176
qəbul oluna bilər. Bütün şəri işlərə o rəhbərlik etməlidir. Əmirlər,
hakimlər, darğalar, vəzirlər, vəkillər və sair mülazimlərdən bir nəfər
də sədrə aid olan işlərə qarışmasınlar (46, 121-122).
Gilan Şah Təhmasib tərəfindən ələ keçirildikdən sonra bura
Mərəşi Gilani sədr təyin edilmişdir ki, o əvvəllər qoşun qazısı
vəzifəsində olmuşdur (80, 146).
İ.P.Petruşevski də vilayətlərdə sədrlərin olması barədə məlu-
mat vermişdir. O yazır: «Hər bir vilayətdə (bəylərbəyilikdə) sədr
var idi. O, vəqf əmlakına baxmaqla, dövlətin baş sədr divanına-
sədrlər-sədrinə (sədr əs-südur) tabe idi» (181, 118; 162, 73).
Şarden yazır ki, dini və məhkəmə məsələləri üzrə üçüncü
şəxsiyyət şeyx ül-islam idi. Bu istilah iki ərəb sözü olan «şeyx» və
«islam»dan ibarət idi. Şeyx ruhanilərin rəisləri, qəbilə və tayfaların
böyükləri mənasında işlənən titul olub, islam isə təslim, təmkin,
hörmət mənasında Allahın hökm və əmrlərinə təmiz etiqadla əməl
etməkdir. Bu söz saf və din yerinə də işlənir ki, əslində hər ikisi
eyni mənanı kəsb edir (112, c.IV, 1337).
Şardenə görə şeyx ül-islam bütün mülki iddialar, mübahisələr
üzrə hakim idi və onun mülki məcəlləsi də vardı. Hansı ölkələrdə
ki, islam dini pirvanları digər dinlərin pirvanlarından çoxdur, o
ölkələrdə qazi birinci hakimdir. Necə ki, Osmanlı dövlətində də bu
cürdür. Ancaq şeyx ül-islam mərtəbəsinə sahib olanlar sarayda o
qədər etibar və nüfuz qazanmışlar ki, hər cür təhqiqatla onlar
məşğul olur və artıq onlar qazılardan nüfuzludurlar. Onların hökm-
ləri qanuni olub, daha mötəbər hesab edilir (112, c.IV, 1337-1338).
«Təzkirət əl-müluk»da da göstərilir ki, şeyx ül-islamlar öz evlərində
şəri mübahisəli məsələlərə baxır, insanları pis əməllərdən daşındırıb
onları doğru yola dəvət edirdi. Şəri təlağ onun iştirakı ilə verilir,
itkin və yetimlərin zəbt olunan mallarının taleyi ilə də o, məşğul
olurdu. Sonradan bu iş qazıya tapşırılmışdı (132, 3).
Tavernye isə rütbə, məqam və qüdrətinə görə qazının şeyx ül-
islamdan fərqlənmədiyini və onların hər ikisinin sədrə tabe
olduqlarını, şəri məsələlərin onların arasında bölündüyünü, sədrin
bütün göstərişlərinin onlar tərəfindən icra olunduğunu bildirmişdir.
Tavernyenin bu məlumatları hüquq və səlahiyyət baxımından bu iki
177
vəzifə arasında ciddi fərq olmadığını ortaya çıxarır. O cümlədən
Tavernyeyə görə şahın fərmanı ilə ölkənin əsas şəhərlərinin
hamısına qazı və şeyx ül-islamlar təyin edilir ki, onlar bu şəhərlərdə
dini və mülki məsələlərlə məşğul olurdular (104, 589). Cemelli
Kareri isə yazır ki, sədrin qazı və şeyx ül-islam adlı iki naibi vardır
ki, onların hər ikisi həmkarlıq edir, yəni nigah, boşanma, alqı-satqı
üzrə qəbalə və sənədləri birgə hazırlayıb icrası ilə məşğul olurdular
(89, 129).
Şardenə görə Səfəvi ölkəsində məhkəmə işləri qeyri-müəyyən
olub, ancaq mövcud olan qaydaya görə hökmlərdə hədsiz dərəcədə
ziddiyyət və ixtilaf baş vermirdi. Ona görə ki, qazıların bu işlə bağlı
olan həmkarlarından etibarları, şöhrətləri az olub onların ardınca
getməyə məcburdurlar və hara çəksələr də, ora gekdirlər. Onların
məqsədi nöqsanları aradan qaldırmaq deyil, bəlkə də qanun-qaydanı
pozan əsas amillərin özləri onların nüfuzuna tabedir. Təbii olaraq
sədrlər onları özləri ilə eyni nüfuzda görmək istəmir və çalışırlar ki,
bu sahədə bütün işləri özləri rəhbərlik edərək həll edib, böyük uğur
əldə edə bilsinlər. Digər tərəfdən dini və mülki təzadlar olduğuna və
onlar qarşı-qarşıya durduğuna görə hüququn bu iki sahəsi biri-
digərinin işinə qarışır. Belə ki, şeyx ül-islamla qazının arasında bəzi
məsələlərdə qarşıdurma, yəni toqquşma da olur. Halbuki, onların
hər ikisi dini məsələlər üzrə cavabdeh olub, bu gün onların hər ikisi
mülki mübahisəli işlərə baxırlar (112, c.IV, 1338). İ.P.Petruşevski
dünyəvi problemlərin dini qanunvericilik əsasında həll olunmasını
nəzərə alaraq yazırdı: «Müsəlman ölkələrində hətta alqı-satqı,
torpaq və ev icarəsi, pul borcu haqqında müqavilələr və s. də ruhani
hakimlər olan qazıların yanında bağlanılırdı» (185, 147). Müsəlman
hüququnun da daxil olduğu şəriətdə təsərrüfat, əxlaq normaları,
mərasimlər, bayramları tənzim edən qanunlar, bütün müsəlmanların
həyat tərzini tənzim edən müddəalar sistem halında birləşmişdir.
Şəriət və müsəlman hüququnun əsas qaynaqları Quran, sünnə, qiyas
(bənzətmə), icma (ortaq rəylər), fitva və adətdən ibarət idi (30, 34).
Şəriət haqqında mükəmməl məlumatlara sahib olan Şarden də
yazırdı ki, şeyx ül-islam və qazi öz işlərində Quranı əsas götürürlər.
Onlar insanlara şərh edir və onlara başa salırlar ki, bütün qanunların
178
qaynağı yalnız Qurandır. Quran fürqandır, yəni yaxşını pisdən və
düzü əyridən ayırıb müəyyən edir. Ancaq səmavi kitab olan Quranı
yalnız din xadimləri təfsir edib, onu dərk edə bilərlər (112, c.IV,
1338). Belə bir təsəvvürlə də sədrlər və müctəhid-i əzəmlər ciddi
şəkildə çalışırlar ki, bütün mülki məhkəmə proseslərini özlərinin
məhkəmələrində aparsınlar və heç kəs onlardan digər məhkəməyə
şikayət verə bilməsin. Ancaq divanbəyi və ali divan yüksək səla-
hiyyətli orqan olduqlarına görə yalnız onların apelyasiya hüququ
vardı (112, c.IV, 1338).
Şardenin yazdığına görə əski çağlarda mülki mübahisəli
məsələlərə ancaq qazı hakimlik etmiş və Osmanlı ölkəsində müfti,
böyük fəqihlərin bu işlərdə hüquq və səlahiyyətləri çox böyük ol-
muşdur. Ancaq Səfəvi ölkəsində zaman keçdikcə onların səla-
hiyyətləri azalmış və sədrlərin, şeyx ül-islamların nüfuzu artmışdır
(112, c.IV, 1338). «Təzkirət əl-müluk»da da şeyx ül-islamın qazıya
nisbətən səlahiyyətlərinin daha geniş olmasına işarələr vardır. An-
caq qaynaqda bu məsələlərlə bağlı məlumatların təhlilindən aydın
olur ki, Səfəvi dövlətinin mərkəzi olan İsfahan şəhər qazısı təxmi-
nən şeyx ül-islamla eyni statusa malik olmuşdur. Belə ki, qaynaqda
göstərilir ki, İsfahan qazısı cümə istisna olmaqla hər gün şəri qanun-
lar əsasında mübahisəli məsələlərə baxırdı. Qazı Şeyx Cəfərdən
sonra itkin və yetimlərin malı ilə yalnız İsfahan qazısı məşğul olur-
du.Qazının mübahisələrə aid şəri hökmlərini divan qulluqçuları dər-
hal icra edir və zərər çəkmiş şəxsin haqqı təmin olunurdu (132, 3).
Şarden yazır ki, Səfəvi dövlətinin təbəələri öz məzhəblərinə
çox möhkəm bağlı olurdular və bütün məsələlərdə dinin buyurduğu
yolla gedir, evlənib-boşandıqda qazıya müraciət edirdilər (112,
c.IV, 1339). Cemelli Kareri də yazırdı ki, ərlə arvad boşanmaq
istədikdə onların hər ikisi hüquq və qanun üzrə doktor olan şeyx ül-
islam, yaxud da qazının yanına gedirdilər. Boşanma haqqında
tərəflərin təklifləri əsasında onların nigahını qazı, yaxud şeyx ül-
islam ləğv edirdi (89, 133). Bu fakt əslində onların hər ikisinin
məhkəməsində eyni məsələlərə bərabər hüquqlarla baxıldığını və
aralarında ciddi səlahiyyət bölgüsü olmadığını bildirir. Şarden
səyahətnaməsində qeyd edir ki, şəri məsələlər üzrə cavabdeh olanlar
Dostları ilə paylaş: |