Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə30/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

Milli Kitabxana  

 

 



 

125 


 

—Bu  yazıq quşcuğazı niyə vurmusan? Gör necə  də 

balacadır. Heç ona qıymaq olar? 

—Onun canını da almaq olar! — deyə  oğlan hirslə 

qışqırdı. —Yaltaq! Kranın qulağına nə deyirsənsə, sənə bulaq 

suyu verir, amma mənə lilli su. 

Bu sözləri deyəndən sonra oğlan vedrəsinə baxdı  və 

yalnız indi başa düşdü ki, vedrəsi palçıqla doludur. Sonra 

Aytənin vedrəsinə baxdı.  İlahi, bu nə idi belə. Onun vedrəsi 

ağzına kimi qızıl gül suyu ilə dolmuşdu. Arılar növbə ilə suyun 

dadına baxıb sonra qızın saçlarına qonurdular. Aytən isə heç 

kirpiklərini də  qırpmırdı. Oğlan qorxudan əvvəl gözlərini 

yumdu. O, arının nə demək olduğunu  əla başa düşürdü. Bir 

dəfə  pətəklərinə çöp uzatdığına görə arılar onu düz alnından 

vurmuşdular. Onun gözləri necə  şişmişdisə bir həftə  ağrıdı. 

İndi arıların Aytənin  dövrəsində  sakitcə    hərlənməyi  ona  

qəribə göründü. 

Bura bax, Nazim, apar o sərçəni yuvasına qoy!  

—Sən gəl mənə  ağıl öyrətmə. Gör nə  qədər ağılsızsan 

ki, arılar da səni vurmur. 

Arı ağılsızı vurur. 

—Sən mənə  ağılsız deyirsən? — deyə Nazim Aytənin 

üstünə yeridi, quşatanın rezinini onun başına vurdu. Bütün 

əhvalatlar da elə bu zaman baş verdi. Bayaqdan sakitcə 

dayanan arılar da birdən vızıldamağa başladılar. Onlardan biri 

düz Nazimin saçından yapışdı. Nazim onu qovmaq istəyəndə 

balaca bir arı onun əlindən yüngül bir dişdəm aldı. Bundan 

sonra nələr baş verdiyini bilən olmadı. Çünki Nazim vedrəsini 

və quşatanını qoyub qaçmağa başladı. Amma arılar Nazimdən 

əl çəkmək istəmirdilər. Aytənin hayıfını almamış hara 

qayıdırdılar?! 

Nazim qaçıb özünü birtəhər evlərinə çatdırdı və qapını 

bərk-bərk bağladı.  



 

Milli Kitabxana  

 

 



 

126


—Sənə  nə olub? — nənəsi həyəcanla soruşdu. — Elə 

bil dalınca bir qoşun gəlir. 

—Qoşun gəlsəydi bu qədər qorxmazdım. Arılar gəlir, 

içəri girsələr axırıma çıxacaqlar. 

—Sən onlara neyləmisən ki? — nənəsi xəbər aldı, —

yoxsa yenə yuvalarına çöp uzatmısan? 

Aytən vedrəsini götürüb evlərinə getməyə başladı. 

Arılar onun ətrafında uçuşurdu. Balaca bir arı onun ağ  və 

toppuş əllərini zanbaq çiçəyinə oxşatmışdı və buna görə də tez-

tez qızın  əlinin üstünə qonurdu. Aytən də gözaltı bu balaca 

səfehə baxıb deyirdi: 

—Bura bax, birdən elə bilərsən ki, çiçəkdi, dişləyərsən 

ha.  

Balaca arı iynəsini çıxardıb qızın əlinin üstünü qıdıqladı 



və onun çiçək olmadığını başa düşüb uçdu.  

Bu zaman Nazim pəncərə  pərdəsini aralayıb baxırdı. 

Ürəyində Aytənin bu qədər cəsarətli olduğuna qibtə etdi. 

Amma bir şeyə təəccüblənirdi ki, nə üçün arılar bu özündənrazı 

qızı vurmur. "Siz bir onun yerişinə baxın. Özünü elə dartır ki, 

elə bil qaz yeriyir. Arılar olmasaydı bu saat ona göstərərdim." 

Nazim düşünürdü.  

Bir azdan Aytən vedrəsini boşaldıb qayıdırdı. Nazim də 

eləcə  pəncərə  pərdəsinin arxasında qalmışdı. Arıların 

qorxusundan pərdəni aralaya bilmirdi. Nazim gördü ki, arılar 

yoxdu və Aytən vedrəsini yellədə-yellədə  tək gedir. Əvvəl 

istədi ki, düşüb bayaqkının hayıfını alsın. Sonra fikirləşdi ki, 

birdən arılar özünü yetirər. Pərdəni aralayıb yalvarıcı  səslə 

dedi: 


—Aytən, mənim də vedrəmi gətir də, nə olar?  

Aytən pəncərəyə boylananda uğunub getdi. Nazim 

bədənini pərdənin arxasında bərk-bərk gizlətmişdi. Təkcə 

gözləri qaralırdı. 

—Özün düşüb götürə bilmirsən? 

Sənin bu zəhrimara qalmış arıların qoyur ki?  



Milli Kitabxana  

 

 



 

127 


 

Nazimin ağzından bu söz təzəcə çıxmışdı ki, qulağının 

dibindən vızıltı ilə bir arı uçdu və az qala iynəsini onun 

qulağına sancacaqdı. Elə bil ki, arı pərdənin arxasında gizlənib 

Nazimin ağzından həmin o "zəhrimara qalmış" sözlərinin 

çıxmasını gözləyirdi. Nazim birtəhər özünü qorudu. Arı isə 

hardasa yaxınlıqda gizləndi.  

İşə düşdük — deyib Nazim mızıldandı. Bundan sonra 

gərək ayıq olam. 

Bu mənzərəni görən Aytən uğunub getdi. Gülüb 

qurtarandan sonra dedi: 

—Bir az dilini şirin elə! Danışanda ağzından zəhər 

tökürsən. 

Nazim qorxusundan daha cavab vermədi. Yumruğunu 

düyünləyib ürəyində qızı hədələdi və onun ağ bantlarına baxdı. 

Ağ bantlar zanbaq gülü kimi işıq saçırdı. "O bantları  nə 

qoparardım!" — deyə ürəyindən keçirtsə  də qorxusundan 

dillənmədi. Çünki bayaqkı arı hər dəqiqə çıxa bilərdi. 

 



 

Milli Kitabxana  

 

 



 

128


 

 

 

SEHRLİ GƏMİNİN KAPİTANI 

 

n maraqlısı bu idi ki, Ayzərin anası bircə saatlığa 

bazara gedəndə bu əhvalatlar başladı. Cəmi bircə 

saatda görün nə  qədər iş oldu. Ana balaca qızını 

çağırıb dedi: 

—Həyətimizdən heç yana çıxma.  İtinlə, lap istəsən 

pişiyinlə oyna. Bu saat bazara dəyib gəlirəm. 

Elə ana qapıdan çıxan kimi bu möcüzə baş verdi. 

Əvvəlcə Ayzərgilin ikimərtəbəli balaca evi hamin sehrli 

gəmiyə çevrildi. Orasını Ayzər qətiyyən xatırlaya bilmir necə 

oldu ki, onların yamyaşıl bağçaları birdən-birə çevrilib nəhəng 

dəniz oldu. Doğrudur, bu dənizin suyu yaşıl idi. Hətta onun 

içində  qırmızı gül topalarına oxşayan ləpələr də vardı. Amma 

nə qırmızı ləpələr, nə də suyun yaşıl olmasına baxmayaraq, hər 

şey əla idi. Arabir ağ alça çiçəklərini xatırladan ləpələr az qala 

gəminin göyərtəsinə  qədər qalxırdı. Amma nə Ayzər, nə  də 

onun iti ilə pişiyi bunu veclərinə almırdılar. Onların nəhəng 

gəmisi harasa uzaqlara üzürdü. 

—Yaxşı, siz bilən hara üzürük belə! — deyə Ayzər 

pişikdən soruşdu. 

—Miyo, pişik belini qabardıb qabağa baxdı. 

—Deməli sən də bilmirsən?! 

—Ham, ham, — it söhbətə qoşuldu. Onun açıq 

ağzından   qırmızı dili çölə çıxmışdı.  

—Necə? deyə Ayzər itin verdiyi məlumatdan heyrətlən-

di. — Dünya səyahətinə! Bircə bu çatmırdı! Bəs anam necə 

olsun, hə? İndicə bazardan qayıdıb bizi görməsə, harada axtara 

bilər? Heç olmazsa dünyanın hansı ölkəsinə üzdüyümüzü 

biləydik.                     



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə