Microsoft Word Yeyil-n-bitkil-rin-m-alic-vi-xass-l-ri doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə94/116
tarix26.03.2018
ölçüsü4,51 Kb.
#34566
1   ...   90   91   92   93   94   95   96   97   ...   116

 
373
«Yerofiç»  istehsalında  istifadə  edilir.  Ətriyyat  sənayesində 
sabun, pomada və pastaların ətirləndirilməsində, elmi təbabətdə 
çay  kimi  dəmləyib  sinir  sistemi  xəstəliklərində  sakitləşdirici, 
eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı, soyuqdəymədə 
və  sidikqovucu  kimi  istifadə  edilir.  Qaraqınıq  yaxşı  balverən 
(100 kq/ha) bitkidir. 
Qaraqınığın  müalicəvi  xassələri.  Elmi  təbabətdə  qara-
qınıq  otundan  çay  kimi  dəmləyib  sinir  sistemi  xəstəliklərində 
sakitləşdirici, eləcə də mədənin həzm prosesini yaxşılaşdırıcı və 
iltihabı  aradan  qaldırıcı  dərman  kimi  geniş  istifadə  olunur. 
Qaraqınıq  preparatı  soyuqdəymə  nəticəsində  baş  verən  sinə 
ağrılarını  sakitləşdirici  kimi  təsir  edir.  Xalq  təbabətində  qara-
qınıq  daha  geniş  istifadə  olunur.  Onun  qurudulmuş  çiçəklə-
rindən  soyuqdəymədə,  mədə-bağırsaq  xəstəliklərində  ishala  və 
dizenteriyaya  qarşı,  eləcə  də  göyöskürəkdə  çay  kimi  dəmləyib 
içirlər.  Bundan  başqa,  qaraqınıq  çayından  diş  və  boğaz  ağrı-
larında qarqara kimi də istifadə edilir. 
Qaraqınığın dəmləməsi aşağıdakı qaydada hazırlanır: qu-
rudulmuş qaraqınıq otunu əvvəlcə xırdalayır, toz halına salırlar. 
Sonra ondan 1 çay qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəq. 
dəmləyib  süzür  gündə  3  dəfə,  hər  dəfədə  1-2  xörək  qaşığı  ye-
məkdən  əvvəl  xəstəyə  içirdirlər.  Belə  çaydan  əsəb  xəstə-
liklərində sakitləşdirici, mədə-bağırsaq və tənəfüs yolları xəstə-
liklərində iltihabı aradan qaldırıcı vasitə kimi istifadə edilir. 
 Qırmızı istiot, saplaqlı acı istiot  Перец красный – 
Capsicum  Annuum  L.  Badımcançiçəklilər  (Solanaceae) 
fəsiləsinə  aiddir.  Növlərindən  acı  istiot  (Capsicum  annuum 
L.),  kayen  istiotu  (Capsicum  Fastigiatum  B.L.)  və  şirin  istiot 
(Capsicum  longum  D.C.)  daha  çox  yayılmışdır.  Saplaqlı  isti-
otun vətəni Mərkəzi Amerika (Meksika və Qvatemala), Kayen 
istiotunun vətəni Cənubi Hindistandır.  
 Meyvəsindən  təzə,  konservləşdirilmiş  şəkildə  və  quru-
dulduqdan  sonra  üyüdüb  ədviyyə  kimi  istifadə  edirlər.  Tropik 
ölkələrdə qırmızı istiot çoxillik, Azərbaycanda isə birillik bitki 
 
374
kimi  becərilir.  Becərilən  istiotlar  2  qrupa  bölünür:  tərəvəz  və 
ə
dviyyə istiotu. 
Tərəvəz  istiotuna  şirin  bibər  də  aiddir  ki,  bu  müxtəlif 
salatların  hazırlanmasında  və  tərəvəz  konservləri  istehsalında 
istifadə olunur. 
Ə
dviyyə  istiotu  özü  də  tərkibindəki  yandırıcı  maddənin 
miqdarına  görə  2  yerə  bölünür:  acı  yandırıcı  istiot  və  zəif 
yandırıcı istiot. Ədviyyə istiotuna saplaqlı istiot da deyilir. 
stiot  meyvəsinin  uzunluğu  6-12  sm,  ən  böyük  diametri 
isə 3 sm olur. Yetişmiş meyvələri sarı, narıncı və müxtəlif ça-
larlı qırmızı rəngdədir. 
Qırmızı istiot, əsasən Cənubi Ukraynada, Şimali Qafqaz-
da,  aşağı  Volqaboyunda,  Zaqafqaziyada,  Orta  Asiyada  becə-
rilir. 
Qırmızı  istiotun  aşağıdakı  sortları  becərilir:  Həştərxan, 
Ukrayna  (çox  tünddür),  Kutaisuri,  Margelan,  Namonqan  (orta 
tünddür),  Velikan,  Fil  xortumu  (zəif  tünddür).  Azərbaycanda 
acı  istiotlardan  Fil  xortumu-304  və  Həştərxan-628  sortları  be-
cərilir. 
Qırmızı  istiot  xarici  ölkələrdən  Bolqarıstanda,  Macarıs-
tanda,  Rumıniyada,  Yuqoslaviyada,  Türkiyədə,  Ispaniyada 
daha çox yayılmışdır. Dünya bazarında Macarıstan bibəri daha 
çox yer tutur. 
Ə
dviyyə  kimi  istifadə  olunan  qırmızı  istiotu  əldə  etmək 
üçün  o,  tam  yetişmiş  halda  qurudulur,  üyüdülür  və  məhsul 
«paprika» adlanır. Tərkibində 1,12% efir yağı, 1%-ə qədər kap-
saitsin
 qlükozidi vardır. 
Qırmızı  istiotu  kulinariyada  müxtəlif  xörəklərin  hazır-
lanmasında bütöv və üyüdülmüş halda işlədirlər. Qırmızı istiot 
20-30%  miqdarında  istiot  qatışıqlarının  tərkibinə  daxil  olur. 
Üyüdülmüş qırmızı istiotun rəngi qırmızı-kərpici və ya narıncı 
olub  özünəməxsus  iyi  vardır.  Dadı  çox  yandırıcı  (tünd  tamlı 
istiot  üçün)  və  ya  zəif  yandırıcı  olmalıdır.  Nəmliyi  11%-ə 
qədər,  külü  isə  9%-ə  qədərdir.  095  nömrəli  ələkdə  ələndikdə 


 
375
2%-dən  çox  qalmamalıdır.  054  nömrəli  ələkdən  isə  80%-dən 
çox  keçməlidir.  Metal  qatışığı  1  kq-da  10  mq-dır.  Kənar  qatı-
ş
ıqların  olmasına  yol  verilmir.  Satışa  25  və  50  q  xalis  çəkidə 
karton  karobkalarda  və  ya  kağız  paketlərdə  buraxılır.  Bütöv 
halda  təzə  istiot  tərəvəzlərin  duza  və  sirkəyə  qoyulmasında 
ə
vəzolunmaz ədviyyədir. 
Qırmızı  istiotun  müalicəvi  xassələri.  Qırmızı  istiotun 
meyvələrini tam yetişdikdən sonra toplayıb günəş altında və ya 
xüsusi  quruducularda  qurudurlar.  Bitkinin  meyvəsini  qurut-
duqda və xüsusən qurumuş məhsulu xırdaladıqda çox ehtiyatlı 
olmaq  lazımdır,  çünki  qırmızı  istiotun  tozu  gözün  və  tənəffüs 
yollarının selikli qişasına kəskin yandırıcı təsir göstərir. Qırmızı 
istiotun  əsas  təsiredici  maddəsi  alkaloid  xassəli  kapsaisindir. 
Kapsaisin  kəskin  yandırıcı  təsirə  malik  olub,  kimyəvi  quruluş 
etibarilə  desilen  turşusunun  vanilin  amididir.  Qırmızı  istiotda 
kapsaisin alkaloidinin miqdarı 0,2%-ə qədər, başqa növlərdə isə 
nisbətən az olur. Qırmızı istiotun tərkibində kapsaisindən başqa 
10%-ə  qədər  piyli  yağ,  385  mq%-ə  qədər  C  vitamini  və  10 
mq%-ə qədər karotin vardır. Tibdə qırmızı istiotdan tinktura və 
mürəkkəb  duru  məlhəm  şəklində  revmatizmdə  və  eləcə  də 
donmalarda  xaricə  sürtmə  kimi  istifadə  edilir.  Bundan  əlavə, 
bitkinin  təzə  dərilmiş  və  qurudulmuş  meyvələri  az  dozada 
daxilə,  iştahgətirici  maddə  kimi  də  işlədilir.  Qırmızı  istiotun 
meyvələri insektisid xassəyə malikdir.  
Qeyd  etmək  lazımdır  ki,  mədə-bağırsaq,  qaraciyər  və 
böyrək xəstəliklərində qırmızı istiotdan istifadə etmək məsləhət 
görülmür. 
Tibdə,  əsasən  iştahaartırıcı  vasitə  kimi  qırmızı  acı  istiot 
sortlarından  istifadə  olunur.  Bu  məqsədlə  qırmızı  istiotun 
spirtdəki  tinkturasından  yeməkdən  əvvəl  10-20  damcı  qəbul 
etmək iştahanı artırır və həzmi yaxşılaşdırır. Belə tinktura həm 
də  bakterisid  təsirə  malik  olduğundan,  onu  kəskin  mədə-ba-
ğ
ırsaq pozuntularında da tətbiq etmək olar. Bu tinkturanı günə-
baxan  yağı  ilə  1:2  nisbətində  qarışdırıb  miozitdə  (əzələlərin 
 
376
iltihabı) və işiasda (oturaq sinirinin iltihabı) dərini ovuşdurmaq 
üçün  bir  vasitə  kimi  istifadə  olunur.  Bu  məqsədlə  apteklərdə 
hazırlanan və tərkibində qırmızı istiot nastoyu olan liniment və 
məlhəmlərdən  də  istifadə  etmək  olar.  Qırmızı  istiot  tinkturası 
həm  də  donmaya  qarşı  istifadə  olunan  məlhəmlərin  tərkibinə 
daxil edilir. 
Qıtıqotu    Хрен  –  Armoracia  ructicana  L.  Xaç-
çiçəklilər  (Cruciferae)  fəsiləsindən  olan  çoxillik  bitkinin 
(Armoracia  ructicana  Lam,  Coch  learia  armoracia  Lam.), 
ə
sasən kökləri istifadə edilir. Dünya florasında dörd növü bitir. 
Azərbaycanda  bir  növü  –  A.ructicana  mədəni  halda  yayıl-
mışdır.  Rusiyanın  bütün  rayonlarında  becərilir.  Yabanı  halda 
Rusiyanın Avropa hissəsində, Qafqazda və Qərbi Sibirdə təsa-
düf edilir. Qıtıqotunun kökündən başqa, bəzən cavan yarpaqları 
salata,  şorbaya,  həmçinin,  xiyar  və  pomidoru  duza  qoyduqda 
(şüyüd əvəzi) işlədilir. 
Hündürlüyü  50-150  sm-ə  çatan,  budaqlanan  gövdəsi  və 
iri,  ətli  kök  sistemi  vardır.  Kökətrafı  yarpaqları  iri,  uzunsov, 
bütöv,  azca  mişarvarıdır.  Gövdənin  aşağı  hissəsində  yerləşən 
yarpaqları  uzunsov,  ortada  yerləşən  yarpaqları  qısa  lansetvarı, 
yuxarıdakıları  isə  xətvarıdır.  Çiçəkləri  xırda,  ağ  rəngdə,  göv-
dənin  qurtaracağında  salxımvarı  toplanır.  Iyun  ayında  çiçək 
açır.  Ətirli  iyi  vardır  ki,  bu  da  şəbbu  gülünün  ətrini  xatırladır. 
Meyvəsi  uzunsov  və  yaxud  yumru  4-8  ədəd  toxumdan  iba-
rətdir. Kökü yumaqvarı olub, çoxlu əlavə kökləri vardır. Onlar, 
ə
sasən torpağın üst qatına yaxın 25-30 sm, bəzən isə 55-60 sm 
dərinlikdə  yerləşir.  Kökü  xaricdən  qızılı-qəhvəyi,  daxildən  isə 
ağ rəngdədir. 
Ə
n  yaxşı  kök  1-ci  və  2-ci  ildə  alınır,  çoxillik  köklər 
ağaclaşmış və çox acı olur. Qıtıqotunun tünd dadı və iyi onun 
tərkibindəki  siniqrin  qlükozidindən  asılıdır  və  bundan  xardal-
alil yağı əmələ gəlir.  
Qıtıqotu qiymətli ədviyyə və dərman bitkisi hesab edilir. 
Qıtıqotunun  tərkibində  zülallar,  yağ  və  karbohidratlar  vardır. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə