Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə31/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   27   28   29   30   31   32   33   34   ...   100

Milli Kitabxana  

 

 



 

129 


 

Miyo, miyo, — pişik birdən qabağa sıçradı. O, 

gəminin göyərtəsindən düz dalğaların içinə atıldı. 

İt də, Ayzər də pişiyin balaca bir suitinin dalınca necə 

üzdüyünü gördülər. Suiti dalıa sürətlə üzüb suyun alt qatında 

gizləndi. Pişik yalnız onun uzun quyruğunda kiçik bir parçanı 

qopara bildi. 

—Bir də belə özbaşınalıq etsən səni sahilə  çıxan kimi 

gəmidən qovacağam, — deyə Ayzər üzünə tökülən qısa xur-

mayı saçlarını qulağının dibinə apardı. — Eşitdin?  Əslində 

mən bunu sənin xeyrin üçün deyirəm. Az qala boğulub 

ölmüşdün. 

Pişiyin onsuz da qanı qaralmışdı. Balaca suitini tuta 

bilməmişdi. 

Bu zaman it Ayzərin ətəyindən çəkib hürdü. 

—Nə olub?  — deyə qız təəccüblə ona baxdı.  

—Ham, ham, ham!                             

Ayzər it hürən tərəfə baxıb lap məəttəl qaldı. Yaşıl 

suyun üzündə üç-dörd toyuq və bir qırmızıquyruq xoruz  

dənlənirdi.  

—İşə bax ha! Ayzər həyəcanlandı — Onlar boğular ki! 

—Ham, — it onun sözünü təsdiq etdi.  

—Miyo, — pişik də həyəcanını bildirdi.  

Elə bu zaman qəribə bir əhvalat oldu. Bir sərçə ağ belini 

gəminin göyərtəsinə kimi qaldıran dalğanı alça ağacı hesab 

edib, onun budağına qondu. Ən qəribəsi isə bu oldu ki, pişik 

elə  həmin anda sıçrayıb, sərçənin quyruğundan yapışdı. Sərçə 

havaya qalxdı. Amma pişik gumbultu ilə suya batdı və birtəhər 

üzüb gəmiyə qayıtdı. 

Amma Ayzərlə it onun qabağını kəsdi. 

İt hirsli olduğunu bildirmək üçün ağzını göyə tutub 

uladı: 

—Uu...uu...uu!..                               




 

Milli Kitabxana  

 

 



 

130


Bu o demək idi ki, belə biabırçılıq olmaz. Əgər dünya 

səyahətinə çıxmışıqsa, bu nə biabırçılıqdı pişik eləyir? Pişik də 

lap yavaşdan miyoldamaqla üzr istədi. Amma it dişlərini necə 

qıcırdadıb onun üstünə cumdusa, yazıq pişik qaçıb bayaqkı 

dalğanın üstünə mindi. Sonra qayıtdı. Daha Ayzərin  də  hirsi  

soyumuşdu.  Əslində  o  indi dostlarının günorta yeməyinin 

qayğısına qalmalı idi. Buna görə də gəminin aşağı mərtəbəsinə 

düşüb, vaxtilə evin mətbəxi olan, indi isə  yəqin ki, gəminin 

bufeti sayılan balaca otağa girdi. Bura əsl bufet idi ki, 

durmuşdu. 

Soyuducuda demək olar ki, hər  şey vardı. Ayzər 

divardan asılan önlüyü döşünə bağladı. Önlük onun ayaqlarına 

qədər sallandı. Amma bunun elə bir ziyanı yox idi. Məsələ 

burasında idi ki, o əsl önlük idi. Və qız da onu döşünə taxandan 

sonra  əsl aşpaza oxşadı. Qazanı qazın üstünə qoyub, içinə bir 

qaşıq yağ tökdü. Qazı yandırıb kartof soymağa başladı. 

Alabaşın həyəcanlı səsi göyərtəni başına götürmüşdü.  

—Ham-ham-ham-ham! 

—Ola bilməz! — deyə Ayzər bufetdən qışqırdı. —

Dəniz quldurları qabağımızı kəsməyə hazırlaşır? 

—Miyo, — pişik də onun sözünü təsdiq etdi. 

Ayzər tez göyərtəyə qalxdı. Uzaqda qaraltı görünürdü. 

Aydın məsələdir ki, bunlar dəniz quldurları idi. Təcili iş 

görmək lazımdı. Yoxsa dəniz quldurları onları soymamış 

buraxmazlar. 

Ayzər uzun süngünü qapdı.  İt qalxan götürdü. Pişik 

tüklərini qabartdı. Ayzərin götürdüyü süngü cəmi iki saat 

qabaqkı uzun bir ağac idi. Anası paltar yuyub sərdiyi ipi yuxarı  

qaldırmaq üçün bu  ağacdan  istifadə  edirdi.  

Xoşbəxtlikdən ev gəmi olan kimi bu ağac da süngüyə 

çevrilmişdi. 

İtin götürdüyü qalxan isə vaxtilə paltar qazanının 

qapağı olmuşdu. Onun nə zaman qalxana çevrildiyini heç kəs 



Milli Kitabxana  

 

 



 

131 


 

görməmişdi. İndi iş çətinliyə düşəndə baxıb gördülər ki, qalxan 

onların qabağında atılıb qalıb. 

—Qorxmayın, — deyərək Ayzər qabağa baxdı. —Mən 

bu saat onlara göstərərəm! Gəmi yavaş-yavaş sahilə yan alırdı. 

Onlar sahilə lövbər atdılar. Sən demə paltar asılan ipin uclarına 

lövbər bağlanıbmış. Bu, əlbəttə çox sevindirici hal idi. Yoxsa 

gəmi sahildə dayana bilməzdi. 

Onlar yavaş-yavaş sahilə endilər. Ayzər uzun süngünü 

düz qabağa tuşlayıb ehtiyatla irəliləyirdi. İt qalxanın sapından 

tutub onu sürüyürdü. Pişik elə sakit gəlirdi ki, heç ayaqlarının 

səsi çıxmırdı.                           

—Sss! — deyə Ayzər barmaqlarını dodaqlarına yaxın-

laşdırdı. —  Qabaqda zəncirlənmiş iki pəhləvan var.  

Mənə elə gəlir ki, onlar dünyanın ən güclü adamlarıdır. 

Kimsə onları inək  şəklinə salıb. Görünür biz sеhrbazlar 

ölkəsinə gəlib çatmışıq. 

Bu zaman inək şəklinə salınmış böyük pəhləvan mələdi: 

—Mooo! 

Onun yanında bağlanmış balaca pəhləvan da eynilə 



onun kimi yalvarmağa başladı: 

—Moooo!                              

Əlbəttə  pəhləvanları  zəncirlə  deyil  kəndirlə bağlamış-

dılar. Bu, qızı daha da heyrətləndirdi: 

—Görünür bu kəndir zəncirdən daha möhkəmdi. Yoxsa 

kəndirlə pəhləvan bağlayarlar? 

—Ham! — alabaş onun sözlərinin tamamilə doğru 

olduğunu təsdiq etdi.      

—Miyoooo! — pişik hər ehtimala qarşı ehtiyatlı olmağı 

məsləhət gördü.                                 

Bu zaman onlar balaca pəhləvanın böyüyə doğru necə 

dartındığını gördülər. Ayzər süngünü yerə qoyub ətrafa 

boylandı. Dəniz quldurları görünmürdülər. Görünür onlar 

harasa yoxa çıxmışdılar. 




 

Milli Kitabxana  

 

 



 

132


Qız pəhləvanların  ipini açdı. Onlar bir anda ətrafda-

kıları yeməyə başladılar.  

—Yazıqlar adam olduqlarını tamam unudublar, —deyə 

Ayzər ah çəkdi. Görünür onları çoxdan sehrləyiblər. 

Bu zaman pişik necə miyoldadısa onların hər ikisinin əti 

ürpəşdi. 

—Nə olub? — deyə Ayzər pişiyə  tərəf çevrildi. Pişik 

gəminin qabağında dayanıb yaşıl gözlərini parıldada-parıldada 

qışqırırdı. Ayzərlə alabaş  gəminin yanına çatanda gözlərinə 

inanmadılar. Bufetin pəncərəsindən tüstü qalxırdı. 

—Hammm! — alabaş mühüm bir şey kəşf etdi.  

—Deyəsən içəridən yağ yanığı iyi gəlir? Əlbəttə dəniz 

quldurlarının işidir. Onlar gəmini tutublar. Bizim işimiz 

olduqca çətindir, — deyə Ayzər titrədi.  

—Mmmmyyouuu! — pişik qızın sözlərini təsdiq etdi. 

Lakin indi biz quldurları necə qovaq. Bir baxın onlar 

pəncərədən çölə odlu silahdan atəş açırlar. 

Doğrudan da pəncərədən əvvəl boğuq tüstü çıxdı. Sonra 

bu tüstü seyrəkləşdi.  İçəridən alov qalxmağa başladı. Bəli, 

dəniz quldurları iki cəngavərin hayıfını çıxırdılar. Ayzər nizəyə 

tərəf götürüldü. Alabaş qalxanın dalınca qaçdı. Pişik 

yaxınlıqdakı  ağaca dırmaşıb pəncərədə kimlərin olmasını 

nəzərdən keçirməyə başladı. Bu zaman yəqin ki, dəniz 

quldurlarının ağır artilleriyası hücuma keçdi. 

Çünki qulaqbatırıcı  həyəcan siqnalı  hər yanı bürüdü. 

Ayzər süngüsünü əlinə götürməyə macal tapmamışdı ki, 

başında dəmir papaq olan brezent paltarlı adamlar gəminin 

göyərtəsinə qalxdılar. Onlar iri qırmızı maşında gəlmişdilər.    

—Biz batdıq. Düşmən bərk hücuma keçib.          

Lakin bu adamlar nə dişində qalxan sürüyüb gətirən 

alabaşa, nə  də  əlində uzun süngü tutan Ayzərə baxmadılar. 

Maşınların iri xortumlarından büfetin pəncərəsinə su vurdular. 

— Deyəsən bu adamlar bizə köməyə gəliblər? — deyə 

Ayzər qışqırdı. 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə