Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə97/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   93   94   95   96   97   98   99   100   ...   116

 
385
Mayaotunun  müalicəvi  xassələri.  Mayaotu  tibdə 
sidikqovucu və ağrıkəsici dərman kimi, həmçinin, kosmetikada 
işlədilir. 
Mayaotunun tibbi məqsədlər üçün istifadə olunması haq-
qında  ilk  məlumatlar  ərəblərə  məxsusdur  və  eramızın  VIII 
ə
srinə  aid  edilir.  Rusiyada  isə  mayaotu  X  əsrdən  becərilməyə 
başlamışdır.  Sonradan  Qərbi  Avropada  becərilən  mayaotu, 
ə
sasən  sidikqovucu  və  qanı  «təmizləyən»  vasitə  kimi  istifadə 
olunmuşdur. 
Mayaotu  qozalarının  sulu  tinkturası  və  ya  toz  halındakı 
məhsulundan  iştahanı  artırmaq  və  mədənin  katarında  həzmi 
yaxşılaşdırmaq  üçün  tətbiq  olunur.  Iştahanı  artıran  vasitə  kimi 
mayaotu  ağır  xroniki  xəstəlikdən  sonra  zəifləmiş  xəstələrə 
məsləhət  görülür.  Bəzən  mayaotu  tinkturası  böyrəyin  və  sidik 
kisəsinin  iltihabında,  öd  kisəsi  və  qaraciyər  xəstəliklərində 
təyin  olunur.  1  xörək  qaşığı  xırdalanmış  mayaotu  qozasını  1 
stəkan  qaynanmış  suya  töküb  soyuduqdan  sonra  süzür  və 
yeməkdən  15-20  dəq.  qabaq  gündə  3-4  dəfə  1/4  stəkan  qəbul 
edirlər. 
Mayaotu  qozasından  hazırlanmış  tinkturadan  yüksək 
qıcıqlanma,  xüsusən  cinsi  həyəcanlanma,  yuxusuzluq  və 
polyusiyaya  (gecə  şeytan  aldatma)  qarşı  sakitləşdirici  vasitə 
kimi  istifadəsi  çox  yaxşı  təsir  göstərir.  Yuxusuzluqda  hər  gün 
yatmazdan  qabaq  1  -  2/3  stəkan  ilıq  mayaotu  tinkturasını  qur-
tum-qurtum içmək məsləhət görülür. Saç tökülməsinin ilk mər-
hələsində  başı  mayaotu  tinkturası  və  yaxud  həlimi  ilə  yumaq 
onun qarşısını alır. Son illər mayaotundan lupulon və qumulon 
adlı  antimikrob  preparatların  alınma  üsulları  işlənib  hazırlan-
mışdır.  
Mərzə  –  Майоран  –  Majorana  hortensis  Moench
Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən olan çoxillik yarımkol, 
çəhrayı  və  ağ  çiçəkləri  olan  ətirli  ot  bitkisidir.  4  növdən 
birindən,  əkilən  mərzədən  (Majorana  hortensis)  ədviyyə,  efir 
yağlı dərman xammalı kimi istifadə olunur. 
 
386
 Mədəni halda birillik ot bitkisi kimi becərilir. Yarpaqları 
xırdadır.  Tərkibində  0,3-0,4%  (qurudulmuşlarda  0,7-3,5%-ə 
qədər)  xoş  ətirli  və  tünd  acıtəhər  dadlı  efir  yağı  vardır.  Efir 
yağının  tərkibində  terpineol,  pinen,  sabinen  (40%-ə  qədər), 
borneol,  fenollar 
vardır.  Çiçəkləyən  vaxt  efir  yağının  miqdarı 
maksimuma  çatır.  Tərkibində  aşı  maddəsi  də  var.  Cavan 
yarpaqlarda  127  mq%  rutin,  44  mq%  askorbin  turşusu  və  5,5 
mq% karotin vardır. 
Yarpaqları  və  çiçək  tumurcuqları  təzə,  qurudulmuş  və 
yağda qızardılmış halda qida üçün istifadə edilir. Duru və quru 
xörəklərə  (ət,  balıq,  yumurta,  tərəvəz  xörəkləri)  əvəzedilməz 
tamlı qatqı kimi istifadə edilir. Salatlara və souslara da qatılır. 
Mərzədən  çayı  və  sirkəni  ətirləndirmək,  xiyarı  və  pomidoru 
duza qoymaq üçün də istifadə edirlər. 
Qurudulmuş  mərzə  içalat  və  Polşa  kolbasalarının  isteh-
salında  tətbiq  edilir.  Qurudulmuş  yarpaqlar  xırdalanır  və  istiot 
qatışıqlarının  tərkibinə  qatılır.  Likör-araq  sənayesi  üçün  qiy-
mətli xammaldır. Gec çiçək açdığı üçün qiymətli balverən bitki 
hesab edilir. 
Mərzənin  müalicəvi  xassələri.  Mərzədən  əsas  dərman 
və  ədviyyə  kimi  istifadə  olunur.  Mərzədən  pəhriz xörəklərinin 
hazırlanmasında  duz  əvəzi  kimi,  mədənin  normal  fəaliyyət 
göstərməsində istifadə edilir. 
Xalq təbabətində mərzə tinktura və həlim şəklində tonus-
qaldırıcı, antiseptik və katara qarşı bir vasitə kimi tətbiq olunur. 
Mərzəni  əlavə  dərman  vasitəsi  kimi  qıcolmada,  depressiya 
vəziyyətində, başağrılarında, başgicəllənməsində,  yuxarı tənəf-
füs yollarının iltihabında və astma zamanı təyin edirlər. Bəzən 
mərzədən köpmə, ishal və qanlı ishalla müşayiət olunan mədə-
bağırsaq  xəstəliklərində  (xüsusən  uşaqlarda)  istifadə  olunur. 
Damarların  varikoz  genişlənməsi,  podaqra,  yel  xəstəliklərində 
mərzə yağı ilə ovuşdurma yaxşı nəticə verir. 
Mixək    Гвоздика  –  Enqenia  Caryophyllata  aroma-
ticum.  Mərsin  bitkiləri  (Myrtaceae)  fəsiləsindən  olub 


 
387
hündürlüyü  6-12  m  olan  həmişəyaşıl  mixək  ağacının  quru-
dulmuş  çiçək  tumurcuğundan  (qozasından)  ibarətdir.  Vətəni 
Molukk  adaları  sayılır,  lakin  hazırda  bu  bitki  mədəni  surətdə 
Penanq, Seylon, Madaqaskar, Zənzibar adalarında, Braziliyada 
və Qvineyada becərilir. 
Çiçək  tumurcuqları  yaşıl  rəngdən  açıq  qırmızı  rəngə 
düşdüyü zaman tumurcuqlarda  çoxlu efir  yağı toplandığı üçün 
daha  kəskin  ətrə  malik  olur.  Bu  dövrdə  tumurcuqları  yığıb  bir 
həftəyə  qədər  gün  altında  və  ya  xüsusi  sobalarda  qurudurlar. 
Qurudulmuş  mixək  tumurcuqlarının  təməli  (gövdəsi)  boru-
şə
killi çiçək yatağına doğru qalxır ki, bunun uzunluğu 10 mm, 
diametri  3  mm  olur,  tumurcuğun  baş  hissəsi  isə  çiçək  yata-
ğ
ından ibarət olub kənarları diş-dişdir, içərisindəki erkəkcik və 
dişiciklər  (tellər)  kasacığın  içərisinə  doğru  yığılmış  olur. 
Mixəyin  tərkibi  faizlə  aşağıdakı  kimidir:  su  –  7-7,5;  azotlu 
maddələr  –  5,8-6,5;  efir  yağları  –  16-20;  karbohidratlar  –  16-
20; aşı maddələri – 16-20,5 və kül – 5,3-6. Efir yağları mixəyə 
xüsusi  iy  və  dad  verir.  Efir  yağlarının  əsasını  (70-90%-ni) 
evgenol,
 2-3%-ni atsetevgenol, 
β
-kariofilen
 və başqa maddələr 
təşkil edir. Mixək ən çox aşpazlıqda, şirniyyat, kolbasa məmu-
latı istehsalında, kompotların hazırlanmasında işlənilir. 
Mixəyin keyfiyyəti onun becərildiyi regiondan, qurudul-
ması  üsulundan,  tumurcuqların  iri-xırdalığından  və  tərkibində 
olan efir yağlarının miqdarından asılıdır. 
Mixəyin  ən  yaxşı  sortu  Alinoina  (Molukk  adalarından 
biridir)  mixəyi  sayılır.  Bu  mixək  tumurcuğu  çox  uzun,  içərisi 
dolu, ağır və yüksək ətirlidir. Bunda efir yağlarının miqdarı 19-
20%-dir.  Keyfiyyəti  azca  aşağı  sayılan  Sinqapur  və  Penanq 
mixəkləridir.  Bunlardan  sonra  Zənzibar  mixəyidir  ki,  bu  da 
yaxşı sort hesab edilir. Madaqaskar, Reyuniyon, Mavrikiya mi-
xəkləri keyfiyyətcə çox aşağı sayılır. Satışa buraxılan mixəkdə 
nəmlik  10%-ə  qədər,  külün  miqdarı  isə  6%-ə  qədər  olmalıdır. 
Mixək 10 q kütlədə karton qutu və ya sellofan paketlərdə satışa 
buraxılır. 
 
388
Mixəyin  müalicəvi  xassələri.  Azərbaycan  kulina-
riyasında  mixək  müxtəlif  xörək  və  şirniyyat  hazırlanmasında, 
çay  dəmləməsində,  ətriyyatda,  həmçinin,  xalq  təbabətində 
(mixək  yağı)  işlədilir.  Qurudulmuş  qönçələri  ədviyyat  kimi 
yeyinti  sənayesində,  çiçəyinin  tərkibindəki  antiseptik  evgenol 
maddəsi isə diş xəstəliklərinin müalicəsində istifadə olunur. 
Xəstələri müalicə etmək üçün mixəkdən istifadə edən ilk 
həkim  Hippokrat  olmuşdur.  Mixək  müalicəvi  əhəmiyyətini  bu 
günə  kimi  saxlayıb.  Bəzi  ölkələrdə  mixəkdən  qida  həzmini 
yaxşılaşdırmaq,  yaddaşı  möhkəmlətmək  və  yaxşı  həyəcan-
landırıcı vasitə kimi istifadə edirlər. Mixəyin sulu ekstraktından 
göz xəstəliklərinin müalicəsində, efir  yağından isə diş ağrısına 
qarşı  işlədilir.  Mixək  toksiki  olmadığından  və  yerli  qıcıqlan-
dırıcı  təsir  göstərmədiyindən  cərrahlar  ondan  əllərin  dezinfek-
siyası  və  cərrahi  sahənin  işlənməsi  və  hətta  irinli  yaraların 
müalicəsi  üçün  də  tətbiq  edirdilər.  Mamalıq  təcrübəsində  mi-
xəkdən  göbəyin  sarınmasında,  Çin  xalq  təbabətində  onun  efir 
yağından  dərinin  bəzi  xəstəliklərində,  mixək  gülünün  buton-
larını  isə  bədxassəli  şişlərin  müalicəsində  istifadə  olunan  bitki 
dərmanı  yığımlarının  tərkibinə  daxil  edilir.  Mixək  iyi  güvəyə 
qarşı kifayət qədər etibarlı vasitədir. 
Mixək  orqanizmə  istilik  verir,  quruducu  xüsusiyyətə 
malikdir. Xörəkdə və çayda mixək ürəyi, mədəni, daxili orqan-
ları  qüvvətləndirir,  həzmi  gücləndirir,  eyni  zamanda  əhvali-
ruhiyyəni yaxşılaşdırır və ağızdan gələn pis qoxunu aparır. 
Mixək  bəlğəmgətirici  kimi,  ürək  döyünmə  zamanı  mü-
nasib hesab edilir. 1,5-2 q mixəyi üyütdükdən sonra südə qatıb 
bir  müddət  içmək  cinsi  fəaliyyəti  günləndirir.  Burun  tutulması 
və zökəm zamanı əmgəyə mixək sürtmək faydalıdır. 
 Muskat  qozu,  Muskat  cövüzü    Мускатный  орех  – 
Myristica  fragran  S.  Myristica  moschata.  Tropik  muşk 
bitkiləri  (Myristicacieae)  fəsiləsinə  aid  olan  muskat  ağacının 
yetişmiş meyvəsindən  alınan quru toxumdan ibarətdir. Muskat 
ağacının əsas vətəni Molukk adaları sayılır, lakin bu ağac Yeni 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə