Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə32/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   28   29   30   31   32   33   34   35   ...   100

Milli Kitabxana  

 

 



 

133 


 

—Ham! — bu yəqin it dilində "ura" demək idi. Pişik də 

sevincək bir səs çıxartdı. Bir azdan dəniz quldurlarının atəşi 

dayandırıldı. Bufetin pəncərəsindən çıxan tüstü tamam kəsildi. 

Amma qəribə geyimli kişilər çıxıb gedəndə Ayzərə  də 

elə onun yanındakı alabaşa da narazı bir nəzər saldılar. Pişik 

ağacın başında olduğu üçün onu görmədilər. 

Hətta onlardan biri bayaq Ayzərin azad etdiyi qəhrəman 

pəhləvanları yerinə bağladı və barmağı ilə qızı hədələdi. Оnlar 

çıxıb gedəndən sonra Ayzər alabaşa tərəf çevrildi. 

—Sən bunların hərəkətindən bir şey başa düşdün? 

—Haam! — Alabaş heç nə başa düşmədiyini söylədi. 

—Mmmiyo! — Pişik də bir şey anlamadığını bildirdi. 

Bu zaman ana bazardan qayıtdı. Nə  qədər qəribə olsa da ana 

qapıdan içəri girən kimi sehrli gəmi çevrilib yenə  də onların 

ikimərtəbəli evi oldu. Gəminin göyərtəsinə  kimi  qalxan  ağ 

ləpələr isə birdən-birə alça ağacına çevrildi. Ayzər inandı ki, 

ətrafda nəsə bir möcüzəli adam gizlənib.  

O istədiyi zaman evi gəmiyə, yaşıl bağçanı  dənizə 

çevirə bilir. Hətta onların inəyi ilə balasını  zəncirlənmiş 

azmana çevirən də  yəqin ki, həmin o sehrbazdı. Pəncərədəki 

söndürülmüş yanğın yerlərini görən ananın həyəcanına 

qətiyyən fikir verməyən Ayzər bircə şey haqqında düşünürdü. 

Əgər həmin sehrbazı tapsaydı, onunla ən yaxın dost olardı. 

 

 

 




 

Milli Kitabxana  

 

 



 

134


 

SEHRBAZLA TANIŞLIQ 

lbəttə, Ayzərin qətiyyən ağlına gəlməzdi ki, evlə-

rini sehrli gəmiyə çevirən o sehrbazla bir gün tanış 

olacaq. Yox, bunu qətiyyən ağlına gətirməzdi. 

Amma həyatda təsadüflər olurmuş.                                     

Ayzər əvvəlcə bu adamın həmin sehrbaz olduğunu başa 

düşmədi. Ancaq bu adamın  əynindəki köhnə paltarlarına 

baxanda ağlına gəldi ki, bu qəribə geyimli adam adi 

adamlardan deyil. Onun paltarları çox köhnə idi. Hətta o qədər 

köhnə idi ki, onların nə zamansa təzə olduğuna inanmaq 

istəmirdin.  

Sehrbazın iri gözləri vardı. Yumru, yekə üzünü tük 

basmışdı. Başına qoyduğu qara beretinin altından uzun ağ 

tüklər pırtlayıb çıxmışdı. Şalvarı yəqin ki, başqasının idi. Çünki 

çox yekəydi,  əynində yellənirdi.  Əslində çox güman ki, 

pencəyi də başqasınınkıydı. Çünki sehrbazın iri bədəni pencəyə 

elə bil zorla pərçim olunmuşdu. Köynək isə  əyninə görə idi. 

Alabəzək köynəyin yaxasından sehrbazın tüklü sinəsi 

görünürdü.  

Amma bütün bunlar heç onun vecinə  də deyildi. 

Dünyanın heç bir dövlətli adamı özünü yəqin ki, bu sehrbaz 

qədər xoşbəxt hesab edə bilməzdi. O, Ayzərgilin küçəsinə 

gələndə elə bil uşaqlar yerin altından çıxırdılar.  

Bütün oyunlar dayanırdı. Futbol topu dərindən nəfəs 

alıb bir tərəfdə dincəlir,uşaqlar alınlarının tərini silib, sehrbazın 

ətrafına toplaşırdılar. Sehrbaz:     

—Hə, indi mən sizə möcüzə göstərəcəyəm, — deyirdi.  

Ayzərə elə  gəlirdi ki, bütün sehrlər onun sinəsindən qıvrılıb 

qalxan bu tüklərdədir. Amma sehrbaz doğrudan da qüdrətli 

sehrbaz idi və heç kəs onun sirrini tapa bilməzdi. 

Sehrbaz Ayzərgilin həyətinə keçəndə ana mətbəxi 

təmizləyirdi. Sehrbaz ayaqlarının ucunda qapıdan keçdi və 

Ayzərə göz vurdu ki, onun dalınca gəlsin. Alabaş da işin nə 



Milli Kitabxana  

 

 



 

135 


 

yerdə olduğunu anlayıb onlara qoşuldu. Hardansa Məstan da 

gəldi 

Miyyyoo! 

—Ham-hamm! — alabaş onun sözünü təsdiqlədi. 

—Yaxşı bir qoyun görək də! — deyə Ayzər onlara 

təpindi. Əlbəttə, möcüzə olacaq. Ancaq şuluq salsanız sehrbaz 

bizdən inciyər. Onlar tövləyə tərəf getdilər. 

Sehrbaz əmi sərnic istədi. O qəsdən danışmırdı ki, ana 

eşidər və yəqin ki, bütün işlər alt-üst olar. Böyüklər sehrbazlığı 

elə  sən deyən qiymətləndirə bilmirlər. Heç onlarla bu barədə 

danışmasan yaxşıdı. Buna görə  də sehrbaz ananı duyuq 

salmamağı məsləhət gördü. 

Ayzər bir göz qırpımında qaçıb sərnic gətirdi. Bu 

sərnicə ana hər gün inəklərin südünü sağırdı. 

Sehrbaz sərnici  əlinə götürüb o üz-bu üzünə baxdı. 

Sonra ağacların alçaq budaqlarını yeyib, yerinə bağlanan 

buzova tərəf getdi. О, buzovu sığalladı, tumarladı  və birdən 

oturub onu sağmağa başladı.  

—Hammm! 

—Miyooo! 

—Niyə olmur? — deyə Ayzər etiraz etdi.  – Ağzında 

sehrbaz deyirsən. O necə sehrbazdır ki, buzovdan süd sağa 

bilməyə. Siz elə hər şeyə qulp qoymağı xoşlayırsınız. 

Alabaşla Məstan daha etiraz etmədilər. Onlar işin 

axırını  səbirsizliklə gözləməyə başladılar. Bir azdan sehrbaz 

dolu sərnici yerdən zorla qaldırdı. Sonra elə onların gözlərinin 

qabağında sərnici başına çəkdi. Yalan olmasın, düz on dəqiqə 

südü içdi, son qətrəsinə kimi içdi. Sonra dərindən nəfəs alıb, 

onların yanında oturdu. Ayzərin heyrətdən gözləri açıla 

qalmışdı. Alabaş sevincini bildirmək üçün bərkdən "huvvv!" 

elədi. Məstan necə sevindisə tullanıb ağaca çıxdı və heç özü də 

gözləmədiyi halda bir sərçə tutdu. Sən demə sərçə də sehrbazın 




 

Milli Kitabxana  

 

 



 

136


əməllərinə baxırmış və yazıq özünü necə unudubmuşsa pişiyin 

yaxınlıqda olduğunu qətiyyən görməyibmiş. 

—İndi isə ardımca! — deyə sehrbaz əmr etdi. Uşaqlar 

onun sürətlə  şütüdüyünü gözdən qaçırmadan dalına düşdülər. 

Alabaş bir az qabağa keçmək istəyirdi ki, sehrbaz dilləndi: 

—Qabağa soxulma!  

Pələng bağırsaqlarını çölə tökər! Pələng adını  eşidən 

kimi Alabaş geri sıçrayıb nazik səslə zingildədi. Ayzər 

sehrbazın sallanan pencəyinin  ətəyindən yapışıb titrədi. Onlar 

diqqətlə qabağa baxa-baxa gedirdilər. Dalınca sehrbaz yavaş-

yavaş yeriyirdi. O, iri gözlərini qabağa zilləmişdi. Bir azdan 

həyət bağının lap dib tərəfinə yaxınlaşdılar. 



Siz burada dayanın. Pələnglər çox hiyləgər və  cəld 

olurlar. 

—Miyyoooo! — Məstan onun sözünü təsdiq etdi və 

özünün də pələngə oxşadığını göstərmək üçün belini qabartdı. 

Sonra qabaq ayaqlarını uzadıb bərkdən gərnəşdi. Amma onun 

bü hərəkətlərinə heç fıkir verən də olmadı. Sehrbaz ağacların 

arasında gözdən itdi. Bir azdan pələngin qulaqbatırıcı səsi bağı 

başına götürdü. Quşlar pırr eləyib uçdular. Sonra pələngin 

səsinin boğulduğunu uşaqlar aydınca hiss etdilər. Heç bircə 

dəqiqə keçməmişdi ki, sehrbaz ağacların dalından tullanıb 

çıxdı. Onun təkcə  əlinin üstü qanamışdı. Görünür pələng onu 

cırmaqlaya bilmişdi. 

—Əlimdən qaçdı, — deyə sehrbaz qaşqabağını salladı. — 

Lap son anda əlimin üstünü cırmaqlayıb hasardan tullandı.  

Səsə ana çölə çıxdı. Uşaqlar əlbəttə ananın çölə çıxma-

sını istəmirdilər. Sehrbaz, səssizcə  uşaqların yanından necə 

uzaqlaşdısa bir də baxdılar ki, yoxdur. Axı böyüklər demək 

olar ki, sehrbazlığın nə demək olduğunu başa düşmürlər. 

Ayzər hələ də həmin sehrbazın yolunu gözləyir. Təəssüf 

ki, sehrbaz daha bu yanlarda görünmür. 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə