyi  12%-ə,  külü  4%-ə  qədər  olmalıdır.  Xaricdən  çəki  ilə 
 
390
alınan muskat cövüzü yeyinti kombinatlarında 13-15 q kütlədə 
(3-5 ədəd) karton qutularda qablaşdırılıb satışa göndərilir. 
Muskat  qozunun  müalicəvi  xassələri.  Muskat  qozu 
yeyinti  sənayesində,  xüsusən  qənnadı  məhsulları  istehsalında, 
likör və acı tinkturaların hazırlanmasında, eləcə də kulinariyada 
istifadə olunur. 
Qədim  ərəb  təbabətində  muskat  qozundan  yelqovucu 
vasitə kimi (el arasında muskat qozuna «yel cövüzü» deyilməsi 
də  buna  əsaslanır),  ishalda,  mədə-bağırsaq  pozuntularında, 
soyuqdəymə və digər xəstəliklərdə istifadə olunmuşdur. Bəzən 
ağızdan  gələn  qoxunu  yaxşılaşdırmaq  üçün  muskat  qozunu 
çeynəyirlər. 
Hesab  olunur  ki,  muskat  qozu  əsəb  sistemini  tonuslan-
dırır.  Ondan  alınan  efir  yağı  tonuslandırıcı  və  stimullaşdırıcı 
vasitə kimi də təyin edilir. Sudanda xırdalanmış muskat qozun-
dan  impotensiyaya  qarşı  istifadə  edirlər.  Yerli  əhali  bu  məq-
sədlə  muskat  qozunun  qılafını  və  çiçəyini  də  istifadə  edir. 
Muskat  yağı  aybaşı  zamanı  ağrılara  qarşı  da  işlədilir.  Muskat 
çiçəyi də eyni təsirə (lakin nisbətən zəif) malikdir. 
Muskat  çiçəyi  –  Мускатный  цвет  –  yuxarıda  qeyd 
etdiyimiz  kimi,  muskat  cövüzünün  qurudulmuş  ətli  toxum 
qişasından ibarətdir. Muskat çiçəyinin tərkibi faizlə belədir: su 
– 6,9-13,2; efir yağları – 6-14; azotlu maddələr – 6-7; yağ – 23-
35; karbohidratlar – 23-40; o cümlədən şəkər – 2; pentozanlar – 
4-6;  pektin  –  3-5;  sellüloza  –  3-4,5;  kül  –  1,6-3.  Muskat 
çiçəyinin  tərkibində  olan  efir  yağları  zərif  ədviyyəli  ətrə  və 
nisbətən azyandırıcı dada malikdir. 
Muskat  çiçəyi  sarımtıl-qırmızıdan  qəhvəyi  rəngə  kimi, 
üzü parlaq, hamar, qurudulmuş əncir qabığına bənzər quru ətli 
qabıq parçalarından ibarət olur. Ən yaxşı muskat çiçəyi Penanq 
muskat  cövüzündən  alınır.  Rənginə  və  ətrinə  görə  muskat 
çiçəyi 1-ci və 2-ci sorta ayrılır. 1-ci sorta aid olan muskat çiçəyi 
nisbətən açıq rəngli və tünd ətirli olur. Muskat çiçəyi bütöv və 


 
391
ya xırdalanmış qabıq parça kimi, yaxud üyüdülmüş (toz) halda 
karton qutularda 20-30 q kütlədə satışa buraxılır. 
Nanə  –  Мята    Menta  Piperita  L.  Dodaqçiçəklilər 
(Labiatae)  fəsiləsindən  çoxillik  bitkidir.  Hündürlüyü  yarım 
metrə  çatan  qol-budaqlı  çoxillik  bitki  olub,  qarşı-qarşıya  dü-
zülmüş,  tünd  yaşıl  rəngli  yarpaqları  vardır.  Nəzəri  cəlb  edən 
qırmızı-bənövşəyi  rəngli  xırda  çiçəkləri  gövdəsinin  zirvəsində 
dəstə-dəstə  yerləşmişdir.  Nanənin  bütün  hissələri,  xüsusən 
yerüstü hissəsi xoşagələn ətirli iyə malikdir. 
Respublikamızın  bütün  rayonlarında  becərilir.  Nanə 
mədəni  bitki  olub,  orta  əsrlərin  axırlarında  ingilis  botanikləri 
tərəfindən  iki  növ  yabanı  halda  yayılan  yarpız  nanəsinin  bir-
birinə peyvənd etməklə yetişdirilmişdir. O vaxtdan etibarən bu 
bitki «əkilən nanə» adını almış və xoşətirli iyinə görə dünyanın 
bir çox ölkələrində becərilməyə başlanmışdır. Əkilən nanənin 2 
növü: qara nanə və ağ nanə daha çox yayılmışdır. 
Qara  nanənin  gövdəsi  və  yarpaqlarının  damarcıqları  qır-
mızı-bənövşəyi  rəngdə  olur.  Ağ  nanənin  isə  gövdəsi  və  yar-
paqları  açıq  yaşıl  rəngdə  olur.  Buna  baxmayaraq,  hər  iki  nanə 
xoşagələn  zərif  ətirli  iyə  və  eyni  kimyəvi  tərkibli  efir  yağına 
malikdir. Göstərdiyimiz qara və ağ nanə  ancaq peyvənd və  ya 
çoxalma  üsulu  ilə  yetişdirilir.  Bu,  iki  səbəbdən  irəli  gəlir:  bi-
rinci, hər iki nanə çox vaxt toxum yetişdirmir; ikincisi, toxum-
larından  yetişən  nanə  isə  öz  əslinə  xas  olan  ətirli  iyə  malik 
olmur. Bu, çox qəribə olsa da, həqiqətdir. Aparılan çoxlü təcrü-
bələr göstərmişdir ki, toxumlardan bitən hər iki nanə öz cinsinə 
xas olan ətirli iyi vermir. 
Nanənin  təzə  və  qurudulmuş  yarpaqları  yeyinti  sənaye-
sinin  müxtəlif  sahələrində  və  kulinariyada  istifadə  edilir. 
Nanədən alınan efir yağı müxtəlif içkilərin ətirləndirilməsində, 
qənnadı,  likör-araq  sənayesində,  balıq  sənayesində,  tütünün 
souslaşdırılmasında işlədilir. Qənnadı sənayesində nanəli kara-
mel  istehsalında  daha  çox  istifadə  edilir.  Nanə  yağı  ətriyyat 
sənayesində diş pastası və diş tozu hazırlamaq üçün sərf edilir. 
 
392
Nanə efir  yağının əsas tərkib hissəsi olan mentoldan təbabətdə 
istifadə  olunur.  Nanənin  yarpaqlarında  və  çiçək  tumurcuqla-
rında  0,8-3,5%  efir  yağı  (yarpaqlarında  2,4-2,7%,  hamaş 
çiçəyində  4-6%,  zoğlarında  isə  0,1-0,3%)  vardır.  Ən  çox  yağ 
bitkinin  çiçəkləməyə  başladığı  dövrdə  olur.  Bu  zaman  efir 
yağının  miqdarı  8,6%-ə  çatır  və  su  buxarı  ilə  qovduqda  əsas 
miqdarı  ayrılır.  Efir  yağının  əsas  komponentləri  mentol  (41-
70%) və mentondur (16-18%), həmçinin, tərkibində 
β
-pinen, 
α
-
fellandren, mentol-asetat
 və pulogen vardır. Təzə yarpaqlarında 
12  mq%  karotin  və  P  vitamini  var.  Odur  ki,  nanədən 
kulinariyada istifadə etmək fizioloji cəhətdən faydalıdır. 
Qeyd  etmək  lazımdır  ki,  Abşeronda  peyvənd  üsulu  ilə 
yetişdirilən hər iki növ nanənin zərif, xoşagələn ətirli iyi vardır. 
Ə
kilən  nanənin  süfrəmizdə  və  xörəklərimizin  tərkibində 
ə
dviyyat  tərəvəzi  kimi  geniş  istifadə  olunmasının  çox  mühüm 
müalicə əhəmiyyəti vardır. 
Nanənin  müalicəvi  xassələri.  Elmi  əsasda  öyrənilib 
müəyyən edilmişdir ki, əkilən nanənin tərkibində bir sıra vacib 
üzvi  maddələr  vardır  ki,  onlar  orqanizmdə  maddələr  mübadi-
ləsini  normallaşdırır,  mədə-bağırsaqlarda  əmələ  gələn  spazmı 
və köpməni aradan qaldırır, həzm prosesinin fəaliyyətini artırır. 
Bundan  əlavə,  əkilən  nanə  böyrək  və  sidik  yollarını  dezinfek-
siya  edir,  beyində  olan  tıxacları  açır,  qan  damarlarını  təmiz-
ləyir, qusmanı, ürəkbulanmanı dəf edir və ürək-damar sistemi-
nin fəaliyyətini artırır. Odur ki, əkilən nanədən xörəklərimizdə 
geniş istifadə etmək son dərəcə faydalıdır. 
Ə
kilən  nanənin  ən  əhəmiyyətli  maddələrindən  biri  onun 
tərkibində olan 2%-ə qədər efir yağıdır. Efir yağının tərkibinin 
50%-dən  çoxunu  mentol,  menton  və  mentol-asetat  kimi  qiy-
mətli  maddələr  təşkil  edir.  Göstərdiyimiz  bu  maddələr  nanə 
yağına  xoş  ətirli  iy  verməklə  bərabər  onun  ən  qiymətli  tərkib 
hissəsidir. 
Ə
kilən  nanədən  müasir  təbabətdə  bir  sıra  qiymətli  müa-
licə  preparatları  hazırlanır.  Bu  preparatlar  ürək-damar  sistemi 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə