Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə99/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   95   96   97   98   99   100   101   102   ...   116

 
393
və  xroniki  mədə-bağırsaq  xəstəliklərində,  eləcə  də  böyrək  və 
sidik  yollarının  iltihabında  çox  gözəl  müalicəvi  təsir  göstərir. 
Ə
kilən nanənin yağı validol, valokardin, karvalol, Zelenin dam-
cısı
  kimi  vacib,  ürək  xəstəliklərində  çox  işlənən  dərmanların 
tərkibinə daxildir. Bundan əlavə, nanə  yağından  alınan mentol 
miqren xəstəliyinin müalicəsində çox faydalı dərmandır. Əkilən 
nanənin  yarpaqlarından  hazırlanan  «nanə  cövhəri»  mədə-
bağırsaq xəstəlyinin qiymətli dərmanı hesab olunur. 
Razyana – Фенхель – Foeniculum vulgare Mill. Çətir-
çiçəklilər (Umbellifeare) fəsiləsindən çoxillik yabanı bitkidir. 2 
m-ə  çatan  hündürlükdə  gövdəyə  malikdir.  Qiymətli  olduğu 
üçün ikiillik bitki kimi becərilir. Gövdəsinin aşağı hissəsindəki 
yarpaqları  iri  və  uzun  saplaqlı,  yuxarı  hissəsindəkilər  isə  sap-
laqsızdır. Xırda, sarı rəngli çiçəkləri gövdəsinin təpəsində çətir 
formasında  yerləşir.  Uzunsov,  yumurta  şəklində  olan  meyvəsi 
iki dənədən ibarətdir. 
Vətəni Kiçik Asiya və Suriyadır. Avropanın və Asiyanın 
bütün  ölkələrində  becərilir.  Ukraynada,  Krasnodarda,  Vo-
ronejdə  və  Şimali  Qafqazda  razyana  geniş  miqyasda  becərilir. 
Azərbaycanda bu bitkiyə yabanı halda çox təsadüf etmək olur. 
kiillik mədəni bitki kimi becərilir. 
Razyananın  sarı  rəngli  xırda  çiçəkləri  gövdəsinin  təpə-
sində  çətir  formasında  yerləşir.  Meyvəsini  yetişənə  az  qalmış 
dərib, qurudur və kənar qatışıqlardan təmizləyirlər. 
Meyvəsinin  əsas  təsiredici  maddəsi  efir  yağından  iba-
rətdir.  Efir  yağının  miqdarı  4-6%-dir.  Efir  yağından  başqa, 
meyvəsində 18%-ə qədər piyəbənzər yağ və 27% zülal maddəsi 
də  vardır.  Razyana  yağının  ətrini  təşkil  edən  ətirli  maddənin 
60%-ə qədəri anetoldan ibarətdir. Anetoldan başqa razyana ya-
ğ
ının tərkibində 10-12% fenxon, pinen, fellandren, kamfen, cirə 
aldehidi,  metilxavikol
  kimi  ətirli  maddələr  də  vardır.  Razya-
nadan  təbabətdə,  ətriyyat  və  yeyinti  sənayesinin  bir  çox  sahə-
lərində  istifadə  edilir.  Ətirli  ədviyyə  kimi  konservləşdirmədə, 
çörək-bulka və qənnadı sənayesində işlədilir. 
 
394
Razyananın müalicəvi xassələri. Razyana meyvəsindən 
elmi təbabətdə soyuqdəymə nəticəsində baş verən xəstəliklərdə, 
xüsusən  tənəffüs  yollarının  iltihabında  yumşaldıcı  və 
bəlğəmgətirici  öskürək  dərmanı  kimi,  eləcə  də  mədə-bağırsaq 
xəstəliyində  həzm  prosesini  yaxşılaşdıran  və  köpmənin  qar-
ş
ısını  alan  vasitə  kimi  geniş  istifadə  olunur.  Razyana  meyvəsi 
dəmləmə və bişirmə şəklində öd kisəsinin iltihabında və böyrək 
xəstəliklərində  də  qəbul  edilir.  Xalq  təbabətində  razyanadan 
çay  kimi  dəmləyib  uşaqlarda  tez-tez  baş  verən  mədə  ağrı-
larında,  spazmanı  aradan  qaldıran  və  köpmənin  qarşısını  alan 
dərman  kimi  istifadə  edilir.  Bu  məqsədlə  razyana  meyvəsini 
qurudulmuş  nanə  yarpağı  ilə  bərabər  şəkildə  qarışdırıb  dəm-
ləmək çox yaxşı nəticə verir. 
Ev  şəraitində  körpələr  üçün  razyana  çayı  hazırladıqda  1 
stəkan qaynayan suya 1 çay qaşığı xırdalanmış razyana toxumu 
götürülür,  dəmlənir,  süzülür  və  şəkər  qatılıb  şirinləşdirilir. 
Razyana  şüyüddən  daha  çox  bəlğəmgətirici  xassəyə  malikdir. 
Adətən, bu məqsədlə 1 stəkan suya 2-3 çay qaşığı xırdalanmış 
razyana  götürülüb  dəmlənir.  Bu  çaydan  gündə  4-5  dəfə  1-3 
xörək qaşığı içilir. Razyana toxumları müxtəlif çay yığımlarının 
tərkibinə  daxil  edilir:  məsələn,  yumşaldıcı,  yelqovucu,  öd-
qovucu, sinəyumşaldıcı və sakitləşdirici çay yığımları. 
Reyhan  –  Базилик  –  Ocimum  basilicum  L.  Dodaq-
çiçəklilər  (Labiatae)  fəsiləsindən  olub,  birillik  ot  bitkisidir. 
Vətəni  Hindistan  və  Irandır.  Cənubi  Avropanın  bütün  ölkə-
lərində,  Qafqazda,  Krımda,  Moldovada,  Orta  Asiya  və  Zaqaf-
qaziya  respublikalarında  becərilir.  Bu  bitki  qədim  yunanlarda 
«okimon» adı ilə məlum idi. 
Gövdəsinin  rəngi  qırmızıyaçalan  bənövşəyidir.  Yarpaq-
ları  uzunsov  yumurtavarı  formalı  olub,  bəzən  kənarları  dişvarı 
və ya əksərən bütövdür. Çiçəkləri ağ və ya çəhrayı rəngdədir. 
Meyvəsi  yetişəndə  dörd  hissəyə  ayrılır.  Hər  bir  hissəsi 
oval  formalı,  üzəri  hamar,  qara-qonur  rəngli  birtoxumlu  qoz-
cuqdan  ibarətdir.  Reyhan  iyul  ayından  başlayaraq  sentyabr 


 
395
ayına  kimi  çiçəkləyir.  Azərbaycanda,  xüsusən  Abşeron 
kəndlərində reyhan ətirli tərəvəz bitkisi kimi çoxdan bəri geniş 
miqyasda becərilir.  
Reyhan  çox  ətirli  və  xoş  dadlı  olduğundan,  əsasən  əd-
viyyəli  göyərti  kimi  həm  də  souslara,  salatlara  və  duru  xörək-
lərə  dad  və  ətir  vermək  üçün  işlədilir.  Reyhan  pomidordan, 
xiyardan  hazırlanmış  salat  üçün  əsas  ətir  və  dadverici  göyərti 
hesab olunur. Reyhan qarın və böyrək xəstəliklərinin profilak-
tikasında da tətbiq edilir. Quru yarpaqlarından hazırlanmış toz, 
ə
sasən  xaricdən  alınan  istiotların  əvəzedicisi  kimi,  istiotlu 
qatışıqların tərkibinə daxil edilir. 
Reyhanın  yarpaq  və  çiçəklərində  0,03-1,6%,  yaşıl 
yarpaqlarında isə 0,04-0,52% efir yağı vardır. Ən çox efir yağı 
tam  çiçəkləmiş  bitkidən  hasil  edilir.  Efir  yağının  əsas 
komponentləri  evgenol  (7,8%),  metilxavikol,  linalool,  kamfora 
və osimendən ibarətdir. Toxumların tərkibində 11,6-19% piyə-
bənzər yağ da vardır. 
Efir yağından başqa reyhanın yarpaqlarında 16,3% azotlu 
maddə,  4,73%  yağ,  12,6%  sellüloza,  vitaminlər,  aşı  və  boya 
maddələri  vardır.  Reyhanda  olan  boya  maddələri  –  xlorofil, 
flavonlar, karotin tibbi cəhətdən çox faydalıdır. Bu maddələrin 
qanazlığında, mədə-bağırsaq xəstəliklərində,  avitaminozda çox 
gözəl müalicəvi təsiri var. Qida ilə qəbul olunmuş reyhan mad-
dələr  mübadiləsini  yaxşılaşdırır,  qidanın  həzmini  asanlaşdırır. 
Ona  görə  də  reyhandan  gündəlik  qidamızda  istifadə  olunma-
sının böyük əhəmiyyəti vardır. 
Reyhanın  müalicəvi  xassələri.  Bitkinin  yerüstü  hissə-
sində  bir  sıra  müalicə  əhəmiyyətli  maddələr  vardır.  Bunlardan 
efir yağını, vitaminləri, flavonoidləri, aşı və qatranlı maddələri 
və  s.  göstərmək  olar.  Reyhanda  olan  boyayıcı  maddələr  – 
flavonlar,  xlorofil,  karotin  və  eləcə  də  efir  yağı  tibbi  cəhətdən 
çox faydalıdır. Həmin maddələrin qanazlığında, xroniki mədə-
bağırsaq xəstəliklərində,  avitaminozda çox gözəl müalicəvi tə-
siri var. Reyhan qida ilə qəbul olunduqda orqanizmin maddələr 
 
396
mübadiləsini  yaxşılaşdırır.  Həzmi  asanlaşdırır  və  qanın 
tərkibinin  normallığını  mühafizə  etməklə  bərabər,  böyrək  və 
sidik  yollarının  iltihabını  da  aradan  qaldırır.  Süfrələrimizdə 
reyhandan  daha  geniş  istifadə  etməyin  böyük  müalicəvi 
ə
həmiyyəti vardır. 
Həlimi 1-2 çay qaşığı xırdalanmış reyhan göyərtisindən 1 
stəkan  suda  hazırlayıb  gün  ərzində  bərabər  paylarla  qəbul 
edirlər.  Bəzən  reyhan  həlimini  başağrılarında  da  içirlər.  Rey-
hanın  sulu  ekstraktından  xroniki  qastritdə,  yoğun  bağırsağın 
iltihabında,  qida  zəhərlənmələrində  və  s.-də  istifadə  edirlər. 
Azərbaycan  şərbətləri  içərisində  «Reyhan  şərbəti»  xüsusi  yer 
tutur və plov yanında süfrəyə verilir. 
Rozmarin  –  Розмарин  лекарственный  –  Roz-
marinus officinalis L. Dodaqçiçəklilər (Labiatae) fəsiləsindən 
həmişəyaşıl çoxillik ətirli kol bitkisidir. Yabanı halda Ispaniya, 
Italiya  və  Yunanıstanda  bitir.  Sənaye  əhəmiyyətli  rozmarin 
Krımın  cənub  sahillərində  becərilir  və  ondan  efir  yağı  alınır. 
Rozmarinin çiçəkləri cavan yarpaqlarla birlikdə toplanır. Onun 
tərkibində 0,2-0,8% efir  yağı var. Yarpaqlarının kütləsi 15 mq 
olduqda 1,5%, 40 mq-a qədər olduqda 0,5% efir yağı olur. Efir 
yağının  əsas  komponentləri  30%-ə  qədər  pinen,  20%-ə  qədər 
kamfen
, 10%-ə qədər borneol və sineoldan ibarətdir. Ümumiy-
yətlə, rozmarin efir yağının tərkibində 20-ə qədər müxtəlif ətirli 
komponentlər vardır. 
Rozmarin  efir  yağı  sabunların  və  kosmetika  məmulat-
larının ətirləndirilməsində istifadə edilir. Xaricdə rozmarin yar-
paqlarından  alınan  ekstraktdan  yağların  və  başqa  yeyinti 
məhsullarının stabilləşdirilməsində istifadə edilir. 
Rozmarinin  müalicəvi  xassələri.  Rozmarindən  dərman 
bitkisi  kimi  qədimdən  istifadə  olunur.  Onun  müalicəvi  təsiri 
yalnız  tərkibindəki  efir  yağı  ilə  deyil,  həmçinin,  yarpaqlarında 
olan  rozmarisin  alkaloidi,  ursol  və  rozmarisin  turşuları  ilə  də 
dəyərlidir.  Ən  məşhur  olan  preparatlardan  biri  bitkidən  spirtlə 
qovulan rozmarin suyudur (distilyatdır). Bu günə qədər bir çox 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə