101
Eşikağasıbaşı haqqında Mirzə Səmia yazır ki, o, bütün söhbət
yasavullarının, divan eşikağasılarının, divan qapıçıları və ağalarının
divan carçı və yasovullarının ağsaqqalıdır və Şah məclisində iştirak
edən əcnəbi ölkə elçilərinin, əyanların, xidmətçilərin, qulluqçuların
davranış qaydalarını müəyyənləşdirmək, nizam-intizamı qorumaq
birbaşa onun səlahiyyətinə aid idi. Məclisdə qayda-qanunlara ciddi
əməl olunması ilə bağlı məsələlərdə də eşikağasıbaşı birbaşa
əmrlərə aid təlimat üzrə məsuliyyət daşıyırdı (132, 8). Tavernye
yazırdı ki, bir neçə nəfər yüksək mənsəbli məmura başçılıq edən
eşikağasıbaşı vəzifəsi Fransadakı təşrifat rəisinə bənzəyirdi (104,
576). Eşikağasıbaşını “baş marşal” adlandıran Adam Oleariyə görə
isə onun tabeliyində qırx nəfər eşikağası çalışırdı ki, onlalr dörd-
dörd, yaxud beş-beş növbə ilə yarım il müddətində sarayda xidmət-
lərini yerinə yetirirdilər. Onlar şah saryının giriş qapısını qoruduq-
larına görə həm də qapıçı adlanırdılar. Əcnəbi ölkələrindən gələn
elçiləri də eşikağasıbaşı rəsmi qəbul günlərində yerli qayda əsasında
şaha təqdim edirdi. Bu məclislərdə şahın xidmətində olan yasavullar
da eşikağasıbaşına tabe idilər (139, 894; 20, 239).
Eşikağasıbaşının əmri altında olanların məvacib, tiyul və
həmesaləsi barədə, onun özünün təqdimatını baş vəzir qəbul etdik-
dən sonra bu barədə yazılı hökm verilirdi. Müəyyən xidmətçiləri
əvəz etmək istəyənlərin məvacibi, həmesale, tiyulu, baratı
eşikağasıbaşının icazəsi və möhrü ilə müəyyən edilirdi. Eşikağası-
başı ona tabe olan mülazimlərin məvaciblərinə əlavələr barədə olan
hökmləri, onların tiyul, həməsale, məvaciblərinin hökmlərini imzası
və möhrü ilə təsdiqldəməli idi. Yüksək divan ləşkərnəvisi, vəziri və
sərxəttnəvisi həmin eşikağasıbaşının idarəsinin musoufiləri idilər
(132, 8, 9).
Söhbət və məclis yasavullarını da eşikağasıbaşı qulluğa
götürür və maaşlarını da o müəyyən edirdi. O.Əfəndiyev yazır ki,
yasavul mənşəcə monqol dilindəki «yasa» sözündən olub, «qanun-
qayda» mənasını ifadə edir. Onların vəzifələri Şahın olduğu yerlər-
də qanun-qayda yaratmaqdan ibarət olmuşdur (20, 238). Engelbert
Kempfer yazır ki, eşikağasıbaşına tabe olan yasavulların
«yasavulane söhbət» adlı rəisləri də vardı. Söhbət yasavulları rəsmi
102
məclislərdə eşikağasıbaşından sonra dayanırdı. Şah və ailəsi müəy-
yən məqsədlə sarayı tərk etdikdə yolboyu onların təhlükəsizliyini
yasavullar təmin edirdilər. Söhbət yasavulbaşı və ona tabe olan
yasavullar dövlətin təməlinin qoyulmasında I Şah İsmayıla dayaq
duran əmirlərin nəslindən olub, türkdürlər (96, 105). «Təzkirət əl-
müluk»da məclis eşikağasıları adlandırılan məclis yasavullarının
əmirlərin və mötəbər əyanların övladları arasından seçildiyi
göstərilir. Onlar məclislərdə Şahın fərmanı və hökmlərini məclis
əhlinə çatdırırdılar. Qeyd edildiyi kimi söhbət və məclis yasavulları
eşikağasıbaşına tabe olub onun nəzarəti altında fəaliyyət
göstərirdilər (132, 27, 28; 103, 121). Həsən bəy Rumlu yazır ki, h.
969 (1562)-cu ildə Səfəvi sarayına Osmanlı ölkəsindən Van hakimi
Xosrov paşa və qapıçıbaşı Əli Ağanın başçılığı altında 200 nəfərdən
ibarət elçi heyəti gəlmişdir ki, İstanbula göndərilmiş Səfəvi elçisi
Vəli bəy Ustaclı da onlarla qayıtmışdı. Müəllifin məlumatında
Ustaclı elindən olan Səfəvi elçisi Vəli bəyin yasavulbaşı olduğu
göstərilmişdi (77, 417). H. 971 (1563)-cü ildə Şamlı elindən Hüseyn
bəyin yasavulbaşı, Sultan Məhəmmədin hakimiyyətinin son illərin-
də isə Zülqədər elindən Həbib bəyin söhbət yasavulu olduğunu
görürük (108, 89; 128, 752). Sarayın giriş qapısını qoruyan
eşikağasılar yerli qaynaqlarda qapıçı adı ilə verilir və onlara
eşikağasıbaşına tabe qapıçıbaşının başçılıq etməsi barədə məlu-
matlara təsadüf edilir. Sultan Məhəmmədin hakimiyyətinin son
illərində Şahsuvar bəy Əfşar qapıçıbaşı, qardaşı Təhmasibqulu bəy
isə adi qapıçı idi (128, 760).
I Şah İsmayılın dövründə Ülamə sultan Təkəli əvvəlcə
yasavul, sonra da eşikağasıbaşı olmuşdu (67, 60). I Şah Təhmasibin
hakimiyyəti dövründə Zülqədər elinin Qavurqalı obasından Şahqulu
Xəlifə Qavurqalı uzun illər eşikağsıbaşı olmuş, h. 939 (1532)-cu
ildə möhürdar təyin edildiyinə görə eşikağasıbaşı vəzifəsindən azad
edilmişdi (108, 62). H. 961 (1554)-ci ildə I Şah Təhmasib tərəfin-
dən I Sultan Süleyman Qanuninin sarayına sülh danışıqları üçün
göndərilmiş Qaradağ sufilərindən olan Fərruxzad bəy də bir müddət
eşikağasıbaşı vəzifəsində işləmişdi (108, 78). Onun 1554-cü ildə
Osmanlı sarayına diplomatik danışıqlar məqsədilə göndərilməsi (77,
103
383) dövlət şurasının üzvü olan eşikağasıbaşının mərkəzi idarədə
nüfuzlu vəzifə olduğunu təsdiq edir və dövlətin xarici əlaqələrində
də önəmli rola malik olmasından xəbər verir. Dövrün qaynaqlarında
eşikağasıbaşı vəzifəsinə Qızılbaş-Türk əsilzadələri ilə yanaşı,
şahzadələrin də təyin olunmasına təsadüf edilir. Məhəmməd Yusif
Qəzvini yazır ki, I Şah Təhmasib qardaşı Bəhram Mirzənin oğlu
İbrahim Mirzəyə qızı Gövhər sultan bəyimi vermiş və ona ali divan
eşikağasıbaşı vəzifəsini tapşırmışdı. I Şah Təhmasib vəfat etdikdə
(1576) hakimiyyət uğrunda baş vermiş çəkişmədə Ibrahim Mirzə
İsmayıl Mirzənin tərəfini saxlamış və onu hakimiyyətə keçməsi
münasibətilə təbrik etmişdi. Elə buna görə də II Şah İsmayıl ona
«qardaş» deyə müraciət etmiş və vəzifəsində saxlamışdı. İbrahim
Mirzə 1576-ci ildə eşikağasıbaşı vəzifəsindən azad edilib möhürdar
təyin edilir. Onun yerinə eşikağasıbaşı Şamlı elinin Biçərli
obasından Hüseynqulu sultan olur (128, 403, 406, 514, 536). H. 988
(1580)-ci ildə Hüseynqulu sultan Şamlının oğlu Mehdiqulu bəy
atasının yerinə eşikağasıbaşı təyin olunsa da, vəzifədə çox qalmır,
həmin ildə Qorxmaz xan Şamlı eşikağasıbaşı olur (128, 611, 613,
615). Mənbələrdə I Şah Abbasın hakimiyyətinin ilk illərində Qazı
bəy, Qorxmaz xan, Piri bəy Şamlı adlı türk əyanlarının eşikağası-
başı olmalarına təsadüf edilir (108, 104, 113). I Şah Abbas 1592-ci
ildə eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Ərəbgirli obasından Şamlı
Məhəmmədqulu bəyi təyin edir (80, 547). İsgəndər bəy Münşi
1602-ci ildə bu vəzifədə Mehdiqulu xanın olduğunu yazır (80, 602).
1604-cü ildə isə Rumlu elindən Əlixan bəy eşikağasıbaşı idi (80,
656). Əlixan bəydən sonra eşikağasıbaşı vəzifəsi Şamlı elinin
Kəramətli obasından Əliqulu bəyə (xan) verilmişdi. I Şah Abbasın
göstərişi ilə 1611-ci ildə Mərkəzi Asiyadan Səfəvi sarayına gələn
özbək padşahı Vəliməhəmməd xanın İsfahanda qarşılanması ona
tapşırılmışdı. O, 1625-ci ildə vəfat edir. Onun vəfatından sonra
eşikağasıbaşı vəzifəsinə Şamlı elinin Bəydili obasından Zeynal bəy
təyin edilir (80, 1040). Zeynal bəydən sonra 1628-ci ildə bu
vəzifəyə Mehdiqulu xanın oğlu Şamlı elinin Kəramətli obasından
Əliqulu xan təyin edilmişdi (80, 1084; 130, 83).
Dostları ilə paylaş: |