Microsoft Word Z. Bayramli Kitab son variant doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/111
tarix21.03.2018
ölçüsü2,8 Kb.
#32740
1   ...   33   34   35   36   37   38   39   40   ...   111

 
110 
 
 
Divanbəyiyə dövlət vergiləri, baş  vəzirə tabe məmurlar və 
qələm  əhlinə aid mübahisəli məsələlərlə bağlı  şikayətlər daxil 
olduqda o bunları baş vəzirə göndərməli idi. Eləcə də şikayət edən 
tərəflərdən biri qorçu, qulam və başqa ordu qulluqçusu, yaxud 
büyutat xidmətçisi olduqda, o zaman divanbəyi hər idarənin öz ağ-
saqqalına müraciət edərdi. Şəhər və kənd əhalisi ilə bağlı olan başqa 
mübahisəli məsələləri divanbəyi özü səbəst həll edirdi. Vilayət-
lərdən bir qrup adam bəylərbəyi, sultanlardan şikayət məqsədilə şah 
sarayına gəlib, baş  vəzirə deyil, divanbəyiyə müraciət etdikdə, 
divanbəyi onların hər birini dinlədikdən sonra bütün bunları  Şaha 
ərz edib, məsələni hökumətin məsləhəti, məmləkətin qanununa 
uyğun yolla həll edirdi (132, 13). 
Dövrün qaynaqlarında divanbəyi vəzifəsinə dövləti quran və 
onu yaşadan Türk əyanlarının təyin olunmasına dair məlumatlar 
verilmişdi. Hələ I Şah  İsmayıl zamanında dövlətin qurulmasında  
fəal iştirak etmiş Hüseyn bəy Lələ  Şamlı bir müddət divanbəyi 
vəzifəsində olmuşdu (67, 46). Sultan Məhəmməd Xudabəndə 
dövründə bu vəzifə Ustaclı  əmirlərinin  əlində olmuşdu.  İsgəndər 
bəy 1579-cu il hadisələrindən bəhs edərkən Ustaclı  Həmzə xanın 
divanbəyibaşı olduğunu qeyd edir. Müəllif 1584-cü ildə isə yenə də 
Ustaclılardan  Əliqulu bəy Qıc oğlunun divanbəyi olması haqqında 
məlumat verir (80, 681, 763). I Şah Abbas hakimiyyətə keçdikdən 
sonra haqqında danışılan orqanda türk əyanları yenə aparıcı 
mövqeyə malik olmuşdur. 1615-ci ildə  Şamlı elinin Bəydili 
obasından Əliqulu bəy (xan) divanbəyi idi. 1619-cu ildə isə  Şamlı 
eli  əyanlarından Kəlbəli xan divanbəyi təyin edilir (80, 887, 935, 
946). I Şah Abbasdan etibarən bu vəzifəni uzun müddət Şamlı əmir-
ləri öz əllərində saxlamışdılar. 1642-ci  ildə Ali məclis çağrılmış, 
eşikağasıbaşı Murtəzaqulu xan Biçərli  Şamlı divanbəyi təyin edil-
mişdi. 1645-ci ildə saray dəftərxanasının naziri Şamlı  Uğurlu xan 
divanbəyi olur (130, 99, 101). 
 Səfəvi dövlətinin idarə quruluşunda məsul məmurlar arasında 
V.F.Minorskinin qeyd etdiyi kimi vaqiyənəvis adlanan məclis-
nevisin də önəmli rolu vardı (103, 95). Onun hüquq və səlahiyyət-
ləri haqqında Tavernye yazır ki, vaqiyənəvis dövlətin  ən böyük 


 
111 
 
 
münşisi, yəni katibidir. Bu vəzifəyə Şaha çox yaxın olan adam təyin 
olunurdu. O, Ali məclisdə bütün ərizə  və dövlət sənədlərini  Şahın 
hüzurunda oxuyurdu (104, 576). Şahın şəxsi katibi olan vaqiyənəvis 
məşvərətçi orqan olan ali məclisin iclaslarını  sənədləşdirir, vilayət 
başçılarına, xarici dövlətlərə  Şahın adından məktubları yazır və 
arxivə  nəzarət edirdi. Ancaq Ali məclisdə vaqiyənəvslərlə yanaşı 
başqa mirzələr də vardı ki, onlara münşi əl-məmalik başçılıq edirdi. 
Əslində bu məclisdə vaqiyənəvislə birlikdə yazı  işlərinə baxan 
münşi  əl-məmalik arasında səlahiyyət bölgüsü baxımından ciddi 
fərq yox idi (103, 95, 117, 118; 20, 273). 
Mirzə Səmianın canqi əmiri adlandırdığı vaqiyənəvis haqqın-
da Holşteynli Adam Olearinin də gündəliyində maraqlı məlumatlar 
vardır. O, yazır ki, sarayın, yaxud şahın müşavir və katibi olan 
vaqiyənəvis  şahın məktublarını, hökmlərini, fərmanlarını yazır, 
həmçinin dövlətin mədaxili və  məxaricinin hesablarını aparır-
dı.Vaqiyənəvis Mirzə Məsum adlı şəxsin rəhbərliyi altında 40 nəfər 
mirzə  fəaliyyət göstərirdi. O, Qəzvin  şəhəri yaxınlığında  Əlvənd 
dağının  ətəyindəki Dərmən adlı  kənddən olub, adi kəndli oğlu idi. 
Bu bölgədə  Dərmən və Saru adlı iki kənd yerləşir ki, ən yaxşı 
mirzələr də buradan çıxırlar. Mirzələr gözəl xətlə yazmağı bacar-
malıdırlar ki, elə bu səbəbə görə də bu kəndlərin tarlalarında, çoban 
komalarında addımbaşı yazı yazmaqla məşğul olan gəncləri görmək 
olur (139, 893). 
«Təzkirət  əl-müluk»da göstərilir ki, alicah vaqiyənəvis 
«canqi»  əmirlərindən olub, başqa ölkə hökmdarlarından  Şaha 
göndərilən məktublara cavabları tərtib edirdi. Şahın nəzarəti altında 
olan  əsas dəftərə  mənsəb, mülazimlik, həmesale, tiyul haqqında 
daxil olan fərmnaları, Şahın şifahi olaraq elan etdiyi fərmanları və 
baş vəzirin təliqələri, yaxud böyük əmirlərin «ali əmr üzrə» qeydləri 
əsasında bütün fərmanları vaqiənəvis tərtib edərək yazıb hazırlayır-
dı. Fərmanlara qara mürəkkəbli tuğra çəkmək ancaq vaqiyənəvisə 
məxsus bir vəzifə olub başqasına dəxli yox idi (132, 15). Engelbert 
Kempfer yazırdı ki, vaqiyənəvis dövlət  şurası  məclislərində  Şahın 
sol tərəfində  əyləşir və onun hökmlərini, fərmanlarını,  əcnəbi 
ölkələrlə göndərilən məktubları,  əcnəbi ölkə elçilərinin  şaha gətir-


 
112 
 
 
dikləri məktubları  və onlara cavabları xüsusi dəftərə yazırdı (96, 
97). Bütün bunlar vaqiyənəvisin vəzifə borcu olub, onun hüquq və 
səlahiyyətlərinin gerçək göstəriciləridir.  
Məmaliki məhrusədən  Şaha hakimlər tərəfindən göndərilən 
ərizə  və  məlumatların hamısını  Şah vaqiyənəvisə göndərirdi ki, o 
bunları ümumi və xüsusi məclislərdə oxuyur, sonra onlara cavab 
yazırdı. Bu məktublardan hər hansına görə  əgər fərman yazılması 
lazım olduqda onu vaqiyənəvisin qaralaması üzrə xüsusi mirzələr 
yazıb hazırlayırdılar. Göndərilən məlumatların hər birinin cavabını, 
hər məlumatın altında şahın əmri nə cür verilərsə, vaqiyənəvislər öz 
xətlərilə o qaydada yazır və onları  dəftərlərinə  də köçürürdülər. 
Vaqiyənəvislərə tabe olan işçilərin sayı on nəfərdən ibarət idi. Belə 
ki, rəqəmnəvislər (fərmanları yazanlar) və  fərmanların qeyd 
olunduğu dəftərlərə baxanlar yeddi nəfər olub, onlardan bir nəfəri 
ali dövlət  şurasının fərmanlarını  dəftərə yazır və üç nəfəri qayda 
üzrə ona kömək edir və qeyd olunan bu dörd nəfərdən iki mirzə 
qalan üç mirzə ilə birlikdə, həm də  fərmanlar yazılan dəftərlərə 
baxırdılar. Yenə də bu yeddi nəfərdən iki nəfər – dəftərə qeyd olu-
nan mətn əsasında çıxarış, yəni hər hansı bir yerə göndərilən fərma-
nı yazıb hazırlayırdılar. Qalan üç nəfərdən ikisi xidmətçi və bir 
nəfəri isə məktubları yazırdı (132, 15-16). 
Hər il İsfahan vergilərindən vaqiyənəvisin işçilərinin məvacibi 
üçün «kağız pulu» adı ilə 30 tümən ayrılıb onlara verilirdi. Hərgah, 
vaqiyənəvislər özü və ya başqa bir şəxs üçün bir şey xahiş etmək 
istədikdə, heç bir çətinliklə qarşılaşmadan onu xüsusi və ümumi 
məclislərdə Şaha çatdıra bilirdilər. Bütün ərizələrin Şahın hüzurun-
da oxunub ona çatdırılması və ona cavab yazmaq işi, məclisnəvis-
dən başqa heç bir kəsə aid deyildi. Buna görə  də vaqiyənəvislərə 
məclisnəvis də deyərdilər. Qələm sahiblərindən qulluq dərəcəsi və 
şaha yaxınlığına görə baş  vəzirdən başqa vaqiyənəvisdən irəlidə 
kimsə yoxdu. Qədim zamanlardan başlayaraq, həmişə vaqiyənəvis-
lər  şahların qulluğunda xüsusi və ümumi məclislərdə  iştirak edər-
dilər (132, 16). 
F.Sümərin yazdığı kimi Səfəvi inşa divanında yalnız farsca 
deyil, lazım olan zaman türkcə  qələmə alındığına və bu ənənənin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə