Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə24/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   20   21   22   23   24   25   26   27   ...   100

Milli Kitabxana  

 

 



 

99 


 

—Deyəsən axı siz bikarsınız hə? Mən indiki cavanlara 

lap məəttəl qalmışam! 

Kirpi kolun dibində görünməz oldu. Dovşan isə adı 

yadına düşdüyünə görə lap sevinirdi. Oxuya-oxuya çıxıb getdi.                     



 

Milli Kitabxana  

 

 



 

100


 

 

 



 

 

OYNAĞAN QIZ 



Əminə Dilbaziyə ithaf edirəm 

 

ynağan qızın  əhvalatını  eşitmisən? Yox! Onda qoy 



danışım: bu qızın işi-peşəsi oynamaq idi. Səhər 

yerindən durandan yatana qədər oynayırdı. Bir də 

gördün ki, anası deyir: 

—Əminə, qaç bir stəkan su gətir.                   

Əlbəttə, Əminə o saat su gətirməyə gedirdi. Amma heç 

bilirsən necə gedirdi? Aydın məsələdir ki, oynaya-oynaya. 

Əgər su gətirməyə gedəndə "Qaytağı" oynayırdısa, su stəkanı 

ilə geri qayıdanda "Uzundərəyə" keçirdi. Axı suyu dağıda 

bilərdi.   

Eh, məktəbə gedəndə bir onu görəydiniz. Pilləkənləri 

düşəndə ən yüngül bir havanın ritminə uyğun oynayırdı. Ondan 

soruşurdular: 

—Sən musiqisiz necə oynayırsan?  

—Necə  yəni musiqisiz? Məgər siz musiqinin səsini 

eşitmirsiniz? Bir az diqqətlə qulaq asın. Onda o saat eşidə-

cəksiniz. Adamlar nə  qədər diqqətlə qulaq asırdılarsa heç bir 

musiqi-zad eşitmirdilər.  

Amma bu qızın oynamağı evdə birdən elə bir həngamə 

qoparırdı ki... 

Bir də görürdün ki, Əminə sabahkı dərslərini hazırlayır. 

Əlləri yazır, ayaqları oynayır. Ana qışqırırdı: 

—Sən dərs yazırsan, yoxsa oynayırsan? 

—Həm yazıram, həm də oynayıram. 

—Siz bir buna baxın. Harda görünübdü ki, dərs yaza-

yaza oynayasan? Ata işə qarışırdı: 



Milli Kitabxana  

 

 



 

101 


 

—Mən sabah bu barədə müəllimə  xəbər verəcəyəm. 

Əminə deyirdi: 

—Zəhmət çəkmə ata! Müəllim özü bu barədə sizinlə 

danışmaq istəyir. Axı mən dərs danışanda da oynayıram. 

—Demək belə. — Ata hirslənirdi. — Mən də elə 

bilirdim ki, çox ağıllı qızım var. 

Atacan, məgər oynayan adamlar ağılsız  оlur? Bax, 

istəyirsən vurma cədvəlini əzbər deyim. 

—Yaxşı, bu saat yoxlarıq — deyə ata vurma cədvəlini 

soruşmağa başlayırdı. 

Əminə suallara düz cavab verirdi. Amma cavab verəndə 

hökmən rəqs edirdi. 

—Olmaz ki, heç olmasa atanla danışanda oynama-

yasan? 


—Atacan, onda heç olmasa qoy ayaqlarımı  tərpədim. 

Axı, bunun sizə heç bir ziyanı yoxdur. 

—Necə yəni ziyanı yoxdur? — Ana əsəbiliklə söhbətə 

qarışdı. 

Oynağan qız məktəbi qurtardı. Hətta institutu da bitirdi. 

Amma oynamağından bir dəqiqə də qalmadı. Bir gün onu gəlin 

köçürdülər. Ana gecə-gündüz arzu edirdi ki, heç, olmasa gəlin 

gedəndə oynamasın. Axı görərlər. Oğlan evi elə bilər ki, qız 

gəlin getməyinə lap çox sevinir. Düzü, ata da, ana da, hamı bu 

işə sevinirdi. Amma Şərq ölkələrində belə adət var ki, gərək qız 

evi sevincini gizlədə bilsin. Qızın isə sevincini gərək heç görən 

olmayaydı. Bax, buna görə  də toy gecəsinə lap bir ay qalmış 

ana hər gün bu barədə qızı ilə söhbət edirdi. Oynağan qız bütün 

iradəsini toplayıb özünü həmin günə hazırlamışdı.  

—Ürəyimə ən qəmli fikirlər gətirəcəyəm, — deyirdi. — 

Onda yəqin oynamaram.  

Bir gün "Vağzalı" çalına-çalına oynağan qızı  gəlin 

köçürdülər. O da özünü toplayıb xeyli oynamadı. Sonra birdən 

gördülər ki, budu ha, gəlin bir oynayır ki, gəl görəsən. Hamı 



 

Milli Kitabxana  

 

 



 

102


onun gözəl rəqsinə baxırdı. Ata ilə ana utandıqlarından 

bilmədilər ki, harda gizlənsinlər. Oynağan qız beləcə  gəlin 

köçdü. Bu görünməmiş əhvalat dildən-dilə düşdü. Əgər sən bu 

əhvalatların doğru olub-olmadığını bilmək istəsən oynağan 

qızın özü ilə söhbət edə bilərsən. O sənə düzünü deyəcək. 

Amma cavab verəndə mütləq bir neçə  rəqs edəcək. Axı o 

dünyanın  ən gözəl rəqqaslarından biridir. Hər axşam konserti 

olur. Evlərinə o qədər müxbir gəlir ki, konsertə hazırlaşmağa 

vaxt qalmır. Buna görə də həm qonaqlarını qarşılayır, həm də 

məşq edir. 

Bu da sənə oynağan qızın əhvalatı.       

            




Milli Kitabxana  

 

 



 

103 


 

 

 



 

 

 



YALANÇI SÖZLƏR 

 

əlkə bu əhvalat sizə  qətiyyən inandırıcı görünmə-



yəcək. Ancaq mən özüm də Yaşarın yerinə and içə 

bilərəm ki, həyatda belə şeylər olur.   

Yaşar bu yalançı sözlərlə bacara bilmirdi, elə ağzını 

açıb sözün düzünü demək istəyirdi ki, yalançı söz onun  dilinin 

ucundan həqiqi sözlərin hərəsinə bir yumruq, bir dirsək və 

axırda da təpik ilişdirib keçirdi hamıdan qabağa. 

Bu yalançı söz Yaşarın ağzından elə  çıxırdı ki, adam 

onun yalan olduğuna qətiyyən inanmırdı. Yaşar bir dəfə 

məktəbdən qaçıb zooparka getmişdi.  Əslində insafla desək 

zooparkdan aldığın ləzzəti məktəbdən almırsan axı. Hə, o 

zooparkda fillərin uzun xortumuna, kərtənkələlərin  rəngbərəng 

belinə doyunca tamaşa edib evə qayıdanda anası onu qarşıladı:  

—Ay bala, dərs çoxdan qurtarıb. Bəs sən hardasan?  

Bax bu zaman həmin o yalançı söz Yaşarın lap dilinin 

ucunda dayanıb bu saat ağzından çıxmağa hazır olan sözü necə 

itələdisə Yaşar iki dəfə udqunmalı oldu. Sonra yalançı söz 

güllənin ağzından çıxan mərmi kimi düz ananın üzünə çırpıldı. 

Məktəbdən gəlirəm.  

Sonra başqa yalançı sözlər ilhama gəldilər. Onlar necə 

sürətlə sıçradılarsa yazıq arvad üzünü yana çəkməli oldu: 

—Axırıncı  dərsimiz zoologiya idi. Fillərin burnuna, 

kərtənkələlərin bellərinə baxırdıq. 

Yalançı sözlər ananın üzünə  dəyəndə Yaşara elə  gəldi 

ki, anası bibər yedi. Çünki yazıq arvadın sifəti  əyildi. Yaşar 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə