95
qorçubaşı əvvəllər dövlətin ali strukturunda birinci, sonralar isə
ikinci yerdə dayanırdı. Səyyah müəyyən vaxtlarda qorçubaşının
dövlətin bütün silahlı qüvvəsinin baş komandanı, yəni sipahsalar da
olduğunu yazmışdır. Qorçubaşı həmişə sarayda olur, ancaq o,
sipahsalar vəzifəsinə təyin edildikdə paytaxtı tərk də etməli olur. O,
paytaxtı sipahsalar kimi tərk edərkən, hər bir bölgədə ona şərait
yaradılmalı, evlər hazırlanmalı və mühafizə dəstəsi ilə də təmin
olunmalı idi (106, 47).
Əyalətdəki qorçubaşılar, onbaşı, yüzbaşı, minbaşılar mərkəz-
dəki qorçubaşıya tabe idilər. Qorçubaşı çox geniş hərbi funksiyaya
malik idi. Budaq Qəzvini yazır ki, II Şah İsmayıl əmr etmişdi ki,
heç kəs qorçubaşının işinə qarışmasın və qorçuların nə işi olsa,
qorçubaşılara desinlər (85, v.399b). Göründüyü kimi, Şah İsmayıl
dövründən qorçubaşı yüksək hərbi nüfuz və qüdrətə malik olmuş-
dur. I Şah Abbasın dövründə qorçuların hüquqlarının qismən məh-
dudlaşdırılması istisna olmaqla, qorçular və onların hərbi rəislərinin
Səfəvi dövlətçiliyindəki müstəsna nüfuzları ciddi dəyişikliklərə
uğramamışdır. Təsadüfi deyildir ki, İskəndər Münşi II Şah İsmayıl
dövründə qorçubaşı Yusifqulu sultandan söhbət açarkən onu
«ərkan-i dövlət» (dövlətin dayağı) adlandırmışdı (80, 140). XVII
əsrdə də qorçubaşıların çox geniş hərbi hüquqları vardı. Enqelbert
Kempfer qeyd edir ki, baş vəzirdən sonra üç növ qoşun koman-
dirləri nüfuz sahibləridir – qorçular, qulamlar, tüfəngçilər. Orduda
rütbəsinə görə birinci yeri qorçubaşı, ikinci yeri qullarağası, üçüncü
yeri isə tüfəngçibaşı tutur (96, 87-89). Bu barədə Sanson maraqlı
məlumat vermişdir. O, yazır ki, qorçubaşı dövlətdə ikinci şəxsiy-
yətdir. Ancaq əvvəllər dövlətin birinci şəxsiyyəti hesab olunurdu.
Səfəvilərin hakimiyyətinin ilk illərində qoşunun baş komandanı
qorçubaşı olurdu. İndi Şah istədiyi adama bu vəzifəni verir. İndi də
qorçubaşı bir dəstə süvari qoşunun rəisidir ki, onlar qorçu adlanır…
qorçubaşıların övladları atalarının yerini tutur… qorçubaşı həmişə
mərkəzdə olur (106, 46). İskəndər Münşi də qorçuları «qorçuyan-i
izam» (əzəmətli qorçular) adlandırmışdır (80, 164).
Qorçuların əksər hissəsi əyalətlərdə yerləşirdi. Əyalətlərdə
yaşayan qorçuların da mərkəzdəki qorçubaşıya tabe olan qorçu-
96
başıları vardı. Qorçubaşı Padarın Şirvanın mədaxil və məxaricini
yaxşı bildiyi üçün 1538-ci ildə Səfəvi silahlı qüvvləri ilə birlikdə
Şirvana göndərilməsi barədə məlumata (77, 286; 118, v.102-104b;
96, 274) görə o, bir müddət Şirvan qorçularının qorçubaşısı olmuş-
du. «Təkmilətül-əxbar»da Şirvanda Əhməd bəy Ustaclı adlı başqa
bir qorçubaşının da adı çəkilir (28, 90). Bu faktlar əyalətlərdə də
qorçubaşının olması qənaətinə gəlməyə imkan verir. I Şah İsmayılın
hakimiyyəti dövründə Dədə Abdal bəy Zülqədərdən sonra
qorçubaşı Qızılbaş-Türk əyanlarından Yeqan bəy Təkəli (1509-
1510) və Sarı Pirə Ustaclı olmuşdu. O, Çaldıran savaşında (1514)
öldürülmüşdü (128, 342; 108, 48; 20, 228). 1514-cü ildə Şiraz
hakimi Xəlil sultan Zülqədər döyüş səhnəsini savaşmadan tərk
etdiyinə görə h. 925 (1519)-ci ildə öldürüldü və yerinə hakim Əli
sultan Zülqədər təyin edildi ki, o bu vəzifəyə gətirilənə qədər
qorçubaşı idi (108, 50).
Əmir əl-üməra və həm də vəkil mənsəbində olan Çuxa sultan
Təkəli tutduğu vəzifədən istifadə edərək sərbəst fəaliyyət göstər-
diyinə görə I Şah Təhmasib onun aradan götürülməsini qərarlaşdır-
mış və bu iş sabiq Herat hakimi Hüseyn xan Şamlıya tapşırılmışdı.
Seyid Hüseyn bin Murtuza Astrabadı h. 937 (1531)-ci ildə Çuxa
sultan Təkəlinin qorçubaşı Nəzər tərəfindən Qəzvində öldürüldüyü-
nü yazmışdı (108, 60). Ancaq Nəzərin hansı türk elindən olduğunu
qeyd etmir. «Şah Təhmasibin təzkirəsi»ndə 1531-ci ildə İsfahan
yaxınlığında Şahın qərargahında Ustaclı, Rumlu, Zülqədər, Əfşar
əmirləri ilə Təkəli əmirləri arasında baş vermiş savaş haqqında
verilən məlumatda Təkəli Pərvanə bəyin qorçubaşı olduğunu
görürük. Bu hadisə zamanı Şah Təkəli əmirlərinin qətlinə hökm ver-
miş və qorçubaşı Pərvanə bəy də öldürülmüşdü (56, 24). I Sultan
Süleyman Qanuninin 90 minlik ordusunun 1534-cü ildə İbrahim
paşanın başçılığı ilə Səfəvi məmləkətinə birinci yürüşü baş verdikdə
qorçubaşı Şamlı elindən Oğlan Xəlifə adı ilə məşhur olan
Məhəmməd Xəlifə idi (77, 248; 108, 63). Bu zaman qorçubaşı
Məhəmməd Xəlifə Şamlının qorçu alayının Xorasanda olması və
Osmanlı ordusu Azərbaycana daxil olduqda dərhal Şahla birgə
Təbrizə dönməsi (108, 63) ölkəni içəridən-dışarıdan qoruyan
97
qorçuların Şahın əsas hərbi dayağı olmasından, qorçubaşıya da
hərbi-siyasi məsələlərdə etimad göstərməsindən irəli gəlirdi.
Seyid Hüseyn bin Murtuza Hüseyni Astrabadi h. 953 (1546)-
cü il hadisələrindən bəhs edərkən zamanın ən nüfuzlu əmirlərindən
Sevindik bəy Əfşarın qorçubaşı olduğunun və onun qeyd olunan
ildə Əlqas Mirzənin itaətsizliyini aradan qaldırmaq üçün Şirvana
göndərilən mötəbər əyanların tərkibində olduğunu yazır (108, 72).
Sevindik bəy Əfşar 1538-ci ildən 1562-ci ilə qədər qorçubaşı
vəzifəsində olmuşdu (77, 286; 20, 228)
Əfşarlardan Qulu bəy Əfşarı II Şah İsmayıl qorçubaşı təyin
etmiş (108, 97) və o, Sultan Məhəmmədin də dövründə (1578-1587)
bu vəzifədə olmuşdu
I Şah Abbas taxta çıxdıqda (1587) Əbərqu (Əbərguh) hakimi
olan Yusif xan Əfşar qorçubaşı vəzifəsinə təyin edilmişdi. Onun
atası Qulu bəy Əfşar da Sultan Məhəmməd dövründə qorçubaşı
olmuşdu (80, 381, 423) Yusif xanın bu vəzifəyə təyin olunmasında
atası ilə yaxın olmuş Mürşüdqulu xan Ustaclının böyük rolu
olmuşdu. Ancaq buna baxmayaraq Yusif xan Mürşüdqulu xan
Ustaclını aradan götürmək istəyən əmirlərə qoşulmuş, ancaq onlar
uğursuzluğa düçar olmuş və Yusif xan Əfşar da yaxalanmışdır.
Fəqət Mürşüdqulu xan Ustaclının ricası ilə onu edam etməyib, həbs
cəzasına məhkum etmişdilər. Qorçubaşı vəzifəsi isə Bədr xan
Əfşara verilmişdi. O, 1588-ci ildə Astrabada hakim göndərildikdə
ali divanda böyük mənsəb olan qorçubaşı vəzifəsinə Vəli xan Əfşar
təyin edilir (80, 402). İskəndər bəy Münşinin yazdığına görə
qorçubaşılıq ali divanda çox yüksək mənsəb olub dövlətin əsas
dayağı idi. I Şah Abbasa qədər böyük və nizami qorçular silkində
olan Allahqulu bəy Qapanoğlu Qacar yüzbaşı rütbəsinə yüksəlmiş
və 1591-ci ildə qorçubaşı olmuşdu (80, 439). O, I Şah Abbasın
hakimiyyətinin on doqquzuncu ilində də bu vəzifədə idi və Şahın
buyruğu ilə Mərəndin Osmanlı ordusundan qorunmasına göndəril-
mişdi (80, 678). 1611-ci ildə Seyid bəy bin Məsum bəy Səfəvinin
oğlu İsa bəy qorçubaşı təyin edilir. O, şahlıq sülaləsi ilə qohum
olub, yüzbaşı rütbəsindən qorçubaşı mənsəbinə yüksəlmişdi (80,
859, 932). I Şah Səfi də dövlətin hərbi təşkilatında əsasən qorçulara
Dostları ilə paylaş: |