Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə28/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   24   25   26   27   28   29   30   31   ...   100

Milli Kitabxana  

 

 



 

117 


 

likdəki cücələrin və böcəklərin hamısı qaçmağa başladı. 

Tısbağa isə tələsmədən gəlib fılə dedi:  

Şərtimizi unutmamısan ki? 

—Yox, — deyə fil onu xortumu ilə qaldırıb Ceyranın 

belinə qoydu. Kirpinin hazırladığı çiçək çələngini də üstünə 

örtəndən sonra tısbağa dedi: 

—İndi məni Baba dağının  ətəyindəki Sərin bulağa 

çatdır. Ceyran kəsə yolla qaçmağa başladı. O dovşanın, 

böcəklərin yanından elə sürətlə ötdü ki, heç kəs işin nə yerdə 

olduğunu başa düşmədi. Çiçək çələngi tısbağanın üstünü 

örtdüyü üçün o görünmürdü. Bir azdan gəlib bulağa çatdılar. 

Tısbağa birtəhər aşırılıb Ceyranın üstündən düşdü.  

Dovşan hələ gəlib çatmamışdı. Bir azdan dovşan nəfəsi 

təngiyə-təngiyə özünü bulağa yetirəndə tısbağanı orada gördü. 

Onun boynunda çiçək çələngi vardı. Dovşan işi belə görüb 

ağlamağa başladı. Axı mərci uduzmuşdu. Bir azdan çəməndəki 

cücülər də özlərini yetirdilər. Qarışqalar qətiyyən başa 

düşmədilər ki, nə olub.  



Ey ceyran, — deyə    tısbağa indicə belində  gəldiyi 

ceyranın üstünə  qışqırdı.  Burada boş-boş veyillənməkdənsə 

get bir işlə məşğul ol! 

Ceyran qulaqlarına inanmadı. Doğrudanmı indicə bütün 

mərci udmaqda əsas rol oynayan Ceyrana belə sözlər deyilirdi. 

Ceyran ayaqlarına baxıb dedi: 

—Heyif ki, mənim kimi bir ağılsızı öz üzərində gəzdi-

rirsən! — Bunu deyib uzaqlaşdı. Amma heç kəs bu sözdən bir 

şey başa düşmədi. Tısbağa isə  fəxrlə yenə  də özünün igid-

liyindən dəm vurur, kimisə aldatmaq haqqında düşünürdü. 

Amma cücülər daha onun yanında dayanmadılar. Çünki onlar 

başa düşdülər ki, tısbağa nəsə bir kələk işlədib. O vaxtdan 

tısbağa çöllərdə tək yaşamağa başladı. 



 

Milli Kitabxana  

 

 



 

118


 

 

 



 

 

İTMİŞ PUL KİSƏSİ 

 

lk baxışda sizə elə gələ bilər ki, bu adicə bir əh-



valatdır. Balaca, yaraşıqlı pul kisəsi dənizin 

sahilində  çınqıl daşların arasında yaddan çıxıb 

qalıb, vəssalam.  

Amma orasını da deyim ki, bu ancaq sizə belə  gəlir. 

Əslində isə maraqlı bir əhvalatdır. Elə ki, Tanya ağ saplardan 

hörülmüş pul kisəsini sahildə qoyub getdi, pul kisəsi onun 

ardınca qışqırmağa başladı: 

—Eheyyy, hara gedirsən? 

Pul kisəsinə  əvvəl elə  gəldi ki, Tanya onunla zarafat 

edir. Axı o üç manatı gör nə vaxtdan bəri saxlayırdı. Atası bir 

gün qıza on qəpik verib demişdi: 

—Özünə nə istəsən ala bilərsən.                   

Elə  həmin gün Tanya bu pul kisəsini toxumuşdu. Ağ 

sapları bir-birinə keçirə-keçirə pul kisəsini toxuyanda dodaqaltı 

bir nəğmə  də oxumuşdu. Doğrudur, indi həmin mahnını 

oxuduğu o qədər də yadında deyil, amma sizə deyim ki, mahnı 

çox gözəl idi və  gərək ki, hələ heç kəs tərəfindən  

bəstələnməmişdi.  Çünki   nənəsi  ondan soruşmuşdu: 

—Bu nə mahnıdı belə oxuyursan? Tanya  da  milləri  

bir-birinə  keçirə-keçirə  cavab vermişdi. 

— Bu heç zaman oxunmayıb. Ona görə  də  sən onun 

hansı mahnı olduğunu bilmirsən. 

—Maraqlıdır, — deyə  nənə    eynəyinin üstündən qıza 

baxmış və çıxıb getmişdi. 

Ördək yumurtasına oxşayan pul kisəsi hazır olanda 

Tanya ona ad da qoydu: "Ördək balası".  




Milli Kitabxana  

 

 



 

119 


 

—Ördək balası, sənin nə  qəşəng adın varmış, — deyə 

qız təzəcə toxuyub qurtardığı pul kisəsinə baxıb fərəhlə 

dilləndi. 

—Belə də ad olar? — deyə nənəsi elə bil yerin altından 

çıxıb, düz onun qabağında dayandı. 

—Olar, — deyə Tanya özünü itirmədi. — Buradakı 

pulların  hamısını  dondurmaya  verəcəyəm.    On    beş  

dondurma alacam. 

—Sənin ki, cəmi on qəpiyin var, on beş dondurmanı 

necə alırsan?! 

—Nənəcan, axı mənim bu pul kisəm sehirlidir. Bu gün 

ora qoyduğum on qəpik sabah iyirmi qəpik olacaq, birisi gün 

otuz. Bir də görəcəksən ki, pul kisəsi böyüyüb, ördək balası 

boyda olub. Ondan sonra ürəyin istədiyi qədər dondurma ala 

bilərsən. 

—Yaxşı, baxarıq, — nənəsi bic-bic gülümsündü.  

Tanya səhər hamıdan tez durmuşdu. Axşamdan stolun 

üstünə qoyduğu pul kisəsini götürüb içinə baxdı. Və yerindəcə 

donub qaldı. Onun içində iyirmi qəpik var idi. İki dənə on 

qəpiklik. 

—Sehrlidir. Mənim pul kisəm doğrudan da sehrlidir.  

Tanya qapının açıldığını, içəri adam girdiyini qətiyyən 

hiss etmədi. Bir də gördü ki, eynəyini boynundan sallayan 

nənəsinin qırışmış sifəti düz qabağındadır. Sifəti qırışsa da 

insafla desək, nənəsinin üzü gözəl idi, danışırdı ki, 

cavanlığında onu belorus gözəli adlandırmışlar. 

—Nə olub? — belorus gözəli dilləndi. 

—Pul kisəsi doğrudan da sehrli imiş. 

—Ola bilməz, sehrli şeylərin hamısı nağıllarda olur. 

—Nənəcan bəlkə sehrli əhvalatlar yüz, ya da iki yüz 

ildən bir olur. Sənin isə  cəmi doxsan yaşın var. Budur bax, 

artıq sehrli əhvalatlara rast gəlməyə başlamısan.  



 

Milli Kitabxana  

 

 



 

120


—Əgər sənin bu kisən doğrudan da sehrlidirsə qoy 

sabah onun içində bir dənə üçlük olsun. Buna sözün nədir, hə? 

Sən də bütün dostlarını dondurmaya qonaq edəsən. Axı sabah 

sənin ad günündür. 

—Belə bir şey olsa, sevindiyimdən atılıb — düşərəm, 

— deyə Tanya etiraf etdi. 

O gecə  hər ikisi yerlərində qurcalandılar. Tanya qonşu 

otaqda nənəsinin də yatmağını hiss edirdi. Elə onun özü də nə 

qədər gözlərini yumurdusa yata bilmirdi. Axır ki, qızın 

kirpikləri qapandı. 

Səhər pul kisəsini götürüb baxanda heyrətdən donub 

qaldı. Çünki "Ördək balasının" içində  təzə,  şax bir üçlük var 

idi. Göy üçlük səliqə ilə bükülüb kisəyə qoyulmuşdu. 

—Nənə, nənə, ay nənə! — Tanya elə həyəcanla qışqırır-

dı ki, elə bil nənəsi bu saat cavab verməsəydi göy üçlük yox 

olacaqdı.  Əslində  qızı  qınamaq olmazdı. Bir halda ki, sehrli 

yolla gəlib kisəyə girmişdi, deməli həmin yolla da yox ola 

bilərdi. Buna görə də qız pulu əlində bərk-bərk tutub nənəsini 

çağırır və hərdən də pula baxırdı ki, yox olmasın. 

—Nə olub? — deyə  həmişə sanki yerin altından çıxıb 

Tanyanın qarşısında hazır dayanan nənəsi bu dəfə çox gec 

gəldi. 


—Buyur bax, — deyə Tanya əlində pulun hələ də yox 

olmadığını  yəqinləşdirdikdən sonra üçlüyü qabağa uzatdı, 

sehrli pul gəlib çıxdı. 

Nənəsi gülümsündü. Gözlərinin qırağındakı  qırışlar 

sıxlaşdı. Tanya gördü ki, nənəsi bic-bic gülür. Deməli bir 

kələyi var. Amma bu dəfə Tanyanın belə şeylərə fikir verməyə 

vaxtı hardaydı?! Qoy nə  qədər istəyir bic-bic gülsün. Daha 

kisənin sehrli olduğuna şübhə ola bilməzdi. 

Bax, həmin o kisəni Tanya bu gün səhər çimərliyin ağ 

daşlarının arasında qoyub gəlmişdi. Özü də bu cür sehrli bir 

kisə düz saat onda yadına düşdü. Yadına düşdü ki, paltarını 

geyinib evə qayıdanda kisəni boynuna keçirməyi tamam 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə