161
nizam-intizam yaradır və əsgəri təşkilatın
maliyyələşdirilməsi məsə-
lələri ilə məşğul olurdu. Ləşgərnəvis qoşunun kargüzarı olub, vəzir
vəzifəsinin astanasında durduğu güman edilir (20, 239). «Xolde
bərin» də I Şah Təhmasibin dövründə Mirzə Fətullah və İsa bəyin
ali divan ləşgərnəvisi olduqlarını görürük (128, 446). «Təzkirət əl-
müluk»da ləşgərnəvisin hüquq və vəzifəsi haqqında müfəssəl məlu-
mat vardır. Qaynaqda
göstərilir ki, sərhəd əmirləri, hakimləri və
sultanların say hesabına dair dəftərlər, yəni onların özlərinin və
xidmətlərində olan hərbi qulluq heyətinin siyahısını o saxlayırdı.
Bəylərbəyilər,
mahal hakimi olan sultanlar, onların mülazimlərinin
və ümumiyyətlə, istər mərkəzi və istərsə də yerli idarələrdə əsgəri
təşkilatla bağlı olan bütün məmurların mənsəbləri, məvacibləri,
həmesaleləri, soyurqallarına aid bütün fərmanlara, hökmlərə o mö-
hür vurur, əsgəri heyətin qulluq fərmanlarını isə birbaşa özü tərtib
edir, məvaciblərini də dəftərinə yazıb, yuxarı dövlət idarələrinə
təqdim edirdi (132, 41).
XV əsrdə Baharlı və Bayandur
sülalələrinin hakimiyyəti
illərində olduğu kimi, Səfəvilər dövründə də vilayətlərin ərazisin-
dəki ordunun əsgəri heyəti ilə əlaqədar olan cinayət hadisələrinə
qoşun qazısı adlı xüsusi məmurlar baxır və cinayət tərkibli məsələ-
ləri onlar həll edirdilər. Qoşunun bütün məvacib cədvəli də onların
möhürü ilə təsdiq olunurdu. Qoşun qazısının möhürü olmadan
həmin siyahı rəsmi sənəd hesab olunmurdu (132, 3-4). İskəndər bəy
Münşi Şah Müzəffərəddin Şirazidən söhbət açarkən yazır ki, o
əvvəl Şirazda şeyx ül-islam olub, Sultan Məhəmmədin hakimiyyəti
dövründə (1578-1587) saraya gətirilib qoşun qazısı vəzifəsinə təyin
edilmişdi. Sultan Məhəmmədin ona xüsusi hörməti vardı. O, II Şah
İsmayıl zamanında da qoşun qazısı vəzifəsində olmuşdu (80, 148,
223). Ancaq «Təzkirət əl-müluk»da göstərilir ki, İsfahana sədr təyin
ediləndən sonra qərara alındı ki, buradakı qoşunla bağlı şəri işlərə
şahın hüzurunda divanbəyi baxsın. Artıq bundan sonra İsfahandakı
qoşun qazısının divanbəyi keşikxanasına gəlməsinə icazə verilmədi
(132, 3-4).
«Təzkirət əl-müluk»da qorçu vəziri haqqında qeyd edilir ki,
səfərdə olan qorçuların xidmətə aid vəsiqələrini və başqa sənədləri,
162
sipahsalarların və sərdarların qədim mülazimlər barədə yazdıqları
vərəqləri yüksək hökumətin alicah vəzirlərinin hökmü və alicah
qorçubaşının icazəsindən
sonra möhürləyir ki, mərkəzi dəftərxanada
qeydiyyata düşüb-çıxmada çətinlik olmasın. Qorçular, yüzbaşılar,
qor yasovulları və sairənin hal və vəziyyətinə aid sənədləri də qorçu
vəzirləri möhürləyərdilər. Yüzbaşılar, qor yasavulları, yaraq qorçu-
ları və yeni qorçuların qulluq vərəqəsi, vəsiqələri yuxarıda adı çəki-
lən vəzirlər yanında saxlanılır. Vəzir qorçuların qulluq vəsiqələri,
əlavə tiyul və maaş hökmlərini və onların ünvanını da yazırdı. Həm
də hökmlər və fərmanlar sırasında məvacib, tiyul, həmesale, ənam,
tənxah baratı və onlara aid sənədləri möhürləyərdilər.
Vəzir bu
idarənin mustoufisi ilə bərabər (padşahın) behiştə bənzər məclisində
qorçuların sayını, san vəsiqələrini, tiyul, məvacib, həmesalesinin
miqdarını ərz edirdi (132, 36-37). Şah Təhmasibin dövründə Şamlı
elinin Ərəbgirli oymağından olan Əliqulu bəy qorçuların vəziri idi. I
Şah Abbas hakimiyyətə keçənə qədər o bu vəzifədə qalmışdı. Mirzə
Fətulla isə qorçuların mustoufisi idi. Ondan sonra qorçuların vəzir-
ləri bir qayda olaraq bu nəsildən təyin olunurdu (80, 164-165).
İskəndər bəy Münşi Türkmanın «Tarix-i aləm arayi Abbasi»
əsərində Ərəbgirli əsilzadələrinin fasilələrlə bu vəzifədə olmaları ilə
yanaşı, Həmədan əsilzadələrindən Məlik bəyin də qorçu vəziri
olması haqqında məlumat vardır. Türk və fars dillərində şeirlər
yazan Məlik bəy Həmədanın Əsədabad kəndində anadan olmuş,
gənc yaşlarında Xorasanda Abbas Mirzənin sarayında
qulluq etmiş
və Abbas Mirzə Şah olduqda onu da qorçu mustoufisi təyin etmiş-
dir. Bir qədər sonra Məlik bəy qorçu vəziri olmuşdu. O, 1611-ci ildə
vəfat etmişdir (80, 851).
«Təzkirət əl-müluk» qeyd edilir ki, qorçu mustoufisinə tabe
olan dörd nəfər mirzə fərdi qulluğa qəbul barədə verilmiş hökmlərin
tarixini, məvacib, ənam, tiyul, həmesale, tələb miqdarı, qarovul
dəftərini hazırlayırlar ki, burada
qarovula üzürsüz səbəbə görə
çıxmayanlar və onların buraxdıqları günlərin sayı da göstərilirdi.
İdarə vəsiqələri, hazır-qaiblik təsdiqləri, işdən çıxarılma və vəfat
vərəqələri mustoufi və onun mirzələrinin dəftərxanasında saxlanılır.
Mirzələrin yoxlama yekunları əsasında qulluqdan çıxanların məva-
163
cibi, qaiblik günləri və səfərdən qayıtma zamanın təfavüt hissəsi,
vəfat edənlərin (qanunla) qərarlaşdırılmış həmesale və tiyulları
hökumət nəfinə zəbt olunurdu. Qorçuların tələb, tənxah, tiyul və
həmesale vəsiqələini, qorçu camaatının tiyul, həmesale, məvacib,
barat hökm və fərmanlarını, mülazimlik hökmlərini mirzələr yazır-
dılar. Bütün sənədlər hazırlandıqdan sonra onlar mustoufinin imza
və möhürü ilə təsdiq edildi (132, 37).
«Təzkirət əl-müluk»da qorçularla yanaşı, qulam, tüfəngçi və
topçuların da vəzr və mustoufilərinin statuslarının şərhi
verilmişdir
(132, 38, 39, 40). Faktiki olaraq, qorçu vəzir və mustoufisi kimi,
qulam, tüfəngçi və topçu vəzir və mustoufisi də öz idarə səlahiyyət-
ləri çərçivəsində eyni funksiyanı yerinə yetirir, hətta onların işçi-
lərinin sayında ciddi fərq yox idi.